BSU-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

Поделиться
HTML-код
  • Опубликовано: 6 фев 2025
  • BSU-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib
    Yanvarın 31-də Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü” silsiləsi çərçivəsində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan “Heydər Əliyev və Azərbaycan gəncliyi”mövzusunda dəyirmi masa keçirilib.
    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb,Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Azərbaycan Respublikasının Əməkdar jurnalisti,Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Varis Yolçuyevin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və inkişafında əvəzsiz xidmətlərini vurğulayaraq müasir Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik və suverenliyini tam bərpa etdiyini qeyd edib. A.Nağıyev çıxışında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin strateji əhəmiyyətini tədbir iştirakçıların diqqətinə çatdırıb. Rektor çıxışında müasir Azərbaycan gənclərinin ölkənin sosial-iqtisadi və siyasi inkişafında oynadığı mühüm rolu qeyd edərək onların Vətən müharibəsində nümayiş etdirdiyi vətənpərvərlik və fədakarlığın dövlətin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olduğunu bildirib. O, Azərbaycanın inkişaf strategiyasına uyğun olaraq ali təhsil müəssisələrinin fəaliyyətində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, elmi və intellektual potensiallarının gücləndirilməsinin əsas prioritetlərdən biri olduğunu qeyd edib.
    Çıxışının sonunda rektor A.Nağıyev Ümummilli Lider Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” fikrinin aktuallığını bir daha vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin Azərbaycanın uzunmüddətli strateji inkişafına xidmət etdiyini vurğulayıb.
    Daha sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı, polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan gənclərinin hərbi sahədə əldə etdiyi uğurlardan danışıb, vətənpərvərliyin dövlətin davamlı inkişafında və təhlükəsizliyində oynadığı mühüm rolunu qeyd edib.
    Tədbir çərçivəsində BSU-nun rektor məsləhətçisi Ənvər Abbasov, Azərbaycan Ağsaqqallar Şurası Məclisinin üzvü İmran Əbilov mövzu haqqında danışıblar,yazıçı Varis Yolçuyev “Müasir gənclərin hədəfləri, məqsəd və vəzifələri”, filologiya elmləri doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri,professor Asif Rüstəmli “Heydər Əliyev - tərbiyənin mənəvi aspektləri” mövzularında çıxışlar ediblər.“Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qarəhmədov və müharibə veteranı Əfəndi Axunəli Heydər Əliyevin gənclər siyasətinin tarixi və ideoloji aspektləri barədə geniş məlumat veriblər.
    Sonda professor A.Rüstəmli “Müdriklik mücəssəməsi” adlı kitabını BSU-nun rektoru A.Nağıyevə hədiyyə olaraq təqdim edib. Həmçinin Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən BSU-nun tələbələrinə Fəxri Fərman təqdim edilib.
    #BakıSlavyanUniversiteti #AZTV #HeydərƏliyevAzərbaycanGəncliyi #DəyirmiMasa #2Fevral #AzərbaycanGəncləriGünü #bsu2025 #Təhsil #Elm

Комментарии • 1