Abşeronda gizli sexin ifşası | Bunları alanda diqqətli olun!

Поделиться
HTML-код
  • Опубликовано: 3 май 2024
  • Abşeronda gizli sexin ifşası | Bunları alanda diqqətli olun!
    Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub.
    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
    Araşdırma zamanı müəyyən olunub ki, Tural Müseyibov, Vüsal Xankişiyev, Şamil Elçiyev, Elnur Aslanov, İlqar Əhmədov və Yaşar Osmanov Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə kimyəvi tərkib elementləri məişətdə istifadə edilməsi üçün nəzərdə tutulan həddən dəfələrlə yüksək olan, buna görə də insan sağlamlığına zərərli təsir göstərməyə malik yuyucu vasitələr hazırlayıblar. Dəstə üzvləri yuyucu vasitələri Bakı şəhəri Nəsimi rayonu ərazisində və respublikanın müxtəlif rayonlarında yerləşən satış nöqtələri vasitəsilə topdansatışını təşkil etməklə istehlakçıları aldadıblar.
    Nəzarət tədbirləri ilə sexə və satış yerlərinə baxış zamanı xeyli sayda "Perwol", "Peros", "Fairy", "Domestos", "Ariel", "Ace", "İpək", "Elidor", "Head & Shoulders" və sair əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün nəzərdə tutulan avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkar olunaraq götürülüb.
    Təyin edilən ekspertizalar zamanı aşkarlanan təmizləyici vasitələrin tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.
    Aşkar olunan faktla bağlı araşdırmalar davam etdirilir.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Abşeronda gizli sexin ifşası | Bunları alanda diqqətli olun!
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #abşeron #saxtaşampun #sex #şampunsexi #şampun #polis #abşeron #saray #yuyucutoz #yuyucuvasitə

Комментарии • 349

  • @MuxlisYusifova
    @MuxlisYusifova Месяц назад +177

    Allah bəlanızı versin.Bizim millətə düsmən lazım deyil .Ozümüz ozümüzə edirik hər pisliyi.

    • @user-gd9eb4kq4p
      @user-gd9eb4kq4p Месяц назад +5

      Amin Amin Amin

    • @Biks93
      @Biks93 Месяц назад +11

      Hər kəsə salam.Belə frıldaq işlərin əksəriyyəti Müsəlman ölkələrdədir.Hələ bu nədir ki yediyimiz ərzaqların başına nə oyun açıllar Allah bilir. Pul üçün hər şey edillər.Amma anlamadıqları bir şey var "Hər şey puldur Ancaq pul hər şey deyil"

    • @ElmanAgayev-ls3qm
      @ElmanAgayev-ls3qm Месяц назад +8

      Cindirdilarda

    • @azercavadzade638
      @azercavadzade638 Месяц назад +1

      bunlаr bizdən deyil!

    • @Askerov_90
      @Askerov_90 Месяц назад +2

      Bəla oxumaq guya düzdü? Dua elə Allah islah eləsin, birde belə şeylər eləməsinlər. Kim nə bilir bu insanları xeyri bizə olacaq ya yox ? Olacaqsa bəd dua ilə qabağın almayaq. Allahdan bütün pis insanlar üçün qəlblərin yuyulmasını istəyək, xalqımız Allahın istədiyi kimi bir olsun. Əəmin

  • @user-jw8pp7dk3h
    @user-jw8pp7dk3h Месяц назад +117

    Bizim qeder özü özünə düşmən olan ikinci bir xalq tanımıram

    • @FizuliBaylarov-jv9kn
      @FizuliBaylarov-jv9kn Месяц назад +12

      Bəli, məhz ona ğörə bu ğündəyik. Bizə başqası lazım deyil özümüz özümüzə düşmənik. Cində beləlrin güllələyirlər!!!

    • @user-cu1fb9uk5s
      @user-cu1fb9uk5s Месяц назад +5

      Ay Allah cibi üçün belə iş görənlərin aqibəti sənin əlindədir.

    • @nurumikayilov654
      @nurumikayilov654 Месяц назад +7

      Onlar arxadız bu işləri Görə Bilməzlər. ! Xainlər yuxarıdadır. !

    • @iftikharmakhmudov5299
      @iftikharmakhmudov5299 Месяц назад +4

      Xain ele her yerde xaindir, ferqi yoxdur ya yuxarida, ya da awaqida.

