İngilis dilində tibb - üstünlük, yoxsa əziyyət?

Поделиться
HTML-код
  • Опубликовано: 25 июл 2024
  • Qəbul imtahanları və ixtisas seçimləri ərəfəsində qərarsız qalan abituriyentlərimizə dəstək məqsədilə çəkdiyimiz bu videoda təcrübələrimizə əsaslanaraq ingilis bölməsinin strukturu,üstünlükləri,çatışmazlıqları haqqında məlumat verməyə çalışdıq.
    Ümid edirik bu yolda təhsil həyatınız,gələcək planlarınız və kariyeranız barədə özünüzə ən uyğun qərarı verməkdə az da olsa kömək ola bilərik.
    Əgər hələ də suallarınız və ya qaranlıq qalan məqamlar varsa şərhlərdə qeyd edə,eləcə də instagram səhifəmizdən yönləndirə bilərsiniz.
    Hər birinizə uğurlar!
    00:00 Ümumi məlumat
    01:49 Başlıca üstünlüklər
    09:09 Mənfi cəhətlər
    11:19 Digər bir müsbət tərəf
    11:55 Sizi hansı çətinliklər gözləyir?
    14:09 İmtahanlar
    15:04 Foundation proqramı mövcuddur mu?
    16:14 Prezident təqaüdünü saxlamaq
    17:08 Rus bölməsini bitirənlər üçün
    17:39 Biz yenidən başlasaydıq
    #tehsil, #qebul, #english, #atu

Комментарии • 69

  • @sadtseyidli6938
    @sadtseyidli6938 26 дней назад +7

    Sizə üzümdə təbəssümlə qulaq asıram. Yolunuz açıq olsun.❤ Çox dəyərli məsləhətlər, psixoloji yardım. Məncə bir çox abituriyent sizin videonuzdan yararlanmalıdır

  • @SfurMmmdova
    @SfurMmmdova 25 дней назад +4

    Bu qədər çətinliklərə rəğmən məqsədyönlü iradənizə maşallah.Yolunuz hər daim açıq olsun ❤

  • @llilly2007
    @llilly2007 16 дней назад +1

    Tam bu mövzu haqqında video axtarırdım,çox faydalı video oldu❤

  • @s.r142
    @s.r142 26 дней назад +3

    👍

  • @9_minuterelaxingasmr272
    @9_minuterelaxingasmr272 26 дней назад +2

    👍👍👍

  • @xmemmedova651
    @xmemmedova651 26 дней назад +1

    👏🏻👏🏻👏🏻

  • @user-wg6tf3sh7f
    @user-wg6tf3sh7f 26 дней назад +2

    Girls, you ‘ve great energy. It’s so refreshing to listen to you. ❤️Keep waiting for the next video.

  • @user-zp6qw7uz9s
    @user-zp6qw7uz9s 26 дней назад +1

    Uğurlarınìz davamlì olsun gózəl balalar sizi cox sevdim.

  • @FaridaMammadova-rv4wr
    @FaridaMammadova-rv4wr 25 дней назад +1

    Uğurlarınız bol olsun gözəl qızlar.👏👏👏👏

  • @user-kf4gi1qy9x
    @user-kf4gi1qy9x 25 дней назад

    Çox gözəl videodur və çox yaxşı məsləhətlər vermisiniz😊👏Belə davam edin❤

  • @gulnazsuleymanova7021
    @gulnazsuleymanova7021 26 дней назад +1

    Sağ olun,qızlar!Əminəm ki,bu video bir çox abituriyentlərə işıq olacaq.Necə ki , İlahə seçim edərkən bu məlumatlara çox ehtiyacımız vardı.Bəlkə də ,ona görə ilk başda çox əziyyət çəkdik.Peşmanlıq duyğusu ,hətta 2-ci semestrdə Azərbaycan bölməsinə yerdəyişmə üçün müraciətə hazırlaşırdıq....Çox şükür,hər şey geridə qaldı və sizi belə görmək biz valideynləri də xoşbəxt edir.
    Uğurlar,qızlarım!!❤

