Azər Zeynalov - Gilavar ("Yuxu" filmindən mahnı)

Поделиться
HTML-код
  • Опубликовано: 28 окт 2017
  • Azər Zeynalov - Gilavar ("Yuxu" filmindən mahnı)
    Bəstəkar: Azər Dadaşov
    Söz: Qasım Səfəroğlu
    FB: / filmfictionmagazine
    Instagram: / filmfictionmagazine
    Twitter: / filmfiction

Комментарии • 510

  • @mellamoqueen9877
    @mellamoqueen9877 4 года назад +1417

    Bu tip mahnilarimiza qulaq asanlar cidden bu ölkenin en yuksek zovqe seviyyeye dunyagoruse malik kübar insanlaridir deye dusunurem. Cunki her sey medeniyyetden dogar bu mahnilarda medeniyyetimizin incileridi...🌷

    • @salamnecesiz7126
      @salamnecesiz7126 4 года назад +7

      Ola biler belkede 🌹

    • @ilmarm9551
      @ilmarm9551 4 года назад +38

      Şübhəsiz. Buradakı trend mahnılar isə xalqımızın zövqünün və ortalama intellekt səviyyəsinin elə də yaxşı olmadığını göstərir...

    • @kamranmmmdov2351
      @kamranmmmdov2351 4 года назад +10

      tamamilə doğrudu

    • @superkanal5277
      @superkanal5277 3 года назад +13

      Duzdu. Xalq mahnilarini dinleyende adam bir bawqa rahatliq tapir

    • @familxeyrullayev6986
      @familxeyrullayev6986 3 года назад +6

      Tamamilə doğrudur

  • @gulnazhashim8338
    @gulnazhashim8338 2 года назад +12

    Sanki bu musiqi yay aylarında, axşamlar Bakıda dinlənilmək üçün yazılıb.Başqa fəsildə,başqa yerdə eyni hissi vermir insana ...

  • @thepatriot8373
    @thepatriot8373 3 года назад +208

    *2021 Tarixini bura qoyum çekilim siz gelende beyenin ki, unutum dediyim yerde yeniden xatirlayib gelib dinleyim* 🇦🇿❤️

  • @nigaraxmedli8360
    @nigaraxmedli8360 6 лет назад +401

    Sozlere bax! negeder ince, nazik, hechbir cirkab bayagi soz ishletmeden temiz sevgisinden behz edendir!

    • @uzeyir9
      @uzeyir9 5 лет назад +3

      Çox səmimi şərhdi...

    • @mrrrmrrr4628
      @mrrrmrrr4628 5 лет назад +5

      Нет сейчас такой музыки таких слов таких исполнителей.

    • @MisterBlond11
      @MisterBlond11 3 года назад +2

      Həyif. İndiki mahnılara baxın nə qədər zövqlər korlanıb

  • @sahinpasa4700
    @sahinpasa4700 5 лет назад +208

    bunlari qoyub nece damlaya tovuzlu qiza uzeyire qulaq asirlar basa duse bilmirem.

    • @faridgarajayev8129
      @faridgarajayev8129 4 года назад +8

      Sahin Pasa zovqleri yoxduda.fikir vermiyin.

    • @gulnaraallahverdiyeva5921
      @gulnaraallahverdiyeva5921 4 года назад +2

      Tovuzlu Şəbnəm elə gözəl segah oxuyur ki.Axınla geyştməsidir onu gözdən salan.Mən toyda ona qulaq asmışam,yeni bir Tovuzlu tanıdım sanki

    • @ilmarm9551
      @ilmarm9551 4 года назад +16

      @@gulnaraallahverdiyeva5921 Bir insanın səviyyəsi, intellekti olmayandan sonra istəyirsən, opera oxusun, nə xeyri.

    • @MisterBlond11
      @MisterBlond11 3 года назад +3

      Zövq ya var ya yoxdu. Sonradan zövq yaranmır.

  • @muxtarnecefov7111
    @muxtarnecefov7111 9 месяцев назад +24

    Nə günlərə qaldın Azərbaycan.Nolar mənə 2000 ci ilə qədər olan Azərbaycanımı qaytarın😢😢

    • @kenanhasanov4593
      @kenanhasanov4593 4 месяца назад +1

      Yəni torpaqlarımız təzədən ermənilərin tapdağı altına qayıtsın?!

    • @fidybeanbird
      @fidybeanbird 2 месяца назад

      @@kenanhasanov4593heç hənanın yeridir?

