Qadınlarda süd vəzisindən olan axıntılar

Поделиться
HTML-код
  • Опубликовано: 5 окт 2024
  • Süd vəzisindən olan axıntı halları doğurqanlıq çağında olan qadınların 80 faizində müşahidə olunur. Kilinikamızın ümumi cərrahı Uzm. Dr. Niyazi Eminov bu axıntıların səbəbləri, fərqləri və diaqnoz metodları haqqında danışır. Sualınız olarsa, şərh və ya mesaj bölməsində qeyd edin.
    #ArtıqGüvəndəsiniz #ÜmumiCərrah #SüdVəziAxıntıları
    📞 Çağrı Mərkəzi: (012) 959
    📧 E-mail: info@guvenklinik.az
    🌐 Web: www.guvenklinik.az
    📍 Ünvan: AZ1108, Atatürk pr. 3078, Bakı.
  • НаукаНаука

Комментарии • 75

  • @gunayhesenova78
    @gunayhesenova78 2 года назад +3

    Coxx sag olun Doktor Allah komeyiniz olsun

  • @qurbtzrbiyev2577
    @qurbtzrbiyev2577 2 года назад +4

    Salam çox sağolun aydın şəkilde izah elədiniz

  • @user.sh.0513
    @user.sh.0513 24 дня назад +1

    Çox sağolun həkim

  • @feridseyidli518
    @feridseyidli518 2 месяца назад +2

    Salam həkim mənim 50 yaşım var 4 aydı ana halı görmürəm 2 gündü döşümün hər iki giləsini sıxanda süd kimi ağ maye gelir bu qorxulu bir şey deyil döşümünda ağrı yoxdur amma 3 aydi küreyim ağrıyır indi ağrı yoxdur

  • @lemanibrahim7284
    @lemanibrahim7284 Год назад +1

    Çox sağ olun doktor ətraflı məlumat üçün

  • @zehramemmedli8246
    @zehramemmedli8246 Год назад +2

    Çox sağ olun həkim aydın basatsaldiniz

  • @beautifulgirls2381
    @beautifulgirls2381 2 месяца назад

    şükür bir normal həkim gördük. sualları cavablandıran.cox sağolun

  • @arzukrimova3047
    @arzukrimova3047 2 года назад +1

    Məlumatlariniz üçün çox təşəkkür edirəm

  • @xeyalenesibova397
    @xeyalenesibova397 Год назад +1

    Men istediyim cavabi sizden aldim doxdur cox sagolun

  • @arzukrimova3047
    @arzukrimova3047 Год назад +1

    Allah razi olsun

  • @elnazliyev1120
    @elnazliyev1120 Год назад +2

    Cox twk doktor melumat ucun

  • @gozelgunler659
    @gozelgunler659 Год назад +1

    Coooxsagolun coox savadlisiniz

  • @royaqarayeva1068
    @royaqarayeva1068 Год назад +2

    Allah sizden razi olsun hekim. Sud vezisinde genislenme ne ile elaqederdi hekim cavablandirsaniz cox sevinerem evvelceden tesekkurler

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад +1

      Salam. Təşəkkür edirəm.
      Süd vəzisində genişlənmə deyə bir şey yoxdur əslində. Süd vəzisi böyüyə bilər, axacaqları genişlənmiş ola bilər. Sual tam olmadığı üçün təəssüf ki, cavablaya bilmirik.
      (Uzman Dr. Niyazi Eminov, Ümumi Cərrah, Mammoloq)

  • @bugatti7454
    @bugatti7454 Год назад +1

    Cox sağolun

  • @gozelgunler659
    @gozelgunler659 Год назад +2

    Hekim men deqresiya eleyhine dermanlar atdim indi iki sinemde agriyir ama cox az gelir birinden ozum sixanda gelir bunun zereri nedir?

  • @sevncazzova8164
    @sevncazzova8164 2 года назад +1

    Doktor Hervaxtıvız xeyir

  • @elnareeliyeva4498
    @elnareeliyeva4498 23 дня назад

    Salam dr menim 32 yasim var hamile deyilem uzr istyrem aybasina yaxin olub bidefe axinti gelib sefaf bu neyle elaqaddir?

