Elvin Nasir & Ali Asgar Mammadov & Şəhid Övladları - Can Ey Şəhid

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2022
  • Elvin Nasir in Ali Asgar Mammadov iilə birgə ifa etdikləri "Can Ey Şəhid" adlı parçası artıq onlayndır!
    Elvin Nasir-ə RUclips-da abunə ol :
    Elvin Nasir-i sosial şəbəkələrdə izlə :
    Instagram - l24.im/6GI
    Elvin Nasir-i rəqəmsal platformalarda dinlə :
    Spotify - l24.im/h3tV8yI
    Apple Music -
    Layihəyə verdikləri dəstək üçün "Avrora" şirkətinə və "Atəşgah" rəhbərlərliyinə xüsusi təşəkkürlərimizi bildiririk.
    Söz: Elvin Nasir
    Musiqi:Ali Asgar Mammadov / aliasgar771
    Beat:Berkay Çandır
    Video: Tural Xəlilov (Boomerangstudio)
    Səsyazma:Protime pro
    Səs uzlaşması:Rüfət Behbudov (Roofatmusic)
    Media partnyoru @xeber.men
    Sözləri:
    İlahi, bu qanun nə qəribədir..?
    Bir ölüm, min canı xilas eyləyər.
    Vətəni uğrunda can verənlərə,
    Yaradan cənnəti miras eyləyər.
    Hər kəsə bəyandır bu ki, həmişə,
    Şəhiddən cənnətin qoxusu gəlib.
    Bu Vətən nə gözəl lay-lay deyib ki,
    Bu qədər igidin yuxusu gəlib...
    Candır Şəhid, yaşayan candır Şəhid!
    Torpağın üstündəki bircə damcı, qandır Şəhid!
    Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz,
    İnsanın alisidir, gör necə insandır Şəhid?!
    Nə şərafətli əcəldir, nə ləyaqətli ölüm!
    Ki, vətən torpağı uğrundakı qurbandır, Şəhid!
    Şəhidin yeri cənnətdir, buyurubdur yaradan,
    Cənnəti axtaran hər bir kəsə ünvandır, Şəhid!
    Düzdü, çox böyük dərddir bu dünyada qalanlara,
    Çünki, səni unutmaq da bizlərə nöqsandır, Şəhid...
    Arxanca ağlayanlar həm də, səninlə qürur duyur
    Sən baxma gözlərində yaşları leysandır, Şəhid!
    Sənə borcludur bu torpağda qalan hər bir kəs,
    Elə bil xəstələnmişik, bizə loğmandır Şəhid!
    Məzarın üstə gedən yolda fədadır canımız,
    Bizlər nə karəyik?! Aləmə sultandır Şəhid!
    Can ey Şəhid! Sənə qurban ey Şəhid!
    Məzarın nur ilə dolsun, hər bir an, ey Şəhid!
    Bu vətən torpağını sən öz qanınla suvarmısan,
    Çünki xeyli çiçək yetişdirib həmin qan, ey Şəhid!
    Düşmənin atdığı hər mərmi əgər zəhərdirsə,
    Onu şərbət eliyəndir, belə dərmandır Şəhid.
    Bu millət ağlayacaq arxanızca hər daim,
    Ki, bəlkə göz yaşımız yolunda ehsandır, Şəhid!
    Və bütün dünya baxır görür şəhidlik arzumuz,
    Oxunan fatihələr dünyaya üsyandır, Şəhid!
    Sən ki, torpağ uğrunda öz canını sipər etdin,
    Həmin ol torpağ indi üstünə yorğandır, Şəhid!
    Candır Şəhid! Yaşayan candır Şəhid!
    Torpağın üstündəki bircə damcı qandır, Şəhid!
    Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz,
    İnsanın alisidir, gör necə insandır Şəhid...
    Nə etsək, nə desək, bilin ki, azdır,
    Şəhadət eşqi ilə boğulanlara!
    Bu ömrü yaşamaq üçün borcluyuq,
    Bir ölüb, min dəfə doğulanlara!
    İnanın kökündə siz dayanmısız,
    Bu millət qələbə çalıbsa əgər.
    O haqqı bizlərə halal etməyin,
    Gözünüz arxada qalıbsa əgər!
    Şərəfli şəhadət bir ağac olsa,
    Siz həmin ağacda bir budağ olun.
    Bədəni torpağa fəda etdiniz,
    Bu vətən sağ olsun! Siz də, sağ olun!
    Bütün müəllif hüquqları “Musics of Azerbaijan” tərəfindən qorunur. © 2023
    Etiketlər :
    #Can ey şəhid #ElvinNasir #MusicsofAzerbaijan
  • ВидеоклипыВидеоклипы

