Nəfəs ala bilmirsiniz? - Bu videonu İZLƏYİN
HTML-код
- Опубликовано: 8 сен 2024
- Op.Dr.Rafiq Dəmirçalov (Lor Cərrah - rinoplastika)
Tel: (+994 55) 908 30 90
(+994 50) 208 33 53
(+994 70) 208 33 53
Facebook: Rafiq Demirchalov
İnstaqram: dr.demirchalov
Nəfəsalmanı çətinləşdirən ilk səbəblərdən biri insanın burun çəpərinin əyriliyidir.
Burun çəpəri iki hissədən - sümük və qığırdaq hissələrindən ibarətdir. Uşağın boyatma və inkişafı zamanı onun sümüklərinin inkişafı qığırdaq toxumasının inkişafından daha sürətli gedə bilər ki, nəticədə burun çəpəri düzgün formalaşmamış olur. Bu burun əyriliklərinin ən çox təsadüf edilən səbəblərindəndir.
Başqa bir səbəb müxtəlif travmalardır. Bəzən burun çəpərinin əyriliyi uşaqda doğuş travması nəticəsində yaranır. Bundan əlavə burun çəpərinin əyriliyi, əsasən yıxılma, buruna, sifətə zərbə və yaxud da üz və kəllə skeletinin formalaşması zamanı onların bir-birinə nisbətən qeyri-mütənasib inkişafı ilə əlaqədar yaranır.
Burun polipəri (burun boşluğunda olan şişlər), tez-tez təkrarlanan və uzun sürən zökəm, uşaqlarda burunda yad cismin uzun müddət ərzində qalması nəticəsində də burun çəpərinin əyriliyi inkişaf edə bilər.
Simptomları
Bu və ya digər səbəbdən burun çəpəri əyri olan şəxslərin ən birinci şikayəti burunun tutulmasından olur. Burun boşluğunda daim quruluq hiss olunur.
Burunun tutulması əsasən gecələr daha çox nəzərə çarpır, insan yuxuda xoruldayır. Eyni zamanda baş ağrıları, tez yorulma, burundan ifrazat, öskürək və xoruldama kimi əlamətlər müşahidə olunur. Burun tutulduqda xəstələr ağızla tənəffüs etməyə məcbur olurlar ki, bu zaman da çirkli, tozlu və soyuq hava kütləsi ağız boşluğuna daxil olaraq faringit, tonzillit, laringit, rinit və bir çox digər xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Burun çəpərinin əyilməsi sadalanan xəstəliklərin əmələ gəlməsində rol oynamaqla yanaşı, haymoritə, səsin dəyişməsinə və eləcə də, oksigen qəbulunu çətinləşdirdiyi üçün bronxial astmaya, yaşlı və ahıl şəxslərdə ürək-ağciyər xəstəliklərinin inkişafına yol aça bilər.
Burun çəpəri əyriliyinin ağır formaları zamanı qanın tərkibi dəyişilir, insanda davamlı baş ağrıları olur, ürək-damar sistemində müxtəlif pozulmalar əmələ gələ bilər, immunitet zəifləyə bilər (nəticədə insan tez-tez respirator xəstəliklərə tutulur), allergik xəstəliklər inkişaf edə bilər və s.
Mənim da nəfəsim kəsilir hakim
Hekim men hal hazirda videonun adini oxuyunca bele nefes ala bilmirem ve bu biliremki bu mende pisxolojidi kimdense nefes darligi esidende ya gorende ve dar yerde qapali yerde nefes ala bilmirem hava olsa bele men ne ede bilerem bu barede?
hansi hekimlerde olmusuz
Məndə
Neçə yaşınız var?
@@xanlardavudlu8725 16
Mende nefes darligi cekirem 2 ildir
Salam. Mende emeliyatlig deyil dediler burun daxili sinerer oldoguna gore.men 30ildirku agizla nefes aliram artia bogoluram cox eziyet cekirem
Salam hekim burun çeperi eyriliyi var burnum deydi qapiya bir teref usde olanda baliq qulagi gelir nefesi tutur balig qulagiyçun ne derman isdifade edim
Doktor mene de iy ewitmirem iki terefli palitdir ureyime tesir edir ve yuksek teziq yaradlr emeliyyatdanda qorxuram hemde bahaedirler yawlm 55 dir
Salam.Məndə polip var.Məni çox incidir.İyi hiss eləmirəm.Mənə n məsləhət görördiz?
Mendede beledir qaqa ureyime cerir
Salam xoruldayan adamam axşam yatanda səhərə kimi elə bil nəfəsim çatmır neyləməliyəm.
Salam
Salam Alekum
Salam hekim men nefes ala bilmirem derinden nefesimi aldigda gucle nefes ala bilirem bunun sebebi nedir bu nefes catismamazligi basdiyanda bi nece deyqe sora ureyimde agri olur cox az surur sora kecir
Məndədə son zamanlar belə olur. Siz yenədə həkimlə məsləhətləşin ürəyinizdə xəstəlik yarana bilər
Qardas məndə elə olmusam .
Neçədəfə dərindən nəfəs almaqa cəht edir ..5-6 dəfə cəhtdən sora dərin nəfəs ala bilirəm
@@aytentunar6640 aha gecələri haram olr
Mende de beledir
Salam menim zobum var nefes almaw gelir ama ala bilmirem meselen esnemek gelir olmaq isteyirem ama ala bilmirem nie beleyem hava da maqnit varr kena gore beleyem bilen design nolar orucda tuturam bunaa gore ola bilermi? ?
Mende eynen eleyem
Düzəldiz? məndədə elədi
@@mus22seher94 Beli biraz duzelmisem bes siz?
Salam men sizin mesaji indi oxuyuram mende eynen sizi kimiyem ureyim partdamaqa gelir ki daha nefesimi ala bilmeyecem olecem cooox boyuk beledi bilmirem ne edim
@@elmiraeyvazova6127 mən aptekə yaxnlaşdım dedik nədəndi bu. Sedi öskqemürsüzsə foçan ciyırinizdən deil. Dedi əsəbdəndi nirdə qan azlığından imunitet zəifliyindən