Corabınızın İçinə SODA TÖKÜN - Xəstəliklər Ayaqlarından Çıxacaq!

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • #BirBax #xalqtəbabəti #soda #СОДОВЫЕ
    #соду #соды #сода
    Niyə corabın içinə soda qoyurlar? Bu müalicə üsulunu heç eşitmisizmi? Sən demə Sodalı corabla yatmaq birbaşa ayaq dərisinə və topuğa təsir edir. Ayağa qan axını sürətləndiyi üçün bəzi xəstəliklər məhz sodalı corab geyindiyimiz zaman sağalırmış. Bəs bu müalicə üsulu necə tədbiq edilir? Hansı xəstəlikləri sağaldır? Videomuza sona kimi baxsanız, ətraflı məlumat verəcəm. Siz də bu videonu yaxınlarına göndərərək onların sağlamlığını qoruyun.
    Hamımız bilirik ki, ayaqlarda akupunktur ustalarının bütün orqanların və sistemlərin sağlamlığını yaxşılaşdırmaq üçün istifadə etdiyi refleks nöqtələri var. Sodalı corab geyindiyimiz zaman ayaqlarımız, bir növ, mikromasaj edilir. Ayaqlarımızdakı qan dövranı yaxşılaşır. Sodalı corab geyindikdən bir az sonra ayaqlarda qıcıqlanma, iynə batırılma kimi hisslər olursa, sevinməyə dəyər; demək, ayaqlara qan axımı sürətlənir. Sodanın ayaqlara tətbiq etdiyi mikromasaj sayəsində immunitet sistemi aktivləşir. Yeni başlayan soyuqdəymənin və ya burun axıntısının öhdəsindən asanlıqla gəlinir.
    Sodalı corablar bədəni toksinlərdən təmizləmək və allergik reaksiyaları aradan qaldırmaq üçün ideal vasitədir. Qələvi detoksikasiyaya hər orqanizmin ehtiyacı olur. Əksər hallarda, soda vannası və soda içməklə həyata keçirilir. Soda corabları bu mənada ən asan üsuldur. Xüsusilə, axşamdan qalma olanlara kömək edir.
    Sodalı corabları istənilən vaxt istifadə etmək mümkündür: gündüz, gecə fərq etmir. Sodalı corab geyinərək yatmağın üstünlüyü ondan ibarətdir ki, biz yatarkən soda bədəndən zəhərli maddələri çıxarmaq üçün intensiv işləyir. Bəli, qələvi detoksikasiya üçün bahalı dərmanlara ehtiyac yoxdur. Üsulun yeganə mənfi cəhəti odur ki, soda corab ilmələrinin arasından evə, yatağa tökülür.
    Sodalı corablardan nə vaxt istifadə etməli?
    -soyuqdəymədən, burun axmasından, yüksək temperaturdan xilas olmağa kömək edir;
    -ayaq və dırnaq göbələklərini müalicə edir;
    -donmadan sonra dərini bərpa edir;
    -varikoz damarlarının simptomlarını azaldır;
    -nevroz və stressdən xilas edir;
    -infarkt, insult riskini azaldır;
    -immuniteti artırır;
    -ayaqlardakı, ümumiyyətlə, orqanizmdəki yorğunluğu aradan qaldırır;
    -axşamdan qalma vəziyyətdə köməyə çatır;
    -qida zəhərlənməsi zamanı orqanizmi təmizləyir;
    Hazırlıq mərhələsi.
    2 cüt yun və ya pambıq corab götürün. 1 cütün ölçüsü nisbətən böyük olsa, yaxşıdır. Proseduru gecə yatmazdan əvvəl edəcəksinizsə, sellofana və məhrəbaya da ehtiyac olacaq. 36-370C temperatura malik suya soda tökün. Sonra sodalı corabları hazırlayın. Sodalı corabları hazırlamağın 2 üsulu var:
    I. Corabları sodalı suda isladın, sonra azacıq sıxın, geyinin. Üstündən sellofan, ardınca da məhrəba ilə ayağınızı sarıyın, yatın.
    II. Corabları sodalı suda isladın, bu dəfə bərk sıxın. Geyinin. Üstündən nisbətən böyük ölçüdə olan corabları geyinin. Yatarkən ayağınızı yorğanla, yaxud adyalla möhkəmcə bükün ki, ayağınıza soyuq olmasın.
    Sodalı corab geyinmək istəmirsinizsə, sodalı suya batırılmış cuna ilə də ayağınızı sarıya bilərsiniz. Varikoz damarlar üçün istifadə edilən sodalı corabların boğazı uzun olsa, dizə çatsa, hətta dizi keçsə, yaxşıdır. Lakin burada bir məqam var: varikoz varsa, corabları ilıq suda isladın. İsti su damarların daha da genişləməsinə səbəb ola bilər.
    Sodalı corabların istifadə müddəti problemdən asılıdır:
    ü Soyuqdəymə zamanı 1 həftə ərzində günaşırı olaraq sodalı corab geyinmək yetərlidir.
    ü Göbələk infeksiyaları daha uzunmüddətli prosedur tələb edir. 1 ay ərzində günaşırı sodalı corab geyinin. Sonra 1 həftə fasilə verin, təkrar 1 ay sodalı corab geyinin.
    ü Yorğunluğu aradan qaldırmaq və stressdən qurtulmaq, özünü yaxşı hiss etmək üçün yalnız 1 dəfə sodalı corab geyinmək kifayətdir. Stress uzanırsa və ya həddindən artıq gərginlik yığılıbsa, həftədə 2-3 dəfə proseduru həyata keçirə bilərsiniz.
    ü Bədəni detoksikasiya etmək üçün də 1 həftə sodalı corab geyinmək bəs edir.
    Əks göstərişlər.
    Sodalı corabların əks təsiri yoxdur. Hamilələr, yaşlılar belə, sodalı corabları ürəklə geyinə bilərlər. Yalnız sodaya qarşı fərdi həssaslığı olan insanlar sodalı corab geyinməkdən ehtiyat etməlidirlər. Bədəndə qələvilik normadan çoxdursa, sodalı corablar qıcıqlanma, qaşınma verə bilər. Əgər bu simptomları yaşadınızsa, sodalı suya bir neçə damcı alma sirkəsi qatmalısınız.
    Sodalı corablar ayaqların gözəlliyi üçün də vacibdir. Pedikür edilmiş ayaqlara geyinilən sodalı corablar ölü dəri hüceyrələrinin təmizlənməsini təmin edir. Ayaqlardakı problemli nahiyələri soda ilə ovxalamaq da faydalıdır.
    Gün ərzində 3 saat sodalı corabla gəzmək yetərlidir. Gecəni sodalı corabla yatmağın faydası daha çoxdur. Ayaq dərisinin sağlamlığı və təmizliyi üçün 5 gün ard-arda sodalı corab geyinmək kifayətdir. Bəzi hallarda prosedur 10 gün də çəkə bilər.