  • @historyofallcountries
    @historyofallcountries 11 месяцев назад +11

    İnsan dinlədikcə dinləmək istəyir, xatirələrə dalır və qəribə hisslər keçirir

  • @xannssi3202
    @xannssi3202 5 лет назад +387

    Bu mahnını sevdiyini bilirəm. Haradasa, necəsə deyə bilmirəm, amma burda demək istəyirəm: səni sevirəm.

    • @sbuhiabdullazad6924
      @sbuhiabdullazad6924 3 года назад +14

      Can brat. Gedənlərə asandı

    • @zanderalazia
      @zanderalazia 3 года назад +7

      Dostum 1 il keçib bu commentdən. Özünə demisən?

    • @xannssi3202
      @xannssi3202 3 года назад +37

      @@zanderalazia, təzəlikcə ayrılmışıq. İki ay keçib üstündən. Bəzən sevmək kifayət eləmir.

    • @noon4253
      @noon4253 3 года назад +2

      @@xannssi3202 duzdur :)

    • @farhadhd2453
      @farhadhd2453 3 года назад +1

      @@xannssi3202 🚬🚬🚬

  • @sholazeynalli2987
    @sholazeynalli2987 6 лет назад +701

    Azər Zeynalov - Gilavar (sözləri)
    Gəzir saçlarında ilıq gilavar,
    Toxunur nəfəsi yanaqlarına.
    Öpür dodağından, küləyə nə var?!
    Dünya verilib onun ixtiyarına...
    Sirdaşım gilavar, gilavar, küləyə nə var?!
    Tək sənsən sevgimdən xəbərdar, gilavar...
    Uzaqdan baxıram bu mənzərəyə
    Görürəm qımışan dodaqlarını
    Arzum ürəyimdə qalmasın deyə,
    Öpürəm Bakımın gilavarını....
    Sirdaşım gilavar, gilavar, küləyə nə var?!
    Tək sənsən sevgimdən xəbərdar, gilavar....

  • @ceyhunehesenli334
    @ceyhunehesenli334 5 лет назад +545

    Keçən il bu vaxt 3cü kurs idim.Kirada qalırdım ,qulaqlığımı taxıb bunu dinləyirdim.Binamızın önündəki yelləncəkdə yağıç yağırdı Bu il 4cü kursam dərs bitib.İmtahanlar qalıb.Rayona qayıtmışam hələki.Yenə bu mahnını dinləyrəm, yenə yağış yağır.Keçən ilki insanlar bəziləri yoxdu..Amma gilavar həmişə var🍁

    • @nerminhidayetzade2745
      @nerminhidayetzade2745 3 года назад +3

      😊

    • @ucalhuseynov3150
      @ucalhuseynov3150 3 года назад +2

      indi neynirsən bəs?

    • @fuadrehimov1026
      @fuadrehimov1026 3 года назад +8

      Mende hemiwe bu kinoya baxiram cunki canim qohumumuz burda iwtirak edir MIRZEGA MIRZOYOV KINODA GENA Julik rolunda )))))ALLAH ONA REHMET ELESIN!

    • @huseynsuleymanzade1858
      @huseynsuleymanzade1858 3 года назад +11

      Hiselədim o anı o yellençeyi o yağışı. O anı elə hiselədimki sözlər acizdir😑😔

    • @elvinmusayev376
      @elvinmusayev376 2 года назад

      🤔🤔🤔🤔🤔

  • @ziyagil720
    @ziyagil720 6 лет назад +639

    Salam.Mən keyfiyyətli musiqisi 20-30min izləmədən yuxarı olmayan Azərbyacan gənciyəm!

    • @EElcibeY
      @EElcibeY 6 лет назад

      G gnmzli Aleykum salam

    • @nazrinoznur8876
      @nazrinoznur8876 6 лет назад +20

      G gnmzli salam.mən xaricilerin mahnisi dilinden düşməyən uşaqlarin yaşadığı Azərbaycan vətəndaşıyam!!!

    • @rossaguerilla5332
      @rossaguerilla5332 6 лет назад +21

      Demə day səviyyəsiz musiqilərə qulaq asıb özlərin cool zənn edirlər heç dilindən də başa düşmürlər çox heyf amma bu musiqinin ləzzəti elə ondadır ki bunu ancaq sayılı insan bilir

    • @nazrinoznur8876
      @nazrinoznur8876 6 лет назад +1

      görünməz adam eynənn

    • @revannesirli1865
      @revannesirli1865 6 лет назад +3

      heyif ki :/

  • @residsadiqov6663
    @residsadiqov6663 Год назад +7

    Hər zaman belə musiqilərimiz məni o vaxtki uşaqlığımıza aparır... Amma indi hər şey tamam fərqlidir. Nə belə musiqiyə nə də köhnə filmlərimizə baxan yoxdu cooox heyif

