Hamiləlik zamanı su bulanıqlığı varsa - Diqqətli olun!

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2018
  • Dölyanı sular hamiləliyin erkən dövrlərindən etibarən doğuşa qədər olan müddət ərzində dölü əhatə edərək onun həyatında vacib rol oynayır.
    Dölyanı sular ana ilə döl arasında maddələr mübadiləsinin gedişini təmin edir, uşaqlığın divarları tərəfindən dölün bədəninin sıxılmasının qarşısını alır, ananın yıxıldığı və ya qarnına zərbə dəydiyi hallarda dölü bu zərbələrin təsirindən qoruyur. Bu halda dölün zərbədən “qorunma dərəcəsi” heç də çox deyil və qarına dəyən güclü zərbə nəticəsində dölətrafı kisənin tamlığı əlbəttə ki, pozula da bilər.
    Dölətrafı kisə dölü, uşaqlıq yolundan və uşaqlığın boynundan, uşaqlıq boşluğuna daxil olan infeksiyalardan da qoruyur.
    Dölyanı suların vəziyyəti (miqdarı, şəffaflığı, rəngi və s.) hamiləliyin gedişi barədə çox şey deyə bilər. Normal halda dölyanı sular iysiz və şəffaf olurlar.
    Hamiləliyin erkən dövrlərində dölyanı suların bulanıq olması dölün infeksiyaya yoluxmasını göstərə bilər. Hamiləliyin 28-ci həftəliyindən başlayaraq dölyanı suların bir qədər bulanıq olması normal hesab olunur. Bu zaman bulanmanın səbəbi - dölün dərisindəki ölmüş hüceyrələrin və dölün dərisini örtən piyə bənzər maddənin dölyanı sulara düşməsi. Hamiləliyin 5-ci ayının sonunda (20-ci həftə) dölün dərisindəki piy vəziləri yağa bənzər xüsusi maddə ifraz etməyə başlayır ki, o da epidermis qatındakı pulcuqlarla birləşərək, dölün dərisini nazik təbəqə şəklində örtür. Nəticədə isə dölün dərisini dölyanı suların dağıdıcı təsirindən qorumuş olur.
    Dölyanı suların həcminin dəyişməsinin də (normadan artıq və ya az olması) böyük əhəmiyyəti vardır. Mütəxəssilər tərəfindən, hamiləliyin müxtəlif patologiyalarının və dölyanı suların miqdarının əlaqəsi barədə müəyyən elmi məlumatlar aşkar edilmişdir.
    Dölyanı suların az olması (azlığı)
    Dölyanı suların az olması (azlığı) - döl ərtafında olan mayenin miqdarının 500 ml və daha az həcmə qədər azalması deməkdir. Bunu əsasən USM ilə müəyyən etmək olur. Bu çox təhlükəli vəziyyətdir! Dölyanı suların azlığı - dölün inkişafının hər hansı anadangəlmə qüsurları, bətndaxili inkişafın ləngiməsi, xroniki oksigen çatışmazlığı, dölün ana bətnində infeksiyaya yoluxmasının nəticəsi kimi meydana çıxa bilər.
    Dölyanı suların həcminin kəskin şəkildə azalması səbəbindən göbək bağı, döl ilə ananın uşaqlığının divarı arasında sıxıla bilər. Bu isə döldə kəskin oksigen çatışmazlığına və son nəticədə və onun həlak olmasına səbəb ola bilər.
    Dölyanı suların azlığı doğuşun gedişini xeyli dərəcədə çətinləşdirir. Nəticədə bir çox belə hallarda doğuşu Keysəriyyə əməliyyatı üsulla aparmaq lazım gəlir.
    Əfsuslar olsun ki, hazırda tibbdə olan heç bir üsulla dölyanı suların artırılmasına nail olmaq mümkün deyil.
    Dölyanı suların çox olması (çoxluğu)
    Dölyanı suların nəinki azalması, onların çoxalması da döl üçün zərərli hesab olunur. Dölyanı suların həcminin 1500 ml-dən çox olması dölyanı suların çoxluğu (artıq olması) hesab olunur. Dölyanı suların çoxluğu - əksər hallarda çoxdöllü hamiləlikdə, anada şəkərli diabet olduqda, rezus-uyğunsuzluq olan hamiləlikdə, dölün inkişaf anomaliyaları və dölün ana bətnində olarkən infeksiyalara yoluxması hallarında olur.
    Döl, dölyanı sularda aktiv şəkildə üzür ki, bu da göbək bağının onun boynuna və ya bədəninə dolanması ilə nəticələnə bilər. Dölyanı suların çoxluğu doğuşun vaxtından qabaq baş verməsi, ciftin vaxtından qabaq qopması və uşağın həlak olması ilə də nəticələnə bilər. Dölyanı suların çoxluğu zamanı, doğuş fəaliyyətinin zəif olması səbəbindən doğuş prosesi də ağır keçə bilər.
    Dölyanı suların axması necə baş verir?
    Normal halda dölyanı sular doğuşun ilkin dövründə (uşaqlıq boynunun tam açılışına qədər, ancaq 4 sm-dən az açılmasından tez olmayaraq) xaric olur. Doğuş sancılarının birinin ən yüksək həddində dölyanı kisə xeyli dərəcədə gərginləşərək yırtılır. Əgər dölyanı sular doğuş başlayana qədər xaric olursa, bu döl üçün çox təhlükəli hesab olunur. Çünki bunun nəticəsində dölün infeksiyaya yoluxması, oksigen çatışmasının inkişaf etməsi və hətta dölün həlak olması baş verə bilər. Bundan başqa dölyanı suların erkən xaric olması doğuşu da xeyli dərəcədə çətinləşdirir. Ona görə də dölyanı suların erkən xaric olması baş verdikdə hamilə qadın tez bir zamanda doğum evinə aparılmalıdır. Doğum evində qadının vəziyyətinə uyğun olaraq, onun hamiləliyinin sonrakı mərhələsi üzrə həkimlər tərəfindən müəyyən bir qərar qəbul edilir (hamiləliyi saxlamaq, doğuşu stimullaşdırmaq və ya Keysər əməliyyatı aparmaqla uşağı xaric etmək).
    Normada dölyanı sular rəngsiz və şəffaf olurlar. Əgər dölyanı sular yaşılımtıl rəngdə olarsa, bu dölün ana bətnində oksigen çatışmazlığına (hipoksiya) məruz qalmasının əlamətidir və bu barədə mütləq həkimə xəbər vermək lazımdır!

