Bu videoya baxmadan MARKET ÇÖRƏYİ ALMAYIN! SƏBƏBLƏR

Поделиться
HTML-код
  • Опубликовано: 5 окт 2024
  • #BirBax #xalqtəbabəti #corek #çörək #ekmek
    Çörəyin zərərləri: yeməliyik, yoxsa yeməməliyik?
    Son illərdə ən çox müzakirə edilən qidalardan biri də çörəkdir. Sağlamlıq mütəxəssisləri, dietoloqlar çörəyin bağırsaq florasına xəsarət yetirdiyini, çörək yemək vərdişinin siqaret çəkmək qədər ziyanlı olduğunu, çörəksiz rasiona riayət edilməsinin vacibliyini vurğulamaqdan yorulmurlar. Amma onların dediklərinin əksini söyləyənlər də az deyil… Bəzi mütəxəssislər çörəyin ən yaxşı karbohidrat qaynaqlarından biri olduğunu deyir. Onar əmindir ki, çörəksiz həyat orqanizmdə ağlagəlməz problemlər yaradır. Üçüncü qrupda yer alan mütəxəssislər isə ağ çörək yerinə kəpəkli çörək, qara çörək, çovdar çörəyi kimi başqa seçimlərə üz tutulmasının tərəfdarıdırlar.
    Çörəyin zərərləri nələrdir?
    Qida dəyəri aşağıdır: Sağlam yaşamın sirri 3 bəyazdan uzaq durmaqdır: un, şəkər, duz. Marketlərdən və çörək mağazalarından aldığımız çörəklərin əksəriyyəti ağ undan hazırlanır. Sadə karbohidrat olan ağ unun insan beyni başda olmaqla orqanlara zərərli olduğu məlumdur. Üstəlik, bilməlisiniz ki, un ağ rəngdə görünməsi üçün müxtəlif emal üsullarına məruz qalır. Dəyirmanda üyüdülərkən içindəki ən qiymətli şeylər-rüşeym və kəpək buğdadan ayırılır. Rüşeym və kəpəklə birgə buğdanın malik olduğu vitaminlər, minerallar, Omega-3 və Omega-6 yağ turşuları, protein və karbohidrat dəyərləri də undan alınır. Qidalandırıcı xüsusiyyətlərindən məhrum qalan ağ un sadə karbohidrat halına belə gəlir. Qida dəyəri aşağı olan ağ un insanı tez acdırır, bu da kökəlməyə səbəb olur;
    Qlisemik indeksi yüksəkdir: karbohidrat tərkibli qidanın yeyildiyi andan etibarən qana qarışması və qanda şəkərin səviyyəsini yüksəltmə sürəti qlisemik indeks adlanır. Araşdırmalar çörəyin qlisemik indeksinin hazırlandığı undan və bişirilmə prosesindən asılı olduğunu göstərir. Emaldan keçməyən, daş dəyirmanlarda üyüdülən unlardan balatı dediyimiz xəmir mayası ilə hazırlanan çörəklərin qlisemik indeksi aşağıdır. Rafinə edilmiş ağ una sənaye mayası qatılaraq bişirilən çörəkdə isə əksinə, qlisemik indeks yüksəkdir;
    Asılılıq yaradır: “Çörəksiz doymuram”, “çörəksiz yemək yeyəmmirəm” deyən insanların sayı az deyil. Yəqin, tanıdıqlarınız arasında da beləsi var. Şərhlərdə etiketləyə bilərsiniz ki, videoya baxıb maariflənsin. Bu asılılığın səbəbi çörəyin tərkibindəki şəkərdir. Marketdən aldığımız çörəklərin tərkibində qabardıcı, fruktoza kimi əlavə qatqı maddələri var ki, onlar da kimyəvi asılılıq yaratmaq qabiliyyətinə malikdir;
    Tərkibində qlüten var: qlüten buğdanın tərkibindəki protein qrupudur. Bəzi xəstəliklər var ki, mövcudluğu hallarında məhz bu protein qrupundan uzaq durulmalıdır. Məsələn, çölyak xəstəliyi qlüten allergiyasının xroniki formasıdır. Çölyak xəstəliyindən əziyyət çəkənlər təkcə çörəkdən deyil, bütün qlüten tərkibli qidalardan imtina etməlidirlər;
    Son illərdə avtoimmun xəstəliklərinin gizli qlüten allergiyasından qaynaqlandığına dair mütəxəssis rəylərinin sayı artmaqdadır. Hamımızın artıq tanıdığı Canan Karatay qeyd edir ki, avtoimmun xəstəliyi olanlar qlüten tərkibli qidaları qəbul etməməlidirlər.
    Çörəkdən imtina etməyin, heç çörək yeməməyin zərərləri nələrdir?
    Karbohidratlar ən önəmli qida qrupudur. Qrupun ən əsas elementi çörəkdir. Son illərdə qida mütəxəssisləri, qidalanma proqramlayıcıları “qlütensiz pəhriz” tətbiq etməyin faydalarından danışır, “çörək yeməyin!” deyə insanları qorxudurlar. “Çörəksiz sağlam qalmaq mümkünsüzdür” deyənlərsə başqa qidalanma şəkli tövsiyə edirlər. Heç çörək yeməmək nələrə aparıb çıxarar?
    Orqanizmin gündəlik qida tələbatının 60%-i karbohidratlardır. Əgər yetəri qədər karbohidrat qəbul edilməzsə, orqanizm enerji qaynağı kimi proteinlərdən istifadə etmək məcburiyyətində qalır. Zamanla əzələ zəifliyi meydana çıxır.
    Çörək liflə zəngin qidadır. Xüsusilə, çovdar, kəpəkli və qırmızı buğda çörəyi bağırsaqların normal işlənməsi üçün lazım olan lifləri təmin edir. Lifli qidaların yeyilməməsi qəbizliyə və başqa mədə-bağırsaq xəstəliklərinə aparıb çıxarır.
    Təmiz buğdadan bişirilən çörək vitamin və minerallarla yanaşı, maqnezium ilə də zəngindir. Çörəyin tamamilə rasiondan çıxarılması hallarında halsızlıq, yorğunluq