  • @iradeesgerli9169
    @iradeesgerli9169 5 месяцев назад

    Məndə birindən gəlir öz özünə gəlmir sixiram gəlir 2. 3 axacagdan gəlir sarmtil

  • @MatiIsmayilova-uj9jx
    @MatiIsmayilova-uj9jx 2 месяца назад

    Salam xahis edirem cavab yazardiz mende bir dosumde sixanda sud kimi axtinti olr oz ozune yox

  • @zibarmamedova2137
    @zibarmamedova2137 Год назад +1

    Həkim təşəkkur edirəm,fikirlərinizə gorə.məni hər iki doşumdə maye var sixanda gəlir..aybaşi vaxti agri verir..şişkinlik olur..bullaniq mayedi.səbəbi nə ola bilər?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад +1

      Salam. Süd vəzisini sıxanda ifrazat gəlirsə, bu xəstəlik deyil, buna əhəmiyyət vermirik. İfrazat özü özünə gəlirsə, bunu araşdırmaq lazımdır. .
      Aybaşı vaxtı süd vəzisində dolğunluq, şişkinlik, minimal ağrı ola bilər. Bu da normaldır.
      (Uzman Dr.Niyazi Eminov, Ümumi, Onkoloq, Mammoloq Cərrah)

    • @ruhidmemmedov594
      @ruhidmemmedov594 Год назад

      ., . .

  • @yusifabbasliyev6599
    @yusifabbasliyev6599 Год назад +1

    Salam doktor .Çox xaiş edirem cavablandırardiniz .uşaqın 4 yaşı var .10 gün süd vermişem anadan olanda .İndi döşümnen ağ reng süd gelir .Bunun qorxusu varmı ? Hər ikisindən də gəlur .Dinlediyiniz üçün teşekkürler

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад +1

      Salam. Süd vəzisindən ifrazat özü özünə gəlirsə, bunu araşdırmaq lazımdır. Yoxsa sıxanda gəlirsə, bu xəstəlik deyil, buna əhəmiyyət vermirik. Dolayısı ilə öz özünə gələn bir ifrazat varsa, araşdırmaq üçün müraciət edə bilərsiniz.
      (Uzman Dr.Niyazi Eminov, Ümumi, Onkoloq, Mammoloq Cərrah)

    • @sbinqasml-sd1zd
      @sbinqasml-sd1zd Год назад

      Salam doktor. Men 5 gun aybasi olurdum kecen ay 3 gun oldum. Ve olduqum gunde aqri kesici derman atdim bunun sebebi nedir ?

  • @muhammed82198
    @muhammed82198 11 месяцев назад

    Salam hekim mende süd kimi axıntı gelir sıxanda gelir ama
    Qorxdumki hamileyem heleki 2ci uşağı isdemirik
    Size qulağ asdım uşağ qorxusu keçdi indide xerçeng olma qorxusu geldi mütleq hekime gedim gerek
    Süd vermeni 5aydı dayandırmışam birinci defedi bele şey oldu mende

    • @hb_guvenklinik
      @hb_guvenklinik  11 месяцев назад

      Salam. Süd vəzisini sıxanda ifrazat gəlirsə, xəstəlik hesab olunmur. Süd vəzisindən özü özünə maye gəlirsə, bu əhəmiyyətlidir.
      Şikayətiniz olduğu üçün mammoloqa müraciət edə bilərsiniz.
      (Uzman Dr. Niyazi Eminov, Ümumi, Onkoloq, Mammoloq Cərrahı)

  • @snanagayev1110
    @snanagayev1110 Год назад

    Doktor 4 aydı müalicə alıram. Süd vəzimdə kistalar var çox sayda. Müalicə alıram böyüyenidə var,balacalaşanı da. Amma iki gündü döşümdən ağ rengde maye gəlir. Bunun qorxusu varmı? Cavablandırsaz sevinərdim

  • @ismayilismayilov9438
    @ismayilismayilov9438 Год назад

    Salam Dokdur mende sizden xaiw edirem cavab yazardiz Dokdur menden her iki dowumu sixanda sari bulandiq kimi maye gelir agri falan olumur menden zehmet olmasa cavab yazardiz cox qorxuram esger anasiyam balamin gelmeyini gore bilmerem birden😢

  • @Aliyeva5547
    @Aliyeva5547 Год назад

    Doktur Salam məndə belə problem var idi MRT etdim hipovizde adinima çixdi indi yenə MRT getmək istiyirəm menestrasiya zamani gedim ya sonra məsləhət versez minatdar olaram 🙏🏼

