“Hərbi xidmətin 25 ilə qaldırılması yaxşı qərar deyil” - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 11 окт 2024
  • #APATV #deputat #milliməclis #millətvəkili #parlament #iclas #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    “Ordunun vəziyyətini yaxşılaşdıran və hüquqlarını genişləndirən hər bir addım yaxşı qarşılanmalıdır. Bu hüquqlar ya artırılmalıdır, ya da mövcud hüquqlara toxunulmamalıdır”.
    APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
    Deputat bildirib ki, insanlar hərbiyə iki halda yönəlirlər: “Ya başqa sahədə iş tapa bilməyənlər, ya da ailədən hərbçi olanlar bu sahəni seçirlər. Birincilər könüllülükdən yox, bəzən məcburiyyətdən, maaş üçün gedirlər. Ona görə də hərbi xidmətin 25 ilə qaldırılması bəziləri üçün yaxşı qərar deyil. Türkiyədə rotasiya qaydasında olduğu üçün hərbçilər döyüş bölgəsində də, digər bölgələrdə də xidmət edir. Bizdə belə deyil. Bizdə bu qərar Bakıda xidmət edənə çətin deyil, amma döyüş bölgəsində olan üçün çətindir. Qadınların hərbi xidmət yaşının ləğvi isə məntiqsizdir. Necə olur ki, biz qadınların pensiya yaşını bərabərləşdirmirik, amma bunu gender bərabərliyinə görə bərabərləşdiririk. Hərbçinin təhsil, oxumaq hüququ ilə bağlı anlaşmazlıqlar var. Bizim dissertasiyalarla bağlı problem də qalır. Hüquq-mühafizə orqanlarında çalışanın başqa sahədə dissertasiya müdafiə etməsinə icazə verilmir, bu insan hüquqlarının pozulmasıdır. Könüllü xidməti də 5 ildən 10 ilə qaldırırlar. Bu zaman 10 il xidmət edənlər üçün elə güzəşt, imtiyazlar müəyyən edilməlidir ki, onlar könüllü xidmət etsin, məcburi yox. Hərbçilərin uşaqlarının təhsili natamam, ailə problemləri böyük olur. Çünki kimsə şəhərdən rayona getmək istəmir, ya başqa problemlər yaranır. Ona görə də bütün problemlər diqqətlə araşdırılmalıdır”.
    Deputat Razi Nurullayev bildirib ki, hərbi xidmət müddətinin 20 ildən 25 ilə qaldırılması hərbiçilər arasında müəyyən narahatlıq yaradıb: “Təklif edirəm ki, 5 il bir dəfəyə tətbiq edilməsin. Ən azından yaşa görə əmək pensiyasına tətbiq edilən düstur tətbiq edilsin və bu müddət hər il 6 ay artırılmaqla həyata keçirilsin. Hərbçilərin köhnədən qalan problemləri var və istəməzdik ki, yeni problemlər də əlavə edilsin”.
    Deputat nəzərə çatdırıb ki, müharibə dövründə qismən səfərbərliklə döyüşmək üçün orduya çağırılmış əsgər və zabitlərimiz müharibədən sonrakı aylarda da xidmətlərini davam etdirib, işğaldan azad edilmiş ərazilərimizdə anti-terror əməliyyatlarına cəlb edilib, bəzi rayonların müdafiə və mühafizəsində iştirak edib: “Mənə müraciət etmiş zabitlərin və əsgərlərin hərbi biletlərini nəzərdən keçirəndə aydın olur ki, bu zabitlər Müdafiə Nazirliyinin şəxsi heyətinə daxil edilib, təyinat aldıqları hərbi hissələrdə döyüş tapşırıqları alıb, rayonlarımızın işğaldan azad olunmasında, əsgərlərin yüksək döyüş hazırlığının təmin olunmasında, şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamının möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində, eləcə də maddi-texniki təminatın təmin olunmasında yaxından iştirak edib. Bu zabitlərin göstərdikləri xidmətin “mənəvi-psixoloji təminat, maddi-texniki təminat” kriteriyalarına uyğun olmasına baxmayaraq, Müdafiə Nazirliyi müharibə başa çatandan sonra özünün imzaladığı 04.03.2021-ci il tarixli əmri ilə bəzi hərbi hissələri “tamamlama mərkəzi” adlandırdığından həmin hərbi hissələrdə xidmət etmiş hərbi qulluqçulara müharibə veteranı adının verilməsi faktiki olaraq mümkünsüz olub. Halbuki hərbi sahədə olan qanunvericilik aktlarında “tamamlama” termini barədə bir kəlmə belə yoxdur. Yəni bu hərbi hissələr döyüşən hərbi hissələrin təminatı üçün yaradılıb, hətta döyüş əməliyyatları üçün vəzifəyə təyin olunub. Bir faktı da qeyd edim ki, zabitlərin arasında səfərbərliklə çağırılıb tibbi təminat göstərən həkim-zabitlər də veteran adını ala bilməyib”. Nəhayət, “Veteranlar haqqında” qanun günümüzün reallıqlarını əks etdirmir, ona görə də təkmilləşdirilməlidir”.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 256

  • @mehdizeynalov5080
    @mehdizeynalov5080 10 месяцев назад +76

    Hərbçilərin xidmət vaxtını yox, maaşlarını artırın.

