Sevgi mahnısı (Yalçın Rzazadə, "Baladadaşın ilk məhəbbəti" b/f) | Bəstəkar Emin Sabitoğlu
HTML-код
- Опубликовано: 30 сен 2024
- Bəstəkar Emin Sabitoğlu, Söz: Fikrət Qoca, İfaçı: Yalçın Rzazadə, / eminsabitoghlu "Baladadaşın ilk məhəbbəti" B/F (1974)
Sözlər:
Keçdiyin bütün yollar
Qəlbimdən keçib gedir.
Gözlərin bu dünyaya
Sevilməyi öyrədir.
Kipriklərinlə qorun
Saçlarınla yaşın, yar
Amandı, yar, baxışlar
Gözəlliyin daşınar.
Ürəyimi atsam da,
Öz sevgimi atmaram.
Sənə olan eşqimi
Sənə də alçaltmaram
Mehriban gülüşünlə
Nərgizlər yaranıbdı.
Mehriban baxışınla
Dalğalar yaranıbdı.
Kipriklərinlə qorun
Saçlarınla yaşın, yar.
Amandı, yar, baxışlar
Gözəlliyin daşınar.
Ürəyimi atsam da,
Öz sevgimi atmaram.
Sənə olan eşqimi
Sənə də alçaltmaram.
#EminSabitoğlu #sevgimahnisi #retro #kinomusiqisi
Tags: emin sabitoglu, yalcin rzazade, baladasin ilk mehebbeti, sene olan esqimi sene de alcaltmaram, sevgimi alcaltmaram, kecdiyin butun yollar, qelbimden kecir gedir, sevgi mahnisi, kohne azerbaycan mahnilari, retro
Nə qədər zırta-pırta qulaq assaqda böyüdükcə genlərimiz ruhumuzu məhz bunlarla bəsləməyimizi tələb edəcək .
Супер чаваб
Nece de dogru vurgulamisiz tewekkurler👏😊
Ahah nə gözəl komment)
ruclips.net/video/i-TfJC0fF6Y/видео.html
Bəli
Azeri şarkılarına bayılıyorum ya, duygu dolu hepsi...
Azero deyil. Azerbaycan!
Azərbaycan ❤
SENE OLAN ESHQIMI SENEDE ALCALTMARAM
(EHSEN BELE QURURLU SEVGIYE)
replay etməkdən yoruldum qulaq asmaqdan isə yox... doymaq olmur bu mahnılardan. Fəxr edirəmki, bu cür mahnıları yaradanlarla eyni yurdun, VƏtənin sakiniyəm. Amma biz öz dəyərlərimizin qədrini bilmirik hansı ki o dəyərlərin dünyada tayı-bərabəri yoxdur!
Nigar Amirova 👏👏
Nigar Amirova 🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼
hə vallah ureyimden xeber verdiz
Hemuse deyerli mahni musiqi super
Nigar Amirova bu mahninin misli yoxdu.Sene olan ewqimj sene alcatmaram...
Fikrət Qoca nə qədər dahiyanə sözlər yazıb.. Emin Sabitoğlu nə qədər dahiyanə musiqi yaradıb . Yalçın Rzazadə isə səsi ilə möhürləyib... İnsan dinləyındə başqa bir dünya yaşayır.. Qayğısız, müharibəsiz, prablemsiz, sevgi dolu bir dünya..Nə qədər gəncliyin beyni tik toklarla yuyulsa da, geni yuya bilmiyəcəklər.. Azərbaycan doğrudan da dahilər yurdudur..
gör nə gözəl mahnılarımız qala qala gedib gic gic mahnıları dinləyir çoxları
Ilk defa bir azeri şarkısı dinliyorum.. anlamı çok büyük. Beğendim.
Azeri deyil ,qardaş.Azerbaycan türküyük.
Qulaq asın:Reşid Behbudov,Polad Bülbüloğlu,Oqtay Ağayev,Eldar Mansurov besteleri,Müslim Moqomayev və s.Mübariz Tağıyev musik-yada sal məni
Azərbaycan koroğlu mahnısı,dədə qorqud musik-incəbellim
ruclips.net/video/i-TfJC0fF6Y/видео.html🇦🇿🇹🇷
"Sənə olan sevgimi, Sənə də alçaltmaram".Allah sənə rəhmət eləsin, Fikrət Qoca.