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад +1

      Salam əleyküm. Hipofiz adenoması üçün neyrocərrah - beyin cərrahı hakimlərinə müraciət etmək lazımdır. Onunla biz məşğul olmuruq.
      (Uzman Dr. Niyazi Emiov, Ümumi-Onkoloq-Mammoloq Cərrah)

  • @SeyidagaMecidov
    @SeyidagaMecidov 2 месяца назад

    Salam hekim menim her iki dosumde nece vaxtdi narahatciliq var en cox sag dosum yungul agri hissi verir ama sol dosumden ise sixanda qanli axinti gelir bu ciddi bir problem ola biler

  • @eldarmuradl1525
    @eldarmuradl1525 Год назад

    Çox sağolun doktor mən uşağa 1 il süd verdim sonra kəsdim 3 ildən sonra 4 ildə irinli süd gəlirdi bunun əlaməti nə ola bilər

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam əleyküm. Süd vəzisindən, xüsusən özü özündən süd və ya o rəngdə ifrazatın olması xəstəlik hesab olunur. Mütləq müayinə olunmalısınız.
      (Uzman Dr. Niyazi Emiov, Ümumi-Onkoloq-Mammoloq Cərrah)

  • @aynurehmedova8675
    @aynurehmedova8675 6 месяцев назад

    Salam dr.Mende mamoqrafiya 1,5*1,3 sm ölcude distorsiya sahesi radial skar brads 4 a yazdı.Usm de ve mrt de ise brads2-3 yazdı.Ne meslehet bilerdiz siz? Biopsiya ve ya emeliyyat edim ya kontrol 6 ay gozleyim sonra yoxlanim edim ?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  6 месяцев назад

      Salam. BI-RADS 4A - o deməkdir ki, orada bir xərçəng riski var. Əlinizdəki nəticələrlə bərabər müayinəyə gəlməyinizdə fayda var. O müayinələrə biz də baxaq, çünki, BI-RADS 4A-dırsa, Biopsiya etmək lazımdır, xərçəng şübhəsi ola bilər.
      (Uzman Dr Niyazi Eminov, Ümumi, Onkoloq, Mammoloq Cərrah)

  • @CARS_HUB..
    @CARS_HUB.. 9 месяцев назад

    Salam həkim mənim 35 yaşım var sol süd vəzimdə 1.6 genişləmiş süd axarı var amma sıxanda öz özünə heçnə gəlmir ola bilərki öz özünə sağalsın yada gələcəkdə fəsadı olsun çox xahiş edirəm cavablanfırasınız

    • @hb_guvenklinik
      @hb_guvenklinik  9 месяцев назад +1

      Salam. Süd axarında dilatasiya önəmsiz bir haldır.
      Bəzən özü özünə gilədən axıntıya səbəb ola bilir, Yəni sıxmadıqda öz özünə gəlirsə, biz onu dəyərləndiririk, bəzən əməliyyat belə lazım ola bilir, əgər davamlı bir ifrazat varsa.
      Bir ifrazat yoxdursa, o genişləmənin heç bir önəmi yoxdur. Qorxulacaq bir durum deyil.
      (Uzman Dr. Niyazi Eminov, Ümumi, Onkoloq, Mammoloq Cərrahı)

    • @CARS_HUB..
      @CARS_HUB.. 9 месяцев назад +2

      @@hb_guvenklinik çox sağ olun həkim allah sizdən razı olsun

    • @SamirəMehdiyeva-j4t
      @SamirəMehdiyeva-j4t Месяц назад

      Salam hekim menim 44 yaşim var sud vezini sixanda sudbulanig gelir sadece sixanda qorxulu deyilki?​@@hb_guvenklinik

  • @mtanetabbasova
    @mtanetabbasova Год назад

    Hekim salam mende süd vezimde qaşınma yanma olur bu qorxulu bir sey olmazki sol terefde tekce olur

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam əleyküm. Süd vəzisində qaşınma müxtəlif dəri xəstəliklərindən qaynaqlana bilər. Yaxud da süd vəzisinin özünə aid xəstəliklər ilə əlaqədar ola bilər. Həkim müayinəsi mütləqdir.
      (Uzman Dr. Niyazi Emiov, Ümumi-Onkoloq-Mammoloq Cərrah)

    • @mtanetabbasova
      @mtanetabbasova Год назад +1

      Hekim Çoxsağolun melumatınız üçün

  • @zeyneb.s4419
    @zeyneb.s4419 8 месяцев назад

    Salam doktor. Her iki dowumden sixanda şeffaf su cixir bu neden ola biler?