Комментарии • 802

  • @ElvinNasir
    @ElvinNasir  Год назад +394

    Əziz dostlar.Bu dəfə duet ortağlarımız Şəhidlərimizin övladlarıdır.Onlarla birgə ataları üçün "Can ey şəhid"oxuduq.
    Fikirlərinizi bildirməyi və layihəyə dəstək məqsədi ilə klipi sosial şəbəkələrinizdə paylaşmağı unutmayın.
    Xoş seyrlər

    • @qarabag540
      @qarabag540 Год назад +9

      👍👍👍

    • @elnur_emirov
      @elnur_emirov Год назад +8

      🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

    • @Luna.mon.
      @Luna.mon. Год назад +6

      Əhsən sizə şair🥺👏👏👏

    • @feridmemmedli5961
      @feridmemmedli5961 Год назад +6

      Uğurlar vətənpərvər qardaşım.🤲🤘🇹🇷🇦🇿

    • @_bosh_kanal_
      @_bosh_kanal_ Год назад +7

      Allah sizi qorusun 🥀😞 Şəhidlərmiz üçn belə şeylər edirsiz

  • @elcinmcidov3337
    @elcinmcidov3337 6 месяцев назад +16

    Son 2 saat özünüzdən muğayat olun bəyənin xatirə qalsın qismət olsa sağ qayıtsam baxacam ))🙃💂🖐️

    • @user-us5vu6qq9y
      @user-us5vu6qq9y 2 часа назад

      Sag salamat qaqa gelende yaz 🙏🤲🏻

  • @recepyalcin1266
    @recepyalcin1266 Год назад +23

    tüylerim diken diken gözlerim yaşlı can azerbeycana selam olsun gardaşlarım Garabağ bizimdir azerbeycanındır türkiyenindir türk askerindir ALLAHIN selamı üzerinize olsun canlar SELAMUNALEYKUM Türkiyeden selamlar CAN GARDAŞLARIM

  • @muratcasper4958
    @muratcasper4958 Год назад +33

    Vatan için can alıp can verenlerin şerefine selam olsun 🇹🇷🇹🇷🇦🇿🇦🇿🇹🇷🇹🇷

  • @faiqismaylov1734
    @faiqismaylov1734 Год назад +248

    Bir veten Müharibesin Veterani olaraq Sene öz minnetdariligimi bildirem Elvin Yad elediyin üçün Allah şəhidlerimize Rehmet elesin Qazilerimize Allahdan şəfa dileyrem Veteranlarimizada Can saģligi arzuluyram 🖤

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад +6

      Zəhmət olmasa Məndə Səsləndirmişəm mahnını Girib baxa bilərsiz?

    • @kianschool-59-QQ-703
      @kianschool-59-QQ-703 Год назад +3

      Təşəkkür

    • @formula1_pilotu629
      @formula1_pilotu629 Год назад

      HER ŞEYÌN YAXŞIDIR PROSTA AZERBAYCAN DÌLÌNDE YAZI YAZA BÌLMÌRSEN...ÙMUMÌYYETLE ANA DÌLÌNÌ BÌLMÌRSEN !!!!😂

    • @abituriyent897
      @abituriyent897 Год назад +1

      @@formula1_pilotu629 sən veteranımıza deyirsən bu sözü???

