Sarımsağı Belə YEYİN! - Görün Nələr Baş Verəcək!

Поделиться
HTML-код
  • Опубликовано: 5 окт 2024
  • #BirBax #Azerbaycan #Sarimsaq "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: (+994) 55-554-58-83
    Sarımsaqdan necə istifadə etməliyik ki, onun faydalarından maksimum şəkildə yararlana bilək? Bu gün sizə sarımsağın istifadə qaydaları və bəzi xəstəliklər zamanı əks göstərişlərindən danışacam. Əminəm ki, bu videodan sonra qoxusuna görə sevmədiyiniz sarımsaq sizin dostunuza çevriləcək. Diqqət ekrana.
    Sarımsaq qanda şəkərin miqdarını tənzimləyir. Bilirik ki, qanda şəkərin miqdarının çoxluğu diabet riskini artırır, arterial təzyiqi yüksəldir, hətta qızdırma verir. Alimlərin apardığı müxtəlif araşdırmalar göstərib ki, çiy sarımsaq qanda şəkərin miqdarını tənzimləyir. Bunun üçün gün ərzində 3-4 diş çiy sarımsaq yemək yetərlidir. Trombların əmələ gəlməsinin qarşısını alır, varsa, yox olmasına kömək edir. Tromblar beyinə, ağciyərə, böyrəklərə və s. düzgün qan axınına mane olur. Hindistan alimlərinin tədqiqatları nəticəsində məlum olub ki, gün ərzində 10 mq çiy sarımsaq yeməklə trombların əmələ gəlməsi riskini aşağı salmaq mümkündür. Yeməkdən əvvəl yeyilən sarımsaq, bir növ, müalicəvi effektə malik olur; mövcud olan trombları əridir. Qeyd edim ki, prosedur 2 ay davam etməlidir. İki gündən bir səhər acqarına yeyilən 1 diş sarımsaq isə qanı təmizləyir. Xərçəng riskini aşağı salır. Sarımsağın tərkibində dialildisulfid var. Bu da o deməkdir ki, sarımsaq yeməklə stressin hüceyrələrə xəsarət verməsinin qarşısı alınar. Selen isə əsl xərçəng əleyhinə vasitədir. O, hüceyrədaxili mutasiyalara mane olur, hüceyrələrin səbəbsiz bölünməsinin və çoxalmasının qarşısını alır. Xərçəngdən uzaq qalmaq üçün hər səhər 1 diş sarımsaq yemək faydalıdır. Okislitel stressi aradan qaldırır. Antioksidantlarla zəngin sarımsaq stressin DNT-yə ziyan vurmağına imkan vermir. Bununla bərabər, damarlardakı və onurğadakı soyuqdəyməni yox edir, okislitel stressi sonlandırır. Sarımsaq ürək-damar sisteminin də dostudur. Hər gün 1 diş çiy sarımsaq yemək orqanizmi sərbəst radikallardan təmizləyir. Ağır metalların orqanizmi zəhərləməsinin qarşısını alır. Ağır metallar orqanizmi daxildən məhv edir. Mütəxəssislər əmindir ki, sarımsaq ağır metalların orqanizmdən xaric olunmasını sürətləndirir. Bəzi elmi araşdırmalar isə bu istiqamətdə sarımsaq turşusunun çiy sarımsaqdan daha effektiv olduğunu isbatlayıblar. Diabet zamanı. Diabet xəstəliyinin maddələr mübadiləsini pozduğunu hamı bilir. Hindistanda aparılan bir elmi araşdırmada laboratoriya siçanları üzərində sınaq keçirilib. Alimlər siçanlara sarımsaq yedirərək bu üsulla qanda qlükozanın və triqliseridlərin miqdarının aşağı düşməsini müşahidə ediblər. Siz də, insulin həssaslığınızı nəzarətdə saxlamaq, diabetə tutulmamaq istəyirsinizsə, sarımsağı rasionunuza daxil edin. Gün ərzində 2-3 diş sarımsaq bir çox dərmanın işini görür. Astma və soyuqdəymənin müalicəsində köməyə çatır. Sarımsaq yağı ilə burun ətrafını, boğazı və ağciyərlərin üstünü yağlamaqla tənəffüs yollarındakı soyuqdəyməni aradan qaldırmaq mümkündür. Son illərdə alimlər sarımsağın astma zamanı həssaslığı azaltdığını da aşkarlayıblar. Çiy halda yeyilən sarımsaq tənəffüs yollarındakı, həmçinin, həzm orqanlarındakı mikrob və zərərli bakteriyaların da axırına çıxır. Herpesi yüngülləşdirir. Antioksidant, soyuqdəymə əleyhinə, mikrob əleyhinə vasitə olan sarımsaq herpesin müalicəsində də effektivdir. Gün ərzində yeyilən 1-2 diş çiy sarımsaq herpes qabarcıqlarının qısa müddətdə yoxa çıxmasını təmin edir. Alzeymer riskini aşağı salır, demensiyanı gecikdirir. Alzeymer və demensiya müxtəlif yaşlarda, fərqli formalarda meydana çıxır. Amma alimlər sarımsaq yeyənlərin yeməyənlərə nisbətən daha sağlam qocalıq keçirdiyi qənaətindədirlər. Səbəb kimi də, sarımsağın sinir hüceyrələrinin regenerasiyasında mühüm rol oynadığını göstərirlər. Sarımsağın tərkibindəki allicin isə təbii neyroprotektordur. Gündə 3-4 diş sarımsaq yemək sağlam qocalmağın açarıdır. Qulaq infeksiyalarını sağaldır. Sutkada yeyilən 3-4 diş çiy sarımsaq orqanizmin istənilən nahiyəsində soyuqdəyməni azaldır, iltihablanmanı yox edir. Qaraciyərin yağlanması zamanı. Ən böyük daxili orqanımızın yağlanması ölümlə nəticələnə bilir. Tərkibindəki amin turşuları ilə sarımsaq əsl toksin əleyhinə vasitədir. Güclü antioksidant olan gultation qaraciyərin təmizlənməsində böyük rol oynayır. Qaraciyər yağlanmasının səbəbi alkoqoldursa, bu zaman sarımsaq yağı da köməyə çatır. Sarımsaq yağını kürəyə və qarına yaxın, olduqca yavaş masaj edin. Psoriaz zamanı. Bildiyiniz kimi, psoriaz, yaxud pullu dəmrov dərinin avtoimmun xəstəliyidir. Dəri qızarır, qaşınır, bəzən köpür. Müalicəsiz xəstəliklər siyahısında olan psoriaz zamanı sarımsaq simptomların azalmasına kömək edir. Çünki psoriazın yaranma səbəblərindən biri soyuqdəymədir.Və sarımsaq soyuqdəymə əleyhinə vasitə kimi olduqca effektivdir.
  • НаукаНаука