  • @zeminekhinali1485
    @zeminekhinali1485 10 месяцев назад +87

    1ci Qarabağ müharibəsində həyat yoldaşımı itirdim.30 il gözlədim ki,Qaçqınlar zəbt etdiyi kooperativ mənzilimə köçəcəm.Mənzilimi də itirdim,Hər şeyə nifrət edirəm.
    Həyat amasız olduğu qədər də insanlar çox qəddardırlar.
    Allahdan əlimi üzmürəm.Allah böyükdü..

    • @feridabbasovofficial8130
      @feridabbasovofficial8130 10 месяцев назад +6

      😞🥀ALLAH teala Şehidlərimizə qeni qeni rehmet etsin insaALLAH 🙏..... Çox pis oldum ki bu bizlərə göre ve veten uğrunda yoldasinizi itirmisiz və haqqinizi da ala bilmirsiz 😞

    • @azrbaycanazrbaycan7060
      @azrbaycanazrbaycan7060 10 месяцев назад +9

      Əgər siz mənim tanıdığım Zəminə xınalısınızsa sizin qarşınızda baş əyirəm.

    • @hacimusddiq
      @hacimusddiq 10 месяцев назад +5

      ALLAH KÖMƏYİNİZ OLSUN.

    • @TenhaOglan-j3y
      @TenhaOglan-j3y 10 месяцев назад +3

      SubhanAllah

    • @zeminekhinali1485
      @zeminekhinali1485 10 месяцев назад +1

      @@azrbaycanazrbaycan7060 var olun

  • @MiniTelecom-f3k
    @MiniTelecom-f3k 10 месяцев назад +65

    Bu deputatlaru birbasa serhed bolgelerinde xidmete aparmaq lazimdir!!!!!!!

  • @TALEH1710
    @TALEH1710 10 месяцев назад +61

    Hərbi qulluqçulara 20 il tamam olanda birmənalı qaydada ev verilməlidir.

  • @altayaskerov1454
    @altayaskerov1454 10 месяцев назад +31

    Üc müharibə iştrakçisiyam,hərbiçi olduĝuma çox peşmanam....oğlum mənim yolumu getmək istəyir-qoymuram...

  • @xednur8559
    @xednur8559 10 месяцев назад +24

    Diqqət edin,deputat özü bilmədən etiraf etdiki iş yeri yoxdu tapılmır maaş almaq üçün hərbiyə gedirlər.

  • @ahmednasirov30
    @ahmednasirov30 10 месяцев назад +36

    Danışmaq lazım deyil. Reallığı araşdırmaq lazımdı. 40 yaşlı deputatın da mülklərini araşdırmaq lazımdır, 40 yaşlı zabitin də mülklərini araşdırmaq lazımdır fərqə baxmaq lazımdı sonra əlini vicdanına qoyub düzgün vicdanla qərar vermək lazımdı.

  • @mehdihrvaxdnxeyirnecsnmehd2046
    @mehdihrvaxdnxeyirnecsnmehd2046 10 месяцев назад +58

    25 İl Xidmət Edən Hərbiciyə..Niyə Ev Vermirsiz.
    Hə..

    • @asifrahimov2752
      @asifrahimov2752 10 месяцев назад +1

      25 il Xidmət Edene 65% Teqayut Verecek Herbicide Quluq etmek İstemir Qacaqc düşüb.Herbi Qulluqçu Üzerinde Eksperiment Aparmlr Lqotdar Yoxa Clxdlm Herbcler Oldu Emek Teqaycusu.Her ilHerbiclrrin Bütün Limit kesilir Ona Qorede Qənc Zabitlər qaçır.

  • @masterged
    @masterged 10 месяцев назад +32

    Peşəkar orduya sahib olmaq üçün hərbi qulluqçu evdən arxayın olmalıdırki balası ac qalmıyacaq, bankdan zəng gəlmiyəvək, kirayə pulu gecikmiyəcək, ailəsi marketdən nisyə ərzaq almıyacaq

    • @KamranAoff
      @KamranAoff 9 месяцев назад

      Amma 90 faizinin banka borcu var

  • @birrlik8667
    @birrlik8667 10 месяцев назад +39

    Deputat 11000 maaş hərbiçi 1000 manat. Deputat hərbiçidən 11 dəfə çox ağır şərtlərdə çalışırlar. Utanın deputatlar verdiyiniz qərarlara görə