    • @abituriyent897
      @abituriyent897 Год назад +2

      Can siz unudulmadız,baxın mən də oxuyub sizləri tanıdacam!!!!🇦🇿✊🏻Mənim Amalım budur✊🏻🇦🇿
      Allah Şəhidlərimizə Rəhmət etsin,Amin🥀🇦🇿
      Biz Şəhidlərimizin,Veteranlarımızın,Qazilərimizin,Hərbçilərimizin hesabına yaşayırıq və onlara daim hörmət edin anmalıyıq🇦🇿

  • @tarixdaqiqada46
    @tarixdaqiqada46 6 месяцев назад +12

    Özbekistandan salamlar 🇺🇿 🇦🇿. Siz kahraman milletsiniz.

  • @TiraXturMedia
    @TiraXturMedia Год назад +37

    Güney Azərbaycandan sevgilər 🇹🇷🇦🇿

  • @Banu0024
    @Banu0024 Год назад +122

    Ağlamadan dinləmək qeyri-mümkündür. Çox sağ olun dəyərli insan
    Allah bütün şəhidlərimizə rəhmət eləsin,qazilərimizə şəfa versin

  • @orxanebelfezli
    @orxanebelfezli Год назад +71

    Allah şəhidlərimizə rəhmət eləsin🥀🇦🇿 Səsinə qüvvət qardaşım

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад +1

      Xaiş edirəm Məndə Səsləndirmişəm mahnını Girib baxa bilərsiz Kanalımda?

    • @sahibmemmedov3304
      @sahibmemmedov3304 10 месяцев назад +1

      Amin insallah😢😢😢

  • @emila9996
    @emila9996 Год назад +14

    Var ol ŞAİR🇦🇿🇹🇷🇵🇰

  • @aqateymurhanov4203
    @aqateymurhanov4203 Год назад +8

    Gözlərimdən yaş gəldi
    Darixmişam Şəhid olan qardaşlarim üçün 😔

  • @rosefanblink106
    @rosefanblink106 Год назад +46

    siz ki yad edirsiz ALLAH size omur versin!

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад +1

      Zəhmət Olmasa Girib Baxa Bilərsiz
      Kanala Məndə Səsləndirmişəm Bu Mahnını.

    • @lonelysoul_uwu2161
      @lonelysoul_uwu2161 10 месяцев назад

      ​@@rvansirinov64932:20 2:26

  • @mirqafar
    @mirqafar Год назад +37

    Tüklər biz biz ....
    Allah şəhidlərimizlə Vətənimizi ucaltsın.!

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Xaiş edirəm Məndə Səsləndirmişəm mahnını Girib baxa bilərsiz Kanalımda?

  • @drivervolkan3941
    @drivervolkan3941 2 месяца назад +1

    Rabbim şehitlerimizi peygamber efendimize komşu eylesin 🫡🤘

  • @qartal_24
    @qartal_24 8 месяцев назад +7

    ALLAH bütün şəhid qəhrəmanlarımızı rəhmət eləsin.Qalan Qəhrəman Qazilərimizə can sağlığı versin.Mən XTQ kəşfiyyatçısı olaraq o, qədər şəhid və qazilərimizin qisasını almışam ki, sayı hesabı yoxdur.Vətənim Azərbaycanın bayrağına, torpağına və millətinə pis gözlə baxanın beynini dağıdaram və dağıtmisamda.Mən döyuşlərdə olarkən ürəyimin üzərindəki cibimdə Muəddəs Qurani Kərim, üç rəngli Bayrağı və rəhmətlik babamın Məzarının üstündəki bir ovuc torpaq olub.Vətənimə, Torpağıma və Millətim Azərbaycanlılara qurban olum.Vətən sənə canım Fəda.Torpaq uğrunda ölən varsa vətəndir.Şəhidlər ölməz, Vətən bölunməz!

  • @ibiw740
    @ibiw740 Год назад +85

    Allah şəhidlərmizə rəhmət eləsun.. Qazilərmizə şəfa versun.. 🇦🇿🤲

  • @Polkovnik.Hemdem.Agayev1975
    @Polkovnik.Hemdem.Agayev1975 Год назад +16

    ŞƏHİD POLKOVNİK HƏMDƏM AĞAYEV BAŞDA OLMAQLA, CƏMİ ŞƏHİDLƏRİMİZİN RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN AMİN🤲🏻🤲🏻

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Xaiş edirəm Məndə Səsləndirmişəm mahnını Girib baxa bilərsiz Kanalımda?

