Özgüvəni artırmaq üçün 7 addım - Uşaq psixologiyası

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • Bu videomuzda son dövrlərin ən populyar anlayışından danışdıq:
    ÖZGÜVƏN.
    Özgüvəni inkişaf etdirmək üçün 7 addım.
    Buyurun, izləyin...
    Bu kanalda uşaq tərbiyəsi, uşaqlarla münasibətlərdə yol verilən xətalar, bu xətalardan çıxış yolları, böyüklərlə bağlı psixoloji mövzular və s. tipli məsələlər psixoloji aspektdən müzakirə olunur.
    Kanalımıza abunə olmaqla videolarımızdan mütəmadi olaraq xəbərdar olacaqsınız.
    Şərh bölümündə sizi maraqlandıran sualları qeyd edin. Gələcək videolarımızda bu suallara cavablar verməyə çalışacağıq.
    0-4 yaş arası uşaqlara aid videolarımızı izləmək üçün linkə keçid edin:
    tek.link/NfvI
    Etibarlı bağlanma haqqındakı videolarımızı izləmək üçün linkə keçid edin:
    • Körpələr də başa düşür...
    İnstagram canlı yayım videolarımızı izləmək üçün linkə keçid edin:
    tek.link/NfvK
    Yeniyetməlik dövrü ilə bağlı videolarımızı izləmək üçün linkə keçid edin:
    tek.link/NfvO
    Sosial media hesablarımız:
    İnstagram: tek.link/NfvQ
    Facebook: tek.link/NfvT
    Psixoloq Elmir İsgəndərovla 0704040434 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Комментарии • 128

  • @teachergnl2300
    @teachergnl2300 Год назад +30

    Sizi yeni keşf etmişem .Sizden öce sadece ecnebi psixoloqları izleyerdim.İndi ise sizin videolarınızı izlemekden özümü saxlaya bilmirem.Danisıqınız,nitqiniz,meslehetleriniz olduqca faydalıdır.Allah sizin kimi insanlara uzun omur versin,cunki bızım sıze cox ehtiyacımız var

  • @muhammedismayilov2328
    @muhammedismayilov2328 Год назад +8

    Beli hekim Uca Allah da ; men insani en gozel sekilde yaratdim deyir ..
    İnsani o qeder deyerli yaradibki Uca Allah Allahin emir ve qaydalari çerçivesinde yaşasa ibadet ve itaet etse meleklerimdende ustün meqama çatdiracam deyir,subhenAllah
    Uca Allah meni ve butun insanlari necede özel,cox deyerli yaratdigina delil:bir insanin denizin kopükleri qederde günahi olsa mene tövbe etdikce bağişlayaram deyir. subhenAllah
    Men her kesi islama,yəni butun kainatin sahibi olan Ucan Allaha ibadet ve itaete devet edirem,bilsenizki islami yaşamaq necede huzurlu ve xosbextlikdi!!! Rabbimize hamd olsun!!

  • @seraagdamli4319
    @seraagdamli4319 Год назад +10

    Elmir bəy nə yaxşı sizi kəşf etdim.Türk psixoloqlarını dinləyəndə hər dəfə deyirdim niyə bizdə də belələri yoxdur sən demə siz var imişsiz,var olun🤲🙏

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  Год назад +3

      Təşəkkürlər...

    • @seraagdamli4319
      @seraagdamli4319 Год назад +1

      SİZDƏN ARTIQ DƏRƏCƏ XAHİŞ EDİRƏM BOŞANMIŞ XANIMLARA DA MƏSLƏHƏTLƏR VERİN. QARŞI TƏRƏF (ATA VƏ AİLƏSİ+NARSİS AİLƏ) 3YAŞ QIZIMI BİZƏ QARŞI NECƏ ÖYRDİRLƏR Kİ VUR ONLARI,ORDA QALMA,EVDƏN ÇIX GET,MAMANIN BAŞINI KƏS BÇQLA NALAYİQ SÖZLƏR,SÖYÜŞLƏR BİR SÖZLƏ DƏHŞƏT YAŞAYIRAM QORXURAM GƏLƏCƏYİ ÜÇÜN. MƏNİM KİMİ ANALAR ÇOXDUR BU HAQQDA ÇOX PAYLAŞIMLAR EDİN ZƏHMƏT OLMAZSA🙏TƏŞƏKKÜRLƏR

  • @sshe1816
    @sshe1816 Год назад +10

    Cox sag olun,cox gozel basa saldiniz,Allah razi olsun

  • @fatehvelizade1645
    @fatehvelizade1645 Год назад +6

    Cox mohtesem insansiz.

