Uşaqlarda qurd xəstəlikləri | Dr.Kənan Qarayev
HTML-код
- Опубликовано: 5 фев 2025
- 🔴Uşaqlar əksər hallarda bütün yaş qruplarında qurd xəstəliklərinə (helmintozlar) yoluxurlar. Uşaqlarda əlamətlər olduqda müalicə edilir. Parazitlər müşahidə edilə bilər, ancaq simptomlar görünmədikdə müalicəyə ehtiyac yoxdur. Çünki bədən özü eliminasiya edə bilir.
📋İlkin əlamətlər:
✔İştahanın azalması və normal qidalanma fonunda fiziki inkişafdan geri qalma
✔Qarın və göbək nahiyəsində ağrılar
✔Qusma və diareya (bəzən)
✔Çəkinin itirilməsi
✔Gecələr yuxuda dişləri qıcamaq
✔Anus dəliyi nahiyəsində gecələr güclənən qaşınma
⚫Orqanizmdə çoxalan qurdların bir neçə növü var ki, bunların da hər birinin özünəməxsus əlamətləri var.
➖Lyambliyalar zamanı bədəndə müxtəlif nahiyələrdə (əsasəndə diz və dirsək büküş nahiyələrində) səpgilər müşahidə oluna bilər. Mədə bulantısı və iştahsızlıq müşahidə edilə bilər.
➖Askarida qida borusundan ağıza gəlir və yenidən udulan zaman ağız seliyi ilə nəfəs yoluna düşüb davamlı öskürəyə səbəb olur.
❗Sereloji analizlərin (qan analizi) qurd diaqnozu qoyulmasında heç bir rolu yoxdur.
🔬Ümumi nəcis analizi ilə araşdırma aparılır. Parazit adətən, yumurtaları gecə buraxdığına görə səhər nəcis ifrazı zamanı nümunə götürülməlidir. Diaqnozun qoyulması üçün bu test bir neçə dəfə təkrarlanması məsləhətdir.
📝Müayinə əsasında qurdun növü təyin olunduqdan sonra, növünə uyğun müalicə sxemi təyin olunur. Qurdun müalicəsində pəhriz saxlanılması, bağırsaqların yuyulması və bitkisəl müalicələrin təyin olunmasının əsası yoxdur.
👨Həkim Pediatr: Kənan Qarayev
📲(+994 50)224 51 05
▶️RUclips adresimiz / Dr. Kənan Qarayev
📍FUNDA Hospital, Ünvan. AZ1033 Bakı. Hidayətzadə 163 (Köhnə 45)
#helmintoz #lyambliya #askarida #uşaqhekimi #drkenanqarayev #fundahospital