  • @xususi.teyinatli
    @xususi.teyinatli Год назад +21

    Sağol Var Ol Elvin Qardaş .. Şəhidləri Qaziləri . Hərbiçiləri . bu Azərbaycanımız Üçün Əziyyət çəkənləri Yad Etdin .!

  • @_bosh_kanal_
    @_bosh_kanal_ Год назад +10

    😞😞Can Şəhidlərim 🥀

  • @milanemirzezade9124
    @milanemirzezade9124 Год назад +26

    Gül balalar-hər birinizin həyatı hamar və işıqlı olsun,AMİN.

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Zəhmət Olmasa Girib Baxa Bilərsiz
      Kanala Məndə Səsləndirmişəm Bu Mahnını.

  • @wansmeleyi1787
    @wansmeleyi1787 Год назад +3

    Size qurban olum balalar.can

  • @feridbabazade9381
    @feridbabazade9381 Год назад +14

    Vətən uğurunda canlarını Fəda edən , Şəhid olan qardaşlarımza Allahdan rəhmət diləyirəm

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Xaiş edirəm Məndə Səsləndirmişəm mahnını Girib baxa bilərsiz Kanalımda?

  • @useridkl99q.11
    @useridkl99q.11 Год назад +6

    Yaşıyan candı şəhid🥺🖤

  • @vefaquliyeva9967
    @vefaquliyeva9967 Год назад +6

    Ehsen Elvin numunevi bir davranis... Onlar bize onlarin emanetidir ve biz o emanete gozumuz kimi baxib qorumaliyiq millet olaraq xalq olaraq ALLAH cemi sehid qardaslarimiza Rehmet etsin 😪😪Candi Sehid

  • @SohretIdayetov
    @SohretIdayetov День назад

    Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allahım sən şəhid balalarımıza səbr ver 😢😢😢😢😢😂😭😭😭😭

  • @2ST_PRO_BRAWL
    @2ST_PRO_BRAWL 6 месяцев назад +2

    Şəhidlər Ölməz Vətən Bölünməz😭⚔️⚜️

  • @turald.5064
    @turald.5064 Год назад +12

    Allah şəhid qardaşlarımıza rəhmət eləsin

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Zəhmət Olmasa Girib Baxa Bilərsiz
      Kanala Məndə Səsləndirmişəm Bu Mahnını.

  • @aytacibrahim126
    @aytacibrahim126 Год назад +37

    Ruhunuz şad olsun, igid, ər, mərd şəhidlərimiz!
    Körpələrin qürurlu baxışlarına baxın hələ siz.
    Çox sağ olun, Elvin!

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Xaiş edirəm Məndə Səsləndirmişəm mahnını Girib baxa bilərsiz Kanalımda?

  • @nadyanalya6700
    @nadyanalya6700 6 месяцев назад +2

    Vallah sözün bitdiyi yerdi🥺can səhidlər

  • @Zahraaa.13
    @Zahraaa.13 Год назад +7

    Can Ey Şəhid Sənə Qurban Ey Şəhid🇦🇿💔

  • @MR.BENZ_048
    @MR.BENZ_048 5 месяцев назад +2

    ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN

  • @user8926
    @user8926 Год назад +3

    ALLAH bütün şəhidlərimizə rəhmət eləsin.Göy cinsli qız.. tüklərim biz-biz oldu🙏🥺

  • @user-yq1tj3zi5i
    @user-yq1tj3zi5i 6 месяцев назад +2

    КАЖДЫЙ РАЗ СМОТРЮ И МУРАШКИ МЕНЯ ТОПЧАТЬ ...
    ДА ПРИМИТ ВСЕВЫШНИЙ АЛЛАХ НАШИХ ШАХИДОВ В РАЙ...
    И ТЕРПЕНИЕ ИХ РОДНЫМ И БЛИЗКИМ...
    🤲 АМИН 🤲
    🫶🇦🇿🫶

  • @mehdimehdiyevofficial313
    @mehdimehdiyevofficial313 5 месяцев назад +1

    Allah rəhmət eləsin şəhidlərimize qazilərimize şəfa versin Allah təala

  • @tebiet2202
    @tebiet2202 Год назад +37

    Allah bütün Şəhidlerimize rəhmət eləsin məkanlari cənnət Ruhları Şad 🙏🥀😔

    • @A.....34718
      @A.....34718 Год назад

      AMİN 🤲😔🥀

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Xaiş edirəm Məndə Səsləndirmişəm mahnını Girib baxa bilərsiz Kanalımda?