    • @RabitRzayev
      @RabitRzayev 10 месяцев назад +1

      Hərbiçilər deputatdan çox ağır şərtlərdə çalışır.yazmaq istediz yegin

    • @birrlik8667
      @birrlik8667 10 месяцев назад

      Hə. Bunu da yəqin ən yaxşı deputatlar başa düşdü

    • @CamalHueynzade060
      @CamalHueynzade060 10 месяцев назад +3

      Herbici zabit 650 700 manat alire hardadi 1000 manat

    • @birrlik8667
      @birrlik8667 10 месяцев назад +2

      @@CamalHueynzade060 çox alan elə alır, mən özümüzə qarşı yox deputata qarşı yazmışam sözlərimi

    • @ElmarNagiyev-bt3xw
      @ElmarNagiyev-bt3xw 10 месяцев назад +3

      1000 alsam papağımı göye ataram 740 alıram 100 manatda yol pulu verirem hər ay sen neden danışırsan

  • @asimanrehimov9615
    @asimanrehimov9615 10 месяцев назад +19

    Herbicilere cox böyük hörmetsizlikdir

  • @zohrabmamedov7946
    @zohrabmamedov7946 10 месяцев назад +23

    Əlbəttə belə getsə hərbidə heç kəs xiddmət etməyəcək...

  • @qshinarif
    @qshinarif 10 месяцев назад +18

    Razi müəllim çox sag olun.Bizim haqq səsimizi MM-də səsləndirdiniz.ALLAH sizi qorusun

  • @mehdihrvaxdnxeyirnecsnmehd2046
    @mehdihrvaxdnxeyirnecsnmehd2046 10 месяцев назад +29

    Baxın Görün Hərbidə Qalan Olacaq...

    • @asifrahimov2752
      @asifrahimov2752 10 месяцев назад +1

      Onsuzda Qacaqacdlr Kime Lazmdr 25 il can qoy 65% Yaşayış minimumu da Ala bilmə Ölen batan YaralananXestelik Tapan herbici Yuksekmais Alan deputat

    • @TenhaOglan-j3y
      @TenhaOglan-j3y 10 месяцев назад +2

      Çoxu çıxacaq

  • @ilhamazimzade2675
    @ilhamazimzade2675 10 месяцев назад +29

    Görəsən dünyada bizim deputatlar kimi boş boş danışan deputatlar var??

  • @EmınEzizov-b7u
    @EmınEzizov-b7u 10 месяцев назад +15

    Ayıb olsun bu 25 cıxardana olsun ayıb

  • @noname-co2cu
    @noname-co2cu 10 месяцев назад +24

    Utanıne utanın. Daş başuza görün nə edirsiz ar olsun sizə kim gəlib xidmət edər kim 25 ilini verər ki pensiya çıxsın 5 il elə bilirsiz azdı özünüz oturubsuz yumşaq stolda hərbiçi daşın üstündə qar çovğun üstündə utanın kim gəlib xidmət edəcək

  • @tunar8142
    @tunar8142 10 месяцев назад +8

    Bakidaki xidmetle bölgelerdeki xidmetlerde ferq olmalidi ister maašda isterse de muddetde

  • @millidusunce7606
    @millidusunce7606 10 месяцев назад +25

    Bir məsələyə aydınlıq gətirməy lazımdır 20 il xidmət etmiş hərbi qulluqçuya 50 faiz əməy haqqı təyin olunurdu və növbəti 5 il xidmət etməy istəyən hərbiçi hər il üçün 3 faiz əlavə olunurdu və 65 faiz əməyhaqqı ilə təqaüdə çıxırdı. İnsanları qanmaz yerinə qoymayın onsuzda 25 il xidmət edən 65 faiz pensiya alırdı. Yeganə dəyişiylik 20 ildən sonra ehtiyata buraxılmağın qarşısı alındı. Ar olsun bu qanuna səs verən şəxslərə.

    • @Muza-y9y
      @Muza-y9y 10 месяцев назад +1

      Birdən birə pensiya yaşını 5 il😮 artırdılar

    • @TenhaOglan-j3y
      @TenhaOglan-j3y 10 месяцев назад

      Çox pis qərardır

    • @planetyupiter8884
      @planetyupiter8884 10 месяцев назад

      Onsuz da hərbçi xidmətinin 25 ci ili çıxanda 65 faizlə çıxırdı..(ikiqatlar və bəzi hallar istisna).elə deyirlər ki bunlar hərbçi 25 il xidmətdə 60 faizlə çıxırdı.indi 65 faizlə çıxacaq...heç olmasa bunu deməyində..uşaq başı aldadırlar elə bil

  • @ramilnebiyev133
    @ramilnebiyev133 10 месяцев назад +20

    Yaziq hebiciler ne ev gorurler nede aile seher cixib yatanda zornan eve catirlar uwaqlar demek olarki ata uzu gormurler .canlarida gedir esebleride

  • @fanidunya1187
    @fanidunya1187 10 месяцев назад +13

    Herbicilerin ne maşi ne ailesi nede pensiyası sıravı insanlar kimi ölcülmeli deyil.Adam daim canını vermeye hazır olan her anı ölumle sone yete bilen herbiciler ferqlenmelidir onlar normalnı heyat yaşaya bilmirler daim xidmet ve eziyet cekirler.

