Təhsilimizin bu günü və ya bizə diplom lazımdırmı?

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • #APATV #Təhsil #TəhsilNazirliyi #ŞahlarƏsgərov #MarkZakrbörq #BillQeyts #LediQaqa #Professor #ŞahlarƏsgərov #TəhsilEksperti #KamranƏsədov
    Bir neçə il öncə Təhsil Nazirliyi yanında ictimai şuranın sədri, professor Şahlar Əsgərov məlum fikirləri ilə gündəmdə az-çox çalxalanmaya səbəb olmuşdu. Lakin həmin məqaləni yenidən müzakirə predmetinə çevirən səbəb son iki il ərzində bütün dünyanı alt-üst etmiş koronavirus pandemiyasıdır. Əvvəllər uğurlu karyeraya aparan yol universitet darvazasından keçirdisə, indi hətta əcnəbi təhsil müəssisəsinin tələbəsi olmaq üçün belə qürbətdə oturub vətən həsrəti çəkmək lazım deyil. Bəzən görürsən, oxuduğun ali məktəbi yarımçıq qoymaq ömrünü dəftər-kitab içində çürütməkdən daha faydalı olur. Mark Zakrbörq, Bill Qeyts, Ledi Qaqa... və hələ adını çəkmədiyimiz onlarla şəxs bu ehtimalları əyani sübut etmiş milyarderlərdir...
    “Ölkədə öz ixtisası üzrə işləməyən minlərlə insan var və burada maraqlı bir sual ortaya çıxır ki, əgər bu qədər adam fərqli ixtisaslar üzrə çalışır və ali təhsilli də deyillərsə, bəs onda ali təhsilin önəmi nədir? Bu bizim üçün nə qədər önəmlidir? İndi onu vətəndaşlardan öyrənəcəyik”.
    Vətəndaşların bəziləri deyir ki, ali təhsil əvvəl nəsə verirdi adama, amma indi vermir.
    Bəziləri isə düşünür ki, ali təhsil sadəcə diplom almaq üçündür.
    Əksini düşünənlər də var. Sakinlərdən birinin sözlərinə görə, ali təhsil insana ali təhsil verir, həm baxımlı olursan: “Necə deyərlər, uşaqlarını onun kimi... Təhsil çox şey deməkdir. Amma necə, nə cür deyim, bilmirəm. Lazımlı bir şeydir”.
    Göründüyü kimi, vətəndaşların bir çoxu ali təhsilin önəmini ya baxımlılıq, ya diplom, ya da iş tapmaq potensialı kimi görür. Bəs ali təhsil doğrudanmı dəyərini itirib? Şahlar Əsgərovun dediklərinə inansaq, bu bir neçə ildə durum daha da pisləşib və ali məktəblər müasir dünya ilə ayaqlaşa bilmir.
    Professor Şahlar Əsgərovun fikrincə isə, sahələrarası elm, yaxud fənnlərarası elmi sahələr daha perspektivlidir: “Yəni, məsələn, fizikanı öyrənmisinizsə, burada uğur qazanmaq üçün başqa bir sahəni öyrənəcəksinizsə, onda bu iki sahənin qovuşduğu yerdə yeni bir elm yaranır (məsələn, ekonomfizika). Bu zaman da siz həmin sahənin aparıcı adamına çevrilə bilərsiniz. Ona görə düşünürəm ki, universitetlər elmləri tükənir”.
    Təhsil Eksperti Kamran Əsədov isə dünya və Azərbaycanı eyni tərəziyə qoymağın tərəfdarı deyil. Onun fikrincə, pandemiya dövrü ölkəmizin nə distant, nə də ənənəvi tədris metodu sarıdan uğur qazana bilmədiyinin dəlilidir.
    Təhsil eksperti Kamran Əsədov isə deyir ki, Azərbaycan buna hazır deyil: “Biz bu gün görürük ki, universitetlər artıq onlayn tədrisdə effekt ala bilmədilər. Məcburiyyətdən ənənəvi dərsə qayıtdılar. Amma dünyanın inkişaf etmiş ölkələri başa düşdü ki, xərcləri azaltmaqla daha çox gəlir qazanmaq olar və buna daha artıq insan qoşula bilər”.
    Lakin Kamran Əsədova görə, universitetlərin effektivliyini itirməsi birbaşa tələbatlardan qaynaqlanır. Məsələn, Ali təhsil müəssisələri qarşısında qoyulan şərtlər dəyişsə də, görünür, elm ocaqları yeni standartlara cavab verməyə söz də tapmır, metod da... Dolayısıyla, ali təhsil ehtiyacı həyat şərtlərini yaxşılaşdırmaqdan çox iş tapmağa hesablanıb. Yəni, Nizami Gəncəvinin təbirincə desək, qüvvət elmdədir, ancaq bacaran başqa cür də üstünlük eləyə bilər: “Universitetlər əmək bazarı şərtlərinə cavab vermirlər. Ayaqlaşmırlar. Bizdə iş adamlarından elə bilik və bacarıqlar tələb olunur ki, universitetlər bunu bizə vermirlər. Axı mənə bu bacarığı verməmisənsə, onu necə geri ala bilərsən? Misal üçün, Təhsil Nazirliyi özü üçün müəllim seçir, amma müəllim heç özü o tələb etdiyi standartlara cavab vermir”.
    Təhsil texnoloqu Şəmil Sadiq isə daha inqilabi düşünür. Onun fikrincə, yaxın onilliklərdə ali təhsil müəssisələrinin fəaliyyət sahəsində köklü dəyişikliklər gözlənilir: “Yeni kadr yetişdirməkdə universitetlərin rolunun az olduğu aşkara çıxır. Məsələn, baxın, dörd-beş il oxuyub gedib hardasa elektrik işləmək, operator işləmək, xəzinədar və yaxud qaynaqçı və ya mühəndis işləmək üçün universitet oxumaq vaxt itkisidir. Mən Koreyada oldum, araşdırdım, orada universitetlərdən daha çox kurslar var. 3-6 aylıq kurslar ilə sən hansısa bir peşəni öyrənib, ondan dolanışığını təmin edəcək qədər maaş ala bilirsən”....
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 34