  • @tumfilmlerburada.
    @tumfilmlerburada. Месяц назад +68

    qan qusasiz o qazandığınız pulları

  • @vengemebel4715
    @vengemebel4715 Месяц назад +108

    Mən də deyirəm niyə headeşolders kəpəyi kəsməkdən artırır😮😅

    • @user-xk8ow9fh1h
      @user-xk8ow9fh1h Месяц назад +14

      Allahina Sukur et ki,basivin derisi tokulmeyib ,kepek yerine🤦🏽‍♀️

    • @natiqbaxsov9330
      @natiqbaxsov9330 Месяц назад +2

      Hə vallah kəpək yaradir qabiq verir başın dərsi saç toklur

    • @turalsurxayev752
      @turalsurxayev752 Месяц назад +1

      Head&Sh-dan 7-8 ildi istifadə edirəm,saçda bütün kəpəyi yox edib

    • @user-xk8ow9fh1h
      @user-xk8ow9fh1h Месяц назад

      @@turalsurxayev752 söhbet i sampundan getmir,tam o kustar yolu ile duzelib satilandan gedir

    • @TurkanAlsova
      @TurkanAlsova Месяц назад

      😂😂

  • @raminveliyev4408
    @raminveliyev4408 Месяц назад +56

    Polisin dolyasin verməyiblər. Bu cür işdən dövlətin necə xeber olmaz?

  • @AristokratMikael
    @AristokratMikael Месяц назад +58

    Guya tutdular.İri marketlərdə satılanların hamısı saxtadır.Ona görə qiyməti ilə endirim qiymətləri arasında böyük fərq var

    • @ElseNuriyev
      @ElseNuriyev Месяц назад +3

      Eğer heqiqtdirse Allah balavizin ailevizin başına gətirsin bundan gelen belalar

    • @AristokratMikael
      @AristokratMikael Месяц назад +3

      @@ElseNuriyev Kimə deyirsiz

    • @user-nm8wr5px5b
      @user-nm8wr5px5b Месяц назад +1

      Görünür polisə yetərli məbləğ çatmayıb

  • @biranda956
    @biranda956 Месяц назад +38

    Bunlarla iş birliyine geden mağazalar da cezalanmalıdırlar. Bir çoxu bildiyi halda ki saxta mehsullardır, yene satırlar. 🎉
    Boyunları yere girsin. İndi üzlerini Her Kes gördü. Bu boyda söyüşleri qebul etmekde Qehremandılar.

    • @kenn55aliyeva14
      @kenn55aliyeva14 Месяц назад +2

      Bazarstordaki temiz olur cox vaxt q

    • @D7777D-pu7kv
      @D7777D-pu7kv Месяц назад +2

      Valla düz deyirsiz bu marketlerden heçne alinasi deyil..tepelerine deysin...xalq düşmenleri!!!!!

    • @maryam7064
      @maryam7064 Месяц назад

      ​@@kenn55aliyeva14dəqiq xanım? mən Sumqayıtda yaşayıram bilmirəm hardan alım hamisi saxtadır sanki

  • @huseynabbasov178
    @huseynabbasov178 Месяц назад +21

    Elidor heldon wolders kepey salib saçıma sacim quru olub sebeb bu imiw Allah zelil etsin sizi görüm xainlər 😢

  • @dgjinijh
    @dgjinijh Месяц назад +26

    Bu qədər böyük miqyasda işləyirlərmiş, mümkün deyil ku bunu polis bulməsin. İndi lap yuxarıdakılar ilişdirib yəqin ki

    • @zarazara9172
      @zarazara9172 Месяц назад +3

      Чох гозел билирлер хамысы хмал таможниден тырларнан гелир милети алдадырлар

  • @xelilovaamalya6936
    @xelilovaamalya6936 Месяц назад +22

    Alćaqlar, camaat yazıq pulumuzu verib xestelik alırıq. Dùşmendiler ele bil xalqa.