Комментарии • 81

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 3 месяца назад +11

    ƏTRAFLI MƏLUMATDIR ÇOX SAĞOLUN

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад +1

      Siz sağ olun Əzizə xanım❤️

  • @gulickamamedova451
    @gulickamamedova451 3 месяца назад +4

    Əla məsləhətdir bəyəndim

  • @DenizEliyeva-fe6oi
    @DenizEliyeva-fe6oi 3 месяца назад +3

    Maraqlı məlumatlar verdiyiniz ücün təşəkur edirik.

  • @sweetgrandma
    @sweetgrandma 3 месяца назад +2

    Çox dəyərli məlumatdır. Çox sağ olun❤

  • @maarifhuseynova822
    @maarifhuseynova822 3 месяца назад +1

    ÇOX SAĞOLUN FAYDALI MƏSLƏHƏT ÜÇÜN.🌺😊

  • @narbaar6861
    @narbaar6861 3 месяца назад +2

    Çox sağolun Xəyale xanım

  • @angelagayeva6217
    @angelagayeva6217 3 месяца назад +3

    👍emeynize saglig

  • @LaleEliyeva-k2m
    @LaleEliyeva-k2m 3 месяца назад

    BƏLİ ÇOX FAYDALI MƏSLƏHƏTDİR TƏŞƏKKÜRLƏR!!!