Комментарии • 80

  • @gulmayealiyeva6760
    @gulmayealiyeva6760 5 месяцев назад

    Çox sagolun hekim Allah köməyin olsun

  • @inciibrahimova5579
    @inciibrahimova5579 3 года назад +4

    Cox sağolun narahat olurdum Allah razı olsun sizden

  • @metanetehmedova660
    @metanetehmedova660 6 месяцев назад

    Allah kömək olsun sizə çox sağol həkim

  • @lalememmedova4690
    @lalememmedova4690 Год назад +1

    Allah razi olsun sizden cox sag olun cox narahat idim abune olmusam hemisede axira kimi izleyirem

  • @zaurhuseyinov8021
    @zaurhuseyinov8021 5 лет назад +3

    Cox sagolun hekim cox narahat idim

  • @2jdahalar391
    @2jdahalar391 11 месяцев назад

    Cox saq olun doktur cox sakit oldum.Alllah razı olsun

  • @VafaZeynalova-cu7or
    @VafaZeynalova-cu7or Месяц назад +1

    Çox sağ olun

  • @alimehdiyev4561
    @alimehdiyev4561 2 года назад +1

    Rahatladim tesekkurler

  • @aidanovruzova8802
    @aidanovruzova8802 2 года назад

    Çox təşəkkürlər

  • @morfin0263
    @morfin0263 Год назад +13

    Allah sizi obiri dunyada Peygember(s) ile qonwu etsin Allah sizden min kez razi olsun rahatladim ne qeder nece qorxutmuwdular meni