  • @mircingizagazad8516
    @mircingizagazad8516 2 года назад +17

    Azərbaycanda oturub hansısa Fransa universitetinin sertifikatını bir neçə ayda almaq mümkündürsə, niyə dörd-beş il əlləşib-vuruşasan? Məntiqli deyil, hə? Üstəlik, o sertifikat mənim ölkəmin diplomundan daha keçərlidirsə...

  • @sevincagazade3906
    @sevincagazade3906 2 года назад +7

    2:00 baxın bu deməkdi. İki cümləni bir araya gətirib çıxara bilməməkdir. Ancaq bir parça kağıza(diplom)güvənib, inkişaf etməyib, yox olub getmək deməkdir. Yalnız qarnını doyura bilmək üçün ömür çürüdüb,göz nurunu itirmək deməkdir. Təhsil elmə dayanmadıqca 15 diplom alasan nə fayda.

    • @Mmmdova-ub6tr
      @Mmmdova-ub6tr Год назад +3

      Tamamilə razıyam. Bizdə isə hər kəs 200 bal yığım bir yerə əlimi ilişdirim dərdindədi

  • @user-eg7iz4vb6z
    @user-eg7iz4vb6z 2 года назад +15

    Azerbaycanda ne orta mekteb, nede ali mekteb hec bir elm, savad vermir.
    Eger orta mekteb tehsil verirse, niye bu uwaqlar muellimlerin evinde pul verib hazirlawir., ‼️
    Ali mektebler tehsil verirse niye iw vermirler. Mutleq gerek staj deyilen bir wey olmalidi. Yada pul verib harasa iwe duzelesen.
    Bir sozle her ikisi yararsizdi.

