Azərbaycanda böyrək xəstəlikləri cavanlaşıb

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • Azərbaycanda böyrək xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlər üstünlük təşkil edirlər.
    Akademik Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Böyrək köçürmə şöbəsinin müdiri Şahlar Nəsirov CBC-yə deyib ki, ölkədə böyrək xəstəlikləri cavanlaşıb: “Bizim klinikada 49 xəstəyə canlı donordan böyrək köçürmə əməliyyatı həyata keçirilib. Növbədə olanların sayı isə 100-dən artıq xəstə əməliyyatı gözləyir və dializdədilər bu xəstələr. Son 5 ildə bir xəstədə böyrək köçürmə zamanı ölüm baş vermişdir”.
    Azərbaycanda 10 minə yaxın adam böyrək xəstəliklərindən əziyyət çəkir. Onlardan 3100-ü hemodializ seanslarına cəlb olunub. Gəncə, Şəmkir, Ağstafa, Tovuz bölgələrində xəstəliyə daha çox rast gəlinir. İndiyədək ölkə ərazisində 732 nəfərə canlı donordan böyrək köçürülüb və onların dərman təminatını dövlət öz üzərinə götürüb. Şahlar Nəsirov bildirib ki, canlı donordan böyrək köçürmə əməliyyatlarının müvəffəqiyyət faizi dünyada 95-97%, Azərbaycanda isə 92-95% arasıdır.
    Canlı donorla yanaşı, meyitlərin orqanlarının köçürülməsi də Azərbaycanda müzakirə mərhələsindədir.
    Klinik Uroloji Xəstəxananın şöbə müdiri Fariz Babayev bildirib ki, ölkəmizdə böyrək nəqli əməliyyatlarına ehtiyac kifayət qədərdir: “Aydın məsələdir ki, bizim çox sayda insanlarımızın böyrək nəqli əməliyyatlarına ehtiyacı var. Ona görə də artıq bu məsələ həm Səhiyyə Nazirliyində, həm də Nazirlər Kabinetində müzakirə obyektidir ki, Azərbaycanda meyit orqanlarının köçürülməsi prosesinə təkan verilsin”.
    Fariz Babayev bildirib ki, tibbi nöqteyi-nəzərdən səhiyyədə belə əməliyyatı keçirmək üçün heç bir problem yoxdur. Yeganə məsələ ictimai şüuru formalaşdırmaqdır.

Комментарии •