Bakımız "Balaxanı su ovdanı" XIV əsr "VLOG15"

Поделиться
HTML-код
  • Опубликовано: 7 фев 2025
  • #BALAXANIOVDAN #BAKIMIZ #VLOG 15
    23.08.2020 tarixində Balaxanı kəndinə etdiyim səfərdə yağış yağmasına baxmayaraq Şakir ağa türbəsi, Hacı Şəhla məscidi, Su ovdanı və Qum hamamında çəkilişlər etdim. Bu Vlogda Balaxanı su ovdanı ilə tanış olacaqsınız, hansı ki bu ovdan 1920 ci ilə kimi Balaxanı kənd sakinlərini su ilə təmin etmişdir.
    .
    Kənddə yerləşən ovdan şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə inşa edilmişdir. Pilləkənlərin quruluşu Şirvanşahlar sarayında olduğu kimi bir qədər hündürdür. Təbii ki ovdanın içinə girmədiyim üçün bunun fərqinə vara bilməmişəm. Amma ümumən şirvanşahlar dönəmində olan tikililərdə pilləkənlər həmişə hündür formalıdır. İndiyə kimi alçaq pilləkənlər qarşıma çıxmamışdır. Ovdan 40 pilləkəndən ibarətdir yəni su məbnbəyinə enmək üçün 40 pilləkən ilə aşağı düşmək lazımdır. Eyni zamandada bu su ovdanına 40 pilləli ovdanda deyilir. Ovdanın girişindən su mənbəyinə qədər üzü aşağıya 15 metr məsafə var. Mənbələrdədə göstərildiyi kimi aprel işğalına kimi yəni 1920 ci ilə kimi əhali bu ovdandan istifadə etmişdir. 2019 cu ildə isə abidə restavrasiya edilməyə başlanmışdır
    .
    Balaxanı su ovdanı koordinatları: goo.gl/maps/mC...
    .
    .
    #weareRkM #baku #azerbaijan #trip #travel #aztagram #travelmood #vlog #history #azerbaijanhistory #samsungaze #gopro #balaxanı #ovdan #suovdan

Комментарии • 3