Əri faciəli şəkildə öldü, Səyavuş Aslanla eşq xəbəri yayıldı, depressiyaya düşüb pirlərdə yatdı
HTML-код
- Опубликовано: 5 фев 2025
- #1000production #trend #birivar
Videoda Zaur17Kerimli yutub kanalındakı videomaterillardan ( • Təranə Vəlizadə və Eyv... ) istifadə edilmişdir.
Videoda Ali Mammadli yutub kanalındakı videomateriallardan ( • Qal sene qurban (ilk) ... ) istifadə edilmişdir.
Videoda Retro Music Azerbaijan yutub kanalındakı videomateriallardan ( • Video ) istifadə edilmişdir.
Onlar Azərbaycanın ilk duet ifaçıları idi.
Yoldaşı Eyvaz faciəvi şəkildə dünyadan köçəndən sonra təkcə duetləri deyil, onun ifaları da yarımçıq qaldı. Biri var, bir zamanlar parlayıb indi gözə dəyməyən müğənni Təranə Vəlizadə
Eyvaz Həsənov həm də romantik şeirlərin müəllifi idi. O, Təranə xanımla tanışlığının ilk günlərində ona da bir neçə şeir həsr etmişdi. Günlərin birində Təranə imtahana getmək üçün evdən çıxıb trolleybusa əyləşir. Həmin vaxt Eyvaz əlində tutduğu balaca şeir dəftərcəsini Təranəyə verib oradakı şeirləri oxumasını istədiyini deyir və ondan uzaqlaşır. Dəftərcənin ilk vərəqində “Həyatımdakı ən əziz insana ithaf edirəm” sözləri yazılmışdı.
Həmin vaxtdan onların sevgi münasibəti başlayır. On səkkiz yaşlı Təranə ilk gündən Eyvazı sevir, ona həm də yaxın dost, müəllim kimi baxır. Bir müddət sonra Eyvaz sevdiyi qız üçün elçilərini yollayır. Həmin ərəfədə Təranəyə bir neçə yerdən adlı-sanlı adamlar elçi düşdüyü üçün atası Eyvazın adamlarına “hə” cavabı vermir. Ancaq qızının sevgisinin güclü olduğunu görəndən sonra razılaşmaqdan başqa çarəsi qalmır.
Onlar yağışlı noyabr günündə ailə qurur. Cütlüyün Xəyalə adlı qızı dünyaya gəlir. Dostlarının, yaxınlarının sözlərinə görə, cütlüyün sevgi macərası o dövr üçün görünməmiş hadisə idi. İnsanlar onlara dövrün Leyli və Məcnunu kimi baxır, onları o cür qəbul edirdilər.
“Əlbəttə, hər bir ailədə söz-söhbət, mübahisə olduğu kimi bizdə də olurdu. Mən onu çox qısqanırdım, o da məni qısqanırdı, amma mənim qədər büruzə vermirdi. Buna baxmayaraq, onu mənim qədər kimisə sevməsinə inanmıram.”
Bəzən, bir qadın zəng eləyib Eyvazı toya tək dəvət edəndə o, həmin qadınla danışmaz, Təranə xanımın telefonunu verib deyirmiş ki, mən qadınla toy haqqında danışıb ondan pul istəyə bilmərəm, bu nömrəni götürün, Təranə ilə danışın.