    • @mircingizagazad8516
      @mircingizagazad8516 2 года назад +7

      Müəllimlərin böyük hissəsi bilərəkdən keyfiyyətli dərs keçmir ki, şagird repititora möhtac qalsın. Bunun da əsas səbəbi maaşdır. Yenə...

    • @user-eg7iz4vb6z
      @user-eg7iz4vb6z 2 года назад +3

      @@mircingizagazad8516 mekteb coxdan kocub muellimlerin evine, olub pullu tehsil.
      Azerbaycanin 30 ildi evini yixirlar. Qafqazda tehsil uzre axirinci yerdeyik.
      Muellimlerin maawi hemiwe az olub.
      Amma hec vart bu qeder awaqi nufuzlu, saxtakar olmayiblar.

    • @mircingizagazad8516
      @mircingizagazad8516 2 года назад +3

      @@user-eg7iz4vb6z , şərait pisləşdikcə xarakterlər də korlanır. Ancaq hər şey də maddiyyata bağlı deyil. Yadıma gəlir, dolların manatdan hörmətsiz olduğu vaxtlarda belə müəllimlərin bir çoxu bəhanə tapıb pul yığırdı. Özü də rəhbərlik səviyyəsində...

    • @mircingizagazad8516
      @mircingizagazad8516 2 года назад +3

      @@user-eg7iz4vb6z , şərəf, ləyaqət, vicdan puldan üstündür. Əgər cəmiyyəti yetişdirən bəzi müəllimlər belə bu üç məfhumu beş-on manat pula satırsa, daha deməyə söz qalmır.

    • @user-eg7iz4vb6z
      @user-eg7iz4vb6z 2 года назад +3

      @@mircingizagazad8516 duz dediz ki, daha demeye soz almir. Coxdan satiblar.
      Bir devletin ki, muellimi, hekimi saxtakardi, o devlet mehv olacaq, bizim kimi.

  • @my_happines_bts
    @my_happines_bts 2 года назад +8

    Azərbaycanda ali təsil anca daydaylı adamlara lazımdı kasıb ancaq boş yerə pul tökür məktəblərə

    • @mircingizagazad8516
      @mircingizagazad8516 2 года назад

      Daydaylı adamların çoxu heç normal təhsil almır axı. Əvəzində, ali təhsilli kadrların çalışacağı şirkətlərin rəhbəri olurlar.

    • @my_happines_bts
      @my_happines_bts 2 года назад +2

      @@mircingizagazad8516 buda bizim bədbəxtçiliyimizdi bunun günahın kimdə görürsüz

    • @mircingizagazad8516
      @mircingizagazad8516 2 года назад +3

      @@my_happines_bts , günahın bir qismi əlbəttə bizdədir. Amma digər qismini də görməzdən gəlməməliyik. Toplum daydaylıq təfəkkürünü mənimsəyib nəsildən nəsilə ötürməsə, bu anlayış indiyəcən gəlib çıxa bilərdimi? Və ya, yuxarı mərtəbədə oturanlar sadə xalqdan rüşvət tələb etməsəydi, hətta oxumaq istəməyən belə məcbur qalıb təhsil almayacaqdımı? Hər tərəfli zillət içindəyik.

  • @zaur3945
    @zaur3945 2 года назад +4

    UŞAQLARI NEYNEN OXUDAQ NEYNEN IŞE QOYAQ VEZIYET COX CETINDIR HARA KEDEY DERDIMIZI KIME DEYEY IŞ KÙC YOXDUR BIYABRCLQDR VALLAH

    • @mircingizagazad8516
      @mircingizagazad8516 2 года назад +1

      Allah özü bizə güc və səbr versin. Belə görürəm, bizə özümüzdən başqa yardım edən olmayacaq.