Бях-бях, бу миллетден недже доясан, Кавказын консерваториясы Азербайджан!
Təşəkkürlər ))
Dusun bir anasan ve dunyaya Emin Sabitoglu kimi bir duha bexs edirsen...
Var mı daha boyuk xosbextlik?
Sevgi mahnısı | Fikrət Qoca
Keçdiyin bütün yollar
Qəlbimdən keçib gedir.
Gözlərin bu dünyaya
Sevilməyi öyrədir.
Kipriklərinlə qorun
Saçlarınla yaşın, yar
Amandı, yar, baxışlar
Gözəlliyin daşınar.
Ürəyimi atsam da,
Öz sevgimi atmaram.
Sənə olan eşqimi
Sənə də alçaltmaram
Mehriban gülüşünlə
Nərgizlər yaranıbdı.
Mehriban baxışınla
Dalğalar yaranıbdı.
Kipriklərinlə qorun
Saçlarınla yaşın, yar.
Amandı, yar, baxışlar
Gözəlliyin daşınar.
Ürəyimi atsam da,
Öz sevgimi atmaram.
Sənə olan eşqimi
Sənə də alçaltmaram
Mene bilirsiz ne catmir?? Bu cure ifa bu cure musiqi 7 ile 211k baxis yigsin amma hansisa dusuy mugenii 7 aya 7 milyon baxis yigir
çünki ağıllı adamların sayı çox azdır, düşüklərə nisbətən...
Ucuz malin alicisi coz olar
Cunki azerbaycanilarin seviyyesi getdikce dusur
duzelen deyilikk.. coxx heyf
@@nasireliyev9843 👍👍👍
SözleriI: Fikrət Qoca
Musigi.Emin Sabitoğlu
Chox sagolsunlar senetkarlar.
nata khalil Gulağadı oxuyan?
Ялчын рзазада мин яша меним талыш гардашым
@@xeyyamsamil6486 Yalçın
Fikrət Qocanın sözlərinə unudulmaz bəstəkarımız Emin Sabitoğlu nə qədər uğurlu musiqi bəstələmişsə, Azərbaycan estradasında silinməz izləri olan Yalçın Rzazadə də mahnını eyni bacarıqla oxumuşdur. Mahnının zirvə nöqtəsi “Sənə olan eşqimi sənə də alçaltmaram!” ifadəsində təcəssüm edib.
Mənim oğlumun 17 yaşı var. O bu mahnılara qulaq asanda və o dövrün fimlərinə baxanda təkrar təkrar deyir:
- çox teessüf edirəm ki, mən də sənin kimi o illərdə yaşamamışam. Bizim nəsil (60 cı illərdə dünyaya gələnlər) milli incəsənətimizin, milli dəyərlərimizin, yazılmamış davranış qaydalarımızın və s. “pik fazası” dövrünün şahidi və iştirakçısı olaraq özümüz də bimədən olduqca mükəmməl və gözəl dövr yaşamışdır. Təəssüf ki, bugünkü cəmiyyətimizin çoxluq təşkil edən nümayəndələri sözügedən “o dəyərlərimizdən” olduca uzaqdır və onları qoruyub saxlamaq niyyəti ilə təbliğ edərək öz övladlarına ötürə bilmək imkanında deyillər. Bu çox acınacaqlıdır…
gozel eserdi...
Mahniya qulaq asdiqca doymursan
Allah Yalcin Rzazadeye can sagligi versin Emin Sabitogluna qeni-qeni rehmet. Bu cur gozel sozleride Fikret Qoca Allah canini sag elesin
2021
Allah hamısına rəhmət eləsin 😓💔
ruclips.net/video/i-TfJC0fF6Y/видео.html
Fikrət Qoca sevgisinə,Emin Sabitoğlu bəstəsinə, Yalçın Rzazadənin möhtəşəm ifasına əhsən.Doymaq olmur dinləməkdən
Üreyimi atsamda öz sevgimi atmaram. Sene olan eşgimi senede alçatmaram 👍🏻👍🏻👍🏻🤔🤔❤️
Emin bəy ,xalqımız adına ömür boyu təşəkkür edəcəyimiz şəxsiyyətdir.
