Şamlıdakı Vahid ovdanı

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • 12 Fevral 2023-cü il tarixində, Qobustan və Ələt qəsəbələri ərazisində yerləşən, Şamlı obasına səfər etdik. Şamlı obasına bu birinci səfərimiz deyil. İlk dəfə 2018-ci ildə burda təsadüfən qeydiyyatı olmayan abidə tapdıq. Bu, ovdandır. Ovdanın girişinə nəzər yetirsək, tarixinin hicri 1333 yəni miladi 1915-ci ili göstərdiyini deyə bilərik. Bundan başqa kitabəsində bəzi yazıları Şamlı və tikdirənin Vahid ibn Kərbəlayi... oxuya bildim.
    Girişinin düzbucaqlı olması, ovdanın "cavan" olmasının göstəricisidir. Ovdan bir neçə dəfə təmir edilib. Üzərində sementli suvağın izləri və dəmir borular görünür.
    Yağış suları ilə qidalanırmış və uzun müddətdirki, istifadə olunmur. Şamlı obasının camaatı isə Qobustan qəsəbəsinə yaxın eyni adlı yerdə məskən salmışdırlar.
    Təəssüf hissi ilə bildirmək məcburiyyətindəyik ki, Şamlı obası yaxınlığından keçən yeni yolun təmiri zamanı ovdan ərazisində də torpağın yerdəyişməsi müşahidə olunmuşdur. Əlbəttəki, bu abidənin taleyi barəsində narahatlıq yaradır...

Комментарии • 20