  • @merkeziaranregionalmedeniyyet
    @merkeziaranregionalmedeniyyet Год назад +13

    O qədər gözəl musiqidir ki, bilmirsən nə deyəsən. Bəstə, sözlər, ifa sadəcə mükəmməl. Fondakı şəkilə baxanda bütün film insanın gözü önündə canlanır. Hətta Zəlil..(Allah dahi sənətkar Yaşar Nuriyə rəhmət eləsin)

  • @nature3572
    @nature3572 5 лет назад +38

    Bu mahnı insana Bakını xatırladır xüsusilə də doğma vətənnən uzaqda olanda

  • @eliabbasov5122
    @eliabbasov5122 Год назад +5

    Nece gözel mahnı 😍iller keçsede eyni hevesle dinleyirem

  • @user-zy2df3ts3n
    @user-zy2df3ts3n 3 месяца назад +3

    Sumqayitin 34 nomreli mektebinde oxumusam,cox darixiram o gunler ucun,sinifyoldaslar ucun.1989 -cu ildenem ,Salamlar her kese

  • @bakobatya7044
    @bakobatya7044 4 года назад +17

    Bu mahnıya qulaq asanda uşaqlığım yadıma düşür , çox qəribə oluram

  • @ddqorqud1832
    @ddqorqud1832 4 года назад +23

    Bu mahniya urekden qulaq asan adamnan hec vaxt zerer gelmez , sevin onlari

  • @tamillabaki3825
    @tamillabaki3825 4 года назад +9

    Bakı küləyi-Xəzri və Gilavar.
    Yerlilərim,bakılılar hamınıza salam.

    • @sakoturki9809
      @sakoturki9809 3 года назад +2

      Istanbulndan butun bakililara salam

  • @nicatemirov1755
    @nicatemirov1755 4 года назад +52

    Men vetenimden uzagda yasayiram bu mahnini dinleyende vetenim yadima dusur duz deyirlet gezmeye qerib olke olmeye veten yaxsi Men Azerbaycanli oldugum ucun fexr edirem

    • @tohfeemrahli4456
      @tohfeemrahli4456 6 месяцев назад

      Eynen.Baki ücün darixanda men de bu mahnini dinleyirem

    • @user-zy2df3ts3n
      @user-zy2df3ts3n 3 месяца назад

      Mende qeribdeyem,usaqliqim ucun darixiram 😢

  • @kedr95
    @kedr95 Год назад +3

    Bu mahnilar adami ayildir ve bawa duwursenki her wey bowdu...

  • @Nilos_bileklik
    @Nilos_bileklik 4 года назад +101

    Xəzərdən əsən külək -xəzri, Xəzərə tərəf əsən külək-gilavar... Dilimizə Nəbi Xəzri gətirib... Bakını xəzrisiylə, gilavarıyla sevənlərə salam olsun...

    • @LEYLA-qn8wz
      @LEYLA-qn8wz 3 года назад +3

      Giləvar yox Gilavar

    • @ilkinveliyev8804
      @ilkinveliyev8804 Год назад +2

      Nəbi Xəzri o sözü özünə təxəllüs kimi götürüb sadəcə, Xəzri sözü bir termin kimi işlədilib Nəbi Xəzridən də əvvəl ədəbiyyatımızda.

    • @rasulqiyasov5919
      @rasulqiyasov5919 Год назад +6

      Külək ABŞERON yarmadasının cənubunda dənizdən də əssə yenə Gilavardır.Məs. Türkanda,Zirədə,Hövsanda dənizdən əsə bilər.Amma Gilavardır.Tam doğrusu budur ki,Abşeronda şimal-qərbdən əsən külək XƏZRİ,cənubdan əsən külək Gilavardır.Və 100 illərdir belə adlanır.(45 ilin dənizçisi)

  • @lamiyakerimova932
    @lamiyakerimova932 4 года назад +53

    Mükkəməl ifa. Nə yaxşı ki belə zövqlü, insanı düşündürən, saflaşdıran ifalar var. Mən bir ziyalı insan kimi bu müsiqiyə dəfələrlə qulaq asıram.

  • @eshginfarzaliyev
    @eshginfarzaliyev 4 года назад +21

    Qapalı bir otaqda oturub dinləsən yaxud da heç vaxt Bakıda olmayan biri belə Gilavarı ruhuna kimi hiss edə bilər bu musiqinin sayəsində.♥️

  • @nedi.ne.baxirsan
    @nedi.ne.baxirsan Год назад +7

    Mən zəngin musiqisi ola-ola zövqü korlanmağa doğru gedən,bu gün millətinin öz mədəniyyətinə dəyər vermədiyi Azərbaycan gənciyəm.