Ancaq, deyilənlərə görə, Təranə Vəlizadə özündən on beş yaş böyük olan Xalq artisti Səyavuş Aslanla uzun müddətli sevgi münasibəti yaşayıb. Hətta, bu hadisə Xalq artistinin ailəsinin dağılmasına, Ofeliya Aslanın ərindən ayrılmasına səbəb olub. Televiziya verilişlərinin birində müğənni deyilənlərin yalan olduğunu bildirib:
“Axı öz ailəsini güclə saxlayan qoca kişi müğənninin nəyinə lazım idi? O, xüsusi insanlar tərəfindən uydurulmuş şayiə idi ki, həm onun, həm də mənim ailəmi dağıtsın. Sadəcə, məni bu məsələdə qurbanlıq quzu etdilər. O zaman mən Səyavuş Aslanı tanımırdım, heç yerdə görüşüb belə salam verməmişdim. Onunla ünsiyyəti olanı Allaha tapşırıram. Bu xəbərlər əsassız idi”
Məşhur “Qal, sənə qurban” mahnısı məxsusi olaraq Təranə Vəlizadə üçün yazılıb. Təranə ilə Eyvaz təzə ailə qurandan üç ay sonra dalaşırlar. Təranə atası evinə küsülü gedir. Atasına isə yalandan “Eyvaz qastrola gedib” deyir. Üç gündən sonra onun atası məsələdən xəbərdar olub, qızını maşınla öz evinə gətirir. Təranə evə gələndə görür ki, üzünü saç-saqqal basmış Eyvazın səsi də batıb. Təranə Vəlizadə stolun üstündə bir kağız görür. Kağızda məşhur “Qal sənə qurban” mahnısının sözləri yazılıbmış. Müğənni mahnının ona həsr edildiyini düşünür. Bir neçə gündən sonra bəstəkar Bəhram Nəsibov bu şeirə mahnı bəstələyir.
Günlərin birində, səhər saat 6-da toy məclisini yola vermək üçün ansamblın nağaraçalanı Ənvərlə birlikdə Eyvazın maşınına minib Gürcüstana yola düşürlər. Maşını əvvəlcə Eyvaz özü sürür. Sonra Ənvər sürməyə başlayır. Ənvər çox yorğun olduğundan qəza törədir, qarşıdan gələn yük maşını ilə toqquşurlar. Qəza vaxtı Eyvaz dünyasını dəyişir. Bu hadisədən sonra Təranə Vəlizadə dərin depressiya keçirir. Dostları, yaxınları çalışırlar ki, onu depressiyadan çıxarıb, az da olsa, əvvəlki vəziyyətinə qaytara bilsinlər. O, uzun müddət xəstə yatır. Kardeologiya şöbəsində müalicə olunur. Lakin orada həkimlər bütün bunların qorxudan baş verdiyini deyir. Bir müddət onun canındakı qorxunu çıxarmaq üçün pirlərə də aparırlar. Ancaq heç cür təskinlik tapa bilmir. Bir ildən sonra Təranə Vəlizadə qara paltarla ekrana çıxır.
Həyat yoldaşından sonra o, ikinci dəfə ailə həyatı qurmur. Eyni zamanda, sənətlə də əvvəlki şövqlə məşğul ola bilmir. O, Eyvazdan sonra konsertlərə və toylara getməsini isə yalnız dolanışıqla əlaqələndirir, bu məcburiyyət olmasa, heç oxumazdım deyir.
Beləcə, Azərbaycan musiqisində ani, amma şimşək kimi görünən duet ortaqları biri biri elə anidən də yoxa çıxdı, digəri də onun kölgəsi kimi bəzən göründü, bəzən gözdən itdi...
Çox gözəl çutluk idi çox yaraşirdilar çox heyif ikisi de gözəl oxuyurdu çox mehebbetin ömrü az olar eyvazin mekani çennet olsun onlar çox xoşbəxt idilər gözə geldiler
Övladı haqqında dəqiq məlumat vermədin.
Allah Eyvaza rəhmət eləsin .Bu istedadlı , xalq tərəfindən sevilən cütlük Səhnəmizin qeyrətli - namuslu simvollarından biri idi ...
Təmiz adamları ləkələyənlərə ALLAH lənət eləsin
ALLAH Eyvaz bəyə rəhmət eləsin
Təranə xanıma can sağlığı versin
Gözəl sənətkaridi heyf ömru yarımcıq qaldı😔
Tewekkurler
ÇOX GÖZƏL CÜTLÜK İDİLƏR
АЛЛАХ РЕХМЕТ ЕЛЕСИН ЕЙВАЗ МУАЛИМЕ ИНДИ ЕЛЕ ЧУТЛУК ХЕЧ БИР ВАХТ ОЛА БИЛМЕЗ АЛЛАХ ТЕРАНЕ ХАНЫМА ЧАН САЛЫГЫ ВЕРСИН ЧУТЛУЙУН СЕСИНИН ХЕСРЕТИНДЕЙИК🙏❤
Allah Eyvaza rehmet elesin,Terane xanıma can sağlığı arzulayıram. Size derin teşekkür edirem 👍❤
ĞÖZƏL CÜTLÜK İDİLƏR.HEYF.ALLAH EYVAZA RƏHMƏT ELƏSİN.