    • @ZeynebPolad
      @ZeynebPolad 3 месяца назад

      Salam sizdede hamilelikde bu diaqnoz qoyulmusdu? Su bulaniqligi? Nece oldu usaginizj sag salamat dunyaya getirdiz???

    • @morfin0263
      @morfin0263 3 месяца назад

      @@ZeynebPolad Elbetde cox saglam bir qizim var 11 ayligdi hal hazirda masAllahi var.Top kimidi

    • @ZeynebPolad
      @ZeynebPolad 3 месяца назад

      Masallah ❤😊 ​@@morfin0263

  • @kamilaaliyeva1221
    @kamilaaliyeva1221 8 месяцев назад

    Çox sağolun Canım doktorum. Allah sizi var etsin hərzaman. Çox rahatladım❤

    • @FatimeQelenderli-vo1wq
      @FatimeQelenderli-vo1wq 8 месяцев назад

      Salam sizdədə var bulanığlığ? Allah köməy olsun bütün hamilələrə❤

  • @gmailgames6590
    @gmailgames6590 3 года назад

    Cox sagolun

  • @zamanovasevinc1560
    @zamanovasevinc1560 Год назад

    Cox rahatladim cox sagolun

  • @deyanetrehimov921
    @deyanetrehimov921 Год назад +3

    Ay cox sagolunnn cox rahatladim. Menim hekimim mene suyumun bulanlig oldugunu dedi. Buda oksijen catismamazligna getrib cxarar dedi. Ne geder derman yazib. Memde36 heftelik hamileyem. Cox narahat idim.

  • @ilqarmamedov7022
    @ilqarmamedov7022 Год назад +5

    Salam gecə saat 4 ə işləyib , və bu videoya kimi oturub fikir çəkirdim necə olacaq.

  • @emineismetli7199
    @emineismetli7199 2 года назад +1

    Salam doktor. Men 11 heftelik hamiyelem. Her gun menden az miqdarda su gelir. Ulturases muayineye getdim hekim dedi ki ciftin awagidi ona gore az miqdarda su gelir.

  • @xalidamirzaliyeva5620
    @xalidamirzaliyeva5620 Год назад

    Salam doktor, mende 36heftelik hamilelikdi usmde su bulaniqdir dediler, onu araşdirirdim qarşima sizin bu video cıxdi.

  • @user-od1jj5bf2y
    @user-od1jj5bf2y 6 месяцев назад

    Salam doktor 4 hefdelik hamilelikde su bulanıqdsa usaqım düsecek. Uzi deyr mualice edilsə belə düşəcək 😢

  • @behruzhesenov448
    @behruzhesenov448 3 года назад

    Buna görə mən çox narahat oluram nə edim görəsən nə məsləhət görürsünüz??? Xahiş edirəm mənə cavab verin

  • @behruzhesenov448
    @behruzhesenov448 3 года назад

    Həkim mənə az və ya çox olduğunu deyil də,qanımı yuduzdurmağı məsləhət görür israrla necə edim mən?

  • @nergizeliyeva8410
    @nergizeliyeva8410 4 месяца назад +1

    Bəs bəzi tupoy radioloqlar niyə hamilə qadınları qorxudur ? Savadsızsqn işləmə də .

  • @sgrbagrov4994
    @sgrbagrov4994 4 года назад +1

    Salam Həkim hamiləlikdə susuzluq nədən ola bilər?