  • @alimirzazada
    @alimirzazada Год назад +14

    Gözəl xatirimdədir ki, keçən il, universitetdən məzun olmamışdan əvvəl pəncərədən şəhərdəki yollara, maşınlara baxaraq tez-tez bu mahnını dinləyər və gələcək qayğılarımın, bundan sonrakı həyatımın necə olacağı barədə düşünürdüm. Sanki bu ifa hər dəfə ən çətin, duyğusal və bir o qədər də nostalgiya zamanlarımda bütün hislərimə məlhəm olurdu.
    Zaman keçdi, çox şey dəyişdi və universitetdən məzun oldum. Dəyişməyən bir şey isə hələ də bu musiqi və gələcək qayğılarım haqda düşünməyim oldu. İndi isə bu sərhədlərdən çox kənarda magistr almağı planlayır, buna hazırlanır və bununla bərabər bu musiqini dinləyir və yenə gələcək qayğılarım haqda düşünürəm.
    Ümid edirəm ki, uzun bir zaman sonra istədiyim gələcək qayğılara çatar, niyyətlərimə sahib olar və bu musiqini də o zamanlarda yenidən kədərli deyil, xoş bir nostalgiya ilə dinləyərəm.

    • @fuadfatiyev7049
      @fuadfatiyev7049 4 месяца назад

      Ümid edirəm ki, dilədiklərinizə çatmısınız. Çünki mən də indi eyni hissləri yaşayıram və eyni mərhələdən keçirəm)) Uğurlar

  • @novruzmusayev3459
    @novruzmusayev3459 4 года назад +24

    Azərbaycanın vizitkartı olacaq mahnıdı🖤

  • @superkanal5277
    @superkanal5277 3 года назад +7

    İndiki mugenniler 1 gic gice mahni buraxir 1 gune 1 milyon olur 2 gune milyon olur. Bes bu mahnilarimizin beyenmesi niye beledir. Ekseriyyetinin zovqu korlanib

  • @MrBest-xs2ok
    @MrBest-xs2ok 6 лет назад +117

    Azer muellim, layiqli oldugu deyeri ona verilmeyen, sozun yaxsi menasinda deyersiz senetkardir... Resid Behbudov enenesinin yadigaridir... Sexsiyyeti, seneti ve tehsili hal hazirdaki Azerbaycan Senetinin zirvesinde qerarlasmasina hec subhesiz yol verir... Allah omur ve saglamlig versin... Haqq gec ve ya tez oz yerini tapacag...

  • @turalaliyev8708
    @turalaliyev8708 6 лет назад +189

    Bu filmde men de cekilmiwdim. Epizodik olsa da. Mahni meni duz 23 il evvele apardi. Azerbaycan kinosunun korifeyleri ile ey cekiliw meydaninda olmagim hele de yadimdadir.
    Nesibe Zeynalova Seyavuw Aslan Yasar Nuri Allah rehmet elesin hamisina. Kinonun rejissoru Fikret Aliyev Allah rehmet elesin.

  • @c.mmmdova1343
    @c.mmmdova1343 4 года назад +23

    *_Tek sensen sevgimden xeberdar gilavar...🌬_*

  • @janelovely1368
    @janelovely1368 2 года назад +2

    Azer Zeynalov ifa mohtesem👏👏👏

  • @advisory21
    @advisory21 9 месяцев назад +5

    Gozel film,gozel musiqi ve ifa.Yasha Azerbaycan🇦🇿

  • @shahsuvarhatamov1333
    @shahsuvarhatamov1333 2 года назад +1

    Belə mahnıları dinleyen insanlar varsa, demek ki, hele, nələrinsə yaxşı olacağına ümid etmək olar. Bele mahnıları dinləmək özü böyük fəxrdir, hansı ki, bu mahinlarda səmimiyyət, hörmət, sədaqət vardi, var, bu mahnının musiqisi, sözləri insanı haralara aparır, biri men, bu mahinin mendə böyük xatirəsi var, bu mahnı meni 2018.04.27'ə aparır, her kese uğurlar !

