İsmayıllı rayonu Aşıqbayramlı su anbarı. Baliq gölü, balıqda keçən ✌️ gün

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024
  • Balıqçılıq təsərrüfatı ən qədim təsərrüfat sahələrindən biridir. İlkin olaraq balıqçılıq təsərrüfatı isti iqlimə malik ölkələrdə yaranmışdır. Məsələn, Meksika (6,5min il e.ə.), Çin (3,5 min il e.ə.), Misir (2,5 min il e.ə.), Hindistan (2000-ci il e.ə.). 3750 il bundan əvvəl Çində balıqların çoxaldılması üçün nohurlar yaradılmışdı. Eramızdan əvvəl 1020-ci ildə balıqların xüsusi əhəmiyyət kəsb edən bəzi növləri satış məqsədi ilə böyük miqyasda yetişdirilirdi. Çinli Fan Li e.ə. 599-cu ildə yazdığı balıqyetişdirilməsi haqqında məlumat bu sahə barəsində dövrümüzə gəlib çatmış ilk əlyazmadır.
    Balıqyetişdirmə balıq körpələrinin süni göl və nohurlarda əmtəə məqsədilə satış çəkisinə qədər intensiv yetişdirilçməsi və bəslənməsi olub akvakulturanın əsas hissəsini təşkil edir. Akvakultura latıncadan tərcümədə “aqua” su və ”cultura” yetişdirmək, becərmək sözlərindən ibarət olub su orqanizmlərinin (balıqların, xərçənglərin, molyuskaların, yosunların) təbii və süni sututarlarda, həmçinin xüsusi yaradılmış dəniz plantasiyalarında yetişdirilməsi və çoxaldılmasıdır. Akvakulturanın qollarından biri marikulturadır. Marikultura (latıncadan “marinus”) dəniz hidrobiontlarının dəniz, liman, estuari və süni yolla çoxaldılmasıdır. Dünya balıq təsərrüfatı ildən-ilə artır. Hal-hazırda qida üçün nəzərdə tutulmuş balığın yarıya qədəri bu sahənin payına düşür. Akvakulturanın ən nəhəng istehsalçısı Çindir. Bu ölkənin payı 60%-dən çoxdur. Ümumiyyətlə Asia qitəsi dünya akvakulturasının 90%-ni istehsal edir.
    Balıqçılıq təsərrüfatının qarşısında duran məqsədlər aşağıdakılardır:
    Dəniz və çirin su balıqlarından satış məhsulunun əldə edilməsi;
    Təbii və süni sututarlarda balıq və qeyri-balıq ehtiyatlarının çoxaldılması və onlardan əldə edilən qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılması;
    Su mühitinin bioloji resurslarının qorunması, kompensasiyası və artırılması.
    Balıqyetişdirmə balıqçılıq təsərrüfatının aşşağıdakı tiplərini özündə birləşdirir:
    İstifadə və satış üçün əkin materialının yetişdirilməsi;
    Su obyektlərinin, ana və təmir sürülərinin saxlanması;
    Akklitimizasiya;
    Seleksiya;
    Sanitar balıqyetişdirmə;
    Satış məhsulunun yetişdirilməsi;
    Balıq təsərrüfatı melorasiyası;
    Rekreasiya balıq təsərrüfatı.
    Satış akvakulturasının tipləri:
    Otlaq akvakulturası - balıq körpələrinin təbii sututarlar buraxılması və orda azad halda yaşaması formasında aparılır;
    Sənaye akvakulturası - süni şəkildə yaradılmış sututarlarda (su təchizatının bağlı sisteminə malik hovuzlarda) aparılır;
    Hovuz akvakulturası - balıqçılıq təsərrüfatı obyektlərinin nohurlarda, xüsusi karxanalarda və melorativ sistemlərdə qurulmasıdır.

Комментарии •