  • @elieli2753
    @elieli2753 Месяц назад +16

    Azarbaycan ne boyda ölkediki nezaret oluna bilmir, xestelik baş alıb gedir. Namusunuz qeyretiniz olsun

  • @MahHasanova-dv1ok
    @MahHasanova-dv1ok Месяц назад +18

    Alergiyadan öldük bu neçə vaxtlardı .işlətikcə burnumun suyu öskürək başlayırdı məndə .hərbirindəndə işlədirəm😮

  • @user-et1to7xp8t
    @user-et1to7xp8t Месяц назад +4

    Çox gözəl.əhsən sizə. Əhalinin sağlamlığı üçün nəsə etdiniz. Amma əsas saxta qida istehsalı ilə palma yağları ile millətin sağlamlıgina ziyan vuranlardir.onlara qarşı hansı tədbir görürsüz? Ölkədə ürək damar və xərçəng xəstəliyi gün gündən artır. Səbəb niye araşdırılmır? Ancaq nəticə müalicə olunur... Çox yaxşı gəlir mənbəyi olduğu üçün?

  • @suleymanhuseynov8865
    @suleymanhuseynov8865 Месяц назад +5

    Hazır qabları kim istehsal edir ? Görən bunu soruşan oldumu.

  • @tahireeliyeva5651
    @tahireeliyeva5651 Месяц назад +9

    Ona gore hami kecellesib de..Cox ayib olsun size..

  • @maariwvrs1231
    @maariwvrs1231 Месяц назад +20

    Ele ozmuzunkiler bele edrse oz xalqina daha duşmen nagarar kim bilr!

  • @agil_571
    @agil_571 Месяц назад +9

    Millətə düşmən lazım deyil. Belələrinə görə Millət xəstəxanaya sığmır 😢

  • @SamsungA-ps7us
    @SamsungA-ps7us Месяц назад +7

    Qida təhlükəsizliyi və məhsullara nəzarət olmalıdı. Heç olmasa balalarımız salamat yaşasın.

  • @fqanC-fy3qg
    @fqanC-fy3qg Месяц назад +15

    Tanıdığım insanlar var saçlarının dibinə yara gəlib şikayətlənən.belə mənşəyi bilinməyən şampunlar yaradırda .Allah bəlalarını versin

  • @Nicatliyev-jl1wg
    @Nicatliyev-jl1wg Месяц назад +14

    Bizlərə vicdansız lazım deyil aramızda yeterinden de çoxdu. Tfuuu

  • @behbudzahid9508
    @behbudzahid9508 Месяц назад +13

    Allah sizə tamahınız qədər bəla versin.

  • @user-gq9dd5pw9i
    @user-gq9dd5pw9i Месяц назад +15

    Bu cur mexluqlara zati qiriq deyilir camaati zeherleyirler

  • @SamsungA-ps7us
    @SamsungA-ps7us Месяц назад +8

    2 daşı üst üstə qoyanda gəlirlər ki hanı sənədlər olmaz. Bunlar necə işləyib

    • @AA-sh1fl
      @AA-sh1fl Месяц назад +3

      Bilmirsiz nece işləyibler? Həmişə yedizdiribler işlərini görüblər bu ay pullari catmayib deye belə edibler.

    • @YaaAllah-xj4jj
      @YaaAllah-xj4jj Месяц назад +1

      Ay sağ olun ölənlərinizə Allah rəhmət eləsin. Ev tikən kimi xəbərləri olur. Bundan necə xəbərləri olmuyub ki ? Arxalarında duran var. Ayıb olsun dövlət məmurlarına .

  • @user-yi5fo5by3e
    @user-yi5fo5by3e Месяц назад +23

    100 % Bərdədə bütün dükanlarda bu məhsullar satılıb. Bərdə Asiyanın deyil bütün dünyanın Banqladeşidir.

    • @user-hl4hh8ic4j
      @user-hl4hh8ic4j Месяц назад +1

      Причём тут Бангладеш?

    • @elsenquliyev8034
      @elsenquliyev8034 Месяц назад

      Nese mesaj vermek isteyir mende anlamadim🤔​@@user-hl4hh8ic4j

  • @rasimhuseynov5673
    @rasimhuseynov5673 Месяц назад +3

    Birincisi bu məhsullar mağazalara necə daxil olub? Bu hazır qabları necə və hardan əldə ediblər? Bu cür işlərdə bu tip insanlar maşa olur. Adi bu məsələdə həbsə atılmalı insan sayı onlarladır.