  • @nikoanemajnoon7993
    @nikoanemajnoon7993 6 лет назад +112

    inanin ne qeder savab iw gormuw olduz.. Allah razi olsun bu musiqinin eslin tapib yerlewdirdiyiniz ucun

    • @trauf777
      @trauf777 6 лет назад

      men de her il belke biri orijinalını atar ya da keyfiyyetli bir cover eleyer deye yoxlayırdım) axır kı tapdım

  • @lorelayheine4842
    @lorelayheine4842 4 года назад +6

    Ne gözəl oxuyur Azər Zeynalov

  • @habib2407
    @habib2407 5 лет назад +107

    Məhnı məni 25-30 il əvvəl məktəb illərimə apardı,saf,təmiz,kasıb ,lakin mərd insanların dövrünə.

    • @jeyhunakhmedov2662
      @jeyhunakhmedov2662 5 лет назад +1

      Habib Raxtari Siz necenci ilde hansi maktabi bitirmisiz?

    • @eliehedov6792
      @eliehedov6792 4 года назад +3

      Adamın vallah aglamagı gəlir.

  • @fermaneminov6348
    @fermaneminov6348 5 лет назад +11

    budur bizim esil musiqimiz iller kecsede her zaman qulaq asilacaq👍👍

  • @eltacgaribli3597
    @eltacgaribli3597 3 года назад +16

    Sevirem xalqimi. Ukranadan salamlar Azerbaycana!!

  • @halimaheydarova6711
    @halimaheydarova6711 3 года назад +4

    Bu şəkildəkilər necə də sən və mənə bənzəyir və hər dəfə görən kimi dinləməyimə səbəb olur

  • @MamedMikayilov
    @MamedMikayilov 5 лет назад +40

    Сколько я искал этот оригинал. Спасибо автору и естественно Азеру Зейналову

  • @humaynabiyeva5031
    @humaynabiyeva5031 5 лет назад +3

    Azer Dadasov hal-hazirki dovrun en en en istedadli bestekarlarindandir .Onun musiqisi oz sehirliliyi ile seçilir ki,hansiki onu her ifaci ifa edib yaşada bilmir .Onun musiqisi oz sehirliliyi, oz harmoniyalari ve oz obrazliliqina gore butun musiqilerden ferqlenir.Bestekar Qara Qarayevin sinfini bitirmis dahi Azer Dadasovun musiqisi hemise yasayacaq,biz musiqiçiler ,ifacilar hemise Azer muellimin musiqisi layiqince yasadacayiq!!!!!❤❤🎹

  • @shriyarkrimov3545
    @shriyarkrimov3545 3 года назад +9

    “Tək sənsən, sevgimdən xəbərdar Gilavar” bu cümləni eşidəndə gözlərim dolmuşdu. İndi yanımdasan, mənimsən qızım. Sənə tövsiyə eliyəcəm bu mahnını indi. Bu da bir sirr qalsın, Gilavarla mənim aramda. 08.06.2021. 01:29, Bakı.

  • @hesenaxundov4068
    @hesenaxundov4068 3 года назад +7

    Azərbaycan musiqisinin qızıl fondudur bu mahnı

  • @0dermamedoff780
    @0dermamedoff780 2 года назад +2

    Mən bu mahnıya aşiq olanda 2-də oxuyurdum, o vaxt kasetləri axtarırdım, tapammırdım. İndi 36 yaşım var, rahat qulaq asıram

    • @20qpik87
      @20qpik87 2 года назад

      30illik həsrət

  • @turalnarimanovv9342
    @turalnarimanovv9342 5 лет назад +58

    Men bu mahniya qulas asanda. Bakinin kohne kuceleri, mektebleri dukkanlari, sega kompiyuter salonu, meyve terevez bazari. Samakat velosipet. Usaqlarla yeddi suse, benovse, ortada qaldi, gizlenPac ve s. Diger oyunlar. Qizlarla heyetde baci qardaw munasibetleri,, birlikde oynayardiq onlarla voleybol ve.s. indi bakimiz taniya bilmirem.... 🤧🤧🤧🤧🇦🇿

  • @EGRN.ORUCOV
    @EGRN.ORUCOV Год назад +1

    Uşaqlığım var bu musiqidə. Xatirələrim bir-bir canlanır dinlədikcə. 😊

  • @camilacafarova8652
    @camilacafarova8652 4 года назад +7

    Sevdiyim kino baxanda darixiram kecmis yadima dusur.Baki baglari Merdekan

  • @SuperRovshan
    @SuperRovshan 7 месяцев назад +1

    Mahnı və ona layiq ifa bu qədər mi gözəl olarmış?! Necə Gözəl? Vurğunuyam bu səsin.

