Xəzər Süleymanlı - Mənim Ad Günlərim ( Bəxtiyar Vahabzadə Şeiri)

Поделиться
HTML-код
  • Опубликовано: 9 сен 2024
  • Aparıcılar: Xəzər Süleymanlı
    Kamal Yaşar
    Şeir Mənim Üçün...
    Sizi söz və səsin vəhdətini dinləməyə dəvət edirik. Xəzər Süleymanlı və Kamal Yaşarın təqdimatında həftəiçi hər gün, saat 20:00-21:00 arası Radio Space 104FM-də şeirlər sizin üçün səslənəcək !
    Bizi İzləyin:
    Kanala Abunə Olmaq Üçün: / space104fm
    Space 104 FM Facebook: / space104fm
    Space 104 FM İnstagram: / space104fm
    Bəxtiyar Vahabzadə - Mənim Ad Günlərim
    Bu gün ad günümdür... evdə hamı şən.
    Ancaq fikirliyəm, kədərliyəm mən.
    Gəncliyim ötəli, belə günlərdə
    Anıb yoxuşumu töyşüyürəm mən.
    Xəzan yarpaqları oynaşan yerdə
    Necə üşüməyim?.. Üşüyürəm mən.
    Ancaq... uşaqlıqda istərdim hər gün,
    Bizim evimizdə məclis qurulsun.
    Günlərin hamısı dönüb büsbütün
    Məni sevindirən ad günüm olsun.
    Atamın, anamın yeganəsiydim,
    Arzusu, həvəsi, könül səsiydim.
    Ömrün nə qəribə günləri vardı,
    Mənim ad günlərim bayram olardı.
    Mən nə biləydim ki, dəyişir insan,
    Ad günün, şad günün olmur bir zaman.
    Aldığım o gözəl oyuncaqları
    Qaçıb göstərərdim dostlara bir-bir.
    Hanı, hanı ömrün o şən çağları?
    Gedən, a qardaşlar, bir daha gəlmir...
    Həmən adamammı?... Yox, başqayam mən.
    Özgə cür görünür bu aləm mənə.
    Bir zaman könlümə sevinc gətirən..
    Ad günüm gətirir indi qəm mənə.
    Deyirəm, yenə də ömrümdən bir il ötdü...
    Ötən illər səfə düzülür.
    Mənim ad günümdə indi mən deyil,
    Mənim balalarım sevinib gülür.
    #SpaceRadio #XezerSuleymanli

Комментарии • 6