Mirzə Ələkbər Sabir - Nə yazım?

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Şeir: Mirzə Ələkbər Sabir - Nə yazım?
    Səsləndirmə: Ənvər Vəliyev
    Biraddımla'ya RUclipsda abunə olmaq: bit.ly/3gsJpm1
    Biraddımla'nın sosial şəbəkə ünvanları:
    Instagram: bit.ly/3gsKkms
    Facebook: bit.ly/3GoODKl
    TikTok: bit.ly/3r3sAHt
    Telegram: bit.ly/3unQMn8
    E-poçt: biraddimlayol@gmail.com
    MİRZƏ ƏLƏKBƏR SABİR - NƏ YAZIM?
    Şairəm, çünki vəzifəm budur əşar yazım,
    Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
    Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
    Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
    Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
    Yoxsa bu ayinədə əyri görürsən özünü?!
    Şərə məşğul edərik xatiri-qəmmayilimi,
    Qoyuram qənşərinə kağızımı, çernelimi,
    Gəlirəm yazmağa bir kəlmə, - tutarsan əlimi,
    Qorxuram, ya nə üçün, - çünki kəsirsən dilimi!
    Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
    Hələ gördüklərimin dörddə birin yazmayıram!
    Hələ mən dörddə birin yazmayıram, karına bax,
    Üstümə gündə söyürsən bu qədər, arına bax,
    Özün insaf elə, əfkarına, ətvarına bax!
    İstəmirsən yazam? Öz eybli kirdarına bax!
    Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!
    Özünü, həm məni bu barədə diltəng eləmə!
    Görür ərbabı-qələm qayeyi-amalınızı,
    Məndən artıq yaza bilməkdə ikən halınızı, -
    Yazmır onlar dəxi on dörddə bir əfalınızı,
    Özünüzsüz olara yazdıran əhvalınızı…
    Yoxsa bu eybdən aləmdə mübərradır olar,
    Boylə alçaq yazıdan min kərə əladır olar!
    Necə mən dörddə birin yazmağa əymən deyiləm,
    Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;
    Sən əgər söz verəsən: “Qorxma, qıl əhvalı rəqəm”,
    Vazi-halın yazılarsa zili-zilu bəmi bəm,
    Elə bir halə düşərsə ki, tükün biz-biz olar,
    Əyninə geyməyə şey tapmasan, astar üz olar!
    "...Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Valideynləri Ələkbəri ruhani görmək istəyirdilər. Bu ümidlə atası onu 8 yaşında mollaxanaya qoymuşdu. Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün ona dərs deyən molla tərəfindən falaqqaya salınıb döyülmüşdü. Ata-anası 8 yaşlı oğullarını namaz qılmağa və oruc tutmağa təlqin edirdilər. Sabirin üç misralıq ilk şeiri də bu əhvalatlarla əlaqədar keçirdiyi sarsıntılardan doğmuşdur:
    Tutdum orucu İrəmazanda,
    Qaldı iki gözzərim qazanda,
    Mollam da döyür yazı yazanda.
    12 yaşında ikən məşhur maarifpərvər şair Seyid Əzimin yeni üsulda açdığı məktəbə keçməsi Ələkbərin mənəvi inkişafına çox kömək etmişdi.
    Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş. Hətta bir dəfə şeir dəftərini də cırıbmış.
    Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.
    İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Şair bir müddət sabun bişirib satmaqla dolanışığını keçirir.
    O, 1906-cı ildə Molla Nəsrəddin jurnalının ən fəal müəlliflərindən biri idi. Bu zamandan Cəlil Məmmədquluzadə ilə aralarında dostluq münasibətləri yaranır.
    1910-cu ilin axırlarında Sabir ciyər xəstəliyinə tutulur. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C. Məmmədquluzadənin evində qalır. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır:
    ...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım.
    1911-ci il iyulun 12-də Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.
    Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra,1912-ci ildə həyat yoldaşı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şeirləri "Hophopnamə" adı ilə çap olunur…”
    #mirzəələkbərsabir #nəyazım #ənvərvəliyev #hophopnamə #satira #biraddimla #biraddimlayol

Комментарии • 5