  • @umidpasazad9374
    @umidpasazad9374 3 года назад +6

    Azər zeynalov - böyük sənətkar, əvəzolunmaz insan. Bu səs insanı öz qanadlarında cooooxxx uzaqlara aparır😔

  • @sehlasirinova
    @sehlasirinova Год назад +2

    Bunu dinledikce sanki yay axsami ailelikce uzum çardaginin altinda oturmusam radio ise aciqdir kuleyin hezin sesile picildasir😢

  • @lalhsnli6155
    @lalhsnli6155 4 года назад +18

    Sözlərin gözəlliyinə, incəliyinə...
    Təşəkkürlər Azər bəy musiqiyə, sözlərə səsinizlə həyat verdiyiniz üçün.

  • @gulnaraallahverdiyeva5921
    @gulnaraallahverdiyeva5921 4 года назад +23

    Azər bəy,səsiniz daim var olsun,belə məxmər kimi səs olarmı?Olar,azərbaycanlıda!

  • @elgun9302
    @elgun9302 6 лет назад +82

    Elabbas ay Elabbas getdi ee cixx) nedense bu mahni yayin sonlarini xatirladir insana

    • @RajabRajabov
      @RajabRajabov 6 лет назад +1

      Elgun Jabrayılov eynən))

    • @umarmuhammedov3849
      @umarmuhammedov3849 6 лет назад +6

      Elgun Jabrayılov məncədəə.Adamım ürəyi cırılır sanki getmək istəyir.

    • @sabinababayeva3952
      @sabinababayeva3952 4 года назад +4

      Və dənizin hələ hasarlanmadığı vaxtları.

    • @ilkinsadiqov8978
      @ilkinsadiqov8978 4 года назад +4

      Düppədüz,lap toçkasınnan vurdun qardaş😊.Hər dəfə bu filmə baxdığda nədənsə yayın son günlərini,insanın tənha qaldığı vaxtları xatırladır mənədə...İnsanın təkliydən boğulan vaxtlarını🙁

  • @elmanqemberov8491
    @elmanqemberov8491 3 года назад +2

    Bu mahnı insana ifadə eləyə bilmədiyi bir hiss yaşadır. Bu rəyə bir neçə sonluq yazdım amma yenə də ifadə edə bilmədim.

  • @aliarazov4520
    @aliarazov4520 5 лет назад +8

    musiqi dediyin belə olur, sevgi, romantika, incəlik,saflıq

  • @fuadhamishayev2096
    @fuadhamishayev2096 3 года назад +2

    Deyirler musiqi mualice edir. Inanmirdim. Yuxusuzluq meni birteher edirdi.Bir gun qulaqciqlari taxib bu musiqiye qulaq asdim. Ve yatmisham. Seher oyananda anladim ki , bu gun men tam yuxumu almisham.

  • @rizvanibrahimov6711
    @rizvanibrahimov6711 6 лет назад +161

    tapdın itirmə, itirdin axtar, axtardın unutma, unutdun xatırla, xatırladın dayanma, dayandın geri dön və yenidən axtar, mütləq tapacaqsan?! )

  • @muhammedismail1726
    @muhammedismail1726 Месяц назад +1

    Musiqi zövqümüzün haradan haraya gəldiyini düşünmək belə qorxunc gəlir insana.Nə yaxşı ki belə musiqilərimiz, ifaçılarımız,kinolarimiz, mədəniyyətimiz olubki Biz i indi dünya dinləyəndə ən azından utanmırıq çünki keçmişimizin zənginliyindəndə xəbərdardırlar❤🇦🇿🎶

  • @ozalhuseynli1925
    @ozalhuseynli1925 4 года назад +6

    Necə gözəl mahnıdı çox gözəl səsi var azər zeynalovun insan dincəlir qulaq asanda

  • @rasadasgerov2403
    @rasadasgerov2403 4 года назад +7

    Bu musiqiye qulaq asanda ushaqligim, gencliyim yadima dushur. Heyif o gunlerden. Butun kohne bakililara salam!!!

  • @user-yk1fz6kh9v
    @user-yk1fz6kh9v 5 лет назад +14

    Очень супер песня . Человек просто отдыхает

  • @aygulsalimovamirza-zadeh5542
    @aygulsalimovamirza-zadeh5542 Год назад +1

    Uşaqlığı Bakı bağlarında keçənlərə ayrı ləzzət edir film də, bu gözəl nəğmə də 😍

  • @elvinmehdiyev
    @elvinmehdiyev 5 лет назад +5

    Bu musiqini, bu sözləri neçə bəyənməmək olar?! İnsanın ruhunu dincəldir, uşaqlıq illərinə qaytarır insanı...