  • @user-qf2ds4oq9t
    @user-qf2ds4oq9t 4 месяца назад

    Azərbaycanda ali təhsil sistemi sıfıra bərabərdir. İnkişaf etmiş ölkələrdə distan təhsil alanlarin dusuncələri daha çoxdur , Azərbaycanda isə ancaq pul yigimidir

  • @syyah186
    @syyah186 2 года назад +3

    İndi hansi unversiteyi qurtarirsan qurtar pulu vermesen is ala bilmezsen yada daydayi

    • @Mmmdova-ub6tr
      @Mmmdova-ub6tr Год назад +2

      Səhv düşünürsüz. İndi dövr savad dövrüdür. İmtahanla hər işə qəbul olunmaq olur. Ətrafımda belələri çoxdur

    • @computerscience23
      @computerscience23 Год назад

      Səhv danışırsınız

    • @Proqramis
      @Proqramis 7 месяцев назад

      @@Mmmdova-ub6tr b's maaş? Siz deyəsən dövlət qulluğu və vergilər və eləcədə ədliyyə azirliyində olan işləri deyirsiz. Həmin imtahanlar heç nə asan olmur həmdə vakant yerdə limitlidi. Belə deyək tutalım həmin o dövlət qulluğu imtahanlarında hər kəs yüksək nəticə topladı. 100 faiz nəticə. Ondada başqa keyfiyyətlərə baxacaqlar və elə götürəcəklər. BUda qalır rəqabət məsələsinə. Niyə stresli həyat olsun ki?Dünyaya bir dəfə gəlirsən ondada belə. Yəni ildə 40000 məzun olursa heç olmasa yarısı iş tapmalıdır.

    • @Proqramis
      @Proqramis 7 месяцев назад

      @@computerscience23 Sİz deyəsənkomputer elmləri oxuyursuz . Addan elə görsənir. İt sahəsi ən qazanclı və ən asan iş tapa bilinən peşədir.Amma hər kəs i bu ixtisasa bu sahəyə yönəlmək istəmir. İt də belədiki özüdə gərək özünü təkmilləşdirəsən dayanmadan 5 ay əvvəl olan tətbiq güncəllənir və yeni hətta terminlər əmələ gəlirş Belə amma uni tam bitirmədən 2 ci və 3-cü kursdan it sahədə 1000 manatdan çox pul qazanan insanlar çoxdur bəli bunu düz deyirsiz. Mən 11 əm və bu il komputer mühəndisliyi yazacam inşAllah ona görə də.

  • @user-lk4wy4rc8m
    @user-lk4wy4rc8m 4 месяца назад

    Bil Qeytsin həyatını öyrənin sonra yazın,onun diploma ehtiyacı yoxdur,ailəsi milyonerdir.Oxumaq hər zaman insana lazım oıur.Öz sahəsi üzrə işləməsə də yenə də bilik yardıma gəlir

  • @userw6
    @userw6 2 года назад +10

    Gunun realligi. Azerbaycanda ali tehsil alanlar,bu gun ne gundesiz???

  • @user-dj5cb1qw9t
    @user-dj5cb1qw9t 2 года назад +4

    Indi hecine vermir o diplomnan pul Qazana bilmirsense menim Diplomu var quru quru ne verir sene oqeder pul tokur sen pul hardan cxr ora ustunluk ver ama 11 Ili mektebi yaxw oxumag lazmdr birde meweye yelenmek lazmdr

    • @mircingizagazad8516
      @mircingizagazad8516 2 года назад +3

      Elədir. Peşə bacarıqları nəzəri biliklərdən daha önəmli hala gəlib.

  • @aykababayeva1509
    @aykababayeva1509 Год назад +2

    Birdene diplom evde yatirdi dedim tek di 2 ilden soea 2 ci diplomu alib 2 sin birden iylendirecem(🤣

  • @hikmet.95
    @hikmet.95 Год назад +1

    şəkil bəy görünür hökümət nümayəndəsidir

  • @sahmuradsahmarbylinurullab3868
    @sahmuradsahmarbylinurullab3868 5 месяцев назад +1

    Get ticarətlə məşqul ol... Ali təhsiı alınca