  • @sevincbagirova495
    @sevincbagirova495 Год назад +5

    Cox sagolun Elvin Nasir.

  • @aytacisazade1805
    @aytacisazade1805 Год назад +8

    Canlarından bir parça olan balaları atalarına səslənir:Candır şəhid.💙🇦🇿

  • @feridmemmedli5961
    @feridmemmedli5961 Год назад +14

    Allah Şəhidlərimizə rəhmət eləsin.🤲🤲🥀🥀Can atasız qalan körpələr.😭😔

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад +1

      Xaiş edirəm Məndə Səsləndirmişəm mahnını Girib baxa bilərsiz Kanalımda?

  • @turanabbasov119
    @turanabbasov119 Год назад +3

    Bu fani dünyadakı ən uca zirvədi şəhid.

    • @yahuseyn_20000
      @yahuseyn_20000 Год назад

      dünya fani deyil insanlardı fani
      ayrıca Şəhid sadəcə ALLAH yolunda din uğrunda ölənlərdir sübut Qur'an ayələri var Şəhid bu statusu ancaq ALLAH təyin edir oda qiyamət günü
      günümüzdə ki siyasi oyunlar ilham əliyevin cibi uğruna ölenlər şəhid deyil
      sadəcə bu dünyada kı insanlar üçün şəhiddir amma ALLAH qatında əsla

    • @yahuseyn_20000
      @yahuseyn_20000 Год назад

      dünya fani deyil insanlardı fani
      ayrıca Şəhid sadəcə ALLAH yolunda din uğrunda ölənlərdir sübut Qur'an ayələri var Şəhid bu statusu ancaq ALLAH təyin edir oda qiyamət günü
      günümüzdə ki siyasi oyunlar ilham əliyevin cibi uğruna ölenlər şəhid deyil
      sadəcə bu dünyada kı insanlar üçün şəhiddir amma ALLAH qatında əsla

  • @SohretIdayetov
    @SohretIdayetov 29 дней назад

    Allahım atasızlıq çox ağır hissdir sən heçkimə atasızlıq hissini yaşatma😢😢😢

  • @muslumhesimov8853
    @muslumhesimov8853 9 месяцев назад +2

    Çox gözəl mahnıdı😢😢😢

  • @asosbayraml2425
    @asosbayraml2425 Год назад +7

    Allah Bütün ŞƏHİD.Qardaşlarımıza Rəhmət Eləsin

  • @ancaqyemk9497
    @ancaqyemk9497 Год назад +7

    Allah şəhidlərə rəhmət eləsin var ol

  • @elcan5673
    @elcan5673 Год назад +27

    ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN 😭🤲🇦🇿

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Xaiş edirəm Məndə Səsləndirmişəm mahnını Girib baxa bilərsiz Kanalımda?

  • @vtnovladlari1539
    @vtnovladlari1539 Год назад +1

    Cannnnnnnn balaca körpələrr🥺🥺sizin o balaca,təmiz qəlbinizə qurban🥺❤️

  • @gulu7252
    @gulu7252 10 месяцев назад +1

    YENE BU QANLI SENTİYABIR ŞƏHİDİN VAR AZERBAYCAN...😔💔🥀

  • @Bakinskiy77
    @Bakinskiy77 Год назад +4

    Shedilermizi unudana sudu haram olsun. Allah sizdere rehmet elesin bizim Qardashlarimiz

  • @smilhaczad8937
    @smilhaczad8937 10 месяцев назад +2

    Allah sehidlerimize rehmet elesin 😢🤲

  • @ysl525
    @ysl525 Год назад +11

    Bütün Şəhidlərimizin 💙ruhu şad olsun🥺🇦🇿💙🤲

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад +2

      Zəhmət olmasa Məndə Səsləndirmişəm mahnını Girib baxa bilərsiz Kanalımda?

