“Sədərək”ə gedən avtobuslar ləğv olunur? - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 7 авг 2022
  • #APATV #Sədərək #avtobus #ticarətmərkəzi #Sədərəkticarətmərkəzi #BakıNəqliyyatAgentliyi #marşrut #dayanacaq #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    “Sədərək”ə gedən avtobuslar ləğv olunur? - APA TV
    “Ölkənin ən iri ticarət mərkəzlərindən biri olan Sədərək ticarət mərkəzindəyik. Vətəndaşların çoxu alış-veriş bura üçün üz tutur, son zamanlar isə həm alıcılar, həm də satıcılar avtobusların azlığından, gec gəlmələrindən şikayət edir. bəs bura gəlmək alış-veriş etmək qədər asandırmı?”
    APA TV olaraq mövzu ilə bağlı şəhərdə sorğu keçirdik. Sakinlər deyir ki, saatlarla gözləyirik, nə qədər insan yığılır və normal olaraq adam çoxalır və sıxlıq olur, çox pis vəziyyətdə gəlirik. Onların sözlərinə görə avtobus kifayət eləmir.
    Vətəndaşların şikayətlərini dinlədikcə insanların necə əziyyət çəkdiyinin bir daha şahidi oldum. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, Sədərək Ticarət Mərkəzi istiqamətində 8 müntəzəm marşrut xətti üzrə (120, 126, 130, 174, 176, 164, 206 və 211) 70-dən artıq orta və iritutumlu avtobuslar fəaliyyət göstərir. Bu marşrut xətləri üzrə avtobuslar Sədərək Ticarət Mərkəzini Bayıl qəsəbəsi 20-ci sahə, Lökbatan, Biləcəri, Binəqədi, Xırdalan, Yasamal yaşayış sahələri, eləcə də metronun “20 Yanvar”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Gənclik” stansiyaları ilə birbaşa əlaqələndirir. Həmçinin Agentlik tərəfindən Sədərək ticarət mərkəzinə yeni 194 nömrəli marşrut təşkil edilib: “Bütün digər, o cümlədən Sədərək ticarət mərkəzi istiqamətində də müntəzəm marşrut xətləri üzrə gündəlik reysə çıxan avtobus sayı sərnişin tələbatına uyğun tənzimlənir. “Bakubus” MMC-nin istismarında olan 211 nömrəli müntəzəm marşrut xətti üzrə adi rejimdə 15-16 avtobus fəaliyyət göstərirdisə, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla daşımalara 10-11 avtobus cəlb edilir”.
    Nəqliyyat eksperti Elməddin Muradlı isə aidiyyəti qurumların dedikləri ilə razılaşmır. Onun sözlərinə görə, problemin kökü avtobus qıtlığı ilə bağlıdır. Bu məsələnin arxasında isə tamam başqa səbəblər var.
    “Yanacağın qiyməti bahalaşandan sonra dövlət tərəfindən köməklik göstərilməsi nəzərdə tutlusa da, bu müəyyən səbəbdən həyata keçirilmir. çünki, daşıyıcı şirkətlər rəsmi əməkdaşlıq formasında fəaliyyət göstərmir. Yəni sürücülər bir növ qeyri-qanuni fəaliyyət göstərirlər. ona görə onlar həmin yardımı ala bilmirlər dövlətdən. Onlar hansısa formada qənaət etməyə keçiblər. belə ki, avtobusa xətti az buraxırlar. Məsələn bir marşrut xətti üzrə 15 avtobus nəzərdə tutulursa, xəttə onun yarısını çıxarırlar.”
    Ekspert qeyd edir ki, şirkətlərə avtobus alınması tapşırılsa da, onların balansında kifayət qədər məbləğin olmaması, avtobusların qiymətlərinin baha olması şirkətləri avtobusların sayını azaltmağa sövq edir. Nəticədə də sərnişinlər saatlarla dayanacaqlarda gözləməli olurlar.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: ruclips.net/user/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 11

  • @Luna-mz5yj
    @Luna-mz5yj 2 года назад +3

    biləcəri afdovaqzalında 1.saat gözlədim sədərək afdobusunu qayıtmaq heç olmur taksidən istifadə edirik

    • @nicat041AYE
      @nicat041AYE Год назад +2

      bizdədə əvvəllər elə idi
      ama ta yaxşıyıq
      Lökbatandan salam olsun

  • @vtnim3058
    @vtnim3058 2 года назад +5

    Sədərəkə niyə 40 qəpik?

    • @nicat459
      @nicat459 Год назад +3

      Çünki 126 Şonqara gedir uzağa

  • @azerbaycan12
    @azerbaycan12 Год назад +1

    marşurutlar sədərəyə girməsə yaxşı olar və ən əsasıda 194 girməsə lap yaxşı olar 20 yanvardan qobu parka yarım saatlıq yolu 1 saat 20-30 deyqeye gəlir

  • @adamcelovk.
    @adamcelovk. 2 года назад +2

    SEDERKDE AYDA FAKTIKI MILYONLAR YIQILIR , HER YERDEN ( YENI KIÇIK , BÖYÜK IŞ ADAMLARINDAN )NE QEDER PUL YIQILIR . HEMIN PULA PULSUZ AVTOBUSLAR TEŞKIL ETSELER ,👍 OLMAZMI

  • @askmasal5573
    @askmasal5573 2 года назад +1

    *Koroğlu dan ➡️Sedereke olsa yaxşı olar*

    • @efirwssbaki
      @efirwssbaki Год назад

      Evvel var idi 207 ))

    • @nicat041AYE
      @nicat041AYE Год назад +1

      @@efirwssbaki Ama Artıq E2 nömrəli avtobuslar Sədərəkdən Koroğluya
      ordanda Xalqlar Dostluğun qədər
      E1 də Lökbatan NMM Koroğlu və ordanda yenə Xalqlar dostluğuna

  • @karadenuz001
    @karadenuz001 2 года назад

    211 dən razı qalan adam çox az olar .çox gec gec işləyirlər..ən azı 40 45 dəqiqə gecikir

  • @user-us6hy1ch5r
    @user-us6hy1ch5r 2 года назад

    Ону бизден сорушурсуз?