پیام سال برای تبریز شعر:عاشیق حسین جوان دکلمه:شاهرخ نخعی تنظیم:نیمانخعی تبریز ۱۴۰۰ Poetry: Aşiq Huseyn Cavan word: Shahrokh Nakhaei Regulator: Nima Nakhaei
AŞIQ HÜSEYN CAVAN TƏBRİZ Sarılıb boynuna bir körpə sayaq, Doyunca hüsnünə baxaydım, Təbriz! Sən bir dağ olaydın, mən də bir bulaq, Şırhaşır sinəndən axaydım, Təbriz! Kəsəydim zalımın ömür bağını, Köksünə çəkəydim hicran dağını Yaman gözlə sənə baxan yağını, Yandırıb odlara yaxaydım Təbriz Qüssənin, kədərin kəsib hayını, Qurtarardım xalqın ahı-vayını İşgəncə ocağı qan sarayını Bütün yer üzündən yıxaydım Təbriz Sən də tullayaydın hicran yükünü, Xalq bayram edəydi o böyük günü Xain ürəklərə polad süngünü, İntiqam eşqiylə çaxaydım Təbriz Cavan Hüseyn gecə - gündüz intizar Yaralı qəlbində min bir arzu var Qoynunda quraydım xəzansız bahar, Mən də öz borcumdan çıxaydım Təbriz.
Ustad çox gözəl
Yaşasın Vahid ♥️ Azərbaycan ♥️
Yaşasın ❤️ Turan ❤️
🤘🇦🇿🤘🇦🇿🤘🇦🇿🤘🇦🇿🤘🇦🇿🤘
AŞIQ HÜSEYN CAVAN
TƏBRİZ
Sarılıb boynuna bir körpə sayaq,
Doyunca hüsnünə baxaydım, Təbriz!
Sən bir dağ olaydın, mən də bir bulaq,
Şırhaşır sinəndən axaydım, Təbriz!
Kəsəydim zalımın ömür bağını,
Köksünə çəkəydim hicran dağını
Yaman gözlə sənə baxan yağını,
Yandırıb odlara yaxaydım Təbriz
Qüssənin, kədərin kəsib hayını,
Qurtarardım xalqın ahı-vayını
İşgəncə ocağı qan sarayını
Bütün yer üzündən yıxaydım Təbriz
Sən də tullayaydın hicran yükünü,
Xalq bayram edəydi o böyük günü
Xain ürəklərə polad süngünü,
İntiqam eşqiylə çaxaydım Təbriz
Cavan Hüseyn gecə - gündüz intizar
Yaralı qəlbində min bir arzu var
Qoynunda quraydım xəzansız bahar,
Mən də öz borcumdan çıxaydım Təbriz.