.....TÜRKÜM! Qandonduran bu nə xəbər, Gəldi səndən belə, Türküm?! Göz yaşları yanaqlardan, Axıb döndü selə, Türküm! Rəbbim necə qıydı sənə?! İblis baxıb, güldü yenə, Parçalandı, neçə sinə, Yanıb döndü külə, Türküm! Şəhərlərin viran oldu, Fidanların vaxtız soldu, Qız-qadının çəkib, yoldu, Verdi saçın yelə, Türküm! Sənin acın mənim acım, Dayq olmaq tək əlacım, TURAN ilkin, son amacım, Səbirli ol hələ, Türküm! Sil, gözünün yaşını, sil, Bir qəsddirsə, qardaşım, bil, Bu qan yerdə qalan deyil, Dünya gərək bilə, Türküm! Biz dünyaya şah verildik, Bərkdə boşda çox gərildik, Bir ölsək də min dirildik, Heç baxmadıq ələ, Türküm! Göyçəsizin halına, bax, Şimşəyə dön, yenidən çax, Dur, toparlan, ayağa qalx, Qoyma HAQQI ölə, Türküm! Firuz Ələmdaroğlu (Göyçəsiz)😢😢😢
.....TÜRKÜM!
Qandonduran bu nə xəbər,
Gəldi səndən belə, Türküm?!
Göz yaşları yanaqlardan,
Axıb döndü selə, Türküm!
Rəbbim necə qıydı sənə?!
İblis baxıb, güldü yenə,
Parçalandı, neçə sinə,
Yanıb döndü külə, Türküm!
Şəhərlərin viran oldu,
Fidanların vaxtız soldu,
Qız-qadının çəkib, yoldu,
Verdi saçın yelə, Türküm!
Sənin acın mənim acım,
Dayq olmaq tək əlacım,
TURAN ilkin, son amacım,
Səbirli ol hələ, Türküm!
Sil, gözünün yaşını, sil,
Bir qəsddirsə, qardaşım, bil,
Bu qan yerdə qalan deyil,
Dünya gərək bilə, Türküm!
Biz dünyaya şah verildik,
Bərkdə boşda çox gərildik,
Bir ölsək də min dirildik,
Heç baxmadıq ələ, Türküm!
Göyçəsizin halına, bax,
Şimşəyə dön, yenidən çax,
Dur, toparlan, ayağa qalx,
Qoyma HAQQI ölə, Türküm!
Firuz Ələmdaroğlu (Göyçəsiz)😢😢😢
TÜRK xalqını sarsıtmaq istəyənlər heç vaxt TÜRK sarsılmaz !!!!! İNŞALLAH bu acımızda keçər! ALLAH səbr versin TÜRKİYƏMİZƏ 🖑🖐
Allah qorusun türk xalqını
Qan donduran bu nə xəbər,Gəldi səndən belə xəbər.Allahım bir daha belə acı göstərməsin Türk dünyasına.Allah qorusun🙏
Qan donduran bu nə xəbər? Allah Türk dünyasına səbr ver.
Səsinə qüvvət Firuz qardaşımız Allah səbir versin Türk qardaş,bacilarımıza😥
Allohim go'zal sabr bersin, dindoshim, ajdodimiz boshi Turk xalqiga chi dildan hamdardlik bildiraman,
Chiroyli rolik ijodkoridan Allohim ROZI bo'lsin
Allah səbrinizi versin Türk bacı qardaşlar.
Gözəl tərtibata və təqdimata görə zəhməti keçən hər bir şəxsə sonsuz təşəkkürümü bildirirəm!
Biz bir millət iki dövlətik. Allah bizim birliyimizi qorusun. Türk xalqına dərin hüznlə baş sağlığı verirəm. Allah səbrinizi versin.
Bir belə də fəlakət olardımı Allahım. Məkanınız cənnət olsun.Xəsarət alanlara Allah kömək olsun.
Allah türk dünyasını qorusun. Yaradıcı heyətə də Təşəkkurlər.
Can qardaşim, içimizin acısı, dilimizde bir dastana cevrilicek. Ellerine ,canına sağlıq. Var olasınız🙏
Allah səbr versin! Tanrı Türkün qorusun!
Firuz qardaşıma sağ ol deyirəm!