“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq olunub

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarına əsasən, “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq olunub. Yeni meyarlara görə, işçilərinin sayı 10 nəfərədək, illik dövriyyəsi 200 min manatadək olan sahibkarlar mikro, 11-50 işçisi olan və 3 milyon manatadək dövriyyəsi olanlar kiçik, 51 - 250 işçi qüvvəsi ilə çalışan və illik dövriyyəsi 3-30 milyon manat olanlar orta, 251 və ondan yuxarı işçisi və 30 milyon manatdan çox illik dövriyyəyə malik olanlar iri sahibkarlıq subyektləridir.
    Nazirlər Kabinetinin Qərarı sahibkarlığın və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin genişlənməsinə, ünvanlığın yüksəlməsinə yeni imkanlar yaradır.

Комментарии •