  • @rovwenveliyev2406
    @rovwenveliyev2406 10 месяцев назад +11

    20 il qulluq edənə yaman dəyər verirsiz. Qaldı 25 ilə.Çox səf fikirdir. Təminat çox zəifdir. Kağızda əladır. Əməldə heç nə yoxdur. Pensiya çıxanlar sonra iş tapıb işləyirlər. Düzgün fikir deyil.

  • @bdjsjxhsjgsbqbsnd7965
    @bdjsjxhsjgsbqbsnd7965 10 месяцев назад +11

    Hörmətli deputatlar sinəndə heç kim Kitaylarl bəyənmir .Onlar Qadınlara 55 yaşda pensiya verirlər..... Yaş həddini aşağı salln 60 yaş olsun heç olmasa xahiş edirik

  • @nizamiismaylov2162
    @nizamiismaylov2162 10 месяцев назад +11

    25 il olmayacaq axi.Hec kim oz ovladini buraxmayacaq herbiye

  • @AliZefer18
    @AliZefer18 10 месяцев назад +9

    Heç nə yox. Bu təklifi edən adamın özünü 1 ay dağlarda, dərələrdə xidmət etdirəsən. Onda başa düşərlər.

  • @xzr6655
    @xzr6655 10 месяцев назад +9

    Elə isə bunları 75yaşınnan sora pensiyaya çıxarmaq lazımdı .

  • @mehdihrvaxdnxeyirnecsnmehd2046
    @mehdihrvaxdnxeyirnecsnmehd2046 10 месяцев назад +14

    25 İl ..Edən Hərbici.80 fayız Almaldı..Ən Azı

  • @mehdihrvaxdnxeyirnecsnmehd2046
    @mehdihrvaxdnxeyirnecsnmehd2046 10 месяцев назад +20

    Dildə.25 il Hasadı...

  • @mahirmemmedov9596
    @mahirmemmedov9596 10 месяцев назад +15

    ALLAH SİZDƏN RAZI İLSUN RAZİ MÜƏLLİM VETERANLIQ MƏSƏLƏSİNİ DİLƏ GƏTİRDİYİNİZƏ GÖRƏ.

  • @sabirNecefov-gr7tp
    @sabirNecefov-gr7tp 10 месяцев назад +10

    Saxta və təyinatla deputatdan bundan artığı gözləmək sadəlovlukdur..

  • @masterged
    @masterged 10 месяцев назад +5

    Bular hərbçiləri fikirləşmirləreee büdcəni fikirləşirlər. Çünki 20 ili tamam olub pensiyaya çıxan hərbçiyə pensiya verməlidi həmdə onun yerinə gələn yeni hərbçiyə maaş verməlidi. Hərbçini Az maaşa 5 ildə əlavə işlətmək. Elə bu təcrübəli hərbçinin maaşını qaldııır özüdə qalıb həvəslə işləsindəə.

  • @hurucfrova6892
    @hurucfrova6892 10 месяцев назад +17

    YAZIQ DEYİLLƏR AİLƏLƏRİNİN GÖZÜ QAPIDA QALIR O QƏDƏR İŞSİZ CAVAN KADRLAR VAR ÇALIŞSINLAR YAŞLILARI DA 20 İLDƏN TƏQAÜDƏ GÖNDƏRİLSİN NORMAL TƏQAÜDLƏ !

