Это видео недоступно.
Сожалеем об этом.

Fatma Mehrəlıyeva - Olmaz, olmaz..

Поделиться
HTML-код
  • Опубликовано: 1 май 2021
  • "Olmaz-olmaz"
    Söz: Qasım Qasımzadə
    Mus: Zöhrab Abdullayev
    İfa: "Kəsmə şikəstə"dən bizə yadigar qalmış, naxışsız Sənətkarımız Fatma xanım Mehrəliyeva, 1957
    Müşayiət: Əhməd Bakıxanov, XÇA Ans.
    Sahil sakit, çəkilibdir ayaqlar,
    Coşan dalğa qayaları qucaqlar.
    Deyəndə ki, gəl qayıqda gəzək, yar,
    Çatıb qara qaşlarını nədən sən,
    Olmaz-olmaz, olmaz-olmaz deyirsən?
    Ay ucalır, gecə olur tən yarı,
    Əynin nazik, əsir dəniz rüzgarı.
    Üşüyürsən, bir yaxına gəl barı.
    Qəzəbdənmi, alovdan don geyirsən,
    Olmaz-olmaz, olmaz-olmaz deyirsən?
    Sübh şəfəqə boyayanda aləmi,
    Töküləndə çiçəklərin şeh nəmi,
    Deyəndə ki, çatdı ayrılıq dəmi,
    Buraxmayıb əllərimi əlindən,
    Olmaz-olmaz, olmaz-olmaz deyirsən?

Комментарии • 2