Комментарии • 15

  • @birbaxkanal
    @birbaxkanal  3 часа назад +1

    ÇÖRƏK YEMƏYİ SEVİRSİZMİ?

    • @AfətAqaliyeva
      @AfətAqaliyeva 2 часа назад

      Çörək yemədən yaşayan insan varmı?

    • @TƏVƏ
      @TƏVƏ 2 часа назад +1

      @@AfətAqaliyeva MƏN DEDİM. Kİ İLHAM DA MƏNN YEDİYİMDƏN YEYİR????

    • @yeganeqaniyeva8706
      @yeganeqaniyeva8706 2 часа назад +1

      Salam Aleykum indi mən azaltmışam çörəy yeməyi çox osağ olun Allah razı olsun amin

  • @yeganeqaniyeva8706
    @yeganeqaniyeva8706 2 часа назад +2

    Paylaşdım Allah razı olsin amin

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Час назад +1

    ÇOX SAĞOLUN XƏYALƏ XANIM

  • @asifesgerov3284
    @asifesgerov3284 2 часа назад +2

    Coxlu - coxlu sag olun .Cörəyi sevsəkdə azaldırıq. Qadınların coxunu başa salmaq olmurki uşaga cörəyi az ver.

    • @birbaxkanal
      @birbaxkanal  2 часа назад +1

      Haqlısınız, videonu göndərin izləsinlər

  • @nusrt3904
    @nusrt3904 3 часа назад +2

    👍👍👍👍

  • @TƏVƏ
    @TƏVƏ 3 часа назад +2

    MƏNƏ. BAXX İLHAM DA. BU ÇÖRƏKDƏN YEYİR?,,

  • @sv-fk6xp
    @sv-fk6xp Час назад

    Salam xanım .bəs lavaş yesək onun tərkibindəki un da zəhərlidir?

  • @AfətAqaliyeva
    @AfətAqaliyeva 2 часа назад +2

    Mən adam görmüşəm xaşılı da çörəklə yeyir amma nə kökəlmir nə də xəsdələnmir