Didivan qülləsi

Поделиться
HTML-код
  • Опубликовано: 5 окт 2024
  • for English, please scroll down.
    Salam əziz dostlar! 8 mart 2024-cü il tarixindən sizi Qazax rayon Xanlıqlar (köhnə adı Müsaköy) kəndi ərazisindən salamlayıram!
    Bu kəndin ərazisində, yanından dəfələrlə keçdiyim ancaq ziyarət etmədiyim abidə vardır. Bu, Ağstafaçay su anbarı sahilində yerləşən Didivan qülləsidir. Adının mənasının farscadan "gözətçi yeri" sözlərindən əmələ gəldiyi güman edilir. Bəzi tədqiqatçılar Dədə van, yəni dədə, ata evi mənasına gələn izahın tərəfini tuturlar. Təxminlə 8 metr hündürlükdə, 6 metr diametrində bir qüllədir. Çay daşı və gəcdən tikilmişdir. Dörd mərtəbəlidir və girişi ikinci mərtəbədən olub. Birinci mərtəbə xaric, hər mərtəbədə mağzallar (müşahidə, döyüş nöqtəsi) vardır. Bina, çöl və iç tərəfdən gəclə suvanıb. Tikilmə üslubu, qüllənin ilkin orta əsrlərə aid olduğunu deməyə əsas verir.
    Tikili ətrafında digər istehkam tipli qurğuların izi vardır. Belə çıxırki, bu kompleks olub və eyni üslubla tikilmiş qalanın içində olmuşdur. Ola bilsin ətrafında olan istehkam divarları, istinad rolunu oynayaraq qüllənin ağırlığından səbəblənəcək torpaq sürüşməsinin qarşısını almaq üçün qurulub.
    Ərazidə bu tip və bundan da böyük qalalar mövcuddur. Əksəri, elə bununla olduğu kimi Koroğlu qalası və ya qalaçası da adlanır. Əlbət, bu ərazidə yayılmış üsyanlardan qaynaqlanaraq xalqın yaddaşında belə qalmışdır.
    Didivan, şimal - cənub karvan yolunun üzərində yerləşir və ərazinin digər müdafiə tikililəri kimi əsas məqsədlərindən biri də, bu yolu qorumaq olub.
    Qüllə, yüksəklikdə olduğuna görə, qaya üstü oymaya rast gəldim. Yeri gəlmişkən, yüksəkliyin adı da, qalanın adı ilə adlandırılmışdır.
    Bundan başqa, qüllə yaxınlığında trianqulyasiya nöqtəsi, mərkəzində isə coğrafi təyinedici quraşdırılmışdır.
    Qalanın interyerini isə videonun ikinici hissəsində təqdim edəcəm.
    Hələlik bu qədər.
    Didivan Tower
    Hello dear friends! I greet you from the vicinity of the village of Khanliglar (formerly Musakoy) in the Gazakh region, dated March 8, 2024!
    Vicinity of this village, there is a monument I have passed by many times but haven't visited. It's the Didivan Tower located on the shore of the Aghstafachay reservoir. It is believed that its name, derived from Persian words meaning "watcher's place," suggests its purpose. Some researchers argue for an explanation meaning "ancestor's house" from the term "Dədə van." Approximately 8 meters tall with a diameter of 6 meters, it is made of river stones and alabaster. The tower has four floors, with an entrance on the second floor. Apart from the ground floor, each floor has embrasures. Its construction style suggests a dating back to the early Middle Ages.
    Traces of other fortification structures surround the tower. It appears to have been part of a complex and was built in the same style. But in my opinion, the surrounding walls were constructed to support and prevent soil displacement due to the tower's weight.
    There are similar and larger fortresses in the area. Often, they are referred to as Koroghlu Fortress or Castle, deriving from the rebellions spread in this region during mid-ages.
    Didivan is located on the north-south caravan route, and like other defense structures in the area, one of its main purposes was to protect this road.
    Due to the elevation around the tower, I encountered cupmarks next to the tower. Interestingly, the elevation's name is also named after the tower.
    Additionally, there's a triangulation point near the tower, with a geographic marker installed at its center.
    I'll present the interior of the tower in the second part of the video.
    That's all for now.

Комментарии • 6