Şair demişkən:" kimlər gəldi, kimlər getdi, bu dünyadan, bu dünyadan!". Allah dünyasını dəyişən bütün incəsənət xadimlərinə rəhmət eləsin! Amin! 🤲
Amin
Allah Eyvaza rəhmət eləsin!
Gözəl səsli , gözəl avazlı Təranə Xanım Vəlizadə və Eyvaz Həsənov ilə mən gonşu olmuşam. Allah Eyvaz bəyə rəhmət eləsin🙏 Allah xalg tərəfindən sevilən bu cütlüyün bir balasını Xeyalə Xanımı Xoşbəxt eləsin. Allah Xeyalə Xanımın balalarını, ailəsini gorusun🙏 Onlara cansağlığı arzu edirəm❤❤ Təranə Xanım da baxıb onlara həmmişə sevinsin😊 Eyvaz bəyin də ruhu şad olsun🙏
Aminnn.
yəqin ki Xəyalə xanım övladlarından birinə atası Eyvazın adını qoymuş olar....🙇♂️🙇🏻♀️🙋♂️🙋♀️
Allah can sagligi versinTerene xanima esil xanim idi sehnemizde.Eyvaza da Allah rehmet elesi.duetleri cox sevilirdi o vaxt.
Çox gözel cutluk idiler.Sesleri ifalari mukemmel.Eyvaz Hesenova Allah rehmet elesin.Birce bu Siyavuş Aslan söhbeti yigişdirilaydi.Kimin uydurmasidi bu ayibdi .Terane xanimi çox esebleşdirir bu söhbet.Terane xanima Allah can sagligi versin.Xeyaleni Allah qorusun ailesiyle bir yerde.🙏
O vaxtlar mobil telefon yox idi necə təranənin nömrəsini verirdin
Ilk duet Nezaket Memmedova ve Teymur Mustafayev olub
Allah rehmet elesin çox üzüldüm😢😢😢
ONUN QƏDƏR QEURƏTLİ XANIM YOX İDİ , YALANDAN TƏRANƏ XANIMIN ADINA SÖZ ÇIXARTDILAR .ALLAH SÖZÜ YAYANLARA LƏNƏT ETSİN , SİYAVUŞ KİMDİKİ TƏRANƏ ONUN YEKƏ QARNINA VURULA ÇOX AYIBDI VALLAH.
Yeke qarinli olanda nalurku xanim🤔?
Agammemmedli kendine toya gelerken gezaya dusmusdu
@@samirmemmedov23 sadəcə bəziləri agzini acanda beyin qapanir
@@samirmemmedov23 düz deyir de, Eyvazı qoyub şor göz Siyavuşu neynir diki, hamı ya girişen olub Siyavuş,gül kimi arvadı ola ola
Səyavuş yekəqarın olmayıb yaraşıqlı idi. Dövrünün böyük sənətkarı olub
Allah rehmet elesin 🥀
Yadıma gəlir biz məktəbli idik müğənnilər rayonlara gedib kansert verirdilər çox gözəl idi
Ayib olsun indi bu söhbətin vaxti deyil Kimə lazim idi bu söhbəti
Eyvaz Həsənov Ağdaşın Ləki kəndindən idi məzarı da ordadı
Çox sevdiyim cütlük , sevgi nümunəsi idilər.
Allah rəhmət etsin.
Hər deyilənə inabmaram. İnsanların içində murdarları çoxdur
Allah bilsin belələri ilə
Təranənin səsindən heç xoşum gəlmir.Zıkkana zıkkana oxuyur .Bilinmir səs ağzından çıxır burnundan yoxsa qulağından çıxır.Elə keçmişdədə onu eşidəndə əsəbləşirdim.Səyavuşa gəldikdə isə gülməlidi heç vaxt inanmaram ki onların arasınd nə sə var imiş.O Ofelyanın beynində yetişən xəstə bir şər idi.
İnanmaq lazım gəlir. Təranə çox gənc dul qaldı. Siyavuş da ayrılmış evin içində evi bölmüşdülğr. Bir də Siyavuş tamaşada gülməli idi rəhmətlik.
