DİQQƏT! 21 Gün Şirniyyat Yeməsək, Bədənimizdə Nə Baş Verər?

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • #BirBax #Azerbaycan #sağlamlıq
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Sağlam bir orqanizm üçün artıq yağlardan qurtulmaq çox önəmlidir. Bunun üçün nizamlı pəhriz proqramı tətbiq etmək ən yaxşısıdır. Məhz bu zaman qarşımıza “21 gün şəkərsiz qidalanma” pəhrizi çıxır? Bəs bu 21 günlük pəhriz nədir? ----
    Adi karbohidratları tamamilə həyatımızdan çıxarmağı hədəfləyən “21 gün pəhrizi” arıqlaya bilməyənlərin deyərdim yeganə yoludur. Təbii ki, şəkərdən imtina etmək düzgün deyil. Amma müəyyən müddət onun istifadəsini dayandırmaqla sağlam həyat tərzi keçirmək mümkündür. Orqanizmin ehtiyacı olan qidaları və lifləri qəbul etmək üçün ən təbii şəkər qaynağı meyvələrdir.
    “21 gün pəhrizi”nə başlamazdan qabaq psixoloji cəhətdən bu duruma hazır olduğunuza qərar verin. Çünki qidalanma vərdişlərinizi 3 həftə boyunca dəyişmək o qədər də asan deyil. Psixoloji möhkəmlik olmasa, bir yerdə pəhrizi pozacaqsınız.
    Şəkərsiz keçən 21 gündə imtina etməli olduğunuz qidalar.
    21 gündə yeyiləcək və yeyilməyəcək qidalar mübahisə mövzusudur. Ağ undan hazırlanan qidalar, nişasta, yarımfabrikatlar 3 həftədə “qadağan edilmiş qidalar”dır. Ümumiyyətlə, 21 gündə uzaq durmalı olduğunuz qidalar bunlardır:
    1. Ağ un, düyü, makaron;
    2. Xəmir xörəkləri;
    3. Kekslər, peçenyelər kimi şirniyyatlar;
    4. Duzlu və şirin krakerlər;
    5. Emala məruz qalmış qidalar;
    6. Yarıbişmiş makaronlar;
    7. Dondurulmuş salatlar;
    8. Dondurma;
    9. “İçindəkilər” bölməsində əlavə şəkər olan qidalar;
    10. Nişasta ilə zəngin qidalar ( kartof, şirin kartof və s.);
    11. Hazır meyvə şirələri;
    12. Kola və qazlı içkilər;
    13. Kokteyllər;
    14. İsti şokolad;
    15. Aromalı kofe, süd və çaylar;
    16. Şəkərlə dadlandırılmış içkilər;
    Şəkərsiz keçən 21 gündə yeməli olduğunuz qidalar.
    “21 gün pəhrizi”ndə hansı qidalara üstünlük verməyin lazım olduğu da mübahisələr yaradır. Çünki bu müddət ərzində orqanizm ehtiyacı olduğu qədər protein, karbohidrat və şəkər də almalıdır. Ona görə də, bu qidaları yemək önəmlidir:
    1. Zeytun yağı və kərə yağı;
    2. Süd, qatıq, ayran, pendir;
    3. Yumurta;
    4. Dana əti, toyuq əti, hindquşu əti;
    5. Dəniz məhsulları;
    6. Göyərtilər;
    7. Mərcimək kimi paxlalılar;
    8. Badımcan, balqabaq, təzə lobya;
    9. Hind qozu;
    10. Göbələk;
    11. Avokado;
    12. Kələm,kərəviz, brokoli, bolqar bibəri, xiyar, qulançar, pomidor;
    13. Turp;