Комментарии • 70

  • @Atamoglanov
    @Atamoglanov Месяц назад +4

    Doğurdanda əvəz olunmaz məsləhət ücün sizə dərin təşəkkür edirik ,var olun .

  • @asifesgerov3284
    @asifesgerov3284 Год назад +18

    Gozel ses gozel meslehet.Coxlu sag olun.

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      Siz sağ olun

    • @rustmli8834
      @rustmli8834 Год назад

      @@birbaxkanal Salam xanim menim uzumde iltihabli sepgiler var idi sizin kanalinizdan cay agaci yagini gorub istifade etdim indi uzum taninmaz hala dusub bu ne ile elageli ola biler ? Ne ede bilerem 2 defe istifade etmisdim seher be axsam cekib yatdim seher bele hala dusdu

  • @bayramresulol9611
    @bayramresulol9611 Год назад +12

    👍👍Sağ olun, var olun faydalı məlumatlara görə.🌷🌷🌷

    • @birbaxkanal
      @birbaxkanal  Год назад +1

      Minnətdarıq🙌

    • @cavidfeyzullayev275
      @cavidfeyzullayev275 Год назад

      @@birbaxkanal Salam xanm gözəl məlumatla üçün sizə teşəkkür edrəm mənim 15 yaşnda uşaqlarm var ders oxuyurlar hazrlqlar falan yorur uşaqları onlara ne vere bilərə beyni zehni yaxşlaşdrsn yorğunluğu götürsün əvəlcdən minətdaram

  • @zizseyidova8103
    @zizseyidova8103 Год назад +8

    Faydalı məlumatdır çox sağ olun

  • @ibadatibrahimov9161
    @ibadatibrahimov9161 Год назад +1

    Cox təşəkkür edirəm gözəl məsləhətinizə görə
    Allah Sizi qorusun, saglam və xoşbəxt olasız
    Amin

  • @elmddinlkbrov3127
    @elmddinlkbrov3127 Год назад +3

    Gözəl səsi var yaxşı aparıcı olar ee

  • @aynurhuseynova2871
    @aynurhuseynova2871 Год назад +3

    Çox sağ olun dəyərli paylaşımlara görə .

  • @vaqifhesenov7269
    @vaqifhesenov7269 Год назад +2

    Aydin ve deyerli meslehetinize gore saqolun!

  • @ilayilay1505
    @ilayilay1505 Год назад +1

    Salam olsun her kese🙋🏻‍♀️Bezi yemeklere daxil olan bişmiş şarımsağın nə kimi faydası olduğundan da melumat versez şad olardım👍🥰tşk.ler.önceden..

  • @aidaxalilova4673
    @aidaxalilova4673 Год назад +1

    Cox sagolun. Var olun. 😘

  • @samaya.abbasoba-rl8dk
    @samaya.abbasoba-rl8dk 4 месяца назад

    Beyendik.Teßekkur

  • @billurverdiyeva7976
    @billurverdiyeva7976 Год назад +1

    Təzə çıxan vaxtı çox xoşlayiram.

