Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Ordunun hissələrinə getdi

Поделиться
HTML-код
  • Опубликовано: 13 сен 2024
  • Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Ordunun hissələrinə getdi
    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava və Hava Hücumundan Müdafiə birləşmə və hissələrində olub.
    Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev səlahiyyətli nümayəndəyə silahlanmada olan və silahlanmaya yeni daxil olunmuş silah və texnikanı təqdim edərək onların taktiki-texniki xüsusiyyətləri haqqında qısa məlumat verib.
    Fuad Nəcəfli hərbi hissənin şəxsi heyətinin döyüş qabiliyyətinin yüksəldilməsində, praktiki vərdişlərinin təkmilləşdirilməsində, silah və texnikanın bacarıqla idarə olunmasının öyrədilməsində istifadə olunan təlim maddi baza ilə tanış olub, birləşmə və hissələrin idarəetmə məntəqələrinin işini təmin edən rabitə avadanlıqları və texniki vasitələrə baxış keçirib.
    Səlahiyyətli nümayəndəyə Hərbi Hava Qüvvələrinin təyyarə, vertolyot və pilotsuz uçuş aparatları haqqında, eləcə də onların qorunub saxlanılması və istismarı barədə ətraflı məlumat verilib.
    Daha sonra səlahiyyətli nümayəndə Fuad Nəcəfli hərbi hissənin texniki-istismar hissəsində olaraq texnikaya göstərilən qulluqla maraqlanıb, texniki və xidməti otaqların təyinatı ilə tanış olub.
    Şəxsi heyətin qidalanma şəraiti və hərbi hissənin qərargahında yaradılmış şəraitlə tanış olan səlahiyyətli nümayəndə hərbi hissənin kollektivinə xidmətlərində uğurlar arzulayıb.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Ordunun hissələrinə getdi
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #fuadnəcəfli #əüo #hərbihava #müdafiənaziri #kərəmmustafayev #təyyarə #vertolyot #bakutvxeber #bakutvxəbərlər #bakutvxəbər #bakutvxeberler #bakutvsonxeberler

Комментарии • 4

  • @Masterklassss
    @Masterklassss 4 месяца назад +4

    Naxçıvanda qar yaganda esgerler yeri supurur yagiw yagandada yeri supururler esgerlerin ustlerine de ya maxe ya gizir ya zabit qoyurlar nezaretci ama arada temir gedende birde gorursen generali da nezaretci qoyublar adam dehwete gelir😂😂😂😂😂

  • @Vaqif_Seyfullayev
    @Vaqif_Seyfullayev 6 месяцев назад +1

    👍👍

  • @muqllidagah9336
    @muqllidagah9336 Месяц назад

    Guya bu Fuad Nəcəfli nəsə başa düşdü orda gördüklərindən .

  • @Vaqif_Seyfullayev
    @Vaqif_Seyfullayev 6 месяцев назад +1

    👍👍