  • @kamalqasimov4712
    @kamalqasimov4712 6 лет назад +26

    Həddinən artığ minnətdaram bunj bura yükləyən insanın əlləri dər görməsin vallah mən azər zeynalovun telefon nömrəsin falan axtarırdım xaiş edimki mahnını youtube a qoysunlar həqiqətən unudulmaz adamı ofsunlayan uzağlara aparan musiqidi

  • @amonymous6344
    @amonymous6344 3 года назад +4

    CAN BAKİDAN GELDİM 😔❤️❤️❤️❤️

  • @ruslanbagirov7710
    @ruslanbagirov7710 3 месяца назад +2

    Sumqayit 80 lere salamlar. 13 nomreli mektebin 2000-2001 mezunlarina salamlar.

  • @OrkhanAhmadli
    @OrkhanAhmadli 5 лет назад +11

    Möhtəşəm. Bakını mənə xatırladan çox az mahnılardan biri.... Var olsun Azər bəy

  • @khanibadov6011
    @khanibadov6011 3 года назад +5

    Bakıda səhərlər daha bu mahni səhnəsindəki kimi açılmır ..

  • @eyyubbayramov9064
    @eyyubbayramov9064 3 года назад +3

    bu mahniya baxanda adam cox pis olur🥀

  • @ramizhmdov5637
    @ramizhmdov5637 2 года назад +2

    Beh beh... Mahni meni çox uzaglara apardi bir anliq heyatim gözümün önünden keçdi.😔Amma onu bilirem ki, hecne evvelki kimi olmayacaq ne qaldisa o dövürde o zemanede qaldi.Ümumiyetle heçne duzelmiyecek💔

  • @user-fx1wi5xd3v
    @user-fx1wi5xd3v 3 месяца назад +2

    Bu mahnıyı dinliyəndə sənin xəyalımda canlanman darıxmağım sevginin ən saf,ən zərif halı sənsən hələ o qəlbin mənim balımm(məndən sənə balaca iltifat olsun)🤍🫠

  • @raufeliyev1865
    @raufeliyev1865 3 года назад +2

    Bu mahnıya görə Azər müəllimə minnətdaram .Ən sevdiyim mahnıdır .Elə bil mahnı insanı alıb keçmişinə uşaglıgına aparır

  • @cemileagayeva51
    @cemileagayeva51 2 года назад +2

    Nece gözel ses,nece gözel bir ifa...İnsanin ruhu dincelir,en sevdiyim mahnilardan biridir...Amma nedense insan kövrelir,gözleri yaşarir bu mahnida

  • @mhmmdhsnli7961
    @mhmmdhsnli7961 3 года назад +4

    Ciddi sözümdü.Sözün əsl mənasında ürəyim sıxıldı bugün ki ifalara baxıb çox şey itirmişik çox

  • @elvin.hacaliyev
    @elvin.hacaliyev 2 года назад +4

    Yay gecələri balaca lampanın işıqlandırdığı həyətdəki tut ağacının altındakı əllə yonulmuş skamyada başını çiynimə söykəyərdin, həzin sükutla bu musiqini birgə dinləyərdik. Əminəm ki, uzun illər keçsə də bunu oxuyacaqsan. Bəlkə də saçların artıq ağarıb, üzün qırışıb, ailə qayğısı səni səndən alıb. Peşman olmağın məni sevindirməsə də, qəlbimizin dərinliklərində ikimiz də peşmanıq. Nə də olsa axı insan bir dəfə gəlir bu dünyaya. O da ki belə. Çox uzun illər keçdi. Artıq səsini də unutmuşam. Hərdən düşünürəm bəlkə hansısa paralel dünyada biz birgəyik?! Biraz təsəlli tapıram. Sevgini dastana çevirən ayrılıqlardır. Qovuşan sevgililər olimpiya məşəli kimi tez sönürlər. O vaxt sən mənə desən də, mən sənə deyə bilməmişdim əlvida. Amma indi deyirəm. Məncə kifayətdir. Artıq səni sevmək istəmirəm, səni sevməyi sevmək istəyirəm.....

  • @oskarrim5162
    @oskarrim5162 6 лет назад +4

    Paylaşan yoldaşa ayrıca təşəkkür edirəm.

  • @samirrza3517
    @samirrza3517 Год назад +1

    Kaşki bu film yeniden çekilse hevesle gedib baxardım

  • @youknowwhoiam01
    @youknowwhoiam01 5 лет назад +5

    "Məhəllə 3" filminin treylerindən gəlirəm. Zamanın İlham Qasımovu necə dəyişdiyinə baxıram. Maraqlıdır..