  • @ramizqehremanov1738
    @ramizqehremanov1738 Год назад +2

    Əla çox sağ olun

  • @nadiribisov5857
    @nadiribisov5857 Год назад +2

    Salam, mən sarımsaq yeyəndə böyrəklərim ağrıyır. Halbuki, çox yemirəm,gün ərzində 1 diş və ya 1 dişin yarısını yeyirəm. 2 -3 gündən artıq yeyə bilmirəm, çünki ağrıyıram. Zəhmət olmasa, bu barədə mənə məlumat verin. Əvvəlcədən təşəkkür edirəm. 🤲

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      Böyrəklərinizdə problem var?

    • @nadiribisov5857
      @nadiribisov5857 Год назад

      Bəli. Müalicə götürmüşəm. Həkimin başı çıxmayıb. Məncə böyrəklərimdə soyuqluq var.

  • @Lalalisawq15
    @Lalalisawq15 Год назад +1

    Təşəkkürlər birbax

  • @ehedhasilov438
    @ehedhasilov438 Год назад +2

    Beyendim

  • @clilovarubab4780
    @clilovarubab4780 Год назад

    ÇOX SAĞ OLUN XANIM❤️ MƏN SARIMSAĞI O QƏDƏR ÇOX SEVİRƏM AMA MƏDƏMDƏ PROBLEM VAR DEYƏ HEYİF Kİ YEYƏ BİLMİRƏM

  • @aidhsimova368
    @aidhsimova368 Год назад

    Salam!ela ela!sag olun ki varsızbizi maariflendirirsiz!.🙏🙏🙏💚💚💚

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 Год назад +1

    Dəyərli məsləhətlər verdiyin üçün təşəkkür edirəm

  • @arzubadalova2965
    @arzubadalova2965 Год назад

    Salam coox sag olun gozel meslehetlere gore.Sarimsaq allergiya verir???yani asqiran öskuren uwaqlarda

  • @husniyyememmedova7188
    @husniyyememmedova7188 Год назад +1

    Zəhmət olmasa deyərdiz Hermes xəstəliyi nədir? Təşəkkür edirəm.

    • @Y.M1020
      @Y.M1020 Год назад

      Xanim helpes dedi məncə orda, O da ağizda və üzdə olan yaralara deyilir

    • @birbaxkanal
      @birbaxkanal  Год назад

      Herpes uçuq xəstəliyidir. Bədənin müxtəlif hissələrində olur

  • @ecafr.9249
    @ecafr.9249 Год назад

    Çox saqolun

  • @alimelizade2223
    @alimelizade2223 Год назад +2

    Onaa göre bu Çinliler sarimsaq yeyirde uzunomurlu olurlar,Cox sağolun faydalı meslehetlere göre

  • @raufw2109
    @raufw2109 Год назад

    super

  • @qarabagdoyuscusu4217
    @qarabagdoyuscusu4217 Год назад +1

    Cox vaxti diri diri uduram gunde 1 dene seher tezden ac qarnina uduram bildiyim qederiyle cox xesteliklerin dermanidi

  • @bhruxhuseynov6322
    @bhruxhuseynov6322 Год назад

    Saqol çox gözəl

  • @qaratelsirinova9334
    @qaratelsirinova9334 Год назад

    Sağ olun

  • @minarexidirova86
    @minarexidirova86 Месяц назад

    Mən hər səhər ac qarina sarimsak suyla uduram,və gun ərzində 3/4 yeyən vaxtimda olur

  • @billurverdiyeva7976
    @billurverdiyeva7976 Год назад

    Yeməklərdə çox istifadə edirəm.

  • @sunbulaliyeva8778
    @sunbulaliyeva8778 Год назад +1

    👍💐

  • @nigar682
    @nigar682 Год назад

    Bəs qoxusunu aradan necə qaldırmaq olar?

  • @azadsfrov4965
    @azadsfrov4965 Год назад

    Men sizin verlwe baxram sonra yerem xanim

  • @nuruisbndiyarov4084
    @nuruisbndiyarov4084 Год назад +3

    İt burnudanda bir az məsləhət verin xanım.

  • @elvinteymurov4165
    @elvinteymurov4165 Год назад +1

    👍👍👍

  • @teranesemsnur874
    @teranesemsnur874 Год назад

    GÖZƏL MƏLUMATLARA GÖRƏ TEWEKKUR EDİRƏM!

  • @ayxanmahmudov188
    @ayxanmahmudov188 Год назад

    Bu vidyodan sora Cox isdiyerdim yeyem ama iyini heç sevmirem üreyimi bulandırır😔

  • @Ruhin1987
    @Ruhin1987 Год назад

    1-ci deyirsen Arterial tezyiqi qaldirir axirda da deyirsen ki, tezyiqi asagi salir. Indi hansina inanag ?

  • @nigarismayilova6772
    @nigarismayilova6772 Год назад

    Bəs mədə və bağırsağında problemi olan,prediabeti və ya diabeti olanlar sarımsaq yeməsin bəs nevə etsin ki,qanda şəkəri salsın.

  • @dilsadehedova5033
    @dilsadehedova5033 Год назад

    Qoxulu, əsil sarımsaqı, əli cıraqlı axtarsan tapmassan...

  • @billurverdiyeva7976
    @billurverdiyeva7976 Год назад

    Bu səsdən yoxdur.