Vaqif Mirzəyev - Qoçəli (Yaylıq)

Поделиться
HTML-код
  • Опубликовано: 18 сен 2024
  • Azərbaycan oyun havalarından bu gün artıq üçüncü adı ilə yaşayan “Yaylıq”
    haqqında məlumat verməliyik. Keçmiş dövrlərdə “Tapança” adlanan bu rəqs sonralar “Yaylıq”, hal-hazırda isə “Qoçəli” kimi şöhrət tapmışdır. Əvvəla, deməliyik ki, bu rəqsi toy sahibinin məclisi idarə etmək üçün seçdiyi şəxs (tamada, masabəyi) oynayarmış. Toy məclisini idarə etmək çox böyük məsuliyyət tələb etdiyindən bu vəzifə elə adama həvalə olunurdu ki, böyükdən-kiçiyə, hamı ona hörmət etsin, onun sözündən çıxmasın. Çünki bəzi toylarda oynamaq üstündə mübahisələr düşərdi. Masabəyi dava düşəcəyini görüb silahla havaya güllə açardı, hamı sakitləşdikdən sonra şənlik davam edərdi. Rəqsə verilən “tapança” adı buradan götürülmüşdür. Zaman ötdükcə, bu adət nisbətən dəyişilmiş, masabəyinin əlindəki silah çubuqla əvəz olunmuşdur. O, səs-küy salanları çubuqla Azərbaycan Xalq Rəqslərinin Təsnifatı1755 hədələyər, məclisdən çıxarardı. Toyda digər insanlardan seçilsin deyə, masabəyinin qoluna qırmızı yaylıq bağlayardılar. Bu dəb indi də bir çox kənd toylarında davam etdirilir. Rəqsə “yaylıq” adının verilməsi də bu adətlə bağlı olmuşdur. “Qoçəli” adı isə rəqsə inqilabdan əvvəl Bakı kəndlərində verilmişdir ki, bu da “qoçu” ləqəbi ilə tanınan Əlinin adı ilə
    bağlıdır. Çox hörmətli və cəsarətli insan kimi tanınan qoçu Əlinin masabəyi olduğu toy məclislərində heç kim cürət edib dava salmazdı. Məclisdə kimlərə söz veriləcəyi, kimlərin ardıcıllıqla oynayacağı məhz, qoçunun icazəsi və göstərişi ilə yerinə yetirilirdi. Ağır tempdə ifa edilən “Qoçəli” rəqsi öz musiqi məzmunu ilə, ritmik xüsusiyyətləri ilə çox sanballı və cazibəli oyun tərzi ilə seçilir

Комментарии • 2

  • @aze-xv2pg
    @aze-xv2pg 3 года назад

    Super ifa 👍🏻👍🏻👍🏻

  • @namiqaze5225
    @namiqaze5225  4 года назад

    Kanala dəstək olmaq üçün zəhmət olmasa kanala abunə olun, baxdığınız videoları bəyənin və şərh yazın.