  • @gulbenizmemmedova5416
    @gulbenizmemmedova5416 10 месяцев назад +3

    Çox sağolun ki, tam doğru sözlər üçün hörmətli deputlarımız.Bəli qanunda bəzi natamamlıqlar var.Ümumiyyətcə bir hərbiçi ailəsi kimi həm xidmət ilinin həmdə yaş həddinin 45 dən 48 artırılmas eləcə qarışıq ximət edən yəni 12il 6 ay mülküdə 12il 6 ay hərbidə olanların xidmət ilini 25 dən 30 -a qaldırıması nı duzgün hesab etmirəm.Belə bir dəyişikliklər ya 2024 yanvarın 1-dən hərbiyə daxil olanlsra şamil olunmalı yada hələlik bu qanun dayandırılmalı.Məs.hərbiçinin 12il 6 ay mülkü stajla 30 yaşında hərbiyə bir maxe kimi xidmət etməyə başlayır.Onuda vurğulayım ki həmin hərbiçi mülkü dövr zamanı herbi xidmətde bir əsgər kimi qulluq edir və bundan savayı onun 12il 6 ay stajı olur.2024 -cü il yanvarın evvelində 45 don yaş həddi ilə əlaqədar 12il 6 ay mülküdə 16 il hərbidə staja malikdir.Artıq raportuda əmrə düşübsə,hərbi həkim komissiyasından keçibsə və ilin əvvəli həm yaş həddi və ən əsası stajı 30 il olunursa bu necə olur axı?Belə olan hərbiçi nə etməli?mülküdə olan stajı necə artırmalıdır axı.Birincisi herbiyə dacil olanda başqa qanunlar idi,həmdə dediyim hərbiçi bu stajı 16 yaşından toplayıb.Elə çıxırki mülküdə olan 15 il stajı toplamaq üçün 13 yaşından işləməlidir çünki hərbiyə en geci 30 yaşından yuxarı heç kəsi qebul etmirlər.Azerbaycan qanunlarda da 13 yaşlı uşaq məktəbə getməli təhsil almalıdır.Yox əgər haqsızlıq olunursa onda 20 il xidmət edənlərə 3 il güzəşt verilirsə belə qarışıq stajlı hərbiçilərədə şamil olunsun.Xahiş edirəm bizim balalarımızı fikirləşib onsuzda çətin şəraitdə yaşamımızı göz önünə gətirərək bu qanunlar ən azından bir neçə il geriyə çəkilsin.Axı doğrudanda hələ sülh müqaviləsi bağlanmayıb.

  • @HuseynHuseynov-j1f
    @HuseynHuseynov-j1f 10 месяцев назад +17

    Allah sizden razı olsun,çox dùzgùn buyurursuz,sadece olaraq herbiçileri mecburi xidmet etmeye mecbur etmekdir,heç kim 20 ilden artıq xidmet etmek istemirler,eger qebul edilsede bu gùnden sonra xidmete başlayanlara şamil edilmelidi,onda melum olacaq herbi xidmete maraq var ya yox. Kim isteyirse qalıb 25 il xidmet ede biler

    • @altayaskerov1454
      @altayaskerov1454 10 месяцев назад +4

      Var ,30 il xidmet etmek isteyen de var...yeri rahat olani qovursan da getmir...

  • @rafailabdullayev1095
    @rafailabdullayev1095 10 месяцев назад +8

    Abırınız olsun, indiki qiymətlərlə 280 manatla yaşamaq olmaz. Deputatların maaşı 300 manat olsun

  • @sabirNecefov-gr7tp
    @sabirNecefov-gr7tp 10 месяцев назад +6

    Bu Millətin taleyi Allaha qalıb.Koorupsionerlə lənət. Qanun işləmirsə o qanun kimə lazımdır?? Kar qulağınıza lənət.

  • @SevdaZulfuqarova-tn1kh
    @SevdaZulfuqarova-tn1kh 10 месяцев назад +2

    Çox doğru.çox xahiş edirik,məsələyə həssas yanaşılsın.

  • @SevdaZulfuqarova-tn1kh
    @SevdaZulfuqarova-tn1kh 10 месяцев назад +2

    Çox doğru.Çox xahiş edirik məsələyə həssas yanaşırsınız!

  • @ShM-c3s
    @ShM-c3s 10 месяцев назад +13

    Ay saxta vəkillər, niyə baş nazirə hec bir sual vermədiz bahalaşma, gaz limiti və başqa problemlər hagında, cünki yaltaqsız!!!!

  • @aamen5147
    @aamen5147 10 месяцев назад +3

    Çox yalnış qərardı xidmət ilini artırmaq

  • @nihatabdullayev6618
    @nihatabdullayev6618 10 месяцев назад +17

    ALLAH sizə can sağlığı versin. Sağolun ki, hərbiçiləri müdafiə edirsiz.

  • @XyalQasmova
    @XyalQasmova 10 месяцев назад +4

    Bu sadəcə bir fikir idi səsləndirdilər amma bu fikri yaxşı olar ki müharibədə iştirak etmiş hərbiçilərə şamil etməyəsiz inanın ki onların sağ qalanıda başları xarab , canları xəstədir . Onlar gözlərini yumub sevdiklərini arxada qoyub bizlər üçün canlarından keçəndə onları alqışlayırdıq indi onların maaşlarını hesablayırıq, onların hər biri evlə təmin edilməlidir əgər belə olarsa ədalətli qərar qəbul etmis olarsız.

  • @ildrmagayev-up2ot
    @ildrmagayev-up2ot 10 месяцев назад +1

    Hərbiçilərin haqqı sənə halal olsun.

