Teymur Kərimov məhkəməyə əli qandallı gətirildi, etirazlarına məhəl qoyulmadı

Поделиться
HTML-код
  • Опубликовано: 13 окт 2024
  • 5 aprel tarixində Bakı Ağır Cinayətlər məhkəməsində hədə qorxu ilə pul tələb etmədə ittiham olunan "Kanal11" internet televiziyasının rəhbəri, jurnalist Teymur Kərimovun işi ilə bağlı ilkin hazırlıq iclası keçirilib.
    Teymur Kərimov məhkəməyə əlləri qandallı şəkildə gətirilib və zalda qandalı açılmayıb, buna etiraz etdiyi üçün hakim ona xəbərdarlıq edib. Vəkillər Teymur Kərimovun məhkəmələrə qandalsız gətirilməsi, məhkəmələrdə jurnalistlər tərəfindən video qeydlər aparılması və T.Kərimovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər irəli sürüblər. Təqsirləndirilən şəxsin də əlavə vəsatətləri olmasına baxmayaraq, hakimlər zaman qıtlığını səbəb göstərərək məhkəməni yekunlaşdırıblar. Vəsatətlərə baxılması və yeni vəsatələrin dinlənilməsi üçün növbəti məhkəmə prosesi 24 aprel saat 12:30-a müəyyənləşdirilib.
    Bizi digər sosial şəbəkələrdə izləyin.
    / nurlan.jurnalist
    Çəkin göndərin yayımlayaq - Whatsapp: +994 55 785 20 93 (Nurlan Libre)

Комментарии • 2

  • @AygunOrucova-gl5dn
    @AygunOrucova-gl5dn 5 месяцев назад

    Niyə görəsən xeyr etmiyəndə bu cür ittihamlarla tuturlar insanları ya narkotik ya pul alma

  • @namesurname4199
    @namesurname4199 6 месяцев назад +1

    Buki xalqın fikirlərini catdıran jurnalist idi. Hamı onu sevirdi. Teymur ogru yırtıçı məmurların dsşməni idi. Niyə həbs olub. Trezident eşitməlidir. 😮