  • @Turqay2005Huseynov
    @Turqay2005Huseynov 5 месяцев назад

    Salam menumde qizima dediler dol yani Mayer bulaniqdi cox narahat oldum mende.sag ol hekim

  • @behruzhesenov448
    @behruzhesenov448 3 года назад +1

    Salam Hörmətli həkimimiz! Sizə bir sual vermək istəyirəm zəhmət olmasa məni məlumatlandıra bilərsiniz mi? Mən 21 i həftəsinə keçmiş hamiləyəm ( dopler nəticəsində həkim mənə suyunda bulanıqlıq var dedi)

  • @user-st1ij3wt8s
    @user-st1ij3wt8s 6 месяцев назад

    Əyər uzi bulanıqlıq görmürsə ,niyə əsasən bulanıqdı deyir,mənədə deyilmişdi

  • @aysnhuseynliyeva3628
    @aysnhuseynliyeva3628 2 года назад +4

    Çox xahiş edirəm cavablayasiniz. bulaniqligi çoxlu su içməklə təmizləmək olar??

    • @rkullanc5874
      @rkullanc5874 Год назад

      Salam xaiş edirəm sualınıza cavab tapsanız mənədə bildirin mütləq

    • @RedmiNote-sl3cg
      @RedmiNote-sl3cg Год назад

      Deyir axi,bele bir diaqnoz yoxdu.onemli deyil.siz artiq mualicesini soeusursuz

  • @elchinyolchuyev8087
    @elchinyolchuyev8087 2 года назад

    Salam hekim.36 heftelik hamilelikde usm de dolyani maye tek cib-60 mm di.Bu normaldirmi?

  • @kenanalmemmedov3434
    @kenanalmemmedov3434 5 лет назад +2

    Suyun axıb getdiyini necə bilmək olar?

  • @leylimemedovaleylimemedova3591
    @leylimemedovaleylimemedova3591 4 года назад +1

    Cox sagolun hekim menede uzi muayinesinde bulanigdi deyilmiwdi.cox gozel acixladiz.birdefede dol yani mayenin azalma sebeblerinen ve ya neylesek azalmaz ananin ede bileceyi komekliy var. Bunan danwarsiz inwAllah

    • @sweetbaby4165
      @sweetbaby4165 3 года назад

      Merhaba size doktor kaçıncı haftada söyledi

  • @davidhuseynov7877
    @davidhuseynov7877 3 года назад

    Hekim men 5.ayli hamileyem 6 ayimin icindeyem ve hekim cifte qocalma var dedi malice aliram.sizce malicenin xeyri varmi vaxtinan tez doquwdan qorxuram

    • @rayahasa3333
      @rayahasa3333 3 года назад +1

      Mende de cift qocalmisdi dogus rahat oldu ancaq cift curuduyune gore qirilir dogusda .cifti iceriden qaşiyib cixardilar dehset idi o proses. Hekimle danisin bu haqda size iyne vurulsun hiss etmiyesiz. Ya da kesrden qorxmursuzsa kesr secin. Mende o travma kimi qaldi

  • @ulkerhuseynova1550
    @ulkerhuseynova1550 4 года назад +1

    Salam menede su bulaniqligi deyib hekim. Xahis bu barede melumat olan xanim yazardi ne deməkdir bu ve ne edmeliyem

    • @bestimamedova7415
      @bestimamedova7415 4 года назад

      Xanım sizdə həkim bununla bağlı nəsə müalicə yazdı?

