Onun yaşı niyə saxtalaşdırılıb? - Ziya Bünyadov haqda dəhşətli faktlar

Поделиться
HTML-код
  • Опубликовано: 9 сен 2024
  • Azərbaycan tarixinin ən sanballı şəxsiyyətlərindən birini anırıq. O, heç kəsə əyilmədən öz fikrini deyir, tarixi olduğu kimi - zərəriylə, ziyanıyla, ancaq alnıaçıq yazırdı. Bu səbəbdən də xeyli düşmən qazanmışdı. Bir gün əlində qovluq və bir zavod çörəyi evə gələndə, qatil yolunu kəsəndə, qanını axıdanda da hər yanı müəmma bürüdü. Bu adam ölümü ilə bağlı müəmmalar, şaiyələr hələ də səngiməyən, Sovet İttifaqı qəhrəmanı, akademik, tarixçi Ziya Bünyadovdur.
    Foto...
    Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olub. Atası Bibi-Heybət alim-şeyxləri nəslindən olub. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənib və Quranı oxumağa başlayıb. Anası Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi və Azərbaycan dilində sərbəst danışırdı. Ona görə də ailədəki 6 uşaq həm Azərbaycan, həm də rus dillərini eyni səviyyədə mükəmməl bilirdi.
    Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirib. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya gəlir. Amma tibbi komissiyadan keçmədiyi üçün sənədlərdə yaşını 2 dəfə artırıb Orconikidze adına Hərbi Piyadalar Məktəbinə daxil olur.
    İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşə girir. İki dəfə yaralanır, ağır kontuziya alır, ancaq yenidən cəbhəyə qayıdır. Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçir.
    1945-ci il fevralın 27-də Z.Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilir. Cəbhədəki qəhrəmanlıqlarına görə o, Lenin, Qırmız Ulduz, Aleksandr Nevski ordenləri və s. orden və medallarla təltif edilir.
    Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olur. Tahirə adlı xanımla ailə qurur. Onların Heydər və Cəmil adlı iki oğlu dünyaya gəlir.
    Bünyadov həm rus, həm erməni, həm də xalqa qarşı olan digər qüvvələrə qarşı fərq qoymadan mübarizə aparır, bütün tarixi və çağdaş mənfi faktları ifşa edirdi. Məhz bu səbəbdən o özünə eyni zamanda bir neçə istiqamətdən düşmən qazanırdı. Ziya Bünyadov bir çox qüvvələr üçün ciddi problem idi. O, bir çox haqqı deyən şəxsiyyətlər kimi əksər insanlar üçün arzuolunmaz idi.
    1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilib. Professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcümə edib.
    Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Akademik Nəsimin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edərək deyib: “Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır”.
    1990-cı illərdə Bünyadov Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri olub. Ziya Bünyadov öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab verib.
    1997-ci il fevral ayının 21, axşam saat 18:10-da də yaşadığı binanın blokunda amansızlıqla qətlə yetirilib. Əlində qovluq və çörək evinə qalxan akademikə qatillər tiyəsi qara, uzunluğu 25 sm olan bıçaqla zərbələr endirib. Ardınca isə ona rəmiz olaraq odlu silahdan ağzından atəş açılıb. Kriminal müstəvidə ağızdan atəşi insanlara adətən susmadıqda, atırlar.
    Hadisənin ertəsi gün prezident Heydər Əliyev çıxış edərək cinayətkarların tezliklə tapılması ilə bağlı hüquq mühafizə orqanlarına göstəriş verir.
    Akademikin "Hizbullah" üzvləri tərəfindən öldürüldüyü ilə bağlı qərar verilir və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edilir. Ziya Bünyadovu tapança ilə ağzından vuran Qalib Babayev 3 gün sonra İrana keçəndə öldürülür. Daxili İşlər və prokurorluq orqanlarının tədbirləri nəticəsində Nizami Nağıyev, Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov, Rizvan Həsənov məsuliyyətə cəlb olunur. Nizami Nağıyev Abşeron İcra Hakimiyyətinin başçısı Adil Nağıyevin oğlu idi. Bu hadisədən bir həftə sonra Adil Nağıyev vəzifəsindən uzaqlaşdırılır. Nizami Nağıyev isə hava limanında gömrük əməkdaşı idi.
    “Hizbullah”la əlaqəsi təsdiqlənən şəxslər bildiriblər ki, akademikin qətlinə səbəb guya onun “Alban xronikası” kitabına yazdığı ön sözdə İslam dinini təhqir etməsidir.Bu səbəbdən də İran müştehidləri onun ölümünə fətv verib.
    Akademikin həyatı, qətli ilə bağlı daha bir maraqlı məqam isə onun qəbri üstündəki abidədə görünür. O, iki daşın arasından, yəni 1941-1945-ci illərin arasından sinə gərib sağ çıxır. Bu zaman isə ayağının altında qalan ilan onu sancır...

Комментарии • 311