    • @periseliyeva1612
      @periseliyeva1612 6 месяцев назад

      Salam hekime getdiz eyni vezyet mendede var

  • @zulfiyyememmedov7292
    @zulfiyyememmedov7292 Год назад

    Məndə su kimi gəlir sıxanda nədən olar?bir sinəmdən.bir kanaldan

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад +1

      Salam. Süd vəzisini sıxanda ifrazat gəlirsə, bu xəstəlik deyil, buna əhəmiyyət vermirik. İfrazat özü özünə gəlirsə, bunu araşdırmaq lazımdır.
      (Uzman Dr.Niyazi Eminov, Ümumi, Onkoloq, Mammoloq Cərrah)

  • @ramilorucov801
    @ramilorucov801 Год назад

    Salam həkim mənim sol döşüm də ağrı var həm kürəyimə həmdə sinəmə vurur ağrısı əl ilə sıxanda maye gəlir doktur çox qorxuram nəsə ciddi şey deyil ki xahiş edirəm cavab yazın aparatda oldum dediki ciddi bir şey yoxdur

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Süd vəzisində kürəyə yayılan bir ağrı varsa, bunu araşdırmaq lazımdır. Fibrokistik dəyişiklik ola bilər, yəni köhnə adıyla desək, mastopatiya ola bilər. Yaxud başqa orqanların ağrısı tam tərsinə, süd vəzisinə yayılmış ola bilər. 40 yaş altı USM, 40 yaş üstü isə USM ilə yanaşı həm də Mammoqrafiya olunmalıdır. Süd vəzisini sıxanda maye gəlməsi anormal bir hal deyil. Sıxmamaq lazımdır. Maye öz özünə gəlirsə, o zaman patoloji olaraq qəbul edirik və araşdırırıq.
      (Uzman Dr Niyazi Eminov, Ümumi, Mammoloq, Onkoloq Cərrah)

    • @ramilorucov801
      @ramilorucov801 Год назад

      @@hb_guvenklinik ətraflı cavab verdiyinizə görə çox sağ olun

    • @ramilorucov801
      @ramilorucov801 Год назад

      Birdə soruşmaq istəyirəm ki süd vəzində balaca kist pis şeyə çönə bilər

  • @SamirəMehdiyeva-j4t
    @SamirəMehdiyeva-j4t Месяц назад

    Salam hekimin adi nedi bilen varsa yasin

    • @hb_guvenklinik
      @hb_guvenklinik  23 дня назад

      Salam. Ümumi, Mammoloq, Koloproktoloq cərrah Uzman Dr Niyazi Eminov HB Güven klinikaasında pasiyent qəbul edir. Həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: (012) 959
      (012) 436 14 96
      (051) 420 80 40

  • @AmilVeli
    @AmilVeli Год назад

    Salam bu doktorun nömresin bilen varmi

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Ümumi, Mammoloq, Onkoloq cərrah Uzman Dr Niyazi Eminov HB Güven Klinikasında pasiyent qəbul edir.
      Tel: (012) 959,
      (012) 436 14 96,
      (051) 420 80 40
      nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla və daha ətraflı məlumat ala bilərsiniz.

  • @nrminbayraml2193
    @nrminbayraml2193 7 месяцев назад

    Bu hekimin ad soyadi zehmet olmasa

    • @hb_guvenklinik
      @hb_guvenklinik  7 месяцев назад

      Salam. Ümumi cərrah, mammoloq Uzman Dr Niyazi Eminov HB Güven Klinikasında pasiyent qəbul edir. Həkimin qəbuluna yazılmaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 012 959,
      012 436 14 96,
      051 420 80 40.

