Это видео недоступно.
Сожалеем об этом.

Sabir Mirzəyevlə müsahibə Günaz.tv

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2011
  • Sabir Mirzəyev 1943-cu il noyabr ayının 14-də Cəlilabad rayonunun Bayxanlı kəndində cənub zonasında tanınmış xanəndə Nüsrət kişinin ailəsində dünyaya göz açmışdır.Orta təhsilini Cəlilabadın Nizami Gəncəvi adına 1 saylı orta məktəbində almışdır.Uşaq yaşlarından atasının yanında el şənliklərinə gedən Sabirdə muğama sevgi ele o vaxtlardan başlamışdır. Səsinə görə məktəbdə hamının sevimlisinə çevrilmişdi.Əslən Cənubi Azərbaycanın Qaradağ vilayətinin Kəleybər şəhərindən olan Sabir Mirzəyev həmin vaxtlar atasının yanında ilk əvvəl qaval ifaçısı kimi fəaliyyət göstərmişdir.1957-ci ildə "Çiçəklənən Azərbaycan" adlı respublika musiqi festivalında birinci yeri tutur,sonralar ifası ilə hamını mat qoyan S.Mirzəyev 15 yaşında atasının da məsləhəti ilə Bakıya dövrün məhşur pedaqoqu və xanəndəsi Seyid Şuşinskinin yanına gəlir,yaşının keçid dövrü olması ilə əlaqədar S.Şuşunskinin məsləhəti ilə bir müddət gözləməli olur.Nəhayət 17 yaşında S.Şuşinskinin sinfinə daxil olur,bu böyük xanəndədən muğamın incəliklərini və sirrlərini öyrənir,A.Zeynallı adına musiqi məktəbinin məzunu olur. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamışdır və 40 il ərzində Dövlət Filarmoniyasında(1961-ci ildən), "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şərkətində öz sənəti ilə xalqa xidmət etmişdir.1964-cü ildə isə ailə həyatı qurmuş və bu nigahdan üç oğlu,bir qızı dünyaya gəlmişdir. Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan S.Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşiqəm" xalq mahnıları, "Cahargah" və "Rast" muğamları qızıl fondunda saxlanılır.Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S.Mirzəyevin layiqli yeri vardı.Ustad sənətkar Sabir Mirzəyevin ifası xalqın ürəyini fəth ədərək zirvələrə çatmışdır.Xanəndə Sara Qədimova Sabir Mirzəyev haqqında demişdir,mən hələ bu qədər insanları öz ifası ilə ağladan 2-ci bir xanəndə tanımıram,baxmayaraq ki, ən məhşur xanəndələrlə konsertlər vermişəm,xalq artisti Əlibaba Məmmədov isə onun haqqında belə demişdir:sözü " Xanın, Seyidin təkrarını gördük, amma Sabirin təkrarını görmədik.Bəlkə də onun şahanə ifasının sirri səsinin ən zil nöqtələrə belə çatmağında,zəngulələrinin isə arasikəsilmədən axıcı olaraq möhtəşəmliyindədir.Sabir Mirzəyev həm də Cahargah muğamına oxuduğu əvəzedilməz Mənsuriyyə və Muxaliflə öz möhürünü əbədi olaraq vurmuşdur.Ustad sənətkarın qardaşı Habil də xanəndə kimi fəaliyyət göstərir.Sabir Mirzəyev həmçinin Arazın o tayinda da çox sevilir.
    2007 ci ildən Azərbaycan Respublikasının Əməkdar artisti olan ustad xanəndə həm də Prezident təqaüdçüsü idi.
    Azərbaycanın görkəmli xanəndəsi, Cahargah muğamının ən görkəmli ifaçısı kimi musiqi tarixinə düşmüş Sabir Mirzəyev ağır ürək-damar xəstəliyindən əziyyət çəkdiyindən Təbriz şəhərindəki xəstəxanalardan birində müalicə alarkən 23 iyul 2011-ci ildə 69 yaşında ürək çatışmazlığından(ürəktrombu) dünyasını dəyişib.Cənazəsi Bakıya gətirilərək 26 iyul tarixində evində keçirilən vida mərasimindən sonra Qurd qapısı adlanan yerdə torpağa tapşırılıb.

Комментарии • 4

  • @yaqutcebrayll1735
    @yaqutcebrayll1735 4 года назад +1

    Menim gözel Zakir müellimim. Allah size rehmet etsin. Mekanın cennet olsun. Amin😔😪🙏

  • @sexavetabdullayev8873
    @sexavetabdullayev8873 5 лет назад +1

    Zakir emi Allah sene rehmet elesin yerin her zaman bilinir biz seni hec zaman unutmadi

  • @oktayaliyev
    @oktayaliyev 3 года назад +1

    Video yarımçıqdır. Tam şəkli bu linkdədir:
    ruclips.net/video/5tfRUtgeHdY/видео.html

  • @miralemkasumov
    @miralemkasumov 13 лет назад +1

    elekberov1, mümkünsə bu videonun davamını bura yerləşdirin.