  • @asifesgerov3284
    @asifesgerov3284 3 месяца назад +3

    Coxlu - coxlu sag olun XƏYALƏ XANİM

  • @sapazmikayilov4406
    @sapazmikayilov4406 3 месяца назад +2

    Allah razı olsun

  • @Hekimizi
    @Hekimizi 3 месяца назад +2

    Məlumatınız bizim üçün çox faydalıdır,Təşəkkür edirəm
    Sodalı suyun da faydaları çoxdur: ürəkdə baş verən aritmiya, mədə-bağırsaq xəstəliyi, boğazın iltihabi xəstəliyi, zəhərlənmələr və s. istifadə edilə biər

  • @AynurMemmedova-br5mv
    @AynurMemmedova-br5mv 3 месяца назад

    Çox sağ olun məsləhətinizə görə❤

  • @IradeMemmedova-t8w
    @IradeMemmedova-t8w 3 месяца назад

    Cox lazımlı həm də faydalı məsləhətdir

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirik🌹

  • @zaqatala5954
    @zaqatala5954 3 месяца назад +2

    Cox saq olun!

  • @sultanimvahidova4149
    @sultanimvahidova4149 3 месяца назад

    Məlumat üçün çox sağ olun

  • @OrxanNuriyev-e7r
    @OrxanNuriyev-e7r 3 месяца назад

    Dəyərli məsləhətlər üçün çox sağ olun.

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün siz sağ olun❤️

  • @Abdullah-u3e5m
    @Abdullah-u3e5m 3 месяца назад +1

    TƏŞƏKKÜRLƏR.

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад +1

      İzlədiyiniz üçün mən təşəkkür edirəm

    • @Abdullah-u3e5m
      @Abdullah-u3e5m 3 месяца назад

      @@birbaxkanal Həm izləyirəm həm də paylaşıram.

    • @Abdullah-u3e5m
      @Abdullah-u3e5m 3 месяца назад

      @@birbaxkanal
      Çox az sayda faydalı kanallar .
      Onlardan biri də sizsiniz.
      Əksər kanallarda məqsəd insanları yalnız güldürürlər.
      Siz onlardan fərqli olaraq insanları düşündürürsiniz.
      Əl əxsus da sağlamlıq mövzularında.
      Sağlam bədəndə sağlam ruh prinsipinə xidmət edirsiniz.
      O üzdən sizə təşəkkür etməyə borcluyuq.
      Qeyd Uca Allahın sonuncu elçisi Məhəmməd peyğəmbər ( Ona və mübarək ailə üzvlərininə Allahın salamı olsun ) demişdir.
      İndanlara təşəkkür etməyən Allaha şükür edə bilməz.
      Yəni hər bir əziyyət çəkənin əməyinə dəyər vermək lazımdır.
      Sizə bol bol xeyirlər və uğurlar arzu edirəm.

  • @SevdaHaciyeva-i8w
    @SevdaHaciyeva-i8w 3 месяца назад

    ALLAH razı olsun.

  • @xavererebova2230
    @xavererebova2230 3 месяца назад

    Cix sağ olun faydalıdır elbette davami.mutleq olsun❤

  • @elmiraemirbeyova8340
    @elmiraemirbeyova8340 3 месяца назад

    Salam cox saq olun Allah sizden razi olsun,amin!

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirik🌹

  • @safiyamehdiyeva6776
    @safiyamehdiyeva6776 3 месяца назад

    Xeyri olsa əla məsləhətdir sag olun

  • @xedicebs9888
    @xedicebs9888 3 месяца назад

    Salam terapiya səsli qızım. Maşallah,masallah.Allah bədnəzərdən qprusun.Nə qədər suya nə qədər soda qatıllr?Təşəkkürlər