  • @English_teacher_Shakila
    @English_teacher_Shakila Год назад +2

    çox sağ olun.sizə qulaq asıram özümü elə günahkar hiss edirəm ki😢.necə haqsızlıq edirəm mən uşağıma😢.çox pisxolq dinləmişə sizi kimisi yoxdur.Allah köməyiniz olsun

  • @cimnazsalamqz474
    @cimnazsalamqz474 Год назад +7

    Dəyərli söhbətiniz üçün təşəkkür edirəm

  • @efsaneqedirzade
    @efsaneqedirzade Год назад +7

    Allah sizden razi olsun. Bizilere cox yaxsi məlumatlar verirsiz.

  • @seadetnebiyev712
    @seadetnebiyev712 Год назад +5

    Çoox təşəkkür edirik.
    Sizdən bir xahişimiz var. Buraxılış sinifləri və abiturientlər üçün motivasiya edici videolar paylaşın,zəhmət olmasa. Qızım sizə həmişə dinləyir.

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  Год назад +3

      Çox sağ olun. Çalışın siz dinləyin hələ ki. Çünki videolarımız, əsasən, valideynlər üçündür😊

  • @incinacafova4098
    @incinacafova4098 Год назад +7

    Çox sagolun doktor. Sizi öz müellimim ve hekimim kimi görürem🙏 Meslehetleriniz çox deyerlidir.

  • @elnarbey1205
    @elnarbey1205 Год назад +3

    Var olasız!

  • @galegasimova5704
    @galegasimova5704 Год назад +5

    Hörmətli, pedaqoq! Xahiş edirəm videolarınızı daha tez aralıqlarla paylaşasınız

  • @xudayarxelilov3103
    @xudayarxelilov3103 Год назад +3

    Çox dəyərli bilgilər..

  • @xalidceferov9572
    @xalidceferov9572 Год назад +3

    Böyüklərə aid daha çox video gözləyirik

  • @asiman_nuh
    @asiman_nuh Год назад +13

    ev işi görəndən sonra baxıb zövq alan mən.Ruhum dincəlir ozamanVar olasız. psixoloq

  • @1dost620
    @1dost620 Год назад +3

    Çox təşəkkürlər , faydalı məsləhətlərdir.

  • @yaverrustemov3614
    @yaverrustemov3614 Год назад +8

    Çox sağolun elə gözəl başasalırsınz ki,Allah razı olsun

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  Год назад +1

      Təşəkkürlər...

    • @sevincabdul7327
      @sevincabdul7327 Год назад +2

      ​@@psixoloqelmirisgenderov Salam menim qızımın 5 yaşı var mektebe hazırlığa gedir oxumağı falan pis deyil ancaq qorxaqdı elebil uşaqlar əlindəki birseyi alarsa defteri kitabı və s yazsalar səsini çıxara bilmir özünü müdafiə edenmir men ne edim ki uşaq özünü müdafiə elesin ele olanda mende onu danlayiram hirslənirem məktəbde uşaq nese söz deyir xətrinə deyir gelib edə ağlayır

    • @Xudayar_Xudu
      @Xudayar_Xudu Год назад

      ​​@@sevincabdul7327salam. Siz qızınıza əsəbiləşdikcə onu daha da qorxudursuz . Onun daima arxasnda olduğunuzu ona dəstək olduğunuzu bildirərək güc verin öz güvən yaradın qızınızda. Uşaq özünü müdafiə edə bilmirsə sizdən aslıdır çox qışqırmaqla onu qorxaq böyütməyin .