  • @user-mj8gq7sr1l
    @user-mj8gq7sr1l Месяц назад +3

    Yağları və başqa məhsullarıda araşdırsaz daha yaxşı olar....yoxsa o nazirlerindi ora toxunmaq olmaz((((((

  • @FerecHuseynov-rc9ce
    @FerecHuseynov-rc9ce Месяц назад +1

    Fantastik endirim edən marketlərə SALAMLAR🤚

  • @huseyinrehimli2732
    @huseyinrehimli2732 Месяц назад +9

    Вай вай дейшети валлах

  • @M.M.100
    @M.M.100 Месяц назад +5

    Mende deyirem niye ENDIRIME dushur 😂

  • @ayazmaxsudov2004
    @ayazmaxsudov2004 Месяц назад +7

    Onu alıb satanları da tutmaq lazımdır

  • @user-bk7vq2pl5d
    @user-bk7vq2pl5d Месяц назад +2

    Dəhşət, yazıq bu millət, vicdansız insanlar!.

  • @gunayaliyeva1149
    @gunayaliyeva1149 Месяц назад +7

    Optovoyda satılan məxsullar geydirmədir.

  • @ruhinmemmed2689
    @ruhinmemmed2689 Месяц назад +7

    Lew tofiqi tanimirsiz?

  • @user-ju9mi6gw6k
    @user-ju9mi6gw6k Месяц назад +5

    bir tutmagla deyile baş alib gedr hamsi bugundedr

  • @turalhaziyev8096
    @turalhaziyev8096 Месяц назад +3

    Hamısının üzündən QƏHBƏLİK yağır.

  • @Mr__True
    @Mr__True Месяц назад +1

    Her seyi basa dusduk bu videodaki sesler neye lazimdir??? Basa dusmek olmur ne danisilir. Ses rejissoru hara baxir?

  • @user-yh5dk8el3d
    @user-yh5dk8el3d Месяц назад +6

    Haram olsun milətini qıranlara

  • @worldmedia2234
    @worldmedia2234 Месяц назад +3

    Ən yaxşısı trendyoldan gətizdirməydi çünki burda her şey bahadı.Trendyolla ucuz gelir.Çatdırılma ilə də.Həm də bilinir keyfiyyət onda.

  • @user-oz4ng2hv1d
    @user-oz4ng2hv1d Месяц назад +7

    Danabaşlar .

  • @bestibedelova5119
    @bestibedelova5119 Месяц назад +1

    Guya xebervuz uox idi😏

  • @user-hc2sn1ki1q
    @user-hc2sn1ki1q Месяц назад +1

    Allah balanızi versin əclaflar allaha nə cavab vereceysiz vicdanını itirmiş məxluqlar, bu qədər insanın haqqına giririsiz o dünyada əməlinizə görə cəhənnəm atəşində yanın inşallah

  • @raviveyisov8193
    @raviveyisov8193 Месяц назад +2

    xalqına düşmən kəsilən insanları həbs etmək yox, əlin kəsmək lazımdır.

  • @user-fj4uv5hx8h
    @user-fj4uv5hx8h Месяц назад

    Güyaki qalan məhsullar çox salamatdı

  • @XalideDanenda
    @XalideDanenda Месяц назад +3

    Çəmiyyətin saglamligi maragli deyil magazalar niyə gəbul edir satir gunah magazalardadi

  • @RASKOLN123
    @RASKOLN123 Месяц назад +2

    Mən bunlari tuturamsa əgər bu ustunə vurulan etiketliyən sirkətidə məsuliyyətə cəlb edərəm Vallah.
    Cunki onlar bilirlər ki xaricdən gəlir belə məhsullar.
    Bunlar Azerbaycanda istəhsal olunmur ki məndə onlarin etiketlərini hazirlayim verim.
    Demək ki onlarin da bu isdə əlləri var.
    Onlarda tutulmalidir.