@@tomirisbayil2784 Gənc boşanmış qadın olanda nə olar.Elə camaat söz quraşdırmalı ıdı ?Nə bilim vallah səsindən xoşum gəlmirdi ammaSoyavuş söhbətinə inanmıram.
Mən İran'dan Əta sizin Təranə xanım haqqında belə danışmağa haqqınız yoxdur ağzınızın sözünü bilin düzgün danışın
Очень трогательно и к тому же больно 😪
Bu sahnalar manim yadma galir.
Mekani cennet olsun
Чох истердим гызы Хейале хаггыда мелумат вересиз ,хардады , не ишле мешхул олур ???
Mənim yadimdadi Terane xanim Eyvazdan sonra pis xestelenmisdi Men usag idim dedilər hsvalanib pirlər gəzdirirdilər sonra duzəldi
Allah Rəhmət Eləsin
Mən tanıyırdım qonşu toy edəndə cütlük bizim evimizdə qonaq 2 gün qonaq olub heyif Eyvaz cox gözəl oğul idi bir birlərinə cox yaraşırdılar allah rəhmət etsin Eyvaza
Bildiniz bilmediniz öz pirizmanızdan baxıb heç kimi mühakime etmeyin özünüz mühakime olunarsız. Terane xanım ziyalı aileden çıxmış Ali savadlı qeyretli namuslu gözel insan gözel anadı. Qızı Ali savadlı Xalqına , ata anasına baş ucalığı getiren bir evlad, bir şexsiyyetdi.Oxumağı öz zemanesine göre sevilib, tanınıb O dövr indiki kimi olmayıb Kimse sponsurluq etsin , esemes gönderilsin Xalq artistlerinin bestekarların senzirasından keçirdiler Allah Eyvazın o dunyasını gözel eylesin 🙏Terane xanıma can sağlığı qızına xoşbextlik bexş etsin Herşeyin en düzünü bilen Uca Tanrı her birimize kömek olsun🤲
Heqiqetende men balaca idim anama deyirdimki men myqenni olmaq isteyirem özude Teane Velizade kimi ona qipte edirdim sade gozel insan
Allah rehmet elesin 🙏cox maraqli cutluk duetleri olurdu tez dunyasini deyiwdi
RƏHMƏTLİK EYVAZIN ƏVVƏL AİLƏSİ , ÖVLADLARI OLSA İDİ , İNDİ MÜTLƏQ SOSİAL ŞƏBƏKƏLƏRDƏ SƏSLƏRİ ÇIXARDI, YƏQİN ...NƏSƏ MƏN BU MƏLUMATA İNANMADIM... DAHA DƏQİQİNİ BİLƏN VARSA , YAZSIN , HAMI ÜÇÜN MARAQLIDIR
Eyvaz Teraneyle evli idi duzdu melumatlar
Ailəsi olub. Agdaşın Ləki kəndində. Övladı olmayıb o nigahdan. Eyvazla bir gündə o qadınında atası rəhmətə gedib. Deyirdilərki,o qadln Eyvazı deyibn,aglayırmış.
Boş Boş Yalanlar Danışıb Özünüzü Söydürməyin Və Kiminsə Haqqına Girməyin !!!
Zehmet olmasa ofelya memmedzade haqqinda video cekesiniz onceden saw olun
Bütün adaşlarıma simpatiyam var elə bilirəmki hamısı gözəl insandı
NƏ BİLİM........
Çunki biz HER AN TER TER termemizik
Ermənilər torpaqlarımızdan tutmuş ,bütün milli sərvətlərimizə yiyə çıxırlar onlara heçnə deyə bilmirik, ancaq bir- birimizlə dava edirik , gəlin hər bir nəyimiz varsa, bir- birimizə sahib çıxaq və mehriban olaq
Rehmetlik Eyvaz muellim cox sadae adam idi
Аллах рехмет етсин Ейваз Хесенова..
Bəs deyirdilərki Eyvaz evli olub Təranəni alanda
Stadionda oxuyanda gormuşdum. Qara saçlarını açmısdı. Ere de getmemisdi. ,,Qızlar oynayır eli xınalı,, mahnısını oxuyurdu.
