Şövkət Ələkbərova - Gecələr (Rəsmi Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 30 сен 2024
  • Şövkət Ələkbərovanın “İfalar, Vol.6” albomundan "Gecələr" ifası artıq onlayndır.
    Şövkət Ələkbərovaya RUclips-da abunə ol: mikpro.az/shal...
    Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə:
    Keçid: mikpro.az/shal...
    Genius: mikpro.az/shal...
    Sözlər:
    [Bənd 1]
    Gələr asta-asta Muğan düzünə
    Bir narın tül çəkər Kürün üzünə
    Gələr asta-asta Muğan düzünə
    Bir narın tül çəkər Kürün üzünə
    Çayın axarına, bulaq gözünə...
    Çayın axarına, bulaq gözünə
    Gümüşü bir sığal salar, dincələr
    Körpə gülüşünə dalar, dincələr
    Laylalı gecələr, gecələr
    Aylı gecələr, gecələr
    [Bənd 2]
    Gizlənər Kəpəzin sıx meşəsində
    Tərlanın, turacın qanad səsində
    Gizlənər Kəpəzin sıx meşəsində
    Tərlanın, turacın qanad səsində
    Dünyanın ən gözəl bir guşəsində...
    Dünyanın ən gözəl bir guşəsində
    Göygölün vədini alar, dincələr
    Qoynu naz-nemətlə dolar, dincələr
    Baharlı gecələr, gecələr
    Nübarlı gecələr, gecələr
    [Bənd 3]
    Sevib-sevənlərin sirrini saxlar
    Qoynunda min görüş yerini saxlar
    Sevib-sevənlərin sirrini saxlar
    Qoynunda min görüş yerini saxlar
    Vaqifin, Vurğunun şeirini saxlar...
    Vaqifin, Vurğunun şeirini saxlar
    Hər eşqin sirdaşı olar, dincələr
    Mehrini insana salar, dincələr
    Uğurlu gecələr, gecələr
    Nurlu gecələr, gecələr
    Gecələr, gecələr, gecələr
    Aylı gecələr, gecələr...
    Gecələr...
    Şövkət Ələkbərova tərəfindən ifa olunan “Gecələr” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2023
    Etiketlər:
    #ŞövkətƏləkbərova #Gecələr #mikpro

Комментарии • 9

  • @hisoka2509
    @hisoka2509 8 месяцев назад +11

    Kadının sesiyle aşk yaşıyorum şuan... SÜPER

  • @xtq_cenab_012abbasov7
    @xtq_cenab_012abbasov7 4 месяца назад +5

    Sizin kimi karfeylər yenidən dünyaya gəlməyəcəy zovqümüzü korlayanlara ar olsun

  • @theroyal505
    @theroyal505 Год назад +10

    Ən gözəllll vəə ən mükəmməll səsi olan Şövkət Ələkbərovaa ən sevdiyim karifeyimizzz 😚😚😚

  • @NATİQ1111
    @NATİQ1111 5 месяцев назад +4

    Çox üşaqlar belə musiqilər xoşlamır ama mən çox isdiyirəm

  • @elikelik3652
    @elikelik3652 Год назад +7

    Salam. Çox gözəl iş görürsüz belə paylaşımlarla. Təşəkkür edirəm sizə. Bəstəkar və yazarı da qeyd edin zəhmət olmasa.

  • @arzuturksoy6559
    @arzuturksoy6559 Год назад +1

    Şövkət xanımın Sən məni yad et ifasının linkini bilən var? RUclips da yalnız bir dəqiqəlik hissəsi mövcuddur. Tam versiya tapılmır.

  • @Azerbaycanfilmleri
    @Azerbaycanfilmleri Год назад +3

    cox sagolun

  • @duygugokce17
    @duygugokce17 Год назад +1

    Çok güzeldi 🎉

  • @Y.DincArslan
    @Y.DincArslan 9 месяцев назад