    • @CarNews45
      @CarNews45 Месяц назад

      ​@@sevincabdul7327məncə idmana qoyun

    • @CarNews45
      @CarNews45 Месяц назад

      ​@@sevincabdul7327fərqi yoxdu istər güləş, cüdo , boks və .s , və ya gimnastikaya yönəldə bilərsiniz . Əmin olun ki , faydası olacaq

  • @tbayquliyev6121
    @tbayquliyev6121 Год назад +2

    Aylar sonra izliyirəm.Çoox sağ olun.Evdə uşağlarıma deyirəm qulağ assınlar.Həqiqətən sizin dediylərnizi edəndə deməy olar ki,prablemi kökünnən həll etməy olur🙏

  • @shadow-ug1io
    @shadow-ug1io 6 месяцев назад +1

    Cox sey oyrənirəm sizdən .Var olun!

  • @SexavetAllahverdiyev-v5b
    @SexavetAllahverdiyev-v5b 2 месяца назад

    İzzet gullu hocama baxin ola biler vidiosuna baxin duygularin dili vidiosuna baxin tam anlamında mukemmel qorxunuzdan qorxmamagi kayginizdan kaygilanmamagi öyreneksiz heyata baxis aciniz deyisecek canli tanik vidiolarina baxin ve hek bir zaman vaz kekmeyin men hastaliq qorxu algimi deyisdim hocam sayesinde yaxşı oldum mütləq baxın çare yalniz İzzet gullu

  • @turalabbasov9433
    @turalabbasov9433 10 месяцев назад +1

    Var olun doktor

  • @eleviyyeehmedova7769
    @eleviyyeehmedova7769 3 месяца назад

    Möhtəşəm izah!Hər bir cümlə qızıldan da dəyərli ,həyati məsləhətlər!Bir daha təşəkkürlər Elmir bəy!

  • @Youtube_shelly
    @Youtube_shelly 4 месяца назад

    İki gündür sizə qulaq asıram çox gözəl təsir bagişlayir çıxışlarının.

  • @eleviyyeehmedova7769
    @eleviyyeehmedova7769 3 месяца назад

    Təşəkkürlər,Elmir bəy!

  • @tevhidtevhid1951
    @tevhidtevhid1951 Год назад +2

    Teşekkurler 👍

  • @esqi_shehadet
    @esqi_shehadet 3 месяца назад

    Sağol

  • @altayyolcuyev6705
    @altayyolcuyev6705 Год назад +5

    Öz güvənli insan yetişdirmək mümkündür ama cəmiyyət qəbul etmir. Bizim kimi cəmiyyətdə isə hec mümkün deyil. Öz güvənli insan təhlükəli insan hesab edilirsə necə öz güvəndən danışmaq olar? Və ya düzəltmək olar?

  • @gulnaztalbova5187
    @gulnaztalbova5187 10 месяцев назад

    Kaş sizin kimi yaxınım olardı...
    Vilmirəm, adı özgüvəndir, ya yox. Ancaq nəyisə dayanıv gözləyəndə necə dayanacağımı bilmirəm, əllədimi necə tutmağı bilmirəm, amma kiminsə qolundan tutmuşamsa, ya da tutunacaq varsa, rahat oluram. Əvvəl daha çox idi, sanki bir az azalıb. Bu, nəyin səbəbidirsə, dırnaqlarımın kənarlarını özümdən asılı olmadan qoparmağıma bə digər mənfi vərdişlədə gətirib çıxarır. Bunun kökündə nə dayanır, bilmək istərdim ki, həll axtarışına oradan çıxım.❤

    • @gulnaztalbova5187
      @gulnaztalbova5187 10 месяцев назад

      Əvbəl elə bilirəm ki, özümə istirahətçün vaxt ayırırdım. Ancaq qrup yoldaşlarımla heç yerə getmək istəmirəm. Zövq ala bilmirəm (1-2 dəfə yoxlamışam, səbəbi görmə məhdudiyyətli olmağımda tapıram, çünki onlar rəqs edir, atılıb düşürlər😂 amma mən belə şeylərdən qaçıram. Məktəb vaxtı çox aktiv idim. Orada sıxılmırdım. (Xüsusi internat məktəbi olduğina görə hər kəs orada bərabər idi, yəni o mühitə alışmışdım, çox rahat idim)

