Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sana? Tiğə urdun, cismi-üryanın gərəkməzmi sana? Qardaşım Şöhrət Barlas iddia edir ki, 🇺🇿ÖZBƏKLƏR dahi FÜZULİNİ hamıdan çox sevirlər və onun bir çox şeirlərini bizdən də çox ifa edirlər. Bu məsələdə onunla mübahisə etmək çox çətindir. MƏHƏMMƏD FÜZULİ Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sana? Tiğə urdun, cismi-üryanın gərəkməzmi sana? Atəşin ahimlə eylərsən mənə təklifi-bağ, Bağiban, gülbərgi-xəndanın gərəkməzmi sana? Yelə vermə dağıdıb hər yan, ayaqlardan götür, Ey pəri, zülfi-pərişanın, gərəkməzmi sana? Ey kəmanəbru, rəqibə vermə qəmzəndən nəsib, Ox atarsan daşə, peykanın gərəkməzmi sana? Yandırıb canım, cahansuz etmə bərqi-ahimi, Asiman, xurşidi-rəxşanın gərəkməzmi sana? Küfri-zülfündən məni mən’ eyləmək layiqmidir, Sufi, insaf ilə imanın gərəkməzmi sana? Tutalım kim, əşk seylabinə yoxdur e’tibar, Ey Füzuli, çeşmi-giryanın gərəkməzmi sana?
Ташаккур! Ажойиб ижро!
рахмат ,нихоятда овоз чиройли ,божественной голос ❤
Кушик овозингизга санатингизга КАЛОМИНГИЗНИ дуне ЭШИТСИН
Овозингизга. Овоз кушилсин
Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sana?
Tiğə urdun, cismi-üryanın gərəkməzmi sana?
Qardaşım Şöhrət Barlas iddia edir ki, 🇺🇿ÖZBƏKLƏR dahi FÜZULİNİ hamıdan çox sevirlər və onun bir çox şeirlərini bizdən də çox ifa edirlər. Bu məsələdə onunla mübahisə etmək çox çətindir.
MƏHƏMMƏD FÜZULİ
Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sana?
Tiğə urdun, cismi-üryanın gərəkməzmi sana?
Atəşin ahimlə eylərsən mənə təklifi-bağ,
Bağiban, gülbərgi-xəndanın gərəkməzmi sana?
Yelə vermə dağıdıb hər yan, ayaqlardan götür,
Ey pəri, zülfi-pərişanın, gərəkməzmi sana?
Ey kəmanəbru, rəqibə vermə qəmzəndən nəsib,
Ox atarsan daşə, peykanın gərəkməzmi sana?
Yandırıb canım, cahansuz etmə bərqi-ahimi,
Asiman, xurşidi-rəxşanın gərəkməzmi sana?
Küfri-zülfündən məni mən’ eyləmək layiqmidir,
Sufi, insaf ilə imanın gərəkməzmi sana?
Tutalım kim, əşk seylabinə yoxdur e’tibar,
Ey Füzuli, çeşmi-giryanın gərəkməzmi sana?