  • @aysnhuseynliyeva3628
    @aysnhuseynliyeva3628 2 года назад +2

    Doktor Allah sizdən razı olsun. Ürəyimi çox rahatlasdirdiniz. Bu gün USM olundum dölyanı mayenin bulanıq olduğunu dedilər. Bayaqdan özümə yer tapa bilmirəm. Həkim uşağın boğulma ehtimalının olduğunu dedi çox pis oldum. İnşallah ki körpəmə heç nə olmaz. 19 həftəlik hamiləlikdir

    • @ilaxaqurbanova4910
      @ilaxaqurbanova4910 2 года назад +1

      Saq salamat. insallah yaxsi olar

    • @vefaalimamedova7944
      @vefaalimamedova7944 2 года назад

      Eyni şeyi biz de bu gün yaşamışıq. Baldızıma eyni size deyilenleri deyibler. Ne qeder de müalice yazıblar. Plazmafarez ozonoterapiya ve s.yazıblar

    • @aysnhuseynliyeva3628
      @aysnhuseynliyeva3628 2 года назад

      @@vefaalimamedova7944 hə məndə həkimdən gələndə çox narahat idim. İnternetdə araşdırdım bunun kimi bir neçə paylaşımı görəndən sonra bir az sakitləşdim. Yox mənə çox müalicə yazmadı həkim. Sadəcə vitamin yazdı. Qəbul et gələn ay doppler edərik dedi. Hər şey Allahın əlindədir. İnşallah yaxşı olar 🤲

    • @aysnhuseynliyeva3628
      @aysnhuseynliyeva3628 2 года назад

      @@ilaxaqurbanova4910 Amin. Allah razı olsun

    • @seyranceferova5562
      @seyranceferova5562 Год назад

      ​@@aysnhuseynliyeva3628 necə oldu İnwaAllah ki prablem olmayib

  • @esmirasfiyeva1106
    @esmirasfiyeva1106 Год назад

    Dopler müayinədə səhv deyər? Yəni doplerdə görmək olmaz? Çöküntünü

  • @user-ut4zz1fl6r
    @user-ut4zz1fl6r 2 года назад +1

    Salam Xanimlar mene hekim uwagin suyunun cox oldugunu birde dolyani mayenin bulanig oldugunu dedi Bulanig olmask barede hekim daniwdi Bes sugun cox olmasi hallarinda ne ede bilerem basina gelen varsa zehmet olmasa menede komek edin 27 hefte 3 gunluk hamilelikdi Ve sudan caydan cox az istofade eden insanam

    • @nurmmmdv2257
      @nurmmmdv2257 Год назад

      Salam xanım sizin yazdığınız problem məndədə var necə olduz siz uşaq necə dünyaya gəldi? Necə mm idi sizdə su çoxluğu

    • @ehlisunnet3808
      @ehlisunnet3808 Год назад

      Şekerinizi yoxladin

  • @DunyaMustafayev
    @DunyaMustafayev 3 месяца назад

    Hekim ne olar cavab verin mənim piroloton depot iynəsi vurulur ziyanı varmi

    • @ginekoloqrasadsultan
      @ginekoloqrasadsultan  3 месяца назад

      salam. 051-717-55-15 nömrəsi ilə əlaqə saxlayın zəhmət olmasa. Ətraflı müalicə və müayinədən sonra tam diaqnoz qoymaq mümkündür.

  • @gunelagayeva5804
    @gunelagayeva5804 2 года назад +2

    Allah komeyin olsun hekim mende icim icimi yeyirdi

    • @aynur_qadirli
      @aynur_qadirli 2 года назад +2

      Məndə cox narahat idim..(( sukur rahatladım

    • @ginekoloqrasadsultan
      @ginekoloqrasadsultan  2 года назад +2

      Faydalı ola biliriksə nə xoş bizə

    • @kamilpro9820
      @kamilpro9820 Год назад

      @@ginekoloqrasadsultan Salam doktor .dooolere düşdüm dedi ki su bulaniqdi .mene fondemix ve uvirimed adlı dermanlar yazdı içdim .