  • @BehruzÇerçiyev
    @BehruzÇerçiyev 3 месяца назад

    TƏŞƏKKÜRLƏR

  • @cimnazaliyeva1645
    @cimnazaliyeva1645 3 месяца назад

    Sağ olun

  • @BygfGjb
    @BygfGjb 3 месяца назад

    Teşekürler

  • @solmazmammadova4250
    @solmazmammadova4250 3 месяца назад

    ❤❤❤❤

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün biz təşəkkür edirik

  • @zulfiyyekerimova4332
    @zulfiyyekerimova4332 3 месяца назад

    ❤siz tesekkur edirem size

  • @elmiraaxundova-ct2pk
    @elmiraaxundova-ct2pk 3 месяца назад

    👍👍👍👍👍

  • @FAR.1DBBYEV123
    @FAR.1DBBYEV123 3 месяца назад

    Bir bax ❤

  • @AzerbaycanAzerbaijan-f9u
    @AzerbaycanAzerbaijan-f9u 3 месяца назад

    tşk

  • @kamalaaliyeva489
    @kamalaaliyeva489 3 месяца назад

    Salam qızım Allah kömeyün olsun aminn🤲🤲❤️❤️🙏🏻🙏🏻🌹🌹🥰🥰

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün siz sağ olun❤️

  • @ramizmirzayev655
    @ramizmirzayev655 3 месяца назад

    Yaxşi məsləhətdir lakin bir şeyi dəgig demirsiz nəfər suya nəfər soda tökməliyik

  • @Милка-к8с2ъ
    @Милка-к8с2ъ 3 месяца назад

    Чох саг олун хейале ханым❤❤❤

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün siz sağ olun❤️

  • @zehracebiyeva8312
    @zehracebiyeva8312 3 месяца назад

    Allah razi olsun corabdan yere tokulmeyi problem deyil teki ayaqlarin agrisi getsin

  • @ulkerbagirova9904
    @ulkerbagirova9904 3 месяца назад

    Mende baw barmaqimda dirnaq gobeley I varr geyinimde her gece sulu geyinmeliyem zehmet olmasa deyinde?

  • @IgbalHesenov
    @IgbalHesenov 3 месяца назад

    👍👍👍⚘️🌹⚘️🌹🤲🤲🤲🤲

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirik🌹

  • @makcvachenko2023
    @makcvachenko2023 3 месяца назад +1

    Suda nə qədər qalmaldl corab

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      Videonu sona kimi izləyin

  • @AynurMemmedova-br5mv
    @AynurMemmedova-br5mv 3 месяца назад

    Bəs sodanı quru halda istifadə etmək olar?

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      Dəriyə quru hopa bilməyəcək

  • @telmanwabanov9792
    @telmanwabanov9792 3 месяца назад +2

    Xeyale xanim necesiniz yuksek tezyigden insult kecirmiwem sag terefime vurub ne edim kime muraciet edim😭😭

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      Allah şəfa versin

    • @telmanwabanov9792
      @telmanwabanov9792 3 месяца назад

      @@birbaxkanal amin menim veziyyetim cox cetindi vAllah

  • @ZikriKaya-f9e
    @ZikriKaya-f9e 3 месяца назад

    ganim efendi saygılar sunuyorum hangi soda içtiğimiz sodami nereden bulacağız sodayı söylemişsin aydınlatırsanız sevinirim

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      Türkler buna karbonat diyor

  • @sevanaismayilova5517
    @sevanaismayilova5517 3 месяца назад

    Nə qədər suya nə qədər soda tökülməli

  • @makcvachenko2023
    @makcvachenko2023 3 месяца назад +1

    Sodall suda

  • @rimarima6253
    @rimarima6253 3 месяца назад

    Kas dogru olardi.

  • @AyselHuseyinli-rx6eq
    @AyselHuseyinli-rx6eq 3 месяца назад

    Salam. AYAG ALTİNDA OLAN KESGİN AGRİNİ EVDE NE ETSEY AZALAR BİLEN VARSA ZƏHMET OLMASA YAZSİN.

  • @Aliyeva_0207
    @Aliyeva_0207 3 месяца назад

    Salam
    Ayaq tərləməsinə faydalı ola bilərmi?

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      Tərləməyə xeyr

    • @Aliyeva_0207
      @Aliyeva_0207 3 месяца назад

      @@birbaxkanal Çox xahiş eliyirəm,əl-ayaq tərləməsinə faydalı məsləhətlər də verəsiniz.Təşəkkürlər🌹

  • @KamilBdlov
    @KamilBdlov 3 месяца назад +1

    Azerbaycan buraxan soda xeyirli olmaz ziyan olar

  • @VesileGulieva
    @VesileGulieva 3 месяца назад

    👍🫶💥👍

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      Təşəkkürlər❤️❤️

  • @roma7410
    @roma7410 3 месяца назад

    👍👍👍👍👍