  • @xalqnseventorpagnaqurbange2668
    @xalqnseventorpagnaqurbange2668 Месяц назад +1

    Bunların milliyyəti yoxlasın! Ən ağır cəza verilsin

  • @user-ju9mi6gw6k
    @user-ju9mi6gw6k Месяц назад +3

    ona gore saçlarimiz bugune qalirde elecede her sey paltaryuyanlar tez xarab olur bu prasoklara gore saçlarimizda ele

  • @nasibamamedova2538
    @nasibamamedova2538 Месяц назад +1

    PİSİMİZ MURDARIMIZ ÇOXDUDA.. BU FAKTDIR. BU İŞLIRDƏ KİMDİR GÜNAHKAR BƏLLİ DEYİL İŞÇİLƏR YOX. .. BU İŞİN,ARXASINDA DURANLARI CƏZA KAMERASI YOX ... BİR BAŞA GÜLLƏLƏMƏK LAZIMDIR .SƏRKƏRDƏMİZ AZ,QALA DÜNYA İLƏ SAVAŞA ÇIXIR Kİ MİLLƏT ÖZ TORPAQLARINDA GEDİB AZAD XÖŞBƏXT YAŞASINLAR. BU CÜR NAMUSSUZ ƏCLAFLARIN GÖRDÜYÜ İŞƏ BAX . ERMƏNİ GÜLLƏSİDƏ HAYLFDI BU CÜR TİP İNSANLARA 👎👎👎👎👎👎👺👺👺👺👺🖤🖤🖤🖤🖤🖤🐾🐾🐾🐾💣💥💣💥💣💥💣💥👹👹👹

  • @turan6343
    @turan6343 Месяц назад

    Bu cür kimyəvi məhsullar insan sağlamlığı üçün ciddi təhlükədir. Ona görə də ən təbii olan Ersağ məhsullarını istifadə etmək lazımdır. Mən 3 ildir ki, bu məhsullardan istifadə edirəm və çox faydasını görmüşəm.

  • @tamaraorucova7183
    @tamaraorucova7183 Месяц назад +1

    Millətimizin qiymətini bilək pula qurban verməyək.

  • @yasaryasar5140
    @yasaryasar5140 Месяц назад

    Ne gunlere qaldiq Ilahi !! Bu ozbawinaliqlara saxtakarliwlara ne zaman son qoyulacaq? Umudum yoxdur!

  • @iorudj489
    @iorudj489 Месяц назад

    😢😢😢

  • @hilalbaxseliyev4566
    @hilalbaxseliyev4566 Месяц назад +2

    Sahə muvəkkilinin, ucastkovının orda əli var. Kor deyil ki. Boyuk bir zavoddur. Rusvət alıb göz yumublar.

    • @AA-sh1fl
      @AA-sh1fl Месяц назад

      Elbetteki bu beledi. Yeqin bu ay pullari cetmayib deye ifsa edibler

  • @user-xz9iz8or4m
    @user-xz9iz8or4m Месяц назад

    Аллах беланызы версин

  • @rahibbabayev6355
    @rahibbabayev6355 Месяц назад +1

    Bu millətə düşmən lazım deyil belə insanların Allah cəzasın versin

  • @asifdemirov3034
    @asifdemirov3034 Месяц назад +2

    Yeqinn haqq vermiyibler

  • @anarasifoglu842
    @anarasifoglu842 Месяц назад +3

    Ona görə millət xəstəlikdən ölürdə O qədər gizli sexlər var ki

  • @talehagayev4924
    @talehagayev4924 Месяц назад +1

    İndiyə qədər necə isliyibler

  • @iradeqarayeva3166
    @iradeqarayeva3166 Месяц назад +1

    Burnunuzdan gelsin

  • @babatelekom5870
    @babatelekom5870 Месяц назад +2

    Belələrini güllələmək lazımdır ancaq

  • @user-up2vb1ik5x
    @user-up2vb1ik5x Месяц назад +1

    😮😮😮😮😮

  • @sadiqsuleymanova8780
    @sadiqsuleymanova8780 Месяц назад +1

    Mən ACE aldim bahalisini aldim su çixdi tərkibində xlor deyilen madə yoxidi

  • @yashar_79
    @yashar_79 Месяц назад

    Basın getsin içəri

  • @sefasalehova4990
    @sefasalehova4990 Месяц назад

    Feyridən əllərim çox pis günə qalmışdı. Heç bilmirdim. Həkimə getdim dedi kimyəvi məhsuldan olana oxşuyur. Fikirləşdim ki təzə feyrini alandan olmuşdu

  • @user-en3dr5zx5e
    @user-en3dr5zx5e Месяц назад +2

    Allah başuza daş salsın. Kasıbın bogazın sıxırsuz. Kor olasuz

  • @ruhiyyeabbasova9002
    @ruhiyyeabbasova9002 Месяц назад +2

    Allah sizə də sizə gizlin o icazəni verənlərədə lənət eləsin

  • @user-yt2fq7it2z
    @user-yt2fq7it2z Месяц назад

    Dukanlarda doludur yerli saxta vasitələr.