  • @visible1312
    @visible1312 25 дней назад

    Qizlar yolunuz aciq olsun.Cox isteyirem oglum da ingilis dilinde oxusun❤

  • @fsanMmmdova-xu6ir
    @fsanMmmdova-xu6ir 26 дней назад +1

    Əla video idi həmişəki kimi👍

  • @gulnaraliyeva8
    @gulnaraliyeva8 26 дней назад

    Bu bütün ixtisaslarda eynidir. Sən azərbaycan dilində olan imtahanlara artıq imtahan kimi baxmırsan.Uğurlar sizə gözəl xanımlar

  • @gojowwsatoru
    @gojowwsatoru 25 дней назад

    ❤mükəmməlsiniz

  • @fuadeliyev81
    @fuadeliyev81 25 дней назад +1

    Min kərə maşAllah

  • @BillureIslamova
    @BillureIslamova 26 дней назад +2

    Girls, I wish you good luck❤

  • @Soft_pears
    @Soft_pears 26 дней назад

    Əla layihə😍

  • @Safiye-h4d
    @Safiye-h4d 25 дней назад

    Çox gözəl alınıb♥️

  • @stilinski1864
    @stilinski1864 26 дней назад +1

    InsAllah Allahında izniyle bu il orda oxuyacam....💜 ilk cehdle duşmem imkansizdi amma 2 hefte sonra olan imtahanla inşAllah yeterince bal yigaram🙏

    • @justhejoy
      @justhejoy 25 дней назад

      İlk cəhd balınız nə qədərdir?

  • @Nermin76772
    @Nermin76772 10 дней назад +1

    Salam men gurcustan vetendasiyam
    Mene dedilerki men burda imtahansiz sadece tibbin inglisin sece bilerem pullu) sadece ozume biraz inamim yoxdur dil baximindan A2 B1 sevviyesindeyem sizce oxumaq olar zamanla alisa bilerem cox calisib?

  • @Papatya_flora
    @Papatya_flora 20 дней назад +1

    Salam olkemizde tehsil seviyyesi melumdur ve ingilis dili o qeder yuksek derecede mekteblerde usaqlara tedris edilmir sadece grammar daha ustun olur bunuda speaking e reading e o qeder faydasi olmur A2 seviyye ingilis dili sizce ne qeder uygundur tibb ucun? Uzmanliq alaninizi aciqlayacaginiz gunu sebirsizlikle gozleyirik

  • @javadnn
    @javadnn 25 дней назад +1

    Ağlımdakı tək sual: əksəriyyət ingilis dilini xaricdə işləmək üçün seçir. Bəs bu ölkənin aqibəti necə olsun?

  • @CompMobile-cp3jc
    @CompMobile-cp3jc 21 день назад +2

    İxtisas seçimleri yaxinlasmiken bele bir video çekmeyiniz cox melumatlandirici olub.

  • @ABCCBA2342
    @ABCCBA2342 26 дней назад +1

    Salam.Bu dəyərli məlumatları bizimlə paylaşdığınız üçün təşəkkür edirəm.Sizə bir sualım var.Tibb ingilis dilində təhsil ödənişlidir mi. Əgər ödənişlidirsə ödənişi nə qədərdir.Cavab versəniz çox sevinərdim :)

    • @TibbTalks121
      @TibbTalks121  26 дней назад +1

      Salam,ilk öncə təşəkkürlər
      Sualınıza gəlincə indiyədək təhsil alanlar ödənişsiz təhsil alırlar.Yəni sırf ingilis bölməsində oxumaq üçün əlavə bir ödəniş tələb olunmur
      Həm də ixtisasın balı yüksək olduğu üçün o balı toplayan birinin ödənişli seçməyinə ehtiyac qalmır

  • @CeyhunQemberov-qq5pv
    @CeyhunQemberov-qq5pv 22 дня назад +1

    Salam, videonuz əladır. Mənim bir sualım var , əgər bir şagird ingilis dilində tam danışa və başa düşə bilmirsə , o yenə də ingiliscə tibb oxuya bilər?