  • @RonalJaja
    @RonalJaja 10 месяцев назад +6

    Vallah 20 faiz artim deyirler onu xalq ele fikirlesirki boyuk bir pul kimi. Amma 20 faizi hesabliyanda vezife maasi ile elede boyuk artim olmur . Adi bir magazaya girirsen 1000 manatla 1 sebeti doldirmaq olmir her sey odu qiymetinedi

  • @elxanmammadov3034
    @elxanmammadov3034 9 месяцев назад

    Halal olsun

  • @RovSH-z6n
    @RovSH-z6n 10 месяцев назад +7

    Beli, eger son xidmet muddeti artirilacaq olunsa, bu eslinde bize daxilden novbeti zerbe olacaqdir. Daha artiq xidmeti, mueyyen kateqoriya uchun oz sechimlerine gore qebul edilmesi, belke de qebul oluna biler. Lakin xidmet muddetinin artirilmasi, yalniz Pensiya odenishi uchun vesaite telebata qenaet ede biler, hansi ki, buna siqorta vesaitinin yiqilmasi ve xercinde durust yanashilmani temin etmekle daha doqru nail olmaq olar!

  • @noname-co2cu
    @noname-co2cu 10 месяцев назад +4

    Ehtiyyata buraxılmaq üçün müraciət edənlərin qarşısın alarsız

  • @muradrzayev525
    @muradrzayev525 10 месяцев назад +5

    Kaş.dövlətimiz.dogulan.uşaqlara.uşaq.pulu.veriləydi.

  • @zohrabmustafayev9773
    @zohrabmustafayev9773 10 месяцев назад +3

    Tam dogru dediz!!Twggrr!!

  • @elnuraliyev1210
    @elnuraliyev1210 10 месяцев назад +2

    Maaṣlar umumiyyetle cox azdi her bir sahede

  • @vatanhajiyev2179
    @vatanhajiyev2179 10 месяцев назад +9

    Ümumiyyətlə rotasiya Maxe, gizirə heç sərf etməyəcək. Rayon yeri olsa da, evlərinin yanında işləyirdi əksəriyyəti. 600 azn Alan Maxe, gizir, şəhərdə necə dolanacaq? Evi yoxdursa

    • @ElmarNagiyev-bt3xw
      @ElmarNagiyev-bt3xw 10 месяцев назад +1

      Sərf edecey rotasiya olsun razıyam bir yerde xidmət edən bezir her şeyden

  • @mehdihrvaxdnxeyirnecsnmehd2046
    @mehdihrvaxdnxeyirnecsnmehd2046 10 месяцев назад +9

    Hərbiciləri..Niyə Əmək Pesiyası Elədiz...

  • @Muza-y9y
    @Muza-y9y 10 месяцев назад +3

    Rəhmətlik elçibəy vətəndaş müharibəsi olacaqdı dedi, qaçdı getdi, qüdrətlər, fazillər və o birilər kefindədir😡😡😡

  • @AppleIphne-dc1ho
    @AppleIphne-dc1ho 10 месяцев назад +5

    25 il lazım deyil

  • @rauldj6513
    @rauldj6513 10 месяцев назад +5

    Ağılı adam Azərbaycan ordusunda xidmet etməz hele qaldı ki qalıb MAXE GİZİR işləsin

  • @AppleIphne-dc1ho
    @AppleIphne-dc1ho 10 месяцев назад +2

    Bizim deputatların danışdığı boş-boş şeylərdir.

  • @ddefender6228
    @ddefender6228 10 месяцев назад +3

    Zakir ölübdü,Kərəmlə? Niyə sözlərini demirlər?

  • @cavad235
    @cavad235 9 месяцев назад

    Allah köməyiniz olsun

  • @ramilnebiyev133
    @ramilnebiyev133 10 месяцев назад +4

    25 ile 65 faiz pensiya verecekler hec 100 faizde olmuyacaq

  • @AppleIphne-dc1ho
    @AppleIphne-dc1ho 10 месяцев назад +5

    20 il bəs idi.

  • @vlihuseynov7421
    @vlihuseynov7421 10 месяцев назад +2

    Çox səhv qərardı vAllah çox adam uje təxris olur sabah müharibə olsa o qərarı qəbul edənlər gedib döyüşər

  • @vuqaratas5579
    @vuqaratas5579 10 месяцев назад +1

    Hərbiçiləri peşman edirlər torpağları aldığlarna görə.. Hansı məntiqə sığır bu qərar başa düşmək olmur

  • @vaqiflirzayevvv7857
    @vaqiflirzayevvv7857 10 месяцев назад +1

    Türkiyə ordusuna 1 % nə çatın sonra orayla müqaisə etməyə çalışarsız. Türk ordusunda 50 il xidmət etmək olar. Təminat 0% tələbat 100 % di bizik orduda.

  • @bababsdi8355
    @bababsdi8355 10 месяцев назад +3

    Buqədər deputatdan ancaq bir iki deputat danışır nə bədbəxtcilik

  • @elnurhaxverdiyev2989
    @elnurhaxverdiyev2989 10 месяцев назад +2

    Deyən yoxdur ki hərbçinin maişı azdı onu qaldıraq deyillər xidməti 25 ilə qaldıraq, daha işğal altında olan torpaqlar azad olunub hərbiçinin dəyəridə düşdü bunların gözündə

  • @qismethuseynov4197
    @qismethuseynov4197 10 месяцев назад +2

    Hərbiçilər tək özlərindən ibarət deyil oların da ailələri var , valideyinləri var ay lazımdızlar !!!

