İstisu Xaltan

Поделиться
HTML-код
  • Опубликовано: 28 июн 2022
  • Salam Dostlar!
    Sizi, 15 İyun 2021-ci ildən, Quba rayonu ərazisindən salamalayırıq. Bura, inzibati ərazi baxımdan Xaltan kəndində yerləşən İstisu sanatoriyasıdır.
    Bura təsadüfən gəldik. Beləki, Siyəzən rayonu ərazisində gəzərkən, İstisu yazısına rast gəldik. Bu rayon ərazisində İstisuyun olması yenilik idi və marağımızı cəlb etdi. Gilgilçay vadisi ilə irəliyəyərək əraziyə gəlib çatdıq.
    Xaltanın İstisuyuna kəndin özündənda yol vardır. Sonradan məlum olduki, bu yol nisbətən qısa olsa da, gəldiyimiz yoldan daha çətin idi. Elə, Gilgilçay yoluda hər nəqliyyata yararlı deyil.
    Kanyon ilə irəlilədikcə, geo-palenotoloji baxımdan zəngin təbiətə rast gəlirsən. Bura, Azironanın yarım-səhra landşaftı ilə çox oxşardır.
    İstisu müəssisəsinə yaxınlaşanda sizi motel tipli evlər və onların işçisi qarşılayır. Ərazini gəzmək ödənişsizdir. Evlərdə qalmaq, yəni icarəyə götürmək ödənişlidir. Su baxımdan problem olmasada, azuqənizi özünüzlə götürmək məsləhətdir. Cəmiyyətdən uzaq bir yerdir. İstəyə uyğun həmin azuqəni işçilər sizin üçün hazırlaya bilər. Alkoqollu içkilər qadağan olmasada, müalicə zamanı onları qəbul etmək qəti məsləhət deyildir. Təxminlə 10 gün olan müalicə müddətində turist özünü qorumalıdır, elə müalicədən bir müddət sonrada. Bura həm də soyuq içki və yüksək kolorili qidaların qəbulu da aiddir.
    Bir az irəlilədikcə, ərazidə vadinin sol və sağ sahilində iki bina nəzərə çarpır. Hər iki bina iki salondan, soyunma-geyinmə və istirahət - müalicə salonundan ibarətdir. Soldakı tikili nisbətən daha qədimidir. Sağdakı bulağın suyu daha istidir.
    Sauna tipli otaqlarda vannalar mövcuddur. Borular vasitəsi ilə bura su dolur və daim axımlıdır. Digər borulardan da içmək üçün su axır. Su, nisbətən duzlu və kükürd dadır.
    Sanatoriya ətrafında Böyük Qafqaza məxsus mənzərələr göz oxşayır.
    Müəssisənin ətrafında Pirəkəkil baba adlı ziyarətgah da vardırki, bu haqqda növbəti görüntülərdə danışacam.
    Bu qədər...

Комментарии • 2

  • @yuniszulmet3767
    @yuniszulmet3767 Год назад +1

    Bu gun oralardaydim.yordu yollar

  • @UzeyirMikayil
    @UzeyirMikayil  2 месяца назад

    Ikinci hissə: ruclips.net/video/VnBD0JU_hIc/видео.html