  • @hasanovseymur4750
    @hasanovseymur4750 4 месяца назад +1

    Allah Elfaq qaqama və cəmi şəhidlərimizə rəhmət eləsin Amin. Bilsin ki ondan ötrü çox darıxmışam 😢😢😢

  • @sebineagamaliyeva6275
    @sebineagamaliyeva6275 Год назад +3

    Bu Vətən nə gözəl lay-lay deyibki, bu qədər igidin yuxusu gəlib......
    Allah bütün Şəhidlərimizə rəhmət etsin🙏🇦🇿

  • @ulviyyenesir4327
    @ulviyyenesir4327 Год назад +16

    Şehidlere canım qurban ruhu kömey olsun Elvinim❤️🤲

  • @wansmeleyi1787
    @wansmeleyi1787 Год назад +3

    Allahim cemi sehidlerimize rehmet et.😔😔balalarini qoru onlari pislikden pis insanlardan qoru.onlari cetine salma.

  • @punhanrustemov8196
    @punhanrustemov8196 Год назад +9

    Çoxdan gözlənilən gəldi nəhayət əməyi keçən hər kəsə sonsuz sevgilər və təşəkkürlər🤲❤️

  • @maliktahirli5938
    @maliktahirli5938 Год назад +6

    Allah bütün Şəhidlərimize rehmet elesin mekanlari cennet olsun,

  • @ElnarProduction
    @ElnarProduction Год назад +3

    "Onlar bizə onların əmanətidir"👋

  • @fsankrimova2406
    @fsankrimova2406 Год назад +3

    Allah rəhmət eləsin bütün şəhidlərimizi 😔😔körpələrimizin çiyinlərində çox ağır yük qoydu bu müharibə

  • @raulgldi9293
    @raulgldi9293 Год назад +3

    Allah bir də heç bir Türk milletinin çocuklarını Atasız və Anasız qoymasın Amin inşallah 🤲🤲🤲🤲🤲🤲🇹🇷🇦🇿🇵🇰🇵🇼🇺🇿🇹🇲❤️❤️❤️❤️❤️

  • @user-gf1ol8bk1s
    @user-gf1ol8bk1s 3 месяца назад

    Allah bütün şəhidlərimizə rəhmət eyləsin Qazilərimizə şəfa versin valideynlərinə səbr versin💔🥀😔🤲

  • @alikaliyev4172
    @alikaliyev4172 Год назад +1

    Cann ölerem ele allah şehid balalarini qorusun

  • @elvinyusubov979
    @elvinyusubov979 Год назад +6

    Gul balalar.Allah sizi qorusun.Atalariniza ,butun sehidlerimize Allah rehmet elesin.😢

  • @ilham_ilqaroglu
    @ilham_ilqaroglu Год назад +2

    Çoox sağol ŞƏHİDİM körpə uşağlarınızı yetim qoyaraq bizə sevinc hissini yaratdız🥺🥺🥺

  • @JJ-kz3oo
    @JJ-kz3oo 10 месяцев назад +2

    Can ey şəhidlərim yenə şəhidlər off.....

  • @rasifmuradov9027
    @rasifmuradov9027 Год назад +7

    Allah bütün Şəhidlərimizə rəhmət eləsin,kimlərki Şəhidin məqamın dərk edir,dəyər verir Allah o insanlarıda həmişə uca etsin

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Zəhmət Olmasa Girib Baxa Bilərsiz
      Kanala Məndə Səsləndirmişəm Bu Mahnını.

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Zəhmət Olmasa Girib Baxa Bilərsiz
      Kanala Məndə Səsləndirmişəm Bu Mahnını.

  • @miray.2235
    @miray.2235 Год назад +7

    Allah Cəmi Şəhidlərimizə rəhmət eləsin Allah Qazilərimə Şəfa versin. Allah bütün Herbçilermizi qorusun.

