Tramp müsəlman ölkərindən ABŞ-a səyahət qadağasını bərpa edəcəyini deyir

Поделиться
HTML-код
  • Опубликовано: 19 сен 2024
  • Donald Tramp seçiləcəyi təqdirdə, yeni administrasiyasının ilk günündə müsəlmanların əksəriyyət təşkil etdiyi bəzi ölkələrdən ABŞ-a səyahət qadağasını bərpa edəcəyini deyib. Səyahət qadağası onun ilk prezidentliyinin mübahisəli hissəsi olub və bu qadağa prezident Co Bayden tərəfindən ləğv edilib.
    #scae24
    ***
    BİZİ İZLƏYİN:
    www.amerikanin...
    RUclips kanalımıza abunə olun:
    / amerikaninsesi
    Sosial media səhifələrimiz:
    Instagram: / amerikaninsesi
    Facebook: / voa.azerbaijani
    Twitter: / amerikaninsesi
    Telegram: t.me/voaazerba...
    Amerikanın Səsi ABŞ-ın ən böyük beynəlxalq multimedia xəbər təşkilatıdır. Bu təşkilat 40-dan çox dildə azad mətbuata çıxışın olmadığı yaxud məhdud olduğu məkanlarda yaşayan insanlara informasiya çatdırır. Amerikanın Səsi tam şəkildə ABŞ vergiverənləri tərəfindən maliyyələşdirilən Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin tərkib hissəsidir.
    Amerikanın Səsinin missiyasına və redaksiya müstəqilliyinə qanunlar təminat verir. Həmin qanunlar Amerikanın Səsinin jurnalistlərini kənar təsirdən, təzyiqdən, hökumət rəsmiləri və siyasi xadimlərin əks-tədbir xarakterli əməllərindən qoruyur.
    1976-cı ildə Prezident Cerald R. Ford Amerikanın Səsinin xartiyasını qanuna imzalayıb. Həmin sənəddə deyilir:
    1. Amerikanın Səsi davamlı olaraq etibarlı və yüksək keyfiyyətli xəbər mənbəyi qismində xidmət göstərəcək. Amerikanın Səsinin xəbərləri dəqiq, obyektiv və ətraflı olacaq.
    2. Amerikanın Səsi Amerika cəmiyyətinin hansısa seqmentini yox, bütövlükdə Amerikanı təmsil edəcək. Bu xüsusda o, Amerika təfəkkürünün və təsisatlarının balanslı və hərtərəfli mənzərəsini təqdim edəcək.
    3. Amerikanın Səsi Birləşmiş Ştatların siyasətini aydın və effektiv şəkildə təmsil edəcək, və həmçinin bu siyasətlərlə bağlı məsuliyyətli diskussiyalar və rəylər təqdim edəcək.
    1994-cü ildə ABŞ Konqresi ABŞ Beynəlxalq Yayım Aktını qəbul edib. Bu qanun da Amerikanən Səsinin jurnalistlərindən işlərinin yüksək keyfiyyətli, dəqiq, obyektiv, ətraflı, balanslı olmasını və ABŞ mədəniyyətini və sosial müxtəlifliyini əks etdirməsini tələb edir.
    2016-cı ildə Konqres Milli Müdafiə Səlahiyyətləri Aktında yenidən təsdiq edib ki, xəbər toplanışı və reportajların hazırlanması müstəqil və obyektiv qaydada aparılmalıdır. Hər gün Amerikanın Səsinin jurnalistləri azad mətbuat prinsiplərini dünyaya sərgiləmək naminə çalışırlar.
    ***

Комментарии • 3

  • @Yakpbs9999
    @Yakpbs9999 4 месяца назад

    Ele bele yaxşıdı lazım deyil

  • @mmsmms664
    @mmsmms664 4 месяца назад

    ABŞ dəlilər əlində qalıb.
    Dünyada ABŞ əlində!
    Tanrı bizi qorusun