  • @Zahid_Qasim_Tarix
    @Zahid_Qasim_Tarix 2 месяца назад +1

    Möhtəşəm 👍

  • @residelizade538
    @residelizade538 9 месяцев назад

    cox sag olun

  • @MeryemAbbasova-q9g
    @MeryemAbbasova-q9g Год назад +1

    Mən mükəmməliyyətciyem 😢 uşağından onu da tələb edirəm,olmayanda danliyiram😢

  • @arifquliyev9344
    @arifquliyev9344 5 месяцев назад +1

    Hər cümlə hər bir başlığın həm mənası, həm də izahıdır. Dəfələrlə dinləmək və faydalanmaq mümkündür. Təşəkkür edirik...

  • @rnaxursudova6477
    @rnaxursudova6477 Год назад +3

    "BAX BU BASQA MƏSƏLƏ" dediyim növbəti video...

  • @EminAlizada2007
    @EminAlizada2007 7 месяцев назад +1

    👍

  • @sabinamammadova389
    @sabinamammadova389 Год назад +2

    Elmir bəy, salam. Kanalınızı yeni və nə yaxşı ki, kəşf etdim. Ölkəmizdəki məktəbəqədər təhsil müəssisələri haqda video hazırlasanız, çox faydalı olar.
    Bir çox videonuzu izlədim və peşəkarlığınızı təqdir edirəm. Valideynlərin aydınlanacağı və bununla da uşaqların həyat keyfiyyətinin artacağina olan inamımla və minnətdarlıqla işlərinizi izləməyə davam edəcəyəm.

  • @Sultanova780
    @Sultanova780 3 месяца назад

    Salam doktor qızım eynək taxmir.Dehir mənə yaraşmır.Pisiyi gorende diksinir qorxur həyacan keçirir .Ele bil tok vurur

  • @leylahaciyeva7395
    @leylahaciyeva7395 Год назад +4

    Yəni YARADILIŞA---ALLAHA İNAN DEMƏKDİR.(axır nəticə belə cıxdı.)

    • @muhammedismayilov2328
      @muhammedismayilov2328 Год назад +3

      Beli islam=xosbextlik!!!
      Allaha iman ve itaet qeder huzurlu hecne ola bilmez,iman etdikde insan anlayirki Rabbi onun en gozel pisixoluqudu,elhamdulilleh❤️

    • @leylahaciyeva7395
      @leylahaciyeva7395 Год назад +1

      VAR OLASAN !!!

  • @Гюлара-к4р
    @Гюлара-к4р Год назад +1

    Salam yeniyetmə biri ətrafdakıların xırda məsxərəsinə belə olsa psixoloji olaraq gərginlik yaşayır , onların təsirinə düşüb sərf qərarlar verir . Bu cür uşaqla valideyn necə davranmalıdır nə deməlidir. Bu mövzuya toxunsanız minnətdar olaram

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  Год назад +2

      Salam. Yeniyetmələrlə bağlı bir sıra videolarımız var. Vaxtınız olduqca izləyə bilərsiniz:
      ruclips.net/p/PLgTvZyxsTgFW-RgRY3dTev6bm9UnGli9t

  • @tahirSahelizade-c6f
    @tahirSahelizade-c6f 11 месяцев назад

    4:05

  • @islamabdullayev5079
    @islamabdullayev5079 Год назад +1

    Salam doktur men hesneyden maraq heves almiram.Hecne mene yasamaa ucun heves. Vermir.Sanki bir menem bu heyatda yasiyan.Sixiliram darixiram heyatda yasamaq mene. Cox maraqsizdi.hesneden keyf almiram. Neyden olar .

