Sintizatorda ifa: "Gülərəm gülsən" (bəstəkar Fikrət Əmirov). İfa edən Vaqif Mahmudov

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • GÜLƏRƏM GÜLSƏN
    (Sözləri Məmməd Səid Ordubadinindir)
    Gözlərim o qara gözə bənd oldu,
    Saçların boynuma bir kəmənd oldu,
    Ağlasan ağlaram, gülərəm gülsən,
    Ömrümün yazında təzə bir gülsən.
    Dərdimi söylədim divara-daşa,
    Hicran saatları çatmayır başa,
    Gəl gedək seyr edək biz qoşa-qoşa,
    Bülbül sevgimizə nəğmələr qoşa.
    Sevirəm, səninəm, qorxma heç kəsdən,
    Gəl, səni qurtarım qara məhbəsdən,
    İnan sözlərimə, qorxma bir kəsdən,
    Gəl, səni qurtarım qara məhbəsdən.
    Ağlasan, ağlaram, gülərəm, gülsən,
    Ömrümün yazında təzə bir gülsən.

Комментарии • 1

  • @latifagunturk3140
    @latifagunturk3140 10 месяцев назад +1

    Aglaram, ağlaram,ağlasan,gülerem, hep gülerem ,gülsen.HEYAT SİZİ HEP GÜLDÜRSÜN,