Məhəmmədhüseyn Şəhriyar - Bir gün ağız qalır boş - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 12 июн 2024
  • #məhəmmədhüseynşəhriyar #kamranyunis #kamranmyunis
    #şeirlər #poeziya #aqşinəlizadə #küçələrəsu səpmişəm
    Məhəmmədhüseyn Şəhriyar - Bir gün ağız qalır boş
    Bəstəkar - Aqşin Əlizadə - Hüzn valsı
    Bir gün ağız qalır boş,
    bir gün dolu dad olur.
    Gün var ki, heç zad olmaz,
    gün var ki, hər zad olur.
    Bəxtin dursa, görərsən
    yadlar qohum-qardaşdır.
    Amma bəxtin yatanda,
    qohum-qardaş yad olur.
    Çalış adın gələndə
    rəhmət oxunsun sənə.
    Dünyada səndən qalan,
    axırda bir ad olur.
    Gördün işin əyildi
    durma əkil, gözdən it.
    Dostun görər darıxar,
    düşmən görər şad olur.
  • КиноКино

Комментарии • 18

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 28 дней назад +2

    Allah rəhmət eləsin sizə Böyük Şair Vətən həsrətli şair

  • @afiqsamidov6348
    @afiqsamidov6348 28 дней назад +2

    Şeri səsləndirən qardaşım.Bu səsi sənə Allah verib sağolasan həmişə və mən bir cox sənin bu şerləri deyəndə ağlayıram.Əhsən sənə!

  • @PakizeMuxtarova
    @PakizeMuxtarova 28 дней назад +1

    İbrətamiz şeirlər eşitmək arzusuyla 👍👍👍

  • @lolaazeri3917
    @lolaazeri3917 28 дней назад +1

    Nə gözəl şeirdi.
    Var olun.
    DƏYƏRLİ SƏNƏTKARIMIZ 👏👏👏

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 28 дней назад +2

    Çox sağ olun əziz sənətçimiz.

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 28 дней назад +2

    Gün var ki,heç zad olmaz....

  • @raulagayev1657
    @raulagayev1657 28 дней назад +3

    🙏🙏

  • @yeganequliyeva664
    @yeganequliyeva664 28 дней назад +1

    Axşamınız xeyir olsun sevimli Sənətkarımız!🤲

  • @behbudovamanzar
    @behbudovamanzar 28 дней назад +1

    Şairin öz dilindən də eşitdim,siz də gözəl dediniz! Allah rəhmət eləsin!Özü getsə də , adı ürəklərdə hər zaman yaşayır!

  • @elmarammmdova882
    @elmarammmdova882 28 дней назад +2

    Hər vaxtınız xeyir olsun,dəyərli sənətçi.

  • @behbudovamanzar
    @behbudovamanzar 28 дней назад +1

    Bəxtimiz, taleyimiz yoxdursa da , Allah qarşımiza o qədər yaxşı insanlar çıxarıb ki...bəs bu bəxt deyil,nədir?Rəhmətlik Şəhriyarin da nə sevgidə,nə də hayat yoldaşı saridan bəxti gətirməyib, amma? Dünyanın ən çox sevilən insanlarından biri olub!Və ..uzun ömür sürüb!Allah adama birini verəndə,birini vermir!Nə həkim işləyib ,nə də Surəyyasina qovuşub!Əzizə xanım da onu tez tərk edib o dünyaya gedib!Amma?Fars , türk dilində divanlar yazıb!Fransız dilində də şeirləri olub!İslam adətlərinə də əməl edən şəxsiyyət olub! Allah rəhmət eləsin!

  • @behbudovamanzar
    @behbudovamanzar 28 дней назад +1

    Salamlar! Şeri mizin Şəhriyari na müraciət etməyiniz çox təqdirəlayiq dir!Bütün dahi şəxsiyyət lerin eşq sarıdan bəxti gətirməsə də, o biri sahələrdə həmişə gətirir!Sizə də Şəhriyar kimi zirvələrdə olmaq və sevilmək arzu edirəm! İnşallah!Hər şey gözəl olacaq!Buna inanmanizi istəyirəm!Dualarimda siz də varsınız!Allah valideynlərinizə və o gözəl dayınıza min rəhmət eləsin!Sizə də xoş günlər qismət olsun!İnşallah!Möcüzə baş versin! Təşəkkürlər!🙏❤️

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 27 дней назад +1

    Dostun görər darıxar,
    düşmən görüb şad olar..
    Səsinizə qüvvət, əziz Ustadımız!
    Sevimli şeirlərdən- möhtəşəm poeziyadan.
    Seçimləriniz çox gözəldir.
    Şeirlə qidalanan qəlblər, beyinlər üçün ən gözəl, vazkeçilməz qidadır.
    Var olun, dəyərli Sənətkarımız.

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 28 дней назад +1

    çox gözəl

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 28 дней назад +1

    👍🎧

  • @sevdababayeva6225
    @sevdababayeva6225 28 дней назад +1

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
    💐💐💐💐💐💐💐💐💐💐💐

  • @useruser5401
    @useruser5401 28 дней назад +2

    🙏