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  Год назад +1

      Salam. Bununla bağlı psixoloqa fərdi olaraq müraciət etsəniz, yaxşı olar.

  • @tranrzayeva5894
    @tranrzayeva5894 9 месяцев назад

    salam elmir bey zehmet olmasa 5yasli usagin pisxologiyasi haqqinda video ceke bilersizmi birde atanin ovladlarinin heyatinda pisxologiyasinda yeri haqqinda video hazirlaya bilersinizmi onceden cox sagolun

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  9 месяцев назад

      Salam. Kanalımızda bu mövzularla bağlı onlarla video var, izləyə bilərsiniz:
      ruclips.net/p/PLgTvZyxsTgFWdi6bQqY2V-DNmp5JTPAu7&si=4C9EdV7JYSs_m-x9

  • @BaklSafarova
    @BaklSafarova 11 месяцев назад +1

    Salam Elmir bəy. Mən universitetə hazırlaşıram, və özümə güvənmir eyni zamanda sınaqlara getməkdən çəkinirəm və özümə güvənmirəm həmişə elə bilirəm ki sınaqda aşağı nəticə göstərəcəm. Mənə nə tövsiyə verə bilərsiz?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  11 месяцев назад +1

      Salam. Bununla bağlı psixoloqa fərdi olaraq müraciət etmək lazımdır.

    • @BaklSafarova
      @BaklSafarova 11 месяцев назад

      @@psixoloqelmirisgenderov Çox sağ olun.

  • @aytensamidli1674
    @aytensamidli1674 Год назад +1

    Salam.mən sizin kanala abunəyəm.bütün videolarınızı sevərək və haqq verərək izləyirəm..xaiş edirəm cavab verəsiz..fiziki əziyyət çəkən uşağı özgüvənli olmağı üçün nə etmək lazımdır?fiziki əziyyəti ona psixoloji təsir etməsin deyə və buna fikir verməməsi üçün nə rtməliyəm...bilirəm ətraflı məlumat laxımdır sizə..ancaq mümkün qədər cvb versəydiniz sevinərdim.

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  Год назад +1

      Salam. Bəli, bunun üçün ətraflı danışmaq lazımdır. Qısa olaraq deyim ki, əslində, hər bir insan özgüvənlə doğulur. Sonradan ətrafın təsiri ilə bu zəifləyə bilir. Bunun üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur. Həyatın təbii axarı ilə getməlidir hər şey. Valideyn bu mövzuda nə qədər özgüvənli olarsa, narahatlıq daşımazsa, bu, uşağa da keçəcək.

  • @islambozbaxov6676
    @islambozbaxov6676 8 месяцев назад

    Salam Elmir bey,9yasinda oglum vaf,heç uduzmaği qebuk etmir,meslehwt vererdiz😢

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  8 месяцев назад

      Salam. Məsləhətim odur ki, uşağa bu mövzuda məsləhət verməyin. O uduzmağı bacarmayanda siz onu bu şəkildə qəbul etməyi bacarın.

  • @VaqifMensimov-l1e
    @VaqifMensimov-l1e 8 месяцев назад

    Salam hekim cox sagolun gozel meslehetleriniz ucun var olun.Hekim menim oglum 3 yaw yarimligdi oz guveni yoxdu bir yere gedende baxiram yawidlarini gorurem ozlerini serbest aparirlar yani serbest sekilde hereket edirler bu ise yox istediyi yere ozu gedmir mama gel sende gedey istediyi karusele tekce gedib minmir mama gel sen mindir bir sozle her seyde mama seninle mama sende gel bunu nece duzelde bilerem ki bu uwaq ozu serbest hereket ede bilsin biri bagcada vurur gelirki mama bu uwaq meni vurdu deyirem sende vurdun deyir yox o menim dostumdu nece edim bu uwaq evdeki kimi coldede aktiv usaq olsun onceden tewekkur edirem size

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  8 месяцев назад +1

      Salam. Siz onun sərbəst olmağına çalışdıqca o, belə olacaq. Siz istədiyi hər zaman onun yanında olduqca müstəqilləşəcək. Yəni nə zaman sizi istəsə, heç bir şey demədən, istəyərək yanında olun. Bu daha yaxşıdır.