  • @gamingturk9367
    @gamingturk9367 5 лет назад +6

    Nə gözəldir, ruh dincəlir

  • @letiffetullayev3346
    @letiffetullayev3346 6 лет назад +66

    Film cox kohne olsada bezi ureylerde helede cavan qalib .YUXU 🤔

    • @krimquluzad6
      @krimquluzad6 4 года назад +3

      Təmiz sevgiyə aid gözəl filmdir

  • @rmamova8267
    @rmamova8267 3 года назад +5

    Çox sevirəm bu musiqini..Bizim "retro" musiqilərimiz hər biri gözəldi❤️

  • @fiddoiva3791
    @fiddoiva3791 6 лет назад +7

    Coox gozel,hezin ifa! Azer Zeynalov Azerbaycanimizin qizil seslerinden biridir! Ela!!!!!

  • @cavidmmmdli9064
    @cavidmmmdli9064 3 года назад +2

    Əvəzsiz, möhtəşəm ifa. Bakımın nəfəsi var👍👍😴

  • @theferit3362
    @theferit3362 3 года назад +3

    Çox çox sevirəm bu musiqini.Ruhumu titrədir.Möhtəşəm səs,ifa,və melodiya.

  • @EMH055
    @EMH055 4 года назад +2

    O belə bir deyim varee -"Mahnı məni götürdü apardı", bax bu həmin o mahnılardandır. Ən sevdiyim filmlərdən biri.

  • @ruslanibrahimzade4990
    @ruslanibrahimzade4990 Год назад +28

    2023 qulaq asan var?

  • @theferit3362
    @theferit3362 2 года назад +2

    Möhtəşəm əsər və əsil sənətkar ifası👍

  • @saqibetsultanli
    @saqibetsultanli Год назад +3

    Uşaqlığımı xatırlayıram, bu mahnını dinləyəndə..

  • @kbirquliyev8405
    @kbirquliyev8405 3 года назад +2

    Uşaqlığımın filmi. Gözəl film, gözəl səs, gözəl mahnı❤Gilavar

  • @aliyevnct
    @aliyevnct Год назад

    Bu gun gözəlimlə bir yerdə baxmiṣ kimi oldum 🥰🫀 22.02.2023

  • @wunschqarali2586
    @wunschqarali2586 6 лет назад +24

    Musiqi,soz ve ifa nece gozel yarashir bir birine :) en sevdiyim filmin mohteshem musiqisi.Dinledikce kohne Baki,Baki baglarinin evvelki gorkemi ve bitmez-tukenmez xatireler yada dusur :) ne yaxshiki bu film var,ne yaxshiki bu filmin musiqisi mehz bu mahnidir !

    • @RajabRajabov
      @RajabRajabov 6 лет назад +1

      wunsch qarali və nə yaxşı ki o Bakının ətri və rəngindən bizə də bir pay düşüb ki bu əsəri bütün ruhumuzla dinləyə bilirik))

  • @azerbayramov0
    @azerbayramov0 4 года назад +20

    O disslike atan 64 nəfər qıjı çuşka mahnılarına qulaq asdığını və özləri də elə olduğunu deyə bilərəm amma sübut edə bilmərəm

  • @aynurcavadova5646
    @aynurcavadova5646 Год назад

    Mən bu musiqiyə demək olar ki hər gün yatmazdan qabag dinləyirəm və kövrəlirəm.Dünyasını dəyişmiş yaxınlarımı xatırlayıram

  • @javadoff495
    @javadoff495 3 года назад +2

    Əla musiqi, müdrik sözlər, möhtəşəm ifa. Paylaşdığınız üçün təşəkkürlər!

  • @jalesalahova544
    @jalesalahova544 6 лет назад +7

    Ne qeder axtarmisham bu musiqin eslini axiriki.cox saqolun.cox sevorem.retro hemde insanin konlum oxshuyur tshk

  • @mezahirbayramli9473
    @mezahirbayramli9473 6 лет назад +4

    bu mahnida bir ayrıcalıq var.

  • @Rocstar59112
    @Rocstar59112 5 лет назад +7

    gözəl səs gözəl musiqi

  • @zuleyxah
    @zuleyxah 6 лет назад +46

    Sözlərə bax e. Sənət əsəridi..

    • @mubarizhesenzade3986
      @mubarizhesenzade3986 5 лет назад +2

      Mənim çox sevdiyim mahnı:gilavar:həzin musiqi.bir də toy mahnısı "səni deyilər"

    • @mubarizhesenzade3986
      @mubarizhesenzade3986 5 лет назад +1

      Bir də hikmət "aslanov gecələr"

  • @semral90s
    @semral90s 2 года назад +1

    Bəlkə də,nə vaxtsa burda rastlaşarıq.
    Xoşbəxt ol. Srbn.