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад +1

      Zəhmət Olmasa Girib Baxa Bilərsiz
      Kanala Məndə Səsləndirmişəm Bu Mahnını.

  • @tural9858
    @tural9858 10 месяцев назад

    Canım qardaşım Şəhid İsmiyev Zeynal🥹🇦🇿

  • @MirelemMusazade
    @MirelemMusazade Год назад +4

    Allah bütün şəhidlərə rəhmət etsin.

  • @iradememmedova9876
    @iradememmedova9876 Год назад +16

    Allah şəhidlərimizə rəhmət etsin.Xeyrli olsun 😔

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад +1

      Zəhmət Olmasa Girib Baxa Bilərsiz
      Kanala Məndə Səsləndirmişəm Bu Mahnını.

  • @user-tt1sc4bv8q
    @user-tt1sc4bv8q Год назад +9

    Allah bütün şəhidlərə rəhmət eləsin🤲,evladları üzü gülər,canı saglam böyüsün🤲Allah sizdən razı olsun👏👏👏

  • @nizibabazad8073
    @nizibabazad8073 Год назад +1

    Allah şəhidlərimizə rəhmət eləsin.Qazi qardaşlarımıza şəfa versin.

  • @PeymanBaturayMuzik
    @PeymanBaturayMuzik Год назад +9

    Allah Şəhidlərimizə Rəhmət Eləsin 🥀😔 Ailələrinə Səbir versin insəAllah 🙏

  • @TurkanRzayeva-ub7iy
    @TurkanRzayeva-ub7iy 6 месяцев назад

    Allah bütün şəhidlərimizə rəhmət eləsin 🥀

  • @Nashed05
    @Nashed05 Год назад +2

    Bu mahnida cox derin mena yatire❤️
    Allah butun sehidlere Cennet elesin
    Aminnnn🤍

  • @mhmmdnzrov8033
    @mhmmdnzrov8033 Год назад +1

    ALLAH 20 YANVAR ŞƏHİDLƏRİ DAXİL HAMISINA RƏHMƏT EYLƏSİN

  • @LaleNurullayeva-yf2of
    @LaleNurullayeva-yf2of 2 месяца назад +1

    Allah şehitlerimize rehmet etsin

  • @ArifEliyev-tt7fv
    @ArifEliyev-tt7fv 3 месяца назад

    Allah rəhmət etsin bütün şəhidlərimizə 😭🥺

  • @adileeliyeva3069
    @adileeliyeva3069 10 месяцев назад +1

    Can ey ŞƏHİD .😞ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELESİN

  • @osmancauwoglu4891
    @osmancauwoglu4891 Год назад +5

    Halaldi sene Elvin,gorduyum ewitdiyim en tesir edici videodu ve mahnidi muharibeden sonra,bir qazi olarax baw eyirem qarwinizda....

  • @amidismaylov8312
    @amidismaylov8312 Год назад +2

    Allah şəhidlərimizi rəhmət eləsin.🤲🙏

  • @user-ri8sd8eq7y
    @user-ri8sd8eq7y 4 месяца назад

    of içim yanır şəhidlərim sənə qurban ey şəhidim 😢😢😢😢😢

  • @aytacmehtiyeva2961
    @aytacmehtiyeva2961 Год назад +4

    Şəhid Elvin Abdullayev 12 sentyabr Şəhidi 14 gündən sonra tapılan Şəhidim💔

  • @nurlanyaqubov8608
    @nurlanyaqubov8608 Год назад +1

    Elvin qardaş cox sag ol..

  • @N.A.R.M126
    @N.A.R.M126 Год назад +4

    Allah şəhidlərimizə rəhmət eləsin. Qazilerimize şəfa versin Allah .

  • @aytenrehimli9972
    @aytenrehimli9972 Год назад +1

    Allah Rehmet elesin Sehidlerimize!Her zaman yadimizdadilar unutmadiq unutmariq!Bu mahniya Sehid mahnilarina qulaq asanda agliyiram😢

  • @k_gmustafayev
    @k_gmustafayev Год назад +5

    Ruhunuz şad olsun Şəhidim yatiginiz Torpağa qurban olum 🇦🇿 🥀

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Xaiş edirəm Məndə Səsləndirmişəm mahnını Girib baxa bilərsiz Kanalımda?

