Tarda ifa: "Ala gözlüm" (bəstəkar Emin Sabitoğlu). İfa edən Vaqif Mahmudov
HTML-код
- Опубликовано: 10 сен 2024
- ALA GÖZLÜM
(sözləri: Nigar Rəfıbəylinindir)
Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızıl güllər hər səhər,
Tezdən açır, vaxtsız solur, neyləyim?
Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar,
Həzin-həzin yada salır, neyləyim?
Nərgizlərin gözü yolda qalanda,
Bənövşələr baxıb boynun buranda,
Qərənfilin gözü yaşla dolanda,
Yasəmənlər saçın yolur, neyləyim?
Tez gələsən, bəlkə əlac edəsən,
Sünbüllərin saçın yığıb hörəsən.
Çiçəkləri gəlib özün dərəsən,
Yolda qalıb baxışlarım, neyləyim?
Allah sənə can sağlığı versin, cavanlıqda öyrənib sevdiyin mahnıları nə gözəl ifa edirsən, bilirsən biz eyni yaşda olduğumuza görə o illərin musiqiləri mənə yağ və bal kimi yapışır.
Universal müəllimim Allah sizəi qorusun
Gozel mahni, gozel ifa.Ellerinize sagliq
❤🙏👍
Çan ay Vaqif 70 ci illərə qYtardın məni.
Salam fonda gedən musigini hardan tapa bilərəm?
Minusovka mənimdir, sizə göndərə bilərəm.
@vagifmahmudov4542
Əziz Vagif məlim zəhmət olmasa göndərə bilərsiz?
nomrəmi yaziram bura sadəcə RUclips silir