  • @2036-t6q
    @2036-t6q 10 месяцев назад +4

    Ağli olan poxatan işleyer herbiçi işlemez.

    • @asservis6355
      @asservis6355 10 месяцев назад +2

      bes bizim Dovletimizi xalqimizi kim qorumalidi sen bu sozuynen ne demek istirsen bir yazdigva fikir ver gor ne yazmisan.Herbici dunyanin hwr bir yerinde elit bir tebeqedi bizde eleyubler hecne .Bir soznen bele yazilar yazma ayibdi

  • @elminxelilov8737
    @elminxelilov8737 10 месяцев назад +1

    25 il Can qoy sora 3 ildə gözlə ki 50.60 minlik bir mənzil veriləcək 28.30 ilə 1 ev üçün can qoymaqa dəyməz

  • @mehdihrvaxdnxeyirnecsnmehd2046
    @mehdihrvaxdnxeyirnecsnmehd2046 10 месяцев назад +7

    Mayış Aşaxdı Hərbidə....

  • @rufetvei9463
    @rufetvei9463 10 месяцев назад +2

    Peşəkar ordu olmalıdır, xıdmət alternatıv xıdmət olmalidir. Türkıyədə oldugu kimi. Kım istəmır 1 ay xıdmət edıb dövlətə ödənış edır, istəyənlər gedir peşəkar orduya.

  • @SNJ142
    @SNJ142 10 месяцев назад +1

    Bütün deputatlar narazıdırsa bu qərardan onda bu qərarı kim qəbul edir

  • @softsweet3841
    @softsweet3841 10 месяцев назад +14

    Хегиги депутат сечилмийенлерин Аллах гапысыны гаралтсын. Халг зулм чекир сиз кеф едирсиз

  • @TenhaOglan-j3y
    @TenhaOglan-j3y 10 месяцев назад +2

    Çox pis qərardır

  • @ElmarNagiyev-bt3xw
    @ElmarNagiyev-bt3xw 10 месяцев назад +3

    Qaunla bazar günü iş varmı?? Hele 6ci gunu demirem sadece bazar gununu deirem varmı??? Heftede 41 saat gunde 8 saatliq bu heftede 5 gunluk is demeydi hec 6 ci gun bazar gunu Aniden hansisa hərbi hisseye daxil olub demisizmi bular burda neyniyir qanunla mueyyen edilmis qaydada bugun is olmamalidi?

  • @-saatlitv-
    @-saatlitv- 10 месяцев назад +2

    Fazil müəllim olara baxanda biraz haqqı deyir.

  • @SarxanYusif
    @SarxanYusif 10 месяцев назад +8

    Hərbi xidmətə getmək üçün yaş həddini 25 qoymaq lazımdır. 18-yaş indiki gənclər üçün cox cox azdır

  • @vilayethebibov7912
    @vilayethebibov7912 10 месяцев назад +5

    Hərbi çevriliş olmasa yaxşıdır

    • @Elvinshixaliyev1995
      @Elvinshixaliyev1995 10 месяцев назад +2

      Kütləvi Ordudan ehtiyat və istefaya çıxmaq elə çevriliş kimi bir şeydir də.

  • @mahirmamedxasanov47
    @mahirmamedxasanov47 10 месяцев назад +4

    харбийа иша кирмайа 5000. 8000 арасы рушват вермалсан рушватсиз иш йохду хайиш олнур онан даншасыз

  • @ТофигГюльмирзоев-ь3у
    @ТофигГюльмирзоев-ь3у 10 месяцев назад +6

    Биз габага кедирик я дла 20 илден 15 иле салмаг лазымдыр хербичилер касыблардыр.

  • @elsenabdullayev6352
    @elsenabdullayev6352 10 месяцев назад +2

    Əksinə 15 il olmalıdır hammısı qalsın və axarı gelsin

  • @IfjdbFjgc
    @IfjdbFjgc 10 месяцев назад +3

    SALAM HERBICILER VE TRAVMALI VETRANLARMZ VAR KANTUZSLI ONLARI KAW KI EV OCERETINE YAZLA NE OLAR XAYIW EDIRIK 🤲😭🕋

  • @xeyyamalper2997
    @xeyyamalper2997 10 месяцев назад +2

    Ay da onsuzda indidə 20 il xidmət edən 50 faiz qalan il üçündə 3 faiz olmaqla pensiya haqqı qazanırda...bunların qanundan xəbəri yoxdur...indi onun bunun ağzından eşidib ki 25 il 65 faiz pensiyadır

  • @Can_Azerbaycan.
    @Can_Azerbaycan. 10 месяцев назад +2

    Elinizde olan herbiçileri de itireceksiz bu gedişle.