  • @Lamiya_arslan
    @Lamiya_arslan 8 месяцев назад

    Salam doktor xahiş edirəm cavablayasiz zəhmət olmasa 10 aydir süd verirəm və hardasa 5 gündü sinəmdən qan gəlir yalnizca uşaq süd yeyende o sovurur getirir sanki mən sixanda ag süd gelir uşaq yeyendede süd gelir ama qiraqdan qan gəlir sanki hansisa başqa kanaldan gelir o ne ola biler? Ola bilər zədələnib ?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  8 месяцев назад +1

      Salam. Müayinə etmək lazımdır. Ola bilər ki, gilədə nəsə travma var, o qanayır. Yaxud da başqa bir qanamaya səbəb olan - süd axacaqları və süd vəzi ilə bağlı problem ola bilər. Müayinə etməkdə fayda var.
      (Uzman Dr Niyazi Eminov, Ümumi, Onkoloq, Mammoloq Cərrah)

  • @memmedovapervane
    @memmedovapervane Год назад

    Salam doktor sizin gebulunuza gelmek isterdim.Nece elage saxlayim?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Ümumi cərrah, mammoloq Uzman Dr Niyazi Eminovun qəbuluna yazılmaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 012 959,
      012 436 14 96,
      051 420 80 40.

  • @sefabagirova868
    @sefabagirova868 Год назад

    Doktorumuzun adi nedi?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Ümumi cərrah, mammoloq Uzman Dr Niyazi Eminovun qəbuluna yazılmaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 012 959,
      012 436 14 96,
      051 420 80 40.

  • @azerbaycan1978
    @azerbaycan1978 Год назад

    Həkim salam, üzür isteyirem xanımımın döşünün altında yanıq yarası kimi qaşınmalı səpkilər əmələ gəlib ,birdə yaşıl maye gəlir amma bilmir döşünün harasınan axır 2 döşündə eyni hal baş verir ,mümkünsə cox xayiş edirəm məlumatdırardınız

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Səpkilər üçün müayinə lazımdır. Dəri xəstəliyi də ola bilər, süd vəzi xəstəliyi də ola bilər. Maye sıxanda gəlirsə çox əhəmiyyətli deyil. Amma öz özünə gəlirsə, mütləq araşdırmaq lazımdır.
      Bütün hallarda həkim müayinəsindən keçmək məsləhətdir.
      (Uzman Dr Niyazi Eminov, Ümumi, Mammoloq, Onkoloq Cərrah)

    • @azerbaycan1978
      @azerbaycan1978 Год назад +1

      @@hb_guvenklinik cox saqolun həkim

  • @ayselhacyeva-bv1vt
    @ayselhacyeva-bv1vt Год назад

    həkimin adı nədir?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Ümumi cərrah, Mammoloq Uzman Dr Niyazi Eminov HB Güven klinikasında pasiyent qəbul edir.
      Qəbula yazılmaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: (012) 959,
      (012) 436 14 96,
      (051) 420 80 40.

  • @semawixiyeva
    @semawixiyeva 9 месяцев назад

    Dokturun elaqe nmresin bilen varsa yazsinda

    • @hb_guvenklinik
      @hb_guvenklinik  9 месяцев назад

      Salam. Ümumi, Onkoloq, Mammoloq Cərrah Uzman Dr. Niyazi Eminov HB Güven klinikasında pasiyent qəbul edir.
      Aşağıdakı nömrələrlə əlaqə saxlayaraq qəbula yazıla və daha ətraflı məlumat ala bilərsiniz.
      Tel: (012) 959,
      (012) 436 14 96,
      (051) 420 80 40.

  • @gencegence2841
    @gencegence2841 Год назад

    0

  • @xyz7887
    @xyz7887 11 месяцев назад

    Salam həkim çoox xaiş edirəm cavab verərdiz mənim anamın 40 yaşı var, neçə ildir qadın xəstəliyi ( fibromiyası ) var. Sinəsində ağrılar olur ara sıra keçən dəfə ağır iş gördü sinəsində ağrı olduğu üçün yod kletkası elədi ve daha sonra sinəsindən qana bənzər maye gəldi və sinəsinin ağrısı kəsildi, qana bənzər mayedə kəsildi sadəcə 1 dəfə gəldi çooox xaiş edirəm bu nə ilə əlaqədar ola bilər cavab verərsiz @hb_guvenklinik

    • @hb_guvenklinik
      @hb_guvenklinik  10 месяцев назад

      Salam. Süd vəzindən qanlı ifrazat olmağı intraduktal papilloma dediyimiz xoşxassəli patologiyada və ya süd vəzisi xərçənglərində ola bilər. Ona görə mütləq Mammoloq müayinəsində olmalısınız.
      Müayinə üçün gələ bilərsiniz.
      (Uzman Dr. Niyazi Eminov, Ümumi, Onkoloq, Mammoloq Cərrahı)