  • @lllll2070
    @lllll2070 3 года назад

    Salam həkim məndə 2 dəfə hamiləliy olub birinci 2 aylıq olanda bətnimdə inkşafdan dəyandı həkimə getdim dedi qanında mikrob var mikrobu boş qarına malicə etdirdim üsdünnən 2 il keçdi indi yenə hamiləyəm amma buda açıldı səbəbi nə ola bilər zəhmət olmasa yaza bilərsiz

    • @isenebiyev21
      @isenebiyev21 Год назад

      Neçenci hefdede açlış oldu 2 ci usaq

    • @lllll2070
      @lllll2070 Год назад

      7 həfdədə əkiz idi biri düşdü biri qaldı

    • @isenebiyev21
      @isenebiyev21 Год назад

      Insallah sag salamatdir usaqniz

    • @isenebiyev21
      @isenebiyev21 Год назад

      Bu hesab atamindi seyf basa dusmuyun menim 1 ci usaq sag salamat 9 ayinda oldu 2 ci usaqda 6 aylx oldu mikrop varymis usaq yasamadi mualice aldm indi 2 ciye hamileyem 25 hefdelik yene cox qorxuram

    • @lllll2070
      @lllll2070 Год назад

      @@isenebiyev21 hə birdənə qızım oldu bu gün 1 yaşı oldu

  • @cimnazsahverdiyeva3612
    @cimnazsahverdiyeva3612 4 года назад +2

    Doktur salam. Men hamileyem. Su yaranan gunden mende az bulanigdi. Indi bes aydayam. Siz deyirsiz suyun bulanigligini uzi gostere bilmez. Ama men basqa basqa uzilere girdim. Her ikisi su az bulanigdir deyir. Biri o birisinden ferqli demedi. Bu neden olur. Neye esasen eyni sozu deyirler. Sagolun

    • @malikkazimov3304
      @malikkazimov3304 4 года назад

      Salam xanim xais edrem komey edin

    • @malikkazimov3304
      @malikkazimov3304 4 года назад

      Men Hal hazrda dogus yapdim ve usaxda infeksya var dedi usagi mualicye apardlar indi gostermiller deyiller ki bulanix sudan infeksiya kecib

    • @gulbenizagayeva-iq1wk
      @gulbenizagayeva-iq1wk Год назад

      ​@@malikkazimov3304 Salam Nece Oldu

    • @qubaquba7954
      @qubaquba7954 Год назад

      ​@@malikkazimov3304 salam nece oldu uşaq? Mendede 6 aydi su bulaniqliqi var

  • @madinahuseyinova6349
    @madinahuseyinova6349 3 года назад +4

    Mene doplerde deyildi ki bulanti var biraz narahat olmayin usag ora cisin tutur kak edir onandi

  • @gunelmemmedova3
    @gunelmemmedova3 2 года назад

    Salam hekim su bulanliqligi açıq hava qəbul etməklə , meyve yeməklə duzele bilirmi?

    • @novruzovamahire8244
      @novruzovamahire8244 2 года назад

      Salam dojtor deyir ki dolyani mayenin bulaniqligini gostere bilmez narahat olmayin

    • @novruzovamahire8244
      @novruzovamahire8244 2 года назад

      Onun miqdarinin azligi coxlugu problemdi

  • @elvinzamanov5452
    @elvinzamanov5452 5 лет назад

    Bes doktur dölyani maye bulaniq deyilib onada hekim mualice yazibsa onun ziyani varmi döle

    • @amazonmastera
      @amazonmastera 5 лет назад

      Salam,müalicənin faydası oldu ?məndə də çıxıb çox bulanıq.

    • @xedicesadiqi3307
      @xedicesadiqi3307 4 года назад

      Mendede bulaniq var

    • @happiness629
      @happiness629 4 года назад

      @@amazonmastera xanım uşağınız necedir

  • @residkazimli5997
    @residkazimli5997 5 лет назад +1

    Vaginal pis qoxu gələndə neynəmək lazımdı?

    • @Adnan_Beyin_Boynuzlar
      @Adnan_Beyin_Boynuzlar 5 лет назад +1

      Mualice mutleqdi.mikrob yada gobeleydi mualicesiz kecmez ve daha meter olur