  • @user-fi4jo3yt2f
    @user-fi4jo3yt2f Месяц назад

    Bu boş qablari necə və harda kim düzəldir

  • @intiqameliyev2927
    @intiqameliyev2927 Месяц назад +2

    Kişilər bu qədər xərc qoyub iş görüb...guya ki ucuzdu sabun poroşokdan istifadə edən insan tez ölür?gedin paıma yağını millətə satanları qidalara qatqı keyfiyyətsiz edənləri çəkin və tutun .Azərsun kim bacarır tutsun ?milləti məhv edəndə səs çıxmır

    • @AA-sh1fl
      @AA-sh1fl Месяц назад

      Kimki polis şöbesini yedizdirmir onu tuturlar..

    • @jafarimamaliyev1736
      @jafarimamaliyev1736 Месяц назад

      Onlar kişi deyillər, peysərdilər. Bu bicbalalara görə camaat xəstəlik tapıb. Satan da satdırsan da əclafın yekəsidir

  • @nicatyunuszade8952
    @nicatyunuszade8952 Месяц назад

    Butun istifade etdiyimiz mehsullar, qidalar,hamisi saxtadi sebeb nedi?kimdi werait yaradan yaradan?ruwvet alib goz yumurlar.Goresen bele corey qazanmagi ozderine nece reva bilirler?

  • @nadbnsgjkjgf
    @nadbnsgjkjgf Месяц назад

    Ona gore xaricden alinan sampunda boyuk ferq olur. Bilmirdim sebebini indi bildim. Guya dunene kimi polisler bilmirdi onlar orda ne istehsal edirler???

  • @rauf3806
    @rauf3806 Месяц назад

    Hamsına ömürlük verilsin😂😂😂

  • @user-zx8fx6zd8o
    @user-zx8fx6zd8o Месяц назад +3

    Бу ограшлар гуллаланмалидир. Башга йолу йохдур.

  • @Ugurboceyi-if2yt
    @Ugurboceyi-if2yt Месяц назад

    Yaxşısı trendyoldan sifariş verməkdi

  • @mehman.judo.klub.9449
    @mehman.judo.klub.9449 Месяц назад +1

    Bu qablari xaricden getirende komruk hara baxirdi

  • @user-gz5ej4qs8e
    @user-gz5ej4qs8e Месяц назад

    Bu ölkə düzələsi deyil bu hökmədən 😅Rusyadan Azərbaycana gələn məsularda ən aşağı səvyədə olan məsulardı özdər deyilərki bizə Azərbaycan firmaları tapşırır ki bizi pulm maraxladırır kefyət yox hamısda Nazirlərin depdadrın firmasdı bularda olarındı😮

  • @cemilememmedzade8171
    @cemilememmedzade8171 Месяц назад +2

    Allah derd versin size dermanin tapmiyasiz🤲🤲🤲

  • @fidanqasimova7174
    @fidanqasimova7174 24 дня назад

    Men de deyirem Domestos niye agartmir,zibili cixib

  • @CP211
    @CP211 Месяц назад

    Bizim axrimiza düşmən çıxa bilmədi öz içimizdəki düşmənlər çıxacaq sapi özümüzdən olan baltalar Vallah bunlari ömürlük həbs etmək lazimdi veten millət xaini adi ilə

  • @user-rv8vg4mc9y
    @user-rv8vg4mc9y Месяц назад

    O pulu neçə yiyə bilirsən

  • @epicgamerboy2154
    @epicgamerboy2154 Месяц назад

    Ayib olsun size.Utanin,utanin,utanin.Her seye el atirlar insafsizlar,murdarlar

  • @user-vq3kf6mp9s
    @user-vq3kf6mp9s Месяц назад +1

    Екя хечкимин хабари йохимиш😂😂😂😂😂😂😂😂

  • @user-ym9qb6ko2f
    @user-ym9qb6ko2f Месяц назад +1

    Aqaci qurd icinnen yeyer ele buna deyibler ayib olsun millet yaziq deyilmi 😡

  • @10-AA-10T
    @10-AA-10T Месяц назад

    Bunlara göredide saçlarimiz tökulur.sonrada deyirik irsidi

  • @user-dr8qf7vl3f
    @user-dr8qf7vl3f Месяц назад

    Saxta sözu mənasızdır demək. Cunki bu tipli yerlərin fəaliyyət göstərməsində bəzi böyuk şəxslərin xəbəri olur, ona görə həmin böyuk şəxsləri axtarmaq lazımdır. Bunlar sadəcə peşkadır