Eyvaz və Təranə qızı Xəyalə haqqında məlumat bilmək istəyirəm.Eyvaz.müəlli ə allah rəhmət eləsi .Təranə xa ıma can sağlığı.
Teranenin o qeder de.mukemmel sesi yox idi.sadece cox wirin.abirli.heyali xanim kimi cox sevilir
Cox sevdiymiz cütlük yadaşdarmıza hek oldu Evden cıxanda cüt cıxardıq öz hayatıdı indide Terane xanımı gözümüz gezir
Hec vaxt sevmemiwem Teranenin sesini yadawwimdadaa ezme buzme bir cinkiltili ses qalib.
Allah Eyvaz Hesenova Rehmet eylesin xalqin sevimlisi olub
1980-ci illərdə onlar çox populyar idiydilər. Xalq da onları çox sevirdi.
Məyər o vaxt hərənin öz telefonu olub ki?
Təranə ümumiyyətlə oxuya bilmir, səhnədədə əzilib büzülürdü. Eyvazın səbəbinə üzə çıxdı
Nesimi kinosuna baxmısan orda deyir senin ğözlerin yaxşı ğörmür men deyerdim senin qulağında düz eşitmirTerane xanım ‘Lalə qızlar ‘ ansanbulunda oxuyanda Ruhu şad olsun Eyvaz bey heç tanınmırdı
Mən İran'dan Əta siz Təranə xanım haqqında necə belə danışa bilirsiniz Təranə xanım Vəlizadə çox böyük sənətkar dır ayıb olsun sizə
Eyvaz Həəsənov Təranə ilə tanış olanda evli idi və övladı vardı.
Deyilənə görə övladı yox idi. Ailəsi olub
Eyvaz beye ALLAH REHMET EYLESİN Terane xanıma ALLAHcan saglıgı versin Haggsızlarında belasını ALLAH versin🙏
3.27.. həmin dövrdə mobil telefonlar yox idi. Eyvaz Təranənin hansı nömrəsini verirdi?
Hec duwunnemuwdim orasini🤔
Bu plastinkadan bizdə var..balaca olanda atamla rəhmətlik bacımla şəhərə çıxanda Baksovetdən- indiki İçərişəhər tərəfdən mərkəzi univermağa gedən yolda kitab dükanından aldıq.heyf o illərdən
Şər atanı şərə düşsün
Amin..
Allah Eyvaza rəhmət eləsin. Amma onlardan qabaq duet oxuyanlar olublar.
Gülüğa Məmmədov - Flora Kərimova
Teymur Mustafayev - Nəzakət Məmmədova
Yaşar Səfərov - Elmira Rəhimova və s.
GERMAN Ağdamlı
şair-publisist
TƏRANƏ SYAVUŞLA YAŞAYAN GİTARA ŞALAN İDİ VASMOY KLOMETİRDƏ OLURDU SƏF EDİRLƏR 😢😂
Diller ezberi olan cutluk....
Allah rəhmət eləsin 🤲🤲
"Azərbaycanda ilk duet ifaçıları " titulu Xan Şuşinski və Şövkət Ələkbərovaya məxsusdur.
duet çox olub. Zeynəb Xanlarova İslam Rzayev yadımda qalanı yağış yağır sevgilim, Nərminə Məmmədova Sian Seid, Minnə yarım Minnə, Nəzakət Məmmədova Teymur Mustafayev, Mənim ki varlığım sənə bağlıdır, Flora Kərimova Gülağa Məmmədov Arzular, Elmira Rəhimova Yaşar Səfərov Səadət, Ruhəngiz Musəvi Əli Kərimov, Flora Kərimova Mirzə Babayev, və sair
@@TaranaNLindsay Haqlısınız. Lakin burda ilk duetdən söhbət gedir. Həmin titul isə Xan Şuşinski və Şövkət Ələkbərovaya məxsusdur.
