D vitamini ilə zəngin olan qidalar hansılardır?

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • Ekspert: Dr. Hidayət Məmmədzadə - Endokrinoloq
    D vitamini ilə zəngin olan qidalar hansılardır?
    Əslində Vitamin D-nin təbii qaynağı günəşdir.Orqanizm dəridə ultra bənövşəyi şüaların təsiri ilə 80-90% halda dermal olaraq, yəni dəri yolu ilə Vitamin D tələbatını təmin edir.Amma 10-20% hallarda ərzaqlarla, qida maddələri ilə Vitamin D həqiqətən vitamin kimi orqanizmə daxil olaraq Vitamin D-nin aktiv hala gəlməsinə bir hormon olaraq fəaliyyət göstərməsinə səbəb olur. Bu qida maddələrinə göbələk, kartof, cəfəri kimi bitkiləri misal göstərə bilərik.Əsasən, bitki Vitamin D-si erqokalsiferol deyilən maddə D2 Vitaminidir.
    Vitamin D-nin 1-dən 5-ə qədər formaları vardır.Erqokalsiferol D2 bitki vitamin D-si kimi bilinməkdədir. Həkimlər üçün daha çox vacib olan D2 və D3 vitaminləridir. Heyvani mənşəli qidaların bir çoxunda Vitamin D vardır.Onların ən vacibi somon, qızıl balıq, skumbriya kimi yağlı balıqlar, balıq kürüsü, bundan başqa, yumurta, kərə yağı Vitamin D ilə çox zəngindir.
    Qütblərə doğru getdikcə günəş şüasının təsirinə az məruz qalan ölkələrdə bəzi qida maddələrinin taxılların, süd məhsulları, yağların içərisi Vitamin D ilə zənginləşdirilir.Bu bir dövlət siyasəti olaraq əhalini Vitamin D yetərsizliyindən qorumaq üçün mühüm bir addımdır.

Комментарии • 6

  • @hesen0v_
    @hesen0v_ 3 года назад +14

    Menim D Vitaminim Çatismir Buna Görede Elim Ayaqlarim Çox Teleyir Bundan Sorna D Vitaminli Olan YimeknYiyecen

  • @zehraaliyeva6951
    @zehraaliyeva6951 Год назад +2

    Sinəmda ağrılar var idi,gəldim həkimə analizlər verdim dedi ki,bu analizlarle sizin sinənizə heç bir patologiua ola bilməz.Eseb ,sinir sistemi ilə əlaqədardır.,özünüzə məşğuliyyət tapın,parkda yürüyüş edin,özünüzü sakitləşdirin tədricən keçib gedəcək,.Həmin gündən çox şükür ne ağrım var bəs acim

    • @mydear35.
      @mydear35. 7 месяцев назад

      ALLAH köməyiniz olsun canınız ağrı görməsin.

  • @Susa2023_
    @Susa2023_ 6 месяцев назад

    Cəfəridə D vitamini yoxdur

  • @hokumeqasimova7193
    @hokumeqasimova7193 Год назад

    adam ev dən çıxa bilmirsə nələr yeməlidirki d vitamini əvəz eləsin