Generalın məhkəməsi başladı - “Tərtər işi” - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 18 сен 2024
  • #APATV #Tərtərişi #BəkirOrucov #general #mayor #məhkəmə #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    Generalın məhkəməsi başladı - “Tərtər işi” - APA TV
    “Tərtər işi” üzrə ittiham olunan 5 nəfər - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. APA-nın məlumatına görə, Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror Vüsal Mehrəliyev ittiham aktını elan edib. İttihamda deyilir ki, hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncə verilib, ləyaqətləri alçaldılıb müxtəlif növ işgəncələr tətbiq olunub. İşgəncə nəticəsində bir nəfər - leytenant Adil Sabirli həlak olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
    Hakim deyib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib.General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib.Proses aprelin 20-də davam etdiriləcək.Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Bu iş üzrə ittiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil, onlar barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 8

  • @Cryptocurrency_daily_
    @Cryptocurrency_daily_ Год назад +3

    hikmət həsənyan hardadı? Nə vaxt tutulacaq?

  • @zamindadashov660
    @zamindadashov660 Год назад +1

    İttiham yox, həbs lazımdır və zonda hamısına yupka geyindirib işlətmək.

  • @Zaur20377
    @Zaur20377 Год назад

    Ханлар Велиев ,Закир Хесенов, кими виждансызлар Тутулмалыды дуз 35 ил !!

  • @azarabushov928
    @azarabushov928 Год назад +2

    Azərbaycanlıya işkəncə verən Azərbaycanlı ola bilməz

  • @elseneliyev.590
    @elseneliyev.590 Год назад +3

    BƏS HİKMƏT HƏSƏNOV HANI O ALÇAG BİZİM İGİDLƏRİMİZİ ƏLLƏRİYLƏ ƏMİRİYLƏ ÖLDÜRÜB HANI O ALÇAG HANI BİZƏ ELƏ GENERAL LAZIM DEYİL!!!!!!

  • @ТельманАлиев-э9с

    HAKQ ADALAT AŞKARLANMALIDIR

  • @РахибАбасов-у8в
    @РахибАбасов-у8в Год назад +1

    Кенрал дейил петухду бу котлар