Biz qayğısız yelləncəkdə yellənərdik deyə Oxuyurdular. Gözə gəldilər
Bütün günü televizirde idiler, ruhumuzu dinceldirdiler
Allah rehmet etsin gözəl cütlük idi çox saf idilər rayonlara səfər edirdilər konsertlər olurdu Ağdaşlı idi qəzada rehmetə.getdi yalandı Təranə xanımın adına heç vaxt söz çıxmamışdı bu hardan gəldi
bu mahnının sözləri Müşviqindi
DÜZ DEYİR MƏN UŞAQ İDİM ONLAR GƏLƏRDİLƏR HƏMİŞƏ.
🙏🤲🙏
Reytinq xətrinə o uydurma Səyavuş Aslanov məsələsini qaldırdığınız üçün sizə ayıb olsun. Materialı camaata təqdim edirsinizsə, "yüz olç, bir biç" prinsipindən istifadə etməlisiniz. Xalqa mə'lumat buyurursunuzsa, gərək mə'lumatın düz olub ya olmadığını öyrənməlisiniz. Bu bir qəbahətinizdir. Kütləyə təqdim etdiyiniz mə'lumat yalan olursa, yaydığınıza görə cavabdeh də siz olursunuz. Məhkəməyə də veriləndə, soruşan olmayacaq, siz bunu kimdən və ya hardan eşitmisiniz. Videolarınızı hazırlayanda əvvəl bunu düşünün.
Eyvaz.birinci həyat yoldaşinı Almaz müəlliməni.dəli cəsinə sevib araya girib ailəsin dagıydı...
@@agdasagdas4543 Sən onun yanında olmusan. Eyvazın yaxın qohumları sağdır, belə bir şey olsa idi hamı bilərdi. Rayon yerində ola bilərki Eyvaz cavan olanda hansı sa qıza iki kəlmə söz deyib, bunu bayraq tutub evli olub demək düzgün deyil. Kənd camahatıdır şişirdib evliliyə çatdırırlar. Sağlığında heç kim heç nə demirdi, ölən kimi arvadı uşağı hardansa peyda olur. Bəsdir, uydurursuz, vicdansızlar. Kim kimə böhtan atır , Allah onun bəlasını versin və verirdə.
Hamısı nəfəsdi
HEYF.COX SEVENLER HERZAMAN XOSBAXT OLA BİLMİR AMA BELE BİR SEVGİNİ YASAMAQDA HER İNSANA QİSMET OLMUR
Azərbaycanda ilk duet ifaçıları Elmira. Rəhimova və Yaşar Səfərov olmuş, sözü gedən sənətçilərin yaradıcılığı ilə davam etdirilmişdir...
Аzərbaycanda ilk duet Xan Şuşinski və Şövkət xanim oxuyublar. İndi də gizil fondda var. Dinləyin...
Səadət.
Ağdaşın Ləki. Kəndindən idi Eyvaz..3 övladi ailəsiy ola ola
1 dəfə evli olub amma uşaqları olmayıb. qonşumuz olub
Ailesini, ovladlarini taniyirsiniz?
Eyvaz Həsənovun Yanında İdin? Yoxsa Aşnası Sən İdin Hardan Bilirsən Uşağı Da Var idi?
@@Leyla_Saripova1930 yanında sən ola bilərsən,mən yox o ki qaldı hardan bildin mənim qohumumdu.biləsən
@@Leyla_Saripova1930 Anasininda adı Səadətdi
Eyvaz Ağdaş in Leki kendindi,niye demirsiz?
Yazanda düzgün yaz. Təranə xanım Bakı şəhəri Əzizbəyov adına xəstəxanada anadan olub ziyalı ailəsində. Atas
ı, anası şəkilidir. Bakınln mərkızində yetıəşən 189 nömrəli məktəbdə oxuyub. ADU nun filologiya fakultəsini bitirib. Bunlar doğrudur və faktdır.
Çox gözəl cütlük idi.Allah Eyvaz Həsənova rəhmət eləsin.Təranə xanıma can sağlığı arzulayıram.
@@muxtarismayilov3768 Allah sizdən razı olsun
Eyvaz Ağdaşlı idi,. Ağdaşda Eyvazın. Ailesi uşaqları var...
Ailesi, usaqlari Aqdasin hansi kendinde yasayir, taniyirsiniz?
@@dgjinijh Ləki kəndinə di ,ləkidədə basdırıblar ..
