Alimlərin və məzhəb imamlarının təqlidi pisləyən və ya qadağan edən sözləri #15 l Adil Rəcəbov

Поделиться
HTML-код
  • Опубликовано: 7 фев 2025
  • Kitab: Peyğəmbərə ﷺ tabeçilik tövhidinin gerçəkləşdirilməsi
    Müəllif: Şeyx Valid ibn Seyf ən-Nasr
    Şərh edən: Adil Rəcəbov
    Üçüncü fəsil:
    Tabeçiliyə mane olan əngəllər
    1. Rəy
    Bir çox mətnlər sünnəyə sarılmağa və onu rəy, ağıl, nəfs istəyi, zövq və vərdişlər, adət-ənənələr ilə qarşı-qarşıya qoymamağa çağırmışdır. Həmçinin, elm olmadan dini məsələlərə qarışmaq qadağan edilmişdir. Allah-Təala buyurur:
    "Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək - bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır." (İsra, 36)
    2. Təqlid
    1. Böyüklərə Təqlid
    Allah-taala buyurur:Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.(əl-Əhzab, 67)
    2. Atalara, Əcdadlara və Adətlərə Təqlid
    Allah-taala müşriklərin vəziyyətini təsvir edərək buyurur:
    "Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”- dedilər." (əz-Zuxruf, 23)
    3. Şeyxlərə və Alimlərə Təqlid
    Əbu Abdullah ibn Xoveyz Mindad əl-Maliki deyir:
    "Şəriətdə təqlid, dəlilə əsaslanmayan bir sözə tabe olmaq deməkdir. Bu isə şəriətdə qadağandır. İtaət isə dəlillə təsdiqlənmiş sözlərə tabe olmaqdır."
    Şübhə:
    Bəziləri deyir ki, bu sözlər yalnız müctəhidlər və imamların şagirdləri üçün keçərlidir, təqlid edənlər (müqəllidlər) üçün deyil.
    Buna cavab:
    İmam Əbu Hənifə demişdir:
    "Əgər mənim dediyim bir söz Allahın Kitabına və Peyğəmbərin ﷺ hədisinə ziddirsə, mənim sözümü tərk edin."
    İmam Şafii demişdir:
    "Mənim dediyim hər bir söz Peyğəmbərdən ﷺ gələn səhih bir hədislə ziddiyyət təşkil edirsə, Peyğəmbərin ﷺ hədisi daha üstündür; məni təqlid etməyin."
    Əl-Fələni bunu şərh edərək demişdir:
    "Bu və bənzər sözlər müctəhidlər üçün deyil, çünki onların buna ehtiyacı yoxdur. Bu sözlər müqəllidlər üçündür."
    Şəarani demişdir:
    "Əgər desən ki: 'İmamımın ölümündən sonra səhih olan hədislərlə nə etməliyəm, halbuki o, bunları qəbul etməyib?'
    Cavab belədir:
    'Sən bu hədislərə əməl etməlisən. Çünki imamın o hədislərə rast gəlsəydi və onlar onun üçün səhih olsaydı, səni onlara əməl etməyə çağırardı. Çünki bütün imamlar şəriətin əsiridirlər. Kim bu cür etsə, iki əli ilə xeyir əldə edər. Kim isə "İmamımın qəbul etmədiyi hədisə əməl etmirəm" desə, o, çox xeyirdən məhrum qalar. Bu, bir çox məzhəb müqəllidlərinə aiddir. Onlar üçün daha münasib olan, imamlarından sonra səhih olan hər bir hədisə əməl etməkdir. Bu da imamların vəsiyyətini yerinə yetirmək deməkdir. Bizim onlar haqqında olan etiqadımız budur ki, əgər yaşasaydılar və həmin hədisləri tapsaydılar, onlara əməl edərdilər, əvvəlki qiyaslarını tərk edər, dedikləri sözlərdən dönərdilər.' "
    Sosial şəbəkələrdə bizi izləməyi unutmayın:
    Saytımız: ixlasla.com
    RUclips: / ixlasla
    Instagram: / ixlaslacom
    Telegram: telegram.me/ix...
    Twitter: / ixlaslacom
    Facebook: / ixlasla
    Facebook: / ixlaslacom
    #ixlasla #islam #quran

Комментарии • 4

  • @samireliyev002
    @samireliyev002 10 дней назад

    BarakALLAHu Fikum ❤Möhdərəm şeyx EL KAHHAR olan Rəbbim səni ən uca məqam Firdovus aləyə ucaltsın əminnn

  • @tofiqramazanov4495
    @tofiqramazanov4495 10 дней назад

    👍👍👍❤

  • @BestwayHome
    @BestwayHome 10 дней назад

    Allah Razi Olsun

  • @RahibRhimov
    @RahibRhimov 10 дней назад

    Əsalamu aleykum muəllim necesiz