  • @Tural-od1rh
    @Tural-od1rh 10 месяцев назад +1

    Sağolun Qüdrət müəllim.

  • @mehdihrvaxdnxeyirnecsnmehd2046
    @mehdihrvaxdnxeyirnecsnmehd2046 День назад

    Məzil Təminatı Sərhədcilərə Niyə Ayid Deyil...

  • @RİZVANAGAYEV-p1v
    @RİZVANAGAYEV-p1v 10 месяцев назад +2

    AY FEZİL BƏS KİM ALDI QARABAGI ƏLBƏTDƏ YETİM YESİRİN ÖVLADLARI ŞƏHİD OLDULAR QAZİ OLDULAR.VƏZİFƏLİ İNSANLARI DEYİLƏNƏ GÖRƏ OGLU OLMUR.

  • @PoladMusa
    @PoladMusa 10 месяцев назад +2

    Həmişəki kimi min1 gecə nağılları.ancaq dilin tərpənməsi

  • @rasadfarz6403
    @rasadfarz6403 10 месяцев назад +1

    Hərbi xidməti ilini artırana kimi hərbi qulluqçuların xidmət ilinə görə imtiyazlar verin. Maaşını artırın , güzəştlər tətbiq edin ki hərbi qulluqçulara xidmətə maraq yaransın nifrət yox. Əlahiddə ümumqoşun ordusunda rotasiya yoxdur 8 il 10 il xidmət edən zabitlər var. Təqaüdə çıxan zabitlərlə maraqlanın niye tez çıxırlar səbəblər nədir

  • @MəhəbbətAbbasova-w6z
    @MəhəbbətAbbasova-w6z 10 месяцев назад +2

    Bu deputstlari serhede apsrib 10 gun krda saxlamaq lazimdir

  • @Anonymprofiles
    @Anonymprofiles 10 месяцев назад +5

    Sizdə gedib fransadan mulk alirsiz.....

  • @АзизовВугар
    @АзизовВугар 10 месяцев назад +4

    Niye deputatlar etiyata cixmirlar hammisida kaftarrawib hec sizun qohumunuz ordida xidmet eleyib eleseydi yaxwi qerarar cixardarduz coxuz ozuze serf eliyeni fikirlewirsuz werefsizder millet olir acinnan onida deyunde

  • @Sadebir
    @Sadebir 10 месяцев назад

    Aprel döyüşü bitdi.
    Xain damğası ilə ordunu alçatldılar.
    44 günlük müharibə bitdi.
    Maaşları endirdilər.
    Antiteror əməliyyatları bitdi.
    Müddəti artırdılar.

  • @nicatismayilov1797
    @nicatismayilov1797 10 месяцев назад +2

    Allah balanı saxlasın

  • @mehdihrvaxdnxeyirnecsnmehd2046
    @mehdihrvaxdnxeyirnecsnmehd2046 11 дней назад

    Bildiyimizə Körə..Sərhədcilərə..Məzil Təminatı yoxdu..Bunlar Hərbici Sayılmır...

  • @XeyyamAbdiyev
    @XeyyamAbdiyev 10 месяцев назад +1

    Qanunun qüvvəyə mindiyi andan etibarən qüvvədə olması daha düzgündür. Məsələyə obyektiv baxsaq 17 il xidmət edən şəxs 20 ilin tamamında təqaüd əldə edə biləcək, amma 16 il 11 ay xidmət edən şəxs isə yox. Bu necədə absurd fikirdir. Məsələ 25 il olması ilə yanaşı ev almaq hüququnun uzadılması, sağlamlığın pislğşməsi, köhnə kadr heyətinin daha çox tutfuğu vəzifədə qalması ilə bərabər yeni kadrların vəzifəyə gedə bilməməsi.Biz burda necə yaxşılaşma prinsipindən danışa bilərik.

  • @softsweet3841
    @softsweet3841 10 месяцев назад +5

    Скоро нефес алмаг рушветле олачаг

  • @volkvolk815
    @volkvolk815 10 месяцев назад +1

    25.il.coxdr

  • @mehdihrvaxdnxeyirnecsnmehd2046
    @mehdihrvaxdnxeyirnecsnmehd2046 День назад

    25 İl Xidmət Sərhədciyə Niyə Dövlət Ev Vermir...

  • @habilbaxsov-nd7vn
    @habilbaxsov-nd7vn 10 месяцев назад +4

    Veteranların dası hələ göydədi

  • @svetlanameherramova608
    @svetlanameherramova608 9 месяцев назад

    Hərbidə calişan qadinlara və on cəbhədə calişanlara fərq qoyulmalidi. Hərbicilərin butun imtiyazlari fərqli olmalidi.