Eldar Mansurov - Bənövşə (İfa: Firəngiz Rəhimbəyova) | 1990

Поделиться
HTML-код
  • Опубликовано: 2 окт 2024
  • Firəngiz Rəhimbəyova - "Bənövşə" (music: Eldar Mansurov, söz: Vahid Əziz), 1990-cı il.
    "Bənövşə"
    Soruşma ki, bu bahardan nə andım,
    Həsrətinin əzəli yox, sonu yox.
    Kol dibində bənövşədən utandım:
    Gizlənmişdi, köynəyi yox, donu yox.
    Nəqərat:
    Milyon, milyon dən səpildi torpağa,
    Milyon, milyon pöhrə qalxdı, göyərdi,
    Mən qıymadım bənövşəni qırmağa,
    Nə biləydim, aqibəti beləydi?!..
    Gözlədim ki, yaz dumanı çəkilə,
    Günəş qova kol dibinin qəmini,
    Kövrəlmişdim, əl vurmadım o gülə,
    Bellədilər, şumladılar çəməni…
    Bənövşəsiz bir ilə də dözərəm,
    Bahar keçər, şaxta düzü dolanar,
    Ya mən onu gələn yazda üzərəm,
    Ya o mənim gözlərimdən boylanar…
    ALL RIGHT RESERVED ! BÜTÜN HÜQUQLAR QORUNUR! ВСЕ ПРАВА ЗАЩИЩЕНЫ !
    Cəmil Əmirov - sintezator,
    Ələsgər Abbasov - gitara,
    Emil Həsənov - bas gitara,
    Siyavuş Kərimi - sintezator,
    Tofiq Ağayev - Drums

Комментарии • 14

  • @Zadeganzaur19740
    @Zadeganzaur19740 Месяц назад +2

    Necə darixmisiq bu səsdən ötru heyiff cox heyiff😢😢😢

  • @МегседГусейнов
    @МегседГусейнов 4 года назад +9

    İndi bele muqennilr yetişmir allahım

  • @rahmanafandi4203
    @rahmanafandi4203 2 года назад +6

    Allah rehmet elesin Firengiz xanima, RIP!

  • @asdfghjklzxcvbnm7866
    @asdfghjklzxcvbnm7866 7 лет назад +10

    Yaddaşlardan cıxılmaz ifalar.bravo!!!!

  • @80manataevmaklermmmdova24
    @80manataevmaklermmmdova24 7 лет назад +9

    halaldi Rahimbekova sevirem seni men

  • @aley_mooni
    @aley_mooni 6 лет назад +6

    Firengiz biz seni unutmadiq unutmariqda

  • @Zadeganzaur19740
    @Zadeganzaur19740 Месяц назад +1

    Bu nə səsdi aman allahim bu nə gözəl səsdi röyya hecnədi bi səsin qabaginda

  • @bnovsmmmdova9374
    @bnovsmmmdova9374 Месяц назад +1

    Gözəl sözlər, gözəl bəstə, gözəl ifa❤

  • @dilsadhuseyn6959
    @dilsadhuseyn6959 4 года назад +5

    Çox gözəl ifa😘😘

  • @rozanuriyeva2509
    @rozanuriyeva2509 5 лет назад +3

    Чох гозял махны ве ифа.Фира ханым ериниз мялум.Чох гозялсиз.

  • @konulzeynalova8072
    @konulzeynalova8072 2 года назад +3

    ALLAH rehmet elesin.

  • @dilsadhuseyn6959
    @dilsadhuseyn6959 4 года назад +3

    Çox gözəl ifa😘😘

  • @Zadeganzaur19740
    @Zadeganzaur19740 Месяц назад

    Allahim məni qaytatdi kecmisimə o vaxt 16 yasim vardi heyif cox heyiff Allah səni rəhmət eləsin əvəssiz Firəngiz

  • @rokerbaku255
    @rokerbaku255 5 лет назад +5

    Əfsanə. 💋