    • @TibbTalks121
      @TibbTalks121  21 день назад

      Salam,çox sağolun
      Universitetimizdəki təhsil orta məktəbi bitirən şagirdlərin ortalama ingilis dili səviyyələri nəzərə alınaraq qurulub.Yəni ingilis dilini mükəmməl bilməsənizdə bu barədə başlanğıcda problem yaşayacağınızı düşünmürük.Zamanla və praktika ilə bu bacarıqlarınızı da yüksək səviyyəyə çatdıra bilərsiniz.Bu da mürəkkəb cümlələri,terminləri-tibb dilini daha yaxşı anlamağınıza kömək olacaq.

  • @VusalAbbasova-ji1sk
    @VusalAbbasova-ji1sk 22 дня назад

    Salam 1ci 2 kursdan xaricdə təhsil almaq olur məsələn mən tibb unisini 2 kursa qədər oxusam artıq 2 kursda xaricə gedə bilərəmmi?

    • @TibbTalks121
      @TibbTalks121  21 день назад

      Salam,bəli xaricdə təhsil almaq hər zaman mümkündür,lakin siz təhsilinizə sıfırdan-yəni yenidən birinci kursdan başlamalısınız.

  • @nurcin.
    @nurcin. 22 дня назад

    Salam bu gözəl,məlumatlandırıcı video üçün təşəkkürlər❤.İngilis dilində tibb oxumaq üçün ingilis dili səviyyəmiz ən azı neçə olmalıdır?B1 səviyyəsində ingilis dili biliyi başlanğıc üçün kifayət olar mı?Siz 1-ci kursa başlarkən ingilis dilini hansı səvviyədə bilirdiniz?

    • @TibbTalks121
      @TibbTalks121  21 день назад

      Salam,videomuzu bəyənməyiniz bizi sevindirdi!
      Qəbul balı yüksək olduğu üçün avtomatik olaraq bu balı toplayan şagirdlərin əksəriyyətinin oxuyub anlama bacarıqları yetərli səviyyədə olur.Bu da başlanğıc səviyyəsi üçün uyğundur.
      B1 səviyəsinin də kifayət olacağını düşünürük.

  • @VusalAbbasova-ji1sk
    @VusalAbbasova-ji1sk 22 дня назад +1

    Salam mənim xəyalım tipdi lakin kollec tələbəsiyəm və potensialıma güvənirəm tibbə imtahan vermək üçün hazırlaşıram amma buna görə normal avutriyentlərlə müqayisədə 3 il vaxt itirmiş olacam sizcə buna dəyərmi

    • @yesthisisAida
      @yesthisisAida 22 дня назад

      Heç düşünme bele, hazırlaş gec deyil

    • @TibbTalks121
      @TibbTalks121  21 день назад

      Salam,öncəliklə uğurlar!
      Xəyallarınızın ardınca getmək üçün heç vaxt gec deyil.
      3 ilə vaxt itkisi yox,təcrübə olaraq baxın.Qrup yoldaşlarınız sizə heç də yad olmayan tələbəliyə adaptasiya olmağa çalışarkən siz asanlıqla dərslərə,mühitə,təhsilə fokuslana bilərsiniz.👍

    • @VusalAbbasova-ji1sk
      @VusalAbbasova-ji1sk 21 день назад

      @@TibbTalks121 çok təşəkkkür edirəm💓

  • @17iyun
    @17iyun 25 дней назад +1

    Salam bu il keçid balı neçə olar tibb üçün?

    • @TibbTalks121
      @TibbTalks121  23 дня назад

      Salam,ballar bildiyimiz kimi hər il abituriyentlərin səviyyəsindən asılı olaraq dəyişir.Eyni zamanda tibbdə bəzən gözlənilmədən geniş intervalda qalxıb-düşə bilir.Bunu qabaqcadan təxmin etmək bizim üçün çətindir,ancaq təhsil ekspertləri bir çox meyarı nəzərə alaraq proqnozlaşdırdıqları üçün daha dəqiq məlumat verə bilərlər.

    • @17iyun
      @17iyun 23 дня назад

      @@TibbTalks121 məndə 634 baldır sizcə yaxşıdır?

  • @Eminememma72
    @Eminememma72 23 дня назад +1

    Salam mən 8 sinifi bitirdim cərrah olmaq istiyirəm sizcə seçməyə əziyyətinə dəyər mi?

    • @TibbTalks121
      @TibbTalks121  23 дня назад +1

      Salam,öncəliklə sizə uğurlar!
      Biz hələ tələbə olduğumuz üçün bir peşə kimi cərrahlığın nə dərəcədə çətin,əziyyətli olduğunu,iş yükünün ağırlığını,mənəvi tərəflərini bilə bilmərik.Ancaq məsələ insan həyatı olduğu üçün hər bir tibb sahəsi kimi məsuliyyətli,yeri gələndə yorucu olduğunun,bol enerji,güc,mental dözümlülük tələb etdiyinin bizə yansıyan tərəfləri ilə şahidi oluruq.
      Bəs bütün bunlara dəyərmi?
      Aytacın da dediyi kimi,sizin həyatınızda edəcəyiniz heç bir şey sizi bir insanın həyatına toxunmaq,həyatını xilas etmək qədər xoşbəxt edə bilməz.🤗

    • @Eminememma72
      @Eminememma72 23 дня назад +1

      @@TibbTalks121 Necə mehribansınız,içdənsiniz. Sizdən çox xoşum gəldi🙃 Videolarınızı izləməyə dəvam edəcəm.Gələcəkdə yaxşı yerlərdə olmağınızı ümid edirəm,hansı sahəni seçərsəniz o sahədə uğur qazanmağınız ümidi ilə çox sağ olun☺️

  • @Mechanicus-op5wb
    @Mechanicus-op5wb 24 дня назад

    Mənə bir şey çatmır niyə azərbaycan dilində təhsil almaq yerinə ingilis dilində təhsil alırlar?

    • @s.r142
      @s.r142 24 дня назад +1

      Azərbaycan unilərində təhsil bərbad vəziyətdədi, onların dərslikləri ondan da betər, ing dili heç olmasa xarici mənblərdən istifadə şansı verir

  • @studyfroverty
    @studyfroverty 24 дня назад

    Salam, məndə 4 cü qrupam. Hədəfim: Azərbaycan tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olmaqdı.
    Mən 8 sinif şagirdiyəm. Sizcə indidən hazırlaşmağım doğrudur?
    Tövsiyyələriniz nədir yüksək bal üçün???

    • @TibbTalks121
      @TibbTalks121  24 дня назад +1

      Salam,sizə təhsilinizdə uğurlar!
      Hər bir şagirdin fərdi xüsusiyyətləri,dərslərə ayırdığı müddət,öyrənmə bacarığı,potensialı fərqli olduğu üçün universitet hazırlıqlarına başlama vaxtları da hər fərd üçün individualdır.
      Öz bilik və bacarıqlarınıza,potensialınıza əsasən sizə ən uyğun başlamaq vaxtını müəllimlərinizlə məsləhətləşərək qərar verə bilərsiniz.
      Ümumilikdə isə əksərən tibbə hazırlaşanlar ciddi şəkildə 9cu sinifdən başlayır.8ci sinifdə isə gündəlik dərslərinizə məsuliyyətlə yanaşmağın,zəif tərəflərinizi müəyyənləşdirərək inkişaf etdirməyin kifayət olacağını düşünürük.

    • @studyfroverty
      @studyfroverty 24 дня назад

      @@TibbTalks121 Salam, Çox Təşəkkür edirəm.Sualımı Cavablandırdığınız üçün. Sizə gələcək İş Həyatınızda uğurlar arzu edirəm🌟

  • @Jhjh937_
    @Jhjh937_ 26 дней назад +1

    Bu il İnsAllah 1.kursa baslayacam, düzü 2.cehdim var ola bilər qebul olum ing.sektoruna.İl ərzində alman dili öyrənmək fikrim var ,il ərzində dərslərə görə əlavə olaraq bu cür maraq dairələrimə vaxt ayıra biləcəyəmmi?Sizə hansi youtube kanallari,pdfler size komek oldu ?

    • @nerminismayilova8150
      @nerminismayilova8150 26 дней назад

      Salam mende bu il inseallah qəbul olacam ne qefer bal yigmisz?

    • @Jhjh937_
      @Jhjh937_ 26 дней назад

      @@nerminismayilova8150 men keçən ilin mezunuyam,bu il 624.6

    • @aytacyuzbyova5820
      @aytacyuzbyova5820 26 дней назад +1

      Salam , əksər tibb tələbələri alman dilinə 3-4 -cü kursda başlayır , düşünürəm ki , birinci kursdan alman dilinə başlamaq , həm də birdən -birə tibb öyrənməyə çalışmaq çətinlik yaradacaq . Hər mövzu üzrə axtarış edib fərqli kanallardan istifadə edirik , ən əsası isə beynəlxalq kitablara nəzər salırıq .

    • @TibbTalks121
      @TibbTalks121  26 дней назад +1

      Salam,öncəliklə uğurlar!
      Dərslər vaxt aparsa da,düzgün rejim və vaxt bölgüsü ilə əlavə fəaliyyətlərə vaxt ayırmaq mümkündür və bunu bacaran yüzlərlə tələbə var.
      İkinci sualınız hər bir tələbəyə və fənnə spesifik olduğu üçün ümumiləşdirib desək beynəlxalq textbooklar,atlaslar,animasiya proqramları və leksiya formatlı bir çox youtube kanallarından istifadə etmişik.(bu barədə daha ətraflı və spesifik məlumat almaq istəyirsinizsə qeyd edə bilərsiniz.)

    • @Jhjh937_
      @Jhjh937_ 26 дней назад

      @@TibbTalks121 Çox sağolun 🤗 Zəhmət olmasa qeyd edə bilərsiniz

  • @studyfroverty
    @studyfroverty 24 дня назад

    Neçə balla qəbul olmusunuz?

    • @TibbTalks121
      @TibbTalks121  23 дня назад

      Salam,bizim ballarımız həmin il üçün ingilis bölməsinin keçid balı olan 666 və daha yüksək olmuşdu.

  • @kafkef5271
    @kafkef5271 25 дней назад +2

    Hədəfi tibb fakültəsi olan abiturient üçün qızıl dəyərində 24 dəqiqə.👏

  • @hnifftliyeva5063
    @hnifftliyeva5063 26 дней назад

    Salam, video maraqlı idi, cox sag olun.Bir sualim var,videoda ssslendirildi ki, beynəlxalq olimpiada qalibləri də ingilis dilinde tehsil ala bilər.Meselən bir usaq beynəlxalq olimpiada qalibidir, qızıl medal ve dunya kubokunu əldə edib, onun bali 623 dur.O.usaq da ingilis dilində tehsil ala bilər yoxsa yox?

    • @aytacyuzbyova5820
      @aytacyuzbyova5820 26 дней назад

      Salam , beynəlxalq olimpiadalar üzrə qəbulla ingilis dilində təhsil ala bilər , DİM üzrə qəbul balı ingilis sektoruna çatmaya bilər .

    • @hnifftliyeva5063
      @hnifftliyeva5063 26 дней назад

      @@aytacyuzbyova5820 ,yəni,elə olan halda yenə də balı catmalidir mutləq eləmi?

    • @TibbTalks121
      @TibbTalks121  26 дней назад +2

      Salam,ilk öncə təşəkkürlər!
      Beynəlxalq olimpiada qalibləri istər Azərbaycan istər İngilis bölməsinə birbaşa daxil ola bilirlər.Bu proses imtahandankənar keçirildiyi üçün imtahan balının əhəmiyyəti yoxdur.
      Daha ətraflı məlumat üçün imtahandankənar qəbulun şərtləri ilə maraqlana və ya DİM-ə müraciət edə bilərsiniz.

    • @hnifftliyeva5063
      @hnifftliyeva5063 26 дней назад +1

      @@TibbTalks121 təşəkkür edirəm

  • @nailekazimzade
    @nailekazimzade 26 дней назад +1

    Salam öncəliklə. Sizə video fikri vermək istəyirəm.Siz xəstəliklər haqqında çəksəniz çox sevinərəm şəkərli diabet,appendisit,epilepsiya və s.Mənim nənəm şəkər xəstəsidir və mən həkim olmaq istəyirəm həmda nənəmin xəstəliyi haqqında daha çox məlumatım olsun istəyərəm. Sağolun🫶🏻

  • @fsanMmmdova-xu6ir
    @fsanMmmdova-xu6ir 26 дней назад +1

    Əla video idi həmişəki kimi👍