"Peşəkar musiqiçi olmaq üçün gərək musiqi təhsili alasan"-

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 3

  • @gulnazaliyeva395
    @gulnazaliyeva395 7 лет назад +2

    Xeyir.Baxın Aftandil,Rəmiş,Zeynəb bunlar bəyəm musiüi savadı alıblar.Hə əlbətttə ki not bilmək savadlı oxunuş olmalıdır.Mən tanıyıram oxuyanlar ki əməkdar xalq artistidirlər ancaq nə bilim.Bu Allah vergisi deyilən bir kəlam var.O birinci növbədə olmalıdır.

  • @gulnazaliyeva395
    @gulnazaliyeva395 7 лет назад +2

    Butun tanınmış musiqiçilər,müğənnilərin bəyəm musiqi savadı olub.Bu Allahın verdiyi bir fitri səs fitri istedadda olmalıdır.Görürsən ki,aktyor və ya aktrisadır qurtarıb ali təhsillidir.Ancaq səhnədə heç nə.Heyif o diploma.

  • @ulvihuseynzade8815
    @ulvihuseynzade8815 4 года назад

    Peşəkar musiqiçi olmaq üçün musiqi təhsili mütləqdir. Musiqi duyumu, eşitmə qabliyyəti, bacarıq və başqa xüsusiyyətlər musiqiçi olmaq üçün bəs deyil. Sadaladığım bacarıqlar bəzən musiqidən anlayışı olmayan insanlarda da ola bilər. Peşəkar musiqiçi olmaq üçün bu bacarıqlardan əlavə təhsil almaq, musiqi nəzəriyyəsi və ədəbiyyatı, harmoniya və digər fənləri mükəmməl mənimsəmək lazımdır. Mən razıyam ki, istedadı olmayan musiqiçinin aldığı təhsil heç kimə lazım deyil. Amma qəbul etmək lazımdır ki, savadsız, lakin istedadlı musiqiçi vətəninin musiqisini, incəsənətini, mədəniyyətini dünyada təmsil edə bilməz. Bizə hazırda Azərbaycanı dünyanın dörd bir tərəfində təmsil edəcək musiqiçilər lazımdır. Şəhriyar İmanov kimi, Sahib Paşazadə kimi, İmamyar Həsənov, Etibar Əsədli, İsfar Sarabski kimi. Savad olmadan bu işləri gerçəkləşdirmək qeyri-real xəyaldan başqa bir şey deyil. Amma təbii ki, musiqi ilə həvəskar məşğul olan şəxslər də var və bu çox qənaətbəxş haldır. Faciə o zaman olar ki, həmin həvəskar musiqiçilər özlərinin peşəkar musiqiçi səviyyəsində olduqları iddiasında bulunsunlar. Peşəkar musiqiçi olmaq təhsildən əlavə bir fəlsəfədir, həyat tərzidir və sözlərə sığışmayacaq ideologiyadır. Və bu ideologiyanı özünü bütün varlığı ilə musiqiyə həsr etməmiş insanın başa düşməsi qeyri-mümkündür, hətta gülünc səslənir... Və qeyd etmək istərdim ki, digər kommentdə xanımın qeyd etdiyi sənətəkarların təhsilləri var. Rəmiş (Rafiq Hüseynov) - Üzeyir Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbini bitirib. Zeynəb xanım Xanlarova isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun məzunudur. Həmçinin mənim bayaq qeyd etdiyim ustad musiqiçilərin də hər birinin ali təhsilləri var. Onlar Bülbül adına Orta İxtisas Musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi kolleci kimi respublikanın ən nüfuzlu təhsil ocaqlarında təhsil alıblar.