ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama
    Rusiya heç də Zəngəzur dəhlizində maraqlı deyil. Daha effektiv yol Gürcüstandan keçməklə Türkiyəyə çıxışdır.
    Bu sözləri Ermənistanın Baş nazirinin keçmiş müavini Vaçe Qabrielyan deyib.
    Onun sözlərinə görə, 2023-cü ildə Rusiyanın xarici ticarət tərəfdaşları üçlüyünə Çin, Hindistan və Türkiyə daxil olub. Eyni zamanda ərəb ölkələri, İran və Cənub-Şərqi Asiya ölkələri ilə ticarət dövriyyəsində tədricən artım müşahidə olunur ki, bu da Rusiyanın Qərbin sanksiyaları altında Qlobal Cənub bazarlarına yönəlmək meylini sübut edir:
    “Bu səbəbdən Hindistanla kommunikasiyalar yaratmağa imkan verəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı Rusiya üçün prioritet məsələdir. Rusiyanın Türkiyə ilə ticarətinin böyük hissəsi dəniz yolu ilə həyata keçirilir. Azərbaycan ərazisindən Türkiyəyə quru nəqliyyatının mənası yoxdur, burada Rusiya üçün əsas məsələ Gürcüstanla münasibətlərdir.
    Yuxarı Lars keçid məntəqəsi vasitəsilə yüklərin daşınması Ermənistan üçün prioritetdir, lakin həcm baxımından bu, böyük deyil: Türkiyədən Rusiyaya çoxlu sayda yük maşını buradan keçir, Orta Asiya ölkələrindən isə yük maşınları buradan Türkiyəyə gedir. İqtisadi nöqteyi-nəzərdən bu, Rusiya üçün Azərbaycan və Türkiyə arasında Ermənistan ərazisindən keçən quru əlaqədən qat-qat səmərəli marşrutdur”.
    ABŞ-nin Orta Dəhlizi açmaq üçün Bakı və İrəvanı sülh sazişi imzalamağa tələsdirməsinə gəlincə, V.Qabrielyan Ermənistanın ərazi suverenliyi məsələsində israrını dəstəkləyib.
    Beynəlxalq şirkətin yolun Ermənistan ərazisindən keçən hissəsinə nəzarət və yükü müşayiət edəcəyi ilə bağlı fərziyyəyə gəlincə, V.Qabrielyan qeyd edib ki, əgər bu ehtimal təsdiqlənərsə, onda şərtlərə baxmaq lazım gələcək.
    Qeyd edək ki, Zəngəzur dəhlizi Rusiya üçün dəmir yolu daşımalarına görə xüsusi əhəmiyyət kəsb edir. Çünki dəmiryol daşımaları quru nəqliyyatı içərisində ən ucuzu və irihəcmlisidir. Üstəlik, Yuxarı Lars yolu ilin 9 ayı bağlı olur və onun buraxılış həcmi olduqca azdır.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #abş #ermənistan #sülh #qabrielyan #rusiya #gürcistan #türkiyə #zəngəzurdəhlizi #reels

Комментарии • 4