  • @aysebayramli7361
    @aysebayramli7361 5 месяцев назад

    ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN QAZİLƏRİMİZƏDƏ ALLAH ŞƏFA VERSİN AMİN İNŞALLAH ÇOX SAĞ OLUN MİNƏTDARAM.

  • @user-zo6js1uj2h
    @user-zo6js1uj2h 10 месяцев назад +2

    Allah şəhidlərimizə rəhmət etsin

  • @nezrinehmedova6744
    @nezrinehmedova6744 Год назад +1

    Gorduyum en gozel klipdi ALLAH BUTUN SEHIDLERIMIZI REHMET ELESIN.Icim parcalandi baxanda etim biz biz oldu Allah her birinina ilesine sebr versin baxdiqca klipe doymuram.Gorun nece ureknen oxuyurlar.Ay Allah hele korpeleri demirem ureyim agridi🥺💔🥀

  • @nn8__
    @nn8__ Год назад +13

    ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin..💔🥀 Tüklərim biz biz oldu (( Şəhidlərimizin ruhu qarşısında baş əyirəm..🇦🇿😞

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Xaiş edirəm Məndə Səsləndirmişəm mahnını Girib baxa bilərsiz Kanalımda?

    • @nn8__
      @nn8__ Год назад

      @@rvansirinov6493 Əlbəttə.

  • @iskenderovteymur886
    @iskenderovteymur886 Год назад +3

    ALLAH NE ARZUN VARSA HERINE YETSIM ELVIN NESIR.ALLAH SENI VAR ELESIN ŞEHID BALALARINI UNUTMADIN🇦🇿🙏

  • @aynurhuseynova2080
    @aynurhuseynova2080 Год назад +8

    Şair çox gözel duşuncədir.Allah şəhidlərimizə rəhmət eləsin.Ugurlarin bol olsun İNWALLAH.

  • @nurlancfrov9614
    @nurlancfrov9614 6 месяцев назад +1

    Allah bütün şəhidlərimizi rəhmət eləsin amin Allah valideynlərə səbr versin 😞😭😭

  • @kelebek3693
    @kelebek3693 Год назад +24

    Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun inşAllah 🤲. Sizə də uğurlar, hər zaman olduğu kimi yenə fərqinizi göstərdiniz.

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад

      Zəhmət Olmasa Girib Baxa Bilərsiz
      Kanala Məndə Səsləndirmişəm Bu Mahnını.

  • @user-fo5nf3rk2g
    @user-fo5nf3rk2g 4 месяца назад

    Allah bötün şehidlere rehmet elesin😢😢😢

  • @feridashrafov8943
    @feridashrafov8943 Год назад +3

    Diqqetdi insan senin kimi sairlere her zaman Azerbaycanin ehtiyaci var. Var olasan

  • @AynurAgayeva-et1gt
    @AynurAgayeva-et1gt 5 месяцев назад

    Allah rəhmət etsin Şəhidləriməzi bu uşaqlarla etdiyin duet üçün təşəkkürlər❤

  • @seymurnamazov
    @seymurnamazov Год назад

    Əla super Allah bütün şəhidlərimizə rəhmət eləsin məkanları cənnət olsun Gözəl nur üzlü şəhidlər

  • @qarabag540
    @qarabag540 Год назад +17

    Uğurlar.Allah köməyiniz olsun 💙siz her zaman yad ediniz şəhidlərimizi 🇦🇿

    • @rvansirinov6493
      @rvansirinov6493 Год назад +1

      Zəhmət Olmasa Girib Baxa Bilərsiz
      Kanala Məndə Səsləndirmişəm Bu Mahnını.

  • @SebineNeymetov
    @SebineNeymetov 9 месяцев назад +1

    Candı Şehid 😢

  • @memmedovanermin358
    @memmedovanermin358 Год назад +4

    Allah bütün şehidlerimize rehmet elesin😞😭