    14. Limon;
    15. Alma, ananas, armud;
    16. Taxılkimilər: buğda çörəyi, çovdar çörəyi, buğda unundan hazırlanan makaronlar, yulaf əzməsi, kinoa, buğda yarması, qarabaşaq;
    17. Kofe, çay və bitki çayları;
    18. Xardal, ev sousları;
    19. Sağlam şəkər qəbulu üçün gün ərzində 2-3 porsiya meyvə, 1 çay qaşığı bal, bəhməz, yaxud 10 qr sadə şokolad;
    Şəkərsiz keçən 21 gün üçün qidalanma siyahısı:
    1-ci gün:
    Səhər yeməyi: 3 yumurta, 2 qaşıq yulaf əzməsi, ispanaqlı qayğanaq, pomidor, xiyar.
    Atışdırmalıq: 1 ovuc istənilən mövsümi meyvə və ya 8 ədəd badam ləpəsi.
    Nahar: 1 dilim kəpəkli çörək, bol göyərti ilə hazırlanmış ton balığı salatı.
    Axşam yeməyi: 120-150 qr suda, buxarda, közdə yaxşı bişmiş ət və ya manqalda bişmiş tərəvəz.
    2-ci gün:
    Səhər yeməyi: 1 dilim buğda çörəyi, 1 ədəd soyutma yumurta, bol göyərti və 2 ədəd qoz ləpəsi.
    Atışdırmalıq: 1 ədəd yaşıl alma.
    Nahar: Limon suyu, zeytun yağı, duz və sarımsaq əlavə edilmiş noxud püresi (humus), kələm salatı və soyutma dana əti.
    Axşam yeməyi: 3 qaşıq qarabaşaq, 100 qr soyutma toyuq əti, 1 stəkan ayran.
    3-cü gün:
    Səhər yeməyi: 1 stəkan süd, 1 çay qaşığı çia toxumu, 1 banan ilə hazırlanmış qarışım.
    Atışdırmalıq: 10 ədəd fındıq ləpəsi.
    Nahar: 1 kasa qatıq, zeytun yağlı təzə lobya.
    Axşam yeməyi: Tərəvəz salatı və 150 qr balıq
    4-cü gün:
    Səhər yeməyi: 2 yumurta ilə hazırlanmış tərəvəzli qayğanaq.
    Atışdırmalıq: 2 ədəd quru gavalı və kofesi.
    Nahar: 1 qara undan hazırlanan yuxa, 1 porsiya soyutma quş əti, 2 dilim ağ pendir
    Axşam yeməyi: balqabaq və makaron. Onları sobada birlikdə də bişirə bilərsiz
    5-ci gün:
    Səhər yeməyi: 1 ədəd kəpəkli buğda kökəsi, 2 ədəd soyutma bişmiş yumurta və yağsız pendir
    Atışdırmalıq: 1 kiçik ölçülü banan.
    Nahar: sobada bişmiş brokoli, gül kələmi, yerkökü qarışımı, 1 stəkan ayran.
    Axşam yeməyi: 100 qr soyutma bişmiş dana əti, sobada bişmiş yarım şirin kartof, mövsümi tərəvəzlərdən hazırlanmış salat.
    6-cı gün:
    Səhər yeməyi: 3 xörək qaşığı yulaf əzməsi, 1 kasa süd, 1 ədəd qoz ləpəsi
    Atışdırmalıq: 10 ədəd fındıq ləpəsi və ya bir ovuc mövsümü meyvə
    Nahar: 1 stəkan ayran, 1 boşqab paxlalılardan hazırlanmış yemək.
    Axşam yeməyi: 1 dilim qara çörək, sobada bişmiş zeytun yağlı balqabaq.
    7-ci gün:
    Səhər yeməyi: bol göyərtili, göbələkli qayğanaq.
    Atışdırmalıq: 1 fincan südlü kofe.
    Nahar: yarım avokado, 4 ədəd salxım pomidor.
    Axşam yeməyi: bol göyərtili salat, 100-150 qram ət, 1 stəkan ayran.