@@tuanababayeva9345 ailesi ve usaqlarini deyirem. Usaqlari haradadir?
🤧🤧😟😟💐🌹
😔🤲
Ofeliyağil uşaqlarının üstündə ayrılıblar.
Goz yixan evi hecne yixmir
Siz danışın dehşet izleyici özü söyler. BÜTÜN xəbərlərdə ,, DƏHŞƏT ,, ifadesini usledirsiz..
Eyvaz evli olub eviin yixib
Niyə yalan məlumatla proqram hazırlayırsınız?Azərbaycanda ilk dueti 1966-cı ildə Nəzakət Məmmədova ilə Teymur Mustafayev oxuyub.Ayıb deyil?
Teane xanim adli sanli muqennilerden taninmiş ozude çox goycek ona men guneş gelin deyerdim balaca idim anama deyirdim ki mende Terane Venizade kimi muwenni olacam oz özume deyirdim men oxuyur Terane Veluzade çox taninmis muqenni ele bilirem ki menim taleyim onun taleyine benzeyir ailem yox xestrlendim mende qorxu pirlerde yatdim qorxu eyniyle onun taleyine benzerdi allahdan wismet alin yazisi yoldasina allah rehmet etsin ozunede can sagliqi versin gozel bacimm 😘😘🐎🌹💐🌹
Caan
Qal sene Quran mahnisi, Nazaket Teymurovanin ifasinda qulaq asin.
Təranə xanım Vəlizadənin həyatının lelə pis olmasının səbəbi rəhmətlik Eyvazda yox ,onun müğənni olan yolbaşlarıdadır.ölüm qəfildən gələn udardır.Hamı üçün var.Ölüm daimidir.Təranə xanıma həmin gündən sonra yaxşı müğənni dostlar lazım idi.Müğənni dostlar isə hərə öz pulu, öz güzəranındadır.Çunku onun yaxşı muğənni dostları yoxdur.Təranə çöz hörrmətli xanımdır.Onun həyatı Canəli Əkbərovun həyatına çox oxşayır.Bilənlər bunu yaxşı bilir. Odunyanın açot--uçotu inanın olacaq!!!0
Canəli Əkbərovun həyatına bölmüşdü deyə bilərsiniz ?
ТЕРАНЕДЕ ГИЧ, БИЛМИРСЕН ЕЙВАЗ МУГЕННИДИ
ALLAH rehmet elesin eyib olsun o yalani cixardana Seyaviw muellim gozel insan olub nur icinde olsun Terane xanim exlaqli xanimdi bu yalan hardan nece qaynaqlandi o vaxtlar bize de qeribe geldi bu xeber
Hsmsi paxilliqdan gozlero goturmeyenleri olub yeqinki ayaqini qaziblar yalan gozel xanimin ayaqini qazib leke vurarlar hemişe pis adamlar lenete grlsinler Yenede Teane xanim eyilmedi ve durustlüyunu qorudu Eyvazada allah rehmet etsin nece onu sevib her teline sigal çekib ezizleyib çox kovreldim onlarin sevqisine kaş sag qalaydi Leyli mecnum olublar 🐎💐🌹💐🌹
@@teranerzayeva7763 yalandan soz cixxaranlar onsuzda lenetlikdiler
@@cimnazlutfeliyeva5391 amin
Yalan Məlumatdır. Səyavuş Alkaşın Biri İdi.
Duz deyil ilk duet ifacllar deyil!
Ofeliya Sənani xəstə təfəkkürlü insan idi .Hər kəsi Səyavuşa yaxirdi .Səyavuşda sözsüz özünə görə deyildi amma mən nəsə inanmıram bu söhbətə .Təranə ömür boyu Eyvazı sevdi ona inanmıram xəyanət edə
Dul kaldiğindan bugüne kimi hayatinda bir adam olmadimi ? Yani bu inandirici ve doğrudur mu ?
Niye bilmediyinizi ve başkasinin yerine ant içmeyi bu kadar çok sevirsiniz.
Her kesin vebali gunahi öz boynuna olsun daa.. ama bilmediklerimiz eşittiklerimizden daha çoktu
@@nonahesenova2623 senin dusuncene dul qalan qadin ya aciq askar ere qetmelidir, ya da ki qizlince qezmelidir? Mentiqinize, dusuncenize tupursunler.
Bir mesel var ...ozgesinin bedbextciliyi uzerinde ozune xosbextlik qurmag olmur.... Eyvazin 2 evladi ve ailesi olub ,evli insani nece sevmek olar? Ve evli insan nece elci gondere biler?
бый бес Теране Ейвазын биринчи евлилийи дейилди?буну хеч ешитмемишдим
@@gencelibalasi6337 xeyr Eyvaz evli olub 2 evladi
@@nazamadatova1562 Ейваз гойче махалындандыр ону билирдим билмирсиз биринчи аилеси ким олуб?
ТЕРАНЕЙЕ ГИСМЕТ ОЛМАДЫ.
ЗИТА РОЛУН АПАРАН ХЕМА ДА. ДХАМЕНДРАНЫН АРВАДЫ ВЕ ИКИ ОГЛУ ВАР. АИЛЕСИН ДАГЫДЫРЗ
Siyavuş o vsxt qoca deyildi xəbər düzdü.sadəcə ovaxt inter. Yox idi ona görə yadda qalmadı
Mən İran'dan Əta
Siz görübsüz?
Niyə şər atırsınız
Təranə xanım Vəlizadə çox qeyrətli çox namuslu xanımdır Allah can sağlığı versin
Heç vaxt nə səsi olub, nə də gözəlliyi. Gözəl ona deyərəm ki, makiajsız səhnəyə çıxsın. Duetə qaldıqda ilk duet oxuyan onlar olmayıb. Bəlkə ər-arvad kimi ilk duet ifaçısı demək istəyirsiniz? Eyvaz Həsənovun ifası gözəl idi. Allah ona rəhmət eləsin. Təranə isə nə cavanlığında gözəl olub, nə də qocalığı gözəldir. Səs də ki, ci ci edir elə bil. O qədər də özünü əzib, büzür ki, elə bil dünya gözəlidir.
Oaxıla bir bax, az bir özünə bax, çuşkanın biri çuşka
Хабислик Инсара ярашмаз бир хусусиятдир. Эгер хабислик сизин ичинизи кесирсе, демели сиз Инсан дейилсиниз!
Mən İran'dan Əta
siz gözəllik'dən nə anlayırsınız boş boş danışmayın Təranə xanım Vəlizadə 'nin həm səsi ifası gözəldir həm özü
Miranə Sən Cavanlığda Bomba Şey Olmusan Yəqin. Ona Görə Təranəni Bəyənmirsən?
@@Leyla_Saripova1930 Hər halda nə cavanlıqda nə də indi onun kimi bəzənib düzənməmişəm. Belə gözəldir təbii çıxsın ekrana gözəlliyini nümaiş etsin. Siz isə danışığınıza fikir verin. Mən öz şəxsi fikrimi bildirmişəm. Və hər kəsin şəxsi fikrinə hörmətlə yanaşıram. Haqqı deyirəm. Ağzınıza gələni yazmayın. Təranə Vəlizadənin xoşuna gəlməsə komentim mənə yaza bilər. Siz yox. Birdə ki, mən onunla yazışıram da, danışıram da.
ТЕРАНЕ ХАРА, САЯВУШ ХАРА. БОЙУ БАЛАЧА
Terane nediki dunya maralidi siyavusa ne gelmisdi nolsun balacaboy idi
ИМКАНСЫЗ КАСЫБ ИДИ
Cox gözəl səs həmdə gözəl insan. Eyvaz Həsənovun səsinə bənzəər səs olmadı. Heyiflər . Allah qəni qəni rəhmət etsin.
Tapdıq Əmirov adli bir müğənni ilə də sevgili olmuşdu 25 il bundan üabaq.Moskvada tez-tez görüşürdülər.ərə getmədi, alan var idi ki.
Allahdan qoydun şər danışıb böhtan atmaq ğoyuk ğünahdı
Mən İran'dan Əta
Ağzınızın sözün bilin şər atmayın
utan'ın biraz.
Təranə xanım Vəlizadə çox qeyrətli çox namuslu xanımdır Allah can sağlığı versin
*******
Gurcustana toya gelende Eyvaz gezaya dusdu allah rehmet elesin