Cirtdan nagili 👲

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024
  • cirtdan nagili, cirtdanin nagili, cirtdan ve divin nagili, CIRTDAN NAGILI, divin nagılı, bagca nagili, cirtdanla div, azərbaycan nağılları, cırtdan nene, tepegoz, CIRTDAN TEPEGOZ, Cırtdan və təpəgöz, saxta baba nagili, saxta babanin nagili, cırtdan və div. cirtdan cizgi filmi, maragli cirtdan nagili oxu, cırtdan və div nağılı, xalq nağılları. Rəssam Şəlalə Rüstəmova. Qiyməti 1 AZN,
    cirtdan nagili yeni, cirtdan ve div, cirtdan sekilleri, cirtdan nagillar aleminde, cırtdan şou, cirtdan tv, qirmizi papaq nagili, qoğalın nağılı.
    ✅ Sagıcı Nene 👍 • Video
    ✅ Serce şeiri 👍 • 🐦 Sərçə seiri 🕊 Seher ...
    ✅ Şaxta Baba, Qış Baba! 👍 • Saxta Baba Qış Baba 🎅 ...
    ✅ Kukla Mahnısı 👍 • Video
    ✅ Şəngülüm Şüngülüm Məngülüm 👍 • Səngülüm, Şüngülüm və ...
    Cirtdan nagilinin tam metni ve ses yazisi.
    Biri vardı, biri yoxdu, bir qarı vardı. Bu qarının balaca bir nəvəsi vardı. Hamı onu Cırtdan deyə çağırırdı. Bir gün qonşu uşaqlar meşəyə odun yığmağa gedirdilər.
    Cırtdan da onlara qoşulub oduna getmək istədi. Qarı uşaqları çağırıb hərəsinə bir yağ yaxmacı verdi, tapşırdı ki, Cırtdandan muğayat olsunlar. Yolda Cırtdanın tərsliyi tutdu.
    Yerə oturub dedi:
    - Nənəm məni sizə tapşırıb, məni dalınıza alıb aparın.
    Yoldaşları əlacsız qalıb Cırtdanı növbə ilə dallarına alıb meşəyə gətirdilər.
    Uşaqlar meşəyə çatıb başladılar odun yığmağa.
    Gördülər ki, Cırtdan odun yığmır.
    Dedilər: Ay Cırtdan, sən niyə odun yığmırsan?
    Cırtdan cavab verdi:
    - Nənəm məni sizə tapşırıb, mənim üçün də yığın.
    Uşaqlar Cırtdan üçün də odun yığdılar.
    Sonra hərə öz odun şələsini dalına aldı.
    Cırtdan yenə oturub ağlamağa başladı:
    - Nənəm məni sizə tapşırıb, mənim də odunumu götürün.
    Uşaqlar gördülər başqa əlac yoxdur, Cırtdanın da odununu götürdülər. Cırtdan və yoldaşları meşə ilə xeyli yol getdilər.
    Axşam oldu, qaranlıq düşdü. Uşaqlar yolu azdılar.
    Gəlib yolayrıcına çıxdılar. Gördülər ki, bir tərəfdən işıq gəlir, o biri tərəfdə it hürür.
    Cırtdan dedi:
    - İt hürən tərəfə getsək, it bizi qapar. Gəlin işıq gələn tərəfə gedək.
    Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxdılar.
    Div uşaqları görüb öz-özünə dedi: “Yaxşı oldu. Gecə onları yeyib qarnımı doyuraram”. Div uşaqlara süfrə açdı, çörək yedirdib yatmağa yer göstərdi. Gecədən xeyli keçmiş div uşaqlardan birini xəlvətcə yemək istədi.
    Yavaşca soruşdu:
    - Kim yatmış, kim oyaq?
    Qaranlıqda Cırtdanın səsi gəldi:
    - Hamı yatmış, Cırtdan oyaq.
    Div soruşdu:
    - Cırtdan, niyə yatmırsan? Cırtdan dedi:
    - Nənəm mənə hər gecə yatmamışdan qabaq qayğanaq yedirdərdi. Div tez qayğanaq bişirib Cırtdana yedirtdi ki, bəlkə yata.
    Bir az keçəndən sonra div yenə soruşdu:
    - Kim yatmış, kim oyaq? Yenə Cırtdan başını qaldırıb dedi: - Hamı yatmış, Cırtdan oyaq.
    Div soruşdu: - Cırtdan, indi niyə yatmırsan?
    Cırtdan dedi: - Hər gecə nənəm mənə çaydan xəlbirlə su gətirərdi.
    Div ayağa qalxdı, bir xəlbir götürüb çaydan su gətirməyə getdi.
    Div nə qədər xəlbiri suya salıb çıxardırdısa, xəlbirdə su qalmırdı.
    Div gedəndən sonra Cırtdan tez yoldaşlarını oyadıb dedi:
    - Bu div bizi yemək istəyir. Nə qədər ki qayıtmayıb, durun tez qaçaq.
    Uşaqlar tez qalxıb qaçdılar, çayın o biri üzünə keçdilər.
    Div uşaqları görüb istədi ki, o da çayı keçsin, amma keçə bilmədi.
    Axırda uşaqları səslədi:
    - Ay uşaqlar, sudan nə təhər keçdiniz?
    Cırtdan tez cavab verdi:
    - Get bir dəyirman daşı tap, boynuna keçirt, özünü suya at.
    Onda keçərsən.
    Div Cırtdanın sözünə inandı.
    Gedib bir dəyirman daşı tapdı, boynuna keçirib özünü suya atdı.
    Elə oradaca boğulub öldü.

Комментарии •