Комментарии • 51

  • @clilovarubab4780
    @clilovarubab4780 Год назад +8

    ÇOX SAĞ OLUN BİZƏ FAYDALI PƏHRİZ VERDİYİNİZ ÜÇÜN.
    TƏŞƏKKÜRLƏR 🙏♥️

  • @asifesgerov3284
    @asifesgerov3284 Год назад +6

    Gozel mesleht ucun coxlu -coxlu sag olun .Dogrudanda cox gozel meslehet oldu .

  • @zeminecebiyeva1385
    @zeminecebiyeva1385 Год назад +6

    Məsləhətləriniz sesiniz gimi gözeldi təşəkkürler

  • @bayramresulol9611
    @bayramresulol9611 Год назад +5

    Faydalı məlumata görə coox sağ olun.🙏🌷

  • @Ayla-wn4nw
    @Ayla-wn4nw Год назад +7

    Çox sağ olun 👍😘

  • @yaquthmdov3640
    @yaquthmdov3640 Год назад +5

    Salam mən 3gundur çörek den şirniyyat dan imtina etmişəm 79kiloyam . boyum 1.50yasim 36.ancaq ne tapsam onu yeyirəm evdə bunlardan ala bilmirəm deyə bilersizmi bu pəhrizi davam etsem arıqlaya bilerem 😘

  • @museyibnimuxtarov1885
    @museyibnimuxtarov1885 Год назад +1

    Faydalı məlumat üçün təşəkkürlər😊

  • @muhammedmom3734
    @muhammedmom3734 Год назад +5

    Adam evdə tək yaşasa nə var ki istədiyini bişir ye
    Yoxsa hər kafadan bir səs gəlir hərə bir şey istəyir
    İstər istəməz adamın nəfsi çəkir yeyirsen

  • @aidaxalilova4673
    @aidaxalilova4673 Год назад +6

    Çox yaxşı meslehetdir.bu pehrize başlamaq lazımdır. Doğurdan da iradə möhkem olmalıdır ki, davam edə bilesen.

  • @bestishirinova9018
    @bestishirinova9018 Год назад +1

    Çox sağolun məsləhətiniz uçun təşəkkürlər

  • @roblox.2629
    @roblox.2629 Год назад

    Çox sag olun.Təşəkkür edirəm.Əla məsləhətdir.

  • @guleysetmmmdova6792
    @guleysetmmmdova6792 Год назад

    Gözəl balam sizin məsləhətiniz qədər səsiniz və özünüz də gözəlsiniz Allah qorusun,sizdən bir məsləhət istəyirəm bir bacım qızı var,iki uşaq anası 35 yaş hədsiz artıqdır,ən yağlı yeməklər belə onu kokətmir,nə etmək olar?
    Qabaqcadan təşəkkürümü bildirirəm

  • @_huseyn_01
    @_huseyn_01 11 месяцев назад +1

    Çox şirin yesək şəkər xəstəliyi olarıq .

  • @etibarbayramov3637
    @etibarbayramov3637 Год назад

    Salam çox saq olunki belə faydalı məlumatlar verirsiz.Zəhmət ol asa deyə bilərsiz sulu yeməki hansı günlərə hansı saata birdə su içmək vaxtını desəz yaxşı olardı

  • @FOOTBALLRONALDO543
    @FOOTBALLRONALDO543 Год назад +1

    Gözəl səsli bacım çox sağ olun bizə məsləhət verirsiniz.birdə 14 yaşlı oğlum üçün kökəldən resept deyin zəhmət olmasa dərmanda olar

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      Siz sağ olun. Qurdunu yoxlatdırmısız?

    • @FOOTBALLRONALDO543
      @FOOTBALLRONALDO543 Год назад

      Yox bacı yoxlatmamışam.əlamətlər yoxdu dişlərin qıcamır ,qaşınmlr ona gprə yaoxlatmamışam.

