Göyəmin bu Faydasını 90% İnsan Bilmir

Поделиться
HTML-код
  • Опубликовано: 18 сен 2024
  • #BirBax #Azerbaycan #göyəm
    Qədimdə xəstəliklərlə müalicədə təbii vasitələrdən - bitkilərdən istifadə olunurdu, apteklərin, dərmanların sayı bu qədər çox deyildi, insanlar da indikindən qat-qat sağlam idilər. Lakin zaman keçdikcə ya insanlar tənbəlləşdilər, ya da biz "müasirləşdik" deyə zəmanə ilə uyğunlaşdıq və indi alternativ tibb dediyimiz türkəçarədən bir müddət uzaqlaşdıq.
    Apteklərdən alıb udduğumuz dərmanlar bir çox hallarda xəstəliyə yaxşı təsir etmir, insanlar da bundan narazı qalır deyə, tədricən türkəçarə üsullarına maraq göstərənlərin də sayı artır.
    İnsan orqanizmi üçün faydalı olan meyvələrdən çox istifadə etməməyimizin bir səbəbi də onların əhəmiyyətindən xəbərsiz olmağımızdır. Halbuki onların tərkibində insan üçün faydalı olan nə qədər maddələr var, yarpağı da, mürəbbəsi də çox xeyirlidir. Elə bu meyvələrdən biri də göyəmdir.
    Göyəm çox dadlı və faydalı meyvədir, onun bir çox müalicəvi xüsusiyyətləri var.
    Göyəmin meyvələri, yarpaqları, ağacının qabığı, kökü xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Tərkibində orqanik turşular, pektinlər, büzücü maddələr, efir yağları, flavonoidlər, vitaminlər, minerallar (xüsusilə kalium) var.
    Göyəmin güllərindən və yarpaqlarından çox faydalı müalicəvi çay hazırlayırlar. Bu çay bağırsaqların fəaliyyətini yaxşılaşdırır, yüngül işlətmə dərman kimi təsir edir, orqanizmdən toksinləri və şlakları xaric edir, sakitləşdirir. Maddələr mübadiləsini yaxşılaşdırır, revmatizma, frunkullar və digər irinli xəstəliklər zamanı xəstəliyin sağalmasına səbəb olur.
    Göyəm meyvəsi antiseptik, sidikqovucu və orqanizmi möhkəmləndirici təsir göstərir. O ürəkbulanmanı kəsir, maddələr mübadiləsini yaxşılaşdırır, sinir sistemini sakitləşdirir. Göyəmin cavan yarpaqlarından çay dəmləyinb içmək qəbizliyi aradan qaldırır, artıq mayenin xaric olmasını sürətləndirir. Onun kökündən qızdırmasalıcı kimi istifadə edilir. Göyəm çiçəkləri dəmlənib içiləndə dəridəki səpkiləri də aradan qaldırır. Qabığının və köklərinin həlimi isə həzm prosesini yaxşılaşdırır.
    Göyəm meyvəsi qeyri-spesifik kolit, dizenteriya, ishal, zəhərlənmələr və toksikoinfeksiya xəstəliklərinin əlamətlərini azaldaraq xəstəliyin sağalmasının sürətləndirir. Göyəmdən mədə, bağırsaq, qara ciyər, böyrəklər, nevralgiya, avitaminoz və maddələr mübadiləsinin pozğunluqları zamanı geniş istifadə olunur. Göyəmdən hazırlanan preparatlar iltihab əleyhinə, diuretik, bəlğəmgətirici, antibakterial təsirə malik olur
    Göyəm antosian maddələrlə zəngindir. Bu maddələr güclü antioksidantlardır. Antioksidantlar orqanizmdə hüceyrə səviyəsində qocalma proseslərini ləngidir, insanın həyatını uzadır. Həmçinin antosian maddələri gözlərin torlu qişasını möhkəmləndirir, göz təzyiqini normallaşdırır, göz yorğunluğunu azaldır. Bütün bunlar görmənin yaxşılaşmasına kömək edir.
    Göyəmin çəyirdəyini udmaq olmaz. Onun tumunda zəhərli sinil turşusu var. Mütəxəxssislər göyəmdən hazırlanan konservləşdirilmiş məmulatların bir ildən artıq saxlanılmasın əleyhinədirlər. Buna səbəb isə çəyirdəyin tərkibində olan zəhərin qidalara keçə bilməsidir. Çərdəksiz konserv məmulatlarını isə bir-neçə il saxlamaq mümkündür.
    Göyəm meyvələrindən hazırlanmış mürəbbə xalq təbabətində soyuqdəymə, mədə-bağırsaq pozuntuları (ishal) zamanı istifadə edilir. Ondan, həmçinin iştahaçıcı kimi də istifadə olunur.
    Göyəmin bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq, bəzi hallarda zərəri də ola bilir. Göyəm çox turş dada malik olan meyvə olduğu üçün o mədə turşuluğunun çoxluğundan, qastritdən, mədə yarasından əziyyət çəkənlərdə narahatçılıqlara səbəb ola bilir. Buna görə də belə adamlar yedikləri göyəm meyvəsinin miqdarına diqqət yetirməlidirlər. Nadir hallarda göyəm allergik reaksiyaların baş verməsinə səbəb ola bilir.

Комментарии • 87