    • @VaqifMensimov-l1e
      @VaqifMensimov-l1e 8 месяцев назад

      @@psixoloqelmirisgenderov cox sagolun hekim deyerlendirib cavablandirdiginiz ucun

  • @mahireeliyeva4897
    @mahireeliyeva4897 Год назад

    Salam olsun her kese. Coxsağolun faydali melatlariniza gore sizden cox sey oyrenmisem. Size bir sualim var xahis edirem cavablandirasiz. 3 yaşlı oğlum menim yanimda yatir geceler ayira bilmirem. Öz beşiyine qoyuram gece tekrar tekrar gelir. Onu öz yerine nece verdiş ede bilerem?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  Год назад

      Salam. Bizim tövsiyəmiz belədir. 2 yaşa qədər birlikdə yatmaq, 2-4 yaş arası eyni otaq, fərqli yataq, 4 yaşdan sonra fərqli otaq.

  • @residelizade538
    @residelizade538 9 месяцев назад +1

    salam menim oglum mektebeqederdir mensiz rahatliqla otururdu sinifde ona deyirdimki bayirda seni gozleyirem ve ele oldu birgun o sinife catmamis men qayidasi oldum ondan sonra sinifde mensiz eylesmir ne ede bilerem

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  9 месяцев назад

      Salam. Güvəndə problem yarananda belə olur. Çalışın aranızdakı güvəni bərpa edin və bunun üçün zaman keçməli olduğunu bilin.

  • @tahirSahelizade-c6f
    @tahirSahelizade-c6f 11 месяцев назад

    Salam oglumun 9yasi var biraz sehv eden kimi defterini cirir yeniden yazir yeniden bir herfi reqemi sehv yazan kimi yeniden cirir aglayir

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  11 месяцев назад

      Salam. Bununla bağlı psixoloqa fərdi müraciət etmək lazımdır. Bu getdikcə daha da pisləşəcək. Vaxtında müdaxilə etmək yaxşı olar.

  • @pervizmusayev636
    @pervizmusayev636 13 дней назад

    Uşağın özgüvənini artırması üçün nə etməlidir? Xahiş edirəm sadə cümlələrlə izah edin.Böyüklər üçün yox, uşaqlar üçün.Xüsusilə xəif oxuyan uşaqlar üçün

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  11 дней назад

      Bütün uşaqların özgüvəni olur. Zədələməsək, xüsusi bir şey etməyə ehtiyac yoxdur.

  • @AysenBagirova-k2e
    @AysenBagirova-k2e 2 месяца назад

    Salam axsaminiz xeyir.menim oglumun 8yasi var özgüvəni azdı mensiz hec yere getmek istəmir.bideki oz yaşıdlarınan rahat ünsiyyət qura bilmir.bu utancaqlig ola biler?ve sohbet ederken son zamanlar göz kontakdi qurmur

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  2 месяца назад

      Salam. Təəssüf ki, uşağı tanımadan buradan dəqiq bir söz deyə bilmirik.

  • @oguzenglis
    @oguzenglis Год назад +1

    Salam men 25 yasim.var evin gapsini bagliyuram.ve bagladigimi bile bile telesemde 2 defe en azi yoxlayiram.ve bu mende get gede artir

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  Год назад +2

      Salam. Çox güman ki, bu, obsessiyadır. Bununla bağlı psixoloqa fərdi olaraq müraciət etsəniz, yaxşı olar. İndi 2 dəfə yoxlayırsınız, elə edin ki, 12 dəfə yoxlamadan bu məsələ həll edilsin.

  • @ramalmensimov9577
    @ramalmensimov9577 Год назад +1

    Salam axsaminiz xeyir oglumun 3yawi var evde korpe bacisida var 2 ayliqdir uwaq evvel sakit idi indi Cox nadinclewib bu neden ireli gelir.Korpe bacısı olduğuna goremi diqqet merkezinde olsun deyemi bele nadinclewib

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  Год назад +1

      Salam. Bəli, bu yaş özü böhran dövrüdür. Bir də uşaq dünyaya gələndə ikiqat böhran yaşanmış olur. Onu anlamağa çalışın.