  • @bp_lisa.339
    @bp_lisa.339 Год назад

    ÇOX SAĞ OLUN

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 Год назад +3

    Dəyərli məsləhətlər verdiyin üçün təşəkkür edirəm.
    İnanmıram ki, pəhriz sona qədər davam etsin. 😂

    • @birbaxkanal
      @birbaxkanal  Год назад +1

      Xoşdur

    • @tunzalebayramova7369
      @tunzalebayramova7369 Год назад +1

      Irade lazimdi ' men 98 klodan 76 kloya diyetle dusdin

    • @f.xanoglu.9999
      @f.xanoglu.9999 Год назад

      @@tunzalebayramova7369.
      Bağşlayasan : Sən xanım olduğun üçün arıqlaya bilirsən, və buna görə yeməyi görüb, yeməməyə çalışırsan.
      Amma biz görən kimi ötürürük içəri 😂😂🤭

  • @user-cq7nz3bs6b
    @user-cq7nz3bs6b Год назад +1

    20 ildir belə pəhriz saxlayıram

  • @roma7459
    @roma7459 Год назад +3

    Salam zehmet olmasa alma sirkesinin faydası hakında melumat vererdiz

    • @birbaxkanal
      @birbaxkanal  Год назад +1

      Mən özüm zərərini görmüşəm deyə bu haqda video hazırlamıram. Mədəm həssas olduğu üçün, az bir dozası belə çox pis təsir etmişdi

    • @roma7459
      @roma7459 Год назад +1

      Cox sagolun.

    • @businesslady.A
      @businesslady.A Год назад

      Alma sirkəsini mən çox qəbul edirdim. Mədəmdə problem yaratmadı, amma qadınlar üçün erkən yaşda menopauza yaratmaq kimi zərəri var. Alma sirkəsi qurdları, qanda mikrobları, şəkəri tənzimləmək, piyləri parçalamaq və.a faydaları var. Amma mədəsi həssas olanlara və gənc qadınlara olmaz.

  • @etyrfefdfhh8907
    @etyrfefdfhh8907 Год назад +1

    Bes ne qaldı

  • @Sabir28.04
    @Sabir28.04 Год назад

    01.05.23 Mən başladım şəkərsiz 21 gün ayın 22 nə qədər pəhriz mənim üçün çətin deyil, əsas şirniyyat yemə istəyimi azalda bilmirəm😢
    İnşallah bacaracam❤🙏👍

  • @advanturebaku
    @advanturebaku 25 дней назад

    Başlıq düzgün deyil 21 gün şirniyyat yox şəkər olmalıdır çünki şəkərin alternativləri var Stevia, Eritrol, mongfrute qeyd edək ki, meyvələrdə də şəkər var.

  • @ulviyyememmedova7568
    @ulviyyememmedova7568 Год назад +2

    Herşey gözeldi ama yoxluğun üzü qara olsun 😊

  • @elminzeynal7416
    @elminzeynal7416 7 месяцев назад

    Deyirsiz kərə yağı yemək lazımdır..sonra isə yağlı süd olmaz 🤷

  • @tunzalebayramova7369
    @tunzalebayramova7369 Год назад

    Siz dediynize duzgun eldse 3'4 klo geder

  • @user-ku4pk5mk5u
    @user-ku4pk5mk5u 8 месяцев назад

    Heç. Arxlya.bilmrem30klo.atmalyam

  • @user-qn6rm9ln6y
    @user-qn6rm9ln6y 3 месяца назад

    Yalandi safsem olmaz men bir hefte sekersiz yasadim... Gozume vurdu agridan sehere kimi yatammadim... Wirin cay isdim duzeldi

  • @Helya7777
    @Helya7777 3 месяца назад

    Bəs nə yeyək?

  • @user-ei6zl9ki5r
    @user-ei6zl9ki5r Год назад +1

    🤲🤲👍👍

  • @Maqa1988
    @Maqa1988 Год назад

    Day deyin olekde 😁😁😁