  • @nikiriki1944
    @nikiriki1944 Месяц назад

    Onsuz her yerde eledi rusyada sac kraskasini padvallarda kirgizdernen kitaylar duzeldir

  • @user-qo3nr1jc2r
    @user-qo3nr1jc2r Месяц назад +1

    Куя. Башга. Йерден. Алынан. Шампун. Яхшыдыр,

  • @srxanhsnov2949
    @srxanhsnov2949 Месяц назад

    Əhalinin sağlam olmağı çox vacibdir dövlətimiz üçün 😢

  • @anteyalmaz1091
    @anteyalmaz1091 Месяц назад

    Uzlerinden ograsliq, quldurluq yagir yekeqarin pesilerin

  • @jafarimamaliyev1736
    @jafarimamaliyev1736 Месяц назад

    Bizə original şampun da çoxdur, qırılıb batsaq yaxşıdır.

  • @huri4004
    @huri4004 Месяц назад

    Utanmıllar öz millətinə düşməndilər .Bunu öz millətinə deyil .Bu harada satılıb ?, yəni marketlərə verilib ?

  • @MecidAliyev-bs6uv
    @MecidAliyev-bs6uv Месяц назад

    Essəy boyda kişilərin mesqul olduğu işə bax

  • @teymurlngteymurlng2906
    @teymurlngteymurlng2906 Месяц назад

    ALCAQLAR, HEC DÜŞMƏN BUNU ELƏMƏZDİ, SİZ ETDİZ ÖZ VƏTƏNDAŞLARINIZA QARŞI.BELƏLƏRİNƏ ELƏ BİR HÖKÜM BERMƏK LAZIMDIRKİ O BİRİLƏRİDƏ QORXSUN.BİRDƏ BELƏ POX YEMƏSİNLƏR.

  • @nn6199
    @nn6199 Месяц назад +2

    Bütün Azərbaycan bu ğünbədi, hər şey keyfiyyətsizdi, sadəcə bu pulu az verib deyə aradan ğötürüblər

  • @nurlanhsnova685
    @nurlanhsnova685 Месяц назад +1

    Nə deyirsen bizim ölkəden cixir

  • @dilarequlieyva4839
    @dilarequlieyva4839 Месяц назад

    Vay vay.mən də deyirəm axırıncı dəfə aldığım Feyri niyə köpüklənmir? Vay vay,hələ şampun?saxta?elə ona görə başımlzda saç qalmır da...təcili yığışdırılsın hər yerdən.birdə izah edin bizə saxta olduğunu necə təyin edək?

  • @nezrinyaqubzade7563
    @nezrinyaqubzade7563 Месяц назад

    o firmalarda işleyen xanimlar deyirdiko hemise arxasinda bizim dilde yazilan yapisdirilmis ag kagiz olur onu alin orginal onlardi .o kagiz ypxdursa onlar doldurulmadi saxta. O Sederekde satilan Karvan magazasindan neqeder elseve aldim başım yaradi kepekler yuva qurub yara yaradi basim

  • @cavadzade124
    @cavadzade124 Месяц назад +1

    Ogun kalqon aldiq baxiram ki ele bil duzdu dadina da baxa bilmirem qorxuram ama duz iyi gelirdi. Biraz goy noqtə kimi var idi icinde guya kalqonduda. Adam bilmire neye inansin

  • @mehbubemahmudova3651
    @mehbubemahmudova3651 Месяц назад +1

    Ay haramin olsun niyr bu milleti aldadirsan kiii

  • @user-tt1pi2mt1s
    @user-tt1pi2mt1s Месяц назад

    Bizde deyirik niye Bakiya gelende ordan aldiqimiz samounlar bize od qoyur... Utanib olmurler, nece yeyirler, usaqlarina nece yedirirler o harami?