    • @ramalmensimov9577
      @ramalmensimov9577 Год назад +1

      @@psixoloqelmirisgenderov Cox sagolun Allah razi olsun

  • @aysenmmmdova1995
    @aysenmmmdova1995 10 месяцев назад

    Salam sizden cox xais edrem bir komekliy edesiz menim oglum 13 yasi var mektebde sinif yoldaslri ile qaynayb qarismir onan oynuyub sohbet elemir hersozune birsey deyler usaxda ozune qapanir. Xais edrem ne 3debilerem men komey edin

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  10 месяцев назад

      Salam. Təəssüf ki, uşağı tanımadan, daha ətraflı məlumat almadan buradan dəqiq bir söz deyə bilmərik.

  • @Efsane96
    @Efsane96 5 месяцев назад

    Salam Elmir bey menim oglum 4 yasindadi mensiz hec ne elemek isdemir helede menle yatir yuxudan duranda meni gormese agliyir sakitlesmir ozune guveni cox azdi usaqlarla qayniyib qariwmir bir aydi baxciya gedir yuxudan duranda agliyir getmey isdemirki men orda sensiz neyniyecem kim menle yatacaq kim mene yemek verecek cox qaygili uwaqdi aramizdaki baglanma guvenli baglanma deyil mence gecede gunduzde ne vaxt yatsa altin isladir men usaga qarwi nece davranim bilmirem bize meslehet verebilerisiniz nece etmeliyik

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  5 месяцев назад

      Salam. Bunlar ciddi məsələlərdir. Yaxşı olar ki, bununla bağlı fərdi müraciət edib konsultasiya alasınız. Uşağa ehtiyac yoxdur. Sadəcə siz necə davranmalı olduğunuzu öyrənib tətbiq etsəniz, kifayət edəcək.

    • @Efsane96
      @Efsane96 5 месяцев назад

      Salam teşekkür eliyirem vaxtinizi ayırın cavab yazdığınız ucun. konsultasiyani nece ala bilerem.online formada mumukundur?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  5 месяцев назад

      Bəli, hər formada mümkündür. Bizimlə 0704040434 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

  • @Ødinbs7
    @Ødinbs7 Год назад +1

    Salam aleykum.bildiyinizi bildirməkdə paxıllıq etmədiyiniz üçün təşəkkür edirəm

  • @narminjabrail7678
    @narminjabrail7678 Год назад +1

    Salam.1 yaşlı uşaq çox qucaq istəyir, bir yerə gedəndə qucaqdan düşmür. Bunun həlli yolu var mı? Təkliyi sevmir, hara getsəm arxamca gəlir, yapışır ayağımdan.Evdə gün ərzində uşaqla mən olmuşam ilk gündən. Yeni, uşaqla daha çox vaxt keçirmişik. 1ildir əmizdirirəm. daha çox oyunlar, şeirlər, nağıllar. Qucağımda da çox olub.

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  Год назад +5

      Salam. Uşaq ən azı 2 yaşına kimi qucaq istəməlidir. Ana ilə, demək olar, hər an birlikdə olmalıdır. Bunun həllini axtarmaqdansa, özünüzü uşağa tam olaraq verməyə çalışın. Çünki ortada həll ediləsi bir şey yoxdur. Bitişik yaşayın☺️

    • @narminjabrail7678
      @narminjabrail7678 Год назад +2

      @@psixoloqelmirisgenderov çox sağ olun, güvənsiz bağlanma olduğundan çox narahat idim. Rahatlıq verdiniz🙏

    • @MERVA_ZEMINE100K
      @MERVA_ZEMINE100K Год назад +3

      ​@@psixoloqelmirisgenderov Cox gozəl vurguladiniz...😊

  • @faiqzimov937
    @faiqzimov937 11 месяцев назад

    Salam Hekim . Mənim oğlum 8 çi sinifdə oxuyur . Dərslərinde əladır . 1 aydır meylin futbola vurub. Deyir dərs yazmağa otururam beynimde başqa işlər qarışır . Dərsi də səhv hesablayır .

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  11 месяцев назад +1

      Salam. 8-ci sinifdə dərslərin əla olması yox, meylin futbola salınması daha normaldır.

  • @AganeneBabayeva
    @AganeneBabayeva 10 месяцев назад

    Salam, 3 yaşlı oğlum hara gedirsə mənsiz ata, baba və ya nənə evdən cixanda o gədər öpür mama mən sənnən darıxacam😂 məndə olsun məndə sənnən darıxacam ama bilirəmki yenə gələcəksən sni yenə qucaqlayacsm deyirəm razilasir gedir,bilməy isdərdimki bu belə olmagi normaldirmi güvənli baglanmada prablemdən qorxuram

  • @sevincnasibova7950
    @sevincnasibova7950 8 месяцев назад

    Oğlumda kəkələmə var hansı həkmin yanına aparacağmı bilmirəm😒 xayiş edirəm mənə məsləhət verin sizin yanınıza gətirsəm düzələrmi kəkələmə ?

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  8 месяцев назад

      Həkimə yox, psixoloqa aparmaq lazımdır. Amma dəqiq yoxlamadan, baxmadan bir söz demək olmaz.

  • @Xanim3562
    @Xanim3562 Год назад

    Salam menim qizimin 12 yasi var. Dersino oyrenir.amma lõvheye cixanda danisa bilmir..deyir men lohheye cixanda ozumu itirirem.. ele bilirem sef deyecem.. melime mene qisqiracaq. Men bir valideyn olaraq ne edim.?
    U

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  Год назад

      Sadəcə onu anlayın. Müəllim də kaş başa düşsə. Hər uşağın bir xüsusiyyəti olur. Təəssüf ki, bəzən eyni cür yanaşma olduğuna görə bütün uşaqlardan eyni formada tələb olunur. Bu, düzgün deyil. Məsləhətlər verməyin, sadəcə dinləyin və anlamağa çalışın.

  • @NarxanimMirceferov
    @NarxanimMirceferov 11 месяцев назад +1

    1 nomreli psixoloq.

  • @Naziribadov
    @Naziribadov 7 месяцев назад

    Mənim 6 yaşında oğlum var mənə çox bağlıdır məni bir neçe deqiqe görmüyən kimi çağırır və səsimi eşidmiyən kimi ağlıyır son vaxtlar uje məktəbdə də dərsin yarısında ağlıyir bu usaq kefi yerin də deyil üzgündü buda məni üzür 😢

    • @psixoloqelmirisgenderov
      @psixoloqelmirisgenderov  7 месяцев назад +1

      Bununla bağlı bir psixoloqa fərdi olaraq müraciət etsəniz, yaxşı olar.

    • @Naziribadov
      @Naziribadov 7 месяцев назад

      @@psixoloqelmirisgenderov cox sağolun bu hal onu evde tək qoyub getmişdin onnan sonra baş verdi bir də özinə güvvənmir

    • @dafuqboom_mini
      @dafuqboom_mini 2 месяца назад

      Mənim oğlumun 10 yaşı var. Qırılğan, özgüvənsiz, sözünü fikrini içində boğur, sıxılır. Bu məni narahat edir. İntellekti inkişaf edir amma. Nə məsləhət görürsünüz?

  • @SeadetMahmudlu
    @SeadetMahmudlu Месяц назад +1

    🤌🏻🤌🏻🤌🏻🤌🏻👑

  • @PAYIZ99
    @PAYIZ99 Год назад

    Ehh ay həkim

  • @vuskaagayeva7514
    @vuskaagayeva7514 Год назад

    Ljllp

  • @ElcinMirzeyev-or1rm
    @ElcinMirzeyev-or1rm 9 месяцев назад

    Siz baş həkimisiniz

  • @hshsxgg370
    @hshsxgg370 Год назад +1

    👍