Allah Yalcin Rzazadeye rehmet elesin.
Cındır mindirlarin mahnılarının baxışı nə qədər bucür ifalara qulaq asmillar,demekki zövqsüz insanlar coxdur
Doğrudur.Zövq hər kəsə yox,xüsusi insanlara verilir)
Musiqi budur Heç vaxt unudulmayan əbədi olaraq yadda qalan Bizə nələrisə xatırladan 💖💖💖💖💖
Çox gözəldi.. bir şeyə təəssüflənirəm ki Emin Sabitoğlunun çox gözəl musiqiləri var ən əsasda kino filmlərdə amma böyük əksəriyyətinin notları yoxdur ki, gənclərimiz bu cür musiqilerimizi dünyaya tanıtsın ən əsasıda yaşatsın bu cür gözəl musiqiləri... Azərbaycanın musiqilərinə çatan musiqi yoxdur.
Bu mahniya gulag asanda meni cox uzaqlara aparir...
Allah cəmi dünyadan köçənlərə rəhmət eləsin !
Emin Sabitoglunun mohteshem bestesi ve Yalchin Rzazadenin mohteshem ifasi. Hec kim bu mahnini bele ifa ede bilmez
1994CU ILDE ISTANBUL TEXNIKI UNIVERSITETININ XALQ MUSIQI KONSERVATORIYASINA DEVET OLUNAN BESTEKAR SABIT REHMANIN 90 ILLIK YUBILEYI ILE ELAQEDAR 2000CI ILDE BAKIYA
İnanılmaz!!! GÖZƏL!!! Belə retro mahnılarımızın qədrini bilək!!! ALLAH EMİN SABİTOĞLUNA RƏHMƏT ELƏSİN!!! AMİN!!!
Bizim musiqilər olduqca rahat axıcılığı ilə seçilir.Əhsən bəstəkarlarımıza.
Musiqiye ve sozlere bax,bir sozle mohtewem,indi hardadi bele mahnilar bele senetkarlar,Azerbaycam musiqisi iflic veziyetdedi indi.Mahniya qulaq asmaqdan doymur insan
Yalçın Rzazadə öz möhrünü qoyduğu mahnı.Allah rəhmət eləsin!
bu mahnını o qıdər sevirəmki dinləyəmdə hislər qarışır adam bilmir yaxşı hiss edir ya pis
Eynilə! Filmində də adam eyni hisslər yaşayır
Eynilə təsvir etmisiniz 👍
Nə oldu Azərbaycanin musiqi irsinə? Hanı O bestekarlarımiz? Məktəb itib daha. Indi gic gic mahnilar yazillar
Gözlərin bu dünyaya sevilməyi öyrədir... 😊
Seviremde Azerbaycan Nostaljisini !
1 nəfət unlike edib, yagin Balaldadaş özüdü.
Bura qəlbimi qoyuram.❤️
mukemmel musiqi mukemmel beste mukemmel ifa.indi ozunu mugenni adlandiranlar utansin ozlerine senetkar dediklerine gore
HICRAN.10MIN DOLLARLIQ KEF,NEGMELI KONUL,GULUS SONATORIYASI,BANKIR ADAXLI MUSIQILI KOMEDIYALARIN MUELLIFIDIR MENDEN SIZE QENIMETDIR.SADECE QARDASIMIN PROFLINDEN YAZIRAM.MUSIQICI QIZLAR MENIM KIMI BILER
Sevgiyə verilən ən yüksək qiymət budu...... Sənə olan eşqimi sənədə alcatmaram. heyif qarşımıza sevgi qədri bilməyən cıxdı hələdə acısını cəkirik uje illərdi 34 yaş var ama birdaha kiməsə sevirəm demərəm subay ölsəm belə.
çox gözel mahnıdı
İNDİ BELE MAHNİ VARMI???
Təəsüf ki azdı
Hər 3 nə də Allahdan rəhmət diləyirəm . Fikrət Qoca möhtəşəm idiz. Bir sözlə mükəmməl
BESTEKAR QARA QARAYEVDEN BESTEKARLIQ UZRE DERS ALIB KONSERVATORIYADA
Ürəyimi atsam da,
Öz sevgimi atmaram.
Sənə olan eşqimi,
Sənə də alçatmaram !
Gözəl musiqi, gözəl ifa. Allah dünyasını dəyişən sənətkarlara rəhmət eləsin, qalanlara da can sağlığı versin
Allah hər ikisinə də rəhmət eləsin gözəl sənətkarlarımız
Mükəmməl musiqi.möhtəşəm 3lük bir-birilərini tamamlayırlar.İndi nədənsə belə musiqilər yaranmır
Sənə olan sevgimi,sənə də alçaltmaram...🖤🌸
mahni gozel ifaci gozel kino gozel Yalcin rzazade heyf o illerden
Sənə olan eşqimi, sənə də alçaltmaram!
GELIR ANCAQ TEDBIRI GORMEK ONA QISMET OLMUR VEFAT EDIR NOYABRIN 18DE SEHERE YAXIN ALLAH REHMET ELESIN AMINN
Sene olan eşqimi sene de alçaltmaram! derin menali sozler
Emin Sabitoğlunu dinləməkdən zövq almayan bir Azərbaycanlını düşünmək belə istəmirəm.Təəsüfki çox zövqsüz yeni nəsil yetişir..
ureyimi atsam da
sevgimi ve sene olan esqimi sene de alcatmaram
sene olan ewqimi sene de alcaltmaram.... gozel menasi var
Tək kəlimə.Möhtəşəm əsər👍👍👍👍👍👍
Fexr edirem ki,Fikret Qoca ile bir rayondanam,Agdaslilara ,Lekiliere salam!
2002-ci ilin iyunu idi. Azərbaycan Musiqi Mədəniyyəti muzeyində sənətsevərlərin, mütəxəssislərin, jurnalistlərin iştirakı ilə məclis qurulmuşdu. T.Quliyevin, R.Hacıyevin, E.Sabitoğlunun xatirəsi yad edilirdi. Bu sənətkarların eyni bir tədbir çərçivəsində (2002-ci il hər üçünün yubiley ili idi) xatırlanmasında rəmzi məna var idi. Onların hamısı (mən bu siyahıya cari ildə 95 illiyi qeyd olunan S.Rüstəmovu da aid edərdim) XX əsr Azərbaycan musiqisi tarixində iz qoyub getmiş, bizə neçə-neçə nəğmələr bəxş etmiş, həyatımızı rövnəqləndirmişlər.
Yuxarıdakı xatirə toplantısı beynəlxalq muzeylər günü ilə əlaqədar keçirilirdi, «qloballaşma və milli sənət» mövzusuna həsr olunmuşdu.
Arada «Lider» kanalının əməkdaşı mənə yaxınlaşıb tədbirin doğurduğu düşüncələri televiziya tamaşaçıları ilə bölüşdürməyi xahiş etdi. Mən aşağıdakı məqamları vurğuladım.
Azərbaycan sənətinin gücü ondadır ki, bəstəkarlarımız dünya sənəti ilə rabitəyə girərək heç zaman öz köklərini unutmamış, milli ənənələrə dayaqlanaraq Avropa formalarını novatorcasına yozmuşlar. Muğam operalarını, simfonik muğamları, meydan tamaşaları estetikasından bəhrələnən operettaları, musiqili qəzəlləri xatırlamaq kifayətdir. Bu sırada Azərbaycan mahnısı da ləyaqətli yer tutur. Odur ki, qloballaşmanın milli sənətin inkişafında əngələ çevrilməsi təhlükəsi bizi narahat etməyə bilməz.
Digər tərəfdən muzeydə nəğmələri dinlədikcə daha bir duyğunu yaşayırdım. Bu günün çox zaman bulanıq musiqi axınında yüksək sənətkarlıq nümunələri ilə hər bir görüş insana saflaşdırıcı təsir bağışlayır. Biz sanki duru bulaq suyu içir, təmiz hava uduruq. Mən danışdıqca V.Mustafazadənin yadigarı - «Sevil» vokal qrupu «Dayan, dayan, zaman, dayan» oxuyurdu və mən öz-özümə düşünürdüm ki, zamanı, əlbəttə, dayandırmaq qeyri-mümkündür. Hər dövrün onun özünə bənzər nəğmələri olur. Lakin hər halda bizə miras qalmış ali zövq mücəssəməsi - klassik mahnıları unutmamaq, onlara bir meyar kimi dönə-dönə müraciət etmək gərəkdir.
Deyirlər ki, nəğmə dövrün ab-havasını, əhvalını, insanların dünyaduyumunu daha bariz əks etdirir. 60-cılardan olan Emin Sabitoğlunun yaradıcılığına məhz zaman kontekstində nəzər salmağa çalışaq. Lakin əvvəlcə qısa bioqrafik arayış.
Emin müəllimin sənət aləminə gəlişində təəccüblü heç nə yoxdur. Görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açmış Emin bir çox ədiblərin övladları kimi xüsusi musiqi məktəbində təhsil alırdı: Yusif və Vaqif Səmədoğlular, Araz Dadaşzadə, Anar, Rəfiq Zəka kimi. Lakin adları çəkilənlərdən fərqli olaraq Emin musiqiyə, necə deyərlər, xəyanət etmədi, onu özünə sənət seçdi. Çünki şəksiz istedadı var idi, çünki öz fikirlərini musiqi dili ilə daha dəqiq ifadə edə bilirdi.
Artıq 13 yaşından Emin Midhəd Əhmədovun bəstəkarlıq dərslərinə gedib gəlir. 1955-ci ildə Konservatoriyaya, Qara Qarayevin sinfinə qəbul olunur. Təhsilini Moskva Konservatoriyasında davam etdirərək bu şöhrətli təhsil ocağını professor Y.Şaporinin sinfi üzrə bitirir.
Emin müəllimin ilk qələm təcrübələri - simfoniya, kamera əsərləri onun böyük potensialını, sənətdə əhəmiyyətli vəzifələr həll etmək iqtidarını üzə çıxardı. Məsələn, F.Əlizadə məqalələrindən birində yazır ki, 60-cı illərdə Emin Mahmudov Q.Qarayev sinfinin assistenti idi. Onun diplom işi - Simfoniya Qara müəllimin dərslərində yüksək peşəkarlıq nümunəsi kimi dəfələrlə xatırlanardı: «Yadımdadır, bu əsərin lent yazısına qulaq asıb, mən bir qədər ruhdan düşdüm, çünki partituranın sənətkarlığını əlçatmaz zənn etdim» - deyə Firəngiz xanım öz ilk təəssüratlarını belə müəyyənləşdirir.
Həmin dövrün başqa bir yaratması - skripka və fortepiano üçün poemadır. Əsəri atama, yaxın dostu, ədəbiyyatşünas Araz Dadaşzadəyə hədiyyə edən Emin müəllim notların üzərində qara tuşla yazıb: «Araza - çox yazdığım əsərlər içində bu yaxşısıdır. Qoy sən deyən olsun! Emin. 4.V.60». Son misra mənim üçün sirr qalır: hər ikisi dünyasını dəyişib. Lakin ən önəmlisi odur ki, poemanın musiqisi yaşayır. Bu yaxınlarda «Lider» kanalı ilə çıxış edən məşhur skripkaçımız Sərvər Qəniyev repertuarına daxil olan əsərlər sırasında poemanı da qeyd etdi.
Sonrakı illərdə E.Sabitoğlu uvertüra, kantata («Çiçəklən, Vətənim», həmmüəllif X.Mirzəzadə), oda, romans silsiləsi də bəstələyir. Lakin tədricən onun yaradıcılığının başlıca hədəfi müəyyənləşir: o, əsas diqqətini mahnıya yönəldir.
Yazımın bu məqamında Qara müəllimin öz tələbələrindən birinə professionallığın mahiyyəti haqqında söylədiyini xatırlatmaq istərdim: «Əgər sizi gecə yarısı oyadıb üç orkestr üçün iki mövzulu beşsəsli fuqa yazmaq təklif etsələr, siz bu tapşırığın öhdəsindən gəlməlisiniz».
Emin müəllim öz ilk nəğmələrini yazarkən artıq belə bir professional idi. Gözəl məktəb keçmişdi, qələmini, özü də çox uğurla, musiqinin ən mürəkkəb, ciddi janrlarında sınamışdır. Mən bu faktı qəsdən vurğulayıram. Çünki indi mətbuatda, televiziyada bəstəkarın peşəkar hazırlığını az qala lazımsız bir şey adlandırır, hətta lağa qoyurlar. Bu gün külli miqdarda üzdən iraq «bəstəkar» meydan sulayır. Təsadüfi deyil ki, öz çıxışlarından birində V.Adıgözəlov «mahnı bəstəkarı» söz birləşməsinə, anlamına qəti etiraz edərək E.Sabitoğlunun yaradıcılığını nümunə gətirdi: «Emin simfoniya da, operetta da, mahnı da yaza bilirdi. Yəni əsl bəstəkar idi» - dedi.
Bu kiçik yazıda mən E.Sabitoğlunun rəngarəng, genişhəcmli mahnı yaradıcılığının (mahnıların sayı 500-ü adlayır) bütün məziyyətləri haqqında danışmaq fikrindən uzağam. Bu, əslində ciddi bir tədqiqatın mövzusudur. Lakin məni bir musiqişünas kimi aşağıdakı suallar maraqlandırmaya bilməz. Nə üçün məhz E.Sabitoğlunun mahnıları müəyyən dövrün ən bariz emosional ifadəçisi olmaq səviyyəsinə yüksəldi? Axı onunla paralel olaraq bir çox bəstəkar nəğmələr yazıb yaradırdı. Nə üçün məhz bu sənətkar təşəkkülü və çiçəklənməsi S.Rüstəmov, T.Quliyev, R.Hacıyevin adları ilə bağlı Azərbaycan mahnısının inkişafında keyfiyyətcə yeni söz söyləyə bildi?
Ilk əvvəl E.Sabitoğlu mahnılarının əsas qəhrəmanının portretini yaratmağa çalışaq. O, kimdir? Müasir azəri, şəhər sakini, intellektual, mənəviyyatca zəngin, daxilən azad, müstəqil insan. Burada bəstəkarın püxtələşdiyi dövrün - 60-cı illərin məxsusi ab-havasını unutmaq olmaz. SSRI və Qərb dünyası arasında dəmir pərdənin aradan götürülməsi, siyasi iqlimin mülayimləşməsi, xaricdən ölkəyə axan informasiyanın həcminin artımı, sənətin məzmununun yeniləşməsi - dövrün əsas əlamətləridir. Məsələn, A.Dadaşzadə 1969-cu ildə «Drujba narodov» jurnalında yeni Azərbaycan nasirləri haqqında yazırdı: «Əvvəlcədən quraşdırılan sxem üzrə hərəkət edən, məlum həqiqətləri bəyan edən maneken qəhrəmanlar, habelə tələm-tələsik yapılan və həmişə xoşluqla bitən vəziyyətlər aradan çıxır».
Fikrin ifadəsi bir qədər yöndəmsiz alınsa da, söyləməliyəm: E.Sabitoğlu öz mahnı yaradıcılığında «biz»dən «mən»ə modulyasiya edə bildi. Yəni ayrılıqda hər bir insanın iç dünyasına nəzər salaraq, onun təkrarsız fərdiyyətini üzə çıxarmağa müvəffəq oldu. Bir dəfə filosof Rəhman Bədəlov yaxşı demişdir: «Mən bilmirəm, Emin musiqidə daha çox özünü ifadə edir, yoxsa məni? Zənnimcə, onun musiqisində bütün nəslimizin nəbzi döyünür». Əlavə edərdim ki, «mən»i ifadə edə-edə, E.Sabitoğlu nəticədə «biz»i təcəssüm etdirməyə müvəffəq oldu.
her bir kesin ilk mehebbeti (kal mehebbeti) var.
Onla birgə olanda dinlədiklərim silsiləsindən...5
Tusuy tusuy mahnilar 1 ay kecmir milyonu amma bu musiqi 12 ildi 756 uzerinde tessuf
Sadece mohtewem !!!
tuklerim biz biz olduyeeeeeeeeeeeee wokkkkkkkk
Bu mahniya hemise qulaq asanda ele bilirem men ne vaxtsa 1970-ci illerde yasamisam. Qeribe hisler oyanir mende.
ureyimi atsanda, oz sevgimi atmaram.Sene olan eshqimi,sene de alcatmaram!!......ehhhhh gozel mahnidi.insanin ureyini feth edir!
Evez olunmaz ifa evez olunmaz eser
göyçayın musiqi müəllimi Hicrana və qardaşı Fərhad doxtura Bakıdan keçmiş qonşularından salamlar!
Sene olan eşqimi senede alçtmaram.
Super
ruhum saflasdı
Belə musiqilərə övladlarımla qulaq asıram.Qoy onların musiqi zövqü bymahnılarla formalşsın deyirəm.Gənc yaşlarında nə qədər bayağı musiqilər dinləsələr də ,yaşa dolduqca məhz bu musiqilərin dəyərini və qiymətini anlayacaqlarına və dinləyəcəklərinə inanıram.Bir zamanlar anamın qulaq asdığı musiqilərə indi mənim qulaq asdığım kimi...
Ne qeder dinlesemde bes etmir.Evde ancag bu musiqilerdi.Men fexr ediremki Azerbaycanda boyumusem ve bu cur senetkarlari tanimisam.
bu mahnini teze esitmiwem.gozel sozler gozel musiqi
9 il və 440.000 baxış. 100.000 elə bizim kimi replay edənlərdi. Çox təəssüf
EMIN SABITOGLU YAZICI DRAMATURQ SABIT REHMANIN OGLUDUR
BOYUUUUUUUUUKKKKKKKK!!!!!!!!!!!!! BESTEKARRRR
Sənə olan eşqimi, sənə də alçaltmaram! © Fikrət Qoca
Allah rəhmət eləsin, Yalçın Müəllimə.
Böyük Ustad.🌹
Mənim uşağlığım sovet dövrünə təsadüf edir bu mahnıya hər gulağ asdıgça köhnə Bakımızın sadə görünüşlü divarları yolları yolları yadıma düşür gözlərim yaşarır bunu yalnız orta və yaşlı nəsil hiss edə bilər Allah Emin Müəllimə Yalcın Müəllimədə rəhmət eləsin cox duyğulu bir sənət əsəri iltihaf ediblər
Çooooxxx sevdiyim bir mahni ve ifa insanın esebleri sakitleşdirir hayıf sizlerden çox hayıf😔😔😔
Gelin de,gelin baxin ve oyrenin nece ifa etmek lazimdi,gelin!
gozel!!!!!
hayıf deyıl bu musıqıler mılyon dene bu
gunun ve elcede geleceyın musıqılerıne deyer
Onu xatırladır...
👍👍👍👍👍👍👍❤️👏 Allah rəhmət eləsin ...səsin gözəlliyinə bax .
Sənə olan sevgimi sənə də alçaltmaram:)
ne olar notlar.,.......PLZ
Harika 🎉🎉❤️
Ureyimi atsamda oz sevgimi atmaram sene olan esqimi senede alcaltmaram
Mükəmməllll 🎶🎶🎶🎶🎶♥️
💝
Гезал.
Sən nə gözəl mahnısan belə😇♥️🦋
Mohteshemmm... ruhumuzu oxsayan musiqiler ...
prosta superrr
Sadəcə söz tapmaq olmur deməyə.Bu musiqidə bir dünya, bir dünya dolusu məhəbbət var.Yaxşı ki mən o bayagı mahnılara qulaq asmır.Bax burda özümlə fəxr etdim.
Uşaq vaxtından indiyə qədər sevə sevə dinlədiyim mahnı.Həmişə də seviləcək bu mahnı